» » Heydər Əliyev: "Müstəqilliyimiz əbədidir, daimidir və dönməzdir..."

Heydər Əliyev: "Müstəqilliyimiz əbədidir, daimidir və dönməzdir..."

 
Bu gün - oktyabrın 18-i Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür.
XX yüzilliyin sonlarında SSRİ-nin süquta uğraması ilə yaranan əlverişli tarixi şərait və taleyin bəxş etdiyi imkan nəticəsində Azərbaycan xalqı ikinci dəfə müstəqillik bayrağını qaldırdı. 1991-ci il avqustun 30-da Azərbaycan Respublikası Ali Soveti xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında Azərbaycan Respublikasının Dövlət Müstəqilliyini bərpa etmək haqqında Bəyannamə qəbul etdi.
Azərbaycan Respublikasının Ali Sovetinin həmin ilin 18 oktyabr tarixli sessiyasında isə "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı yekdilliklə qəbul edildi.

 

Heydər Əliyev: "Müstəqilliyimiz əbədidir, daimidir və dönməzdir..."

Azərbaycan Respublikasında dekabrın 29-da ümumxalq səsverməsi keçirildi. Azərbaycan xalqı yekdilliklə respublikanın dövlət müstəqilliyinə tərəfdar çıxdı.
1992-ci ilin mayında Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Dövlət himni (musiqisi Üzeyir Hacıbəyovun, sözləri Əhməd Cavadın), az sonra Üçrəngli bayraq, içində alov olan səkkiz guşəli ulduz təsvirli Dövlət gerbi təsdiq edildi.
1991-ci il oktyabrın 18-dən Azərbaycan öz istiqlalına qovuşmuş müstəqil, suveren bir ölkədir və həmin tarixdən bu haqqı yaşayır.
1994-cü ilin 15 Oktyabr tarixindən Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə 18 Oktyabr - Dövlət Müstəqilliyi Günü hər il qeyd edilir.


Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz