» » Müstəqillik arzularımız çin oldu

Müstəqillik arzularımız çin oldu

 

Müstəqillik arzularımız çin oldu

Ümummilli lider Heydər Əliyevin söylədiyi bu fikitlərin təntənəsində Azərbaycan xalqı bu gün əbədi baharının 25 yaşını qeyd edir: bütün ruhuyla, canıyla.

25 il! Bu, həmin tarixi anların iştirakçıları və şahidlərinin birgə qeyd etdiyi yubiley ilidir: fərqi yoxdur, 25 ildir və yaxud 30 ildir. Bu müstəqilliyi arzu edənlərin, bu müstəqilliyi yaşayanların və bu gələcəkdə yaşayacaq övladlarımızın hər birinə, hamımıza birlikdə onun hər saniyəsi belə yubileylərdən belə əzizdir, müqəddəsdir, əbədidir. Odur ki, Müstəqilliyimizin neçənci ili olmasından asılı olmayaraq, təmtəraqla qeyd edəcəyik bu Səadət Aktımızı.

Bir millətin mövcudluğu üçün önəmli olan çox şərtlər var. Bu şərtlərin ilkini Müstəqillikdir.

Xalqın, torpağın rifahı namınə gecə-gündüz çalışmaq, qurub-yaratmaq lazımdır, bolluq yaratmaq lazımdır. Bunları etibarlı və əsaslı şəkildə gerçəkləşdirmək üçün isə Müstəqillik lazımdır.

Çox maraqlıdır: inkişaf, firavanlıq, xoşbəxtlik, sağlamlıq üçün zəhmət, gərgin əmək tələb olunduğu halda, Müstəqillik səadəti üçün Şəhid qanı tökmək lazım imiş, candan keçmək lazım imiş...Onu bu qədər əzəmətli, müqəddəs və şirin edən də məhz bu xüsusiyyətidir.

Tarix boyu belə olubdur. Müstəqilliyinə, istiqlalına qovuşmaq istəyən millətin mücadilə yolu hər zaman şərəfli mübarizələrdən keçib, şəhid qanından keçib.

Beş min illik dövlətçilik tarixinə malik olan Azərbaycan əsrlər boyu onun torpağına göz dikən, azadlığını buxovlayan yadellilərə qarşı ölüm-dirim savaşına qalxmış, qurbanlar vermişdir. Keçən əsrin əvvəllərində xalqımız böyük mübarizələr, savaşlar sayəsində öz müstəqilliyinə nail olmuş, amma təəssüf ki, əldə edilən istiqlal cəmi 23 ay davam gətirə bilmişdir.


Müstəqillik arzularımız çin oldu

Amma Azərvaycanın uğurlu daxili və xarici siyasəti ilə bu 25 sonsuza qədər var olacaqdır, əbədi, dönməz olacaqdır. Lap 23 əsri də keçəcəyik, Azərbaycanın müstəqilliyi, beləcə, əsrlərin, zamanın yol yoldaşı olacaq. Ümummilli lider Heydər Əliyev xalqının arzu və ideallarını ifadə edərək bəyan etmişdir ki, Azərbaycanın dövlət müstəqilliyi Azərbaycan xalqının milli sərvətidir. O, əbədidir, sarsılmazdır, dönməzdir. Müstəqil Azərbaycan dövləti günü-gündən möhkəmlənəcək, inkişaf edəcək və müstəqilliyini heç zaman əldən verməyəcək.

Bu, AZƏRBAYCAN adlı laləzar VƏTƏNİN, bu vətəndə yaşayan xalqın arzusu olub... Artıq müstəqillik arzularımız çin olub...25 ildir ki, biz bu arzuları yaşayırıq. Azərbaycan uğurlu daxili və xarici siyasəti ilə inamla irəliləyir, İlhamla irəliləyir, öz tarixini yazır.

