» » İdeoloji qayğılarımızla bağlı narahatlıqlar davam edir - II yazı

İdeoloji qayğılarımızla bağlı narahatlıqlar davam edir - II yazı


İdeoloji qayğılarımızla bağlı narahatlıqlar davam edir - II yazı

Deyirlər ki,  bu gün   insanlar tamaşaya baxmır, kino izləmir,   kitab oxumur.  Axı bu günün komediyası, filmi  tamaşaçı üçün  ideal yarada bilmir, tamaşaçını  ideallara bağlaya bilmir.  Çünki mövzu aktual deyil,  məzmun  təsadüfi ssenaristlər tərəfindən  uydurulub, reşissor  işi   çılızdır.   Şou mətbuatının zorla  tanınmış aktyor etdiyi  Fərda Xudaverdiyev sosial şəbəkələrin hansı  birindəsə yazıbmış  ki,  özünə çox yüksək maaşla  ssenarist axtarır.

  Şit, bayağı gülüşlə nə qədər pul qazanmaq olar ki, ssenaristə də yüksək maaş  vəd edəsən. Deyəsən, müğənni Rəqsanə də belə  elan vermişdi. Onda  belə çıxır ki, ssenarist   ona yüksək maaş vəd edən  şəxsin  diqtə etdiklərini ssenariləçdirəcək.Süni epizodlar, yol xəritələri cızılacaq. Filmi gah dağda, gah aranda çəkmək olacaq. Lap sponsor istəsə,  bir səhnəni   Yakutiyada  cərəyan etdirə bilərlər.  Axı əsər belə yaranmamalı, ərsəyə  belə gəlməməlidir. Qələmə alınan bir misra belə, ictimai məzmun kəsb   etməlidir. Kiməsə lazım olmalıdır, onu cahan süfrəsinə öz payını  töhfə etməyə sövq etməlidir. 

  Müəllif öz sənət əsərləri ilə  estetik ideaallarla yanaşı, milli mənsubiyyətinə, tarixinə  də sadiq  qalmalıdır.

Məsələn,  "Əhməd haradadır?”, "Böyük dayaq”, "Qızmar günəş altında” filmlərini, eləcə də sover dövründə  ailə-məişət mövzusunda ekranlaşdırılmış  digər   filmlər, adam ləzzət alır.

 "Əhməd haradadır?” filmi 1963-cü ildə çəkilmişdir. Az qala   60 ilə yaxın  bir müddətdir bu  dövr. Baxmayaraq ki, film həyata vəsiqə alandan sonra onu  dərin süjet xəttinə malik olmayan, sırf məişət mövzusu üzərində qurulmuş  bir ekran əsəri kimi    xarakterizə olunmuşdu .

O vaxt hətta mərkəz  bu əsərə  primitiv, zəif, "burjua- meşşanlığı təmsil edən” film yarlığı da  qoymuşdular.

Həqiqətdə isə    "Əhməd haradadır?”  filmi Azərbaycan xalqının məişət və mədəniyyətindən, аdət-ənənələrindən, etiket normalarından bəhs edən çox dəyərli, zəngin etnoqrafik  bir mənbə idi və bu gün  də belədir.

 Film bağlı-bağatlı Ağsu rayonunda çəkilib.  Filmboyu ətraf aləmi,  kənd evlərini,həyət-bacaları.   Bu yerlərin sadə   əmək adamlarını, onların həyat  və məşğuliyyətlərini izlədikcə,  bugünkü  vəziyyətimizlə  müqayisədə təəssüflənməməyə bilmirsən. Evlər bir-birinə yaxın, indiki kimi   daş divarlarla qəlbilənməyib.  Hər gün salamlaşırlar, hal-əhval tuturlar. Kim tez qabağa düşsə, qonşusunu samovar çayına dəvət edir,təndir odlayanda,  məxsusi   yemək bişirəndə qonşusunu  süfrəsinin başına  gətirir, heç olmasa bir  təndir çörəyini süfrəyəbüküb isti-isti qonşusuna göndərir. Beləcə aralarındakı ülfəti öləziməyə qoymurlar, əksinə,  hər gün bu səmimiyyətə yeni birçalar gətirirlər. İndi də budur,  Şirin kişi (Məmmədrza Şeyxzamanov) istəyir ki, oğlu Əhmədi Bakıdan gətirib qapıbir qonşusu Məmməd  kişinin (Mustafa Mərdanov) qızı Leylanı oğlu Əhmədə alsın. Çünki ailələr bir-birlərini tanıyır,  bilirlər ki, əsilləri-kökləri kimlərdir, zəhmətkeşdirlır, ailəcanlııdrlar,  bu  evə, bu ailəyə qız verməkolar və yaxud bu ailədən qız almaq olar.  Uşaqlar da özlərinin    gözləri qarşısında böyüyüb.

 Şirin  kişi də arvadı Nərgizlə çox məsləhət-məşvərətdən sonra belə qərara  gəlirlərki, Əhmədi kəndə dəvət edib, evləndirsinlər və ayaqlarını kəndə çidarlasınlar.  Filmdən Şirin  kişinin həmin  niyyətini Məmməd  kişiyə  necə çatdırması 40-50  il əvvəlki  toy  adətlərinin dadını-duzunu   necə yadımıza salır:

 

İdeoloji qayğılarımızla bağlı narahatlıqlar davam edir - II yazı

İdeoloji qayğılarımızla bağlı narahatlıqlar davam edir - II yazı

- Sabahın xeyir, ay qonşu.

- Ay aqibətin xeyir.

- Gəl təzə balığa qonaq ol.

- Sağ ol.

- O, sonrakı işdir, Məmməd.

- Səndə ziqiymət zər var. Mənim oğlum da  yaxşı zərgərdir. Bakıdan məxsusi olaraq onun üçün gəlib.

- Nə danışrsan, Şirin. Nə zər, nə zərgər, məndə qızıl hardandır?

- Səndə elə qızıl, cəvahirat var ki, ayrı heç bir dövlət lazım deyil.

- Şirin, çaşmısan nədir, sən  bilmirsən, mən bir həsirəm, bir Məmmədnəsir.

- Ay kişi, sən nə dilbəzsən. Ay Məmməd, belə qızını oğluma almaq istəyirəm, Əhmədə. Biz ki bir-birimizə söz vermişik.

- Əşi, bunu bayaqdan belə dedə. Söz vermişəm,, yerinə yetirərəm. Buyur.

- Dayan...İtimişəm, nədi? Tapdım, apar gəlinimin barmağına tax, iki gündən sonra toydur. Cehiz-mehiz lazım deyil.

-  İki gündən? Nə deyirəm.  Allah mübarək eləsin.


  Əsl qonşuluq səmimiyyətinə hələ bir bax: əvvəlcə salamlaşır, sonra   balığa dəvət  edir.  Ümumiyyətlə   keçmiş  həyatımızın  özünün yazılmamış  Ana  Nizamnaməsi vardı. Hələ "Dədə Qorqud” dastanında  bunun mükəmməl  nümunəsi var. Əsərin müqəddiməsində bu  "Qonağı gəlməyən qara evlər yıxılsa yey!” şəklində mənalandırılır. İnsanlar  qaynayıb-qarışırmışlar. İstər xeyir-şərdə, istərsə də həyatın adi axarında    hər  kəs gözünü açınca qonşularını, qohum-qardaşını görərdi.

Elin-ulusun başbiləni Qorqud dədə  öz qövmünə    belə vəsiyyət etmişdi.  Şəhərdəkilər  o qədər  müşahidə edə bilməz, amma kənddə hamı bir-birini tanııdqları üçün hamının  yeri o dəqiqə hiss olunur. "Xeyirdə-şər” adamı deyirlər, yəni, bu kişi kəndin bir xeyirindən, şərindən  qalmaz.  Ona görə də onun qapısında  bir  yöğıncaq oldumu, hamı ora axşacaq. Amma eləsi də var ki, onun ölüsünə ancaq  ailəsinin yaıxınları gəlir,  toyu  olada isə pul göndərir. Fiziki  iştirakdan başqa, bir  el  ağzı var, yaxşı adamın   şəərfinə hamı "yaxşı adamdır” deyir, xeyir-dua  edir. Çox vaxt  adamlar da özünə  bu münasibətlərdə  gəlin axtarır, kürəkən seçir.

 Bu iki qonşunun mükaliməsində bir yer var:” -    Ay kişi, sən nə dilbəzsən. Ay Məmməd, belə qızını oğluma almaq istəyirəm, Əhmədə. Biz ki bir-birimizə söz vermişik”.

 Bu  adət  toy adətlərimizə " Beşikkəsmə” kimi daxil olmuşdur:  qız və oğlan uşaqları anadan olan kimi onları bir-birinə ad  edirlər.  Müxtəlif yerlərdə müxtəlif cürə izah edilsə də, ümumi olan hal budur  ki,  "Beşikkəsmə”   uşaqlar anadan olduqları vaxt edilir.

Mənim fikrimcə,  bu adət  qonşuluq münasibətlərində, xeyir-şər zamanı, eləcə də gündəlik davranışlarda  insanları bir-birlərinə yaxın edən , sonra da bağlayan tellərdir.  Məsələn, bir yas  mərasimində   iştirak edən   Cəfər görür ki,  Qubad kişinin  nəvəsi  Vəli əsl  qohumluğa  yarayan adamdır. Bu yas  mərasiminin ilk günündən  necə can yandırdı, bir dəqiqə  oturmadı, bütün  məclisi, bəlkə də, o,  yola verdi. Evdə söhbətləşəndə  həyat yoldaşı Lətafət də bizim məclisimizdə  elə idi. Cəfər kişi də  bir  dəfə Qubad  kişiyə  eşitdirmişdi  ki,  sən də nəvə gözləyirsən, mən də. Oğul nəvəm olsa,  sənin də qız nəvən, beşikkəsmə edərik.  Elə ki, arzuları   oğul nəvələri olmuşdu,  arvadı xəbər gətirmişdi ki,  bəs  Qubad kişinin qız nəvəsi oldu, onda  uşaqların qırxı  çıxan kimi,  Cəfər kişi arvadına  demişdi ki,  bir  xonça tut, həm gözaydınlığına gedək, həm də əhdimizə vəfa edək.

  Cəfər kişi gözləyə bilməzdi ki,  üstündən 20-25 keçsin, nəvəsi "Tik-Tok” da  kiminləsə tanış olsun. Tanış olanın səhəri gün nikah bağlamamış onu   evinə gətirsin. Sonrası  da Allah bilir nə təhər olacaqdı, onu da bir Allah bilirdi.

Şirin kişi salam-kalamdan sonra mətləbə keçir,  amma rəmzlərlə danışır:


"Səndə ziqiymət zər var. Mənim oğlum da  yaxşı zərgərdir. Bakıdan məxsusi olaraq onun üçün gəlib.

- Nə danışrsan, Şirin. Nə zər, nə zərgər, məndə qızıl hardandır?

- Səndə elə qızıl, cəvahirat var ki, ayrı heç bir dövlət lazım deyil.

- Şirin, çaşmısan nədir, sən  bilmirsən, mən bir həsirəm, bir Məmmədnəsir.”

 

İdeoloji qayğılarımızla bağlı narahatlıqlar davam edir - II yazı

Əslində, bu, bir təvazökarlıq idi.Heç Şirin kişi də,  Məmməd kişi də qızıl-brilliyantın  əsiri olan adamlar deyil. Elə məmmədnəsirlikləri, altlarındakı  həsir onların bəsləridir. Başlarında papaq,  evlərində  qızıldan dəyərli ki övladları var....

Filmdən sitat  gətirdiyimiz  bu parçada  hər fikir bir hikmətdir.  Şirin Məmməd kişiyə "Biz ki bir-birimizə söz vermişik”, -  deyib aralarında olan əhdi xatırladanda   Məmməd kişi deyir:  "Əşi, bunu bayaqdan belə de də. Söz vermişəm,  yerinə yetirərəm”.  

  Bizim köhnə kişilər belə olublar: sözləri də özləri qədər  dəyərli.  Onların  miras qoyduqları Əxlaq məcəlləsi  bu qədər aşınmaya məruz qoyula bilməz axı.

 Davamı var...

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.