Biz Azərbaycanın iqtisadi qüdrətini görürük və dəyərləndiririk. Biz Azərbaycandakı asayişi və sülhü görürük və dəyərləndiririk. Biz Azərbaycandakı demokratiyanı görürük və dəyərləndiririk. Biz müstəqillik məfhumunu, onun ehtiva etdiyi anlamın gerçəkliyini həyatımızda hiss edir, görür və yaşayırıq.


Müstəqillik arzularımız çin oldu

Artıq Azərbaycanın müstəqil sərhədləri var, güclü ordusu var, milli mədəniyyəti, əəbiyyatı, tarixi var. İqtisadiyyatımız, siyasətimiz özümüzə məxsusdur. Prezidentimiz var, Himnimiz var, Gerbimiz var, Üçrəngli bayrağımız var. Biz bu xalqa mənsubuq, xalq da bizimdir. Ümummilli liderimiz Heydər Əliyev özünün dövlətçilik təcrübələrinə əsaslanaraq böyük uzaqgörənliklə tövsiyə edirdi ki, xalqın əvəzsiz milli sərvəti olan müstəqilliyin qorunması, onun əldə edilməsindən qat-qat ağır və mürəkkəb vəzifədir. Tarix bunu dəfələrlə sübut etmişdir.

Ulu Öndər amma tapşırmalısını da tapşırmışdır:


"Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə, kim Azərbaycanın işğal edilmiş torpaqlarının azad olunmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında, bu amal ətrafında birləşməlidir!"


Bu gün Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Ümummilli liderin vəsiyyətlərini uğurla həyata keçirməkdədir. Azərbaycanın dövlət müstəqilliyinin 25-ci ildönümünə həsr olunmuş rəsmi qəbulda Cənab İlham Əliyev bunları uğurla dedi:"...Azərbaycanda sabitlik hökm sürür, inkişaf dinamikası güclənir. Bizim ölkəmizdə yaşayan bütün xalqların nümayəndələri özlərini rahat hiss edirlər. Onlar hamısı bizim qardaşlarımızdır, dəyərli vətəndaşlarımızdır. Bu da bir nümunədir. Bu, böyük bir sərvətdir. Biz bu sərvəti qoruyuruq. Ümumiyyətlə, ölkəmizi bütün bəlalardan qoruyuruq. Heç kimin işinə qarışmırıq və qoymuruq ki, kimsə bizim işimizə qarışsın. Ancaq xoş niyyət göstəririk. Ancaq hər bir məsələ ilə, xüsusilə bizi maraqlandıran məsələ ilə bağlı prinsipial mövqeyimiz həmişə ifadə olunur. Bizim siyasətimiz güzəştsiz siyasətdir. Biz prinsipial məsələlərlə bağlı keç kimə güzəştə getməmişik və getməyəcəyik. Müstəqil, ləyaqətli siyasət aparırıq, öz gücümüzə, xalqın dəstəyinə güvənirik. Xalq da bizim siyasətimizə öz dəstəyini göstərir. Bu yaxınlarda - ötən ay keçirilmiş referendumda Azərbaycan xalqı bizim siyasətimizə öz dəstəyini bir daha ifadə etdi. Referendumun nəticələrinin əsas mahiyyəti bundan ibarətdir. Biz düzgün yoldayıq. Bu yol inkişaf yoludur, müstəqillik yoludur. Ötən 25 ilin 23 ili şanlı tarix illəridir. Bu gün Azərbaycan dünya miqyasında müasir, sürətlə inkişaf edən, gözəl, qonaqpərvər, ləyaqətli ölkə kimi tanınır.

İyirmi beş il böyük tarixdir. Biz artıq bütün dünyaya sübut etmişik ki, müstəqil həyat yaşaya bilərik, uğurla yaşaya bilərik. Bizim gözəlləşən şəhərlər, abadlaşan regionlar və dünyanın ən gözəl şəhərlərindən biri olan Bakı bunun əyani sübutudur.

Biz gələcəkdə bu yolla gedəcəyik, müstəqil siyasət aparacağıq.”

Azərbaycan xalqı buna inanır və daha gözəl günlər yaşayacaqdır.


Müstəqillik arzularımız çin oldu

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz