» » Bizə mətbuat və televiziya hava və su kimi lazımdır, bəs onlar öz şərəfli missiyalarını necə yerinə yetirirlər

Bizə mətbuat və televiziya hava və su kimi lazımdır, bəs onlar öz şərəfli missiyalarını necə yerinə yetirirlər

Azərbaycan jurnalistlərinin peşə davranışı qaydalarının bir vacib prinsipi də budur ki, jurnalist istər yazılarında, istən nitqində vulqar ifadələrin, jarqonların işlədilməsindən çəkinməli, Azərbaycan dilinin zənginlışməsinə öz töhfəsini verməli, eyni zamanda onun təmizliyinin qorunub saxlanılmasına çalışmalıdır. Amma müasir kütləvi informasiya vasitələrində bu hal hər gün pozulur. Bir çox onlayn mətbuatında, özəl telekanallarda bununla bağlı çoxlu sayda faktlar var, nümunə deməyə də adamın dili gəlmir və heç yerinə də düşmür.
Son bir neçə gündə 2 yazı diqqətimi xüsusi ilə cəlb etmişdi:

1. Zaurdan həmkarlarına SƏRT SÖZLƏR: "Sizin verilişləri cibimə qoyaram" - VİDEO
2. Zaur Baxşəliyevdən ağır sözlər: "Sənin anan, bacın..." + VİDEO

Bizə mətbuat və televiziya hava və su kimi  lazımdır, bəs  onlar  öz şərəfli missiyalarını  necə yerinə yetirirlər

Bu gün isə bir neçə saytda özəl televiziyaların zorla televiziya əməkdaşı etdiyi Tarix (Tolik) Əliyev "Tarixin bir günü"ndə səsləndirdiyi fikirlərə rast gəldim.
"O aparıcı qız deyil, min hoqqadan çıxır" - Tolikdən tükürpədici AÇIQLAMA sərlövhəli yazıda
Tolik bildirir:
"Şou-biznesdə aparıcılar, müğənnilər var ki, onların pərdəarxası daydayları, saxlayanları var.
Tolik bildirib ki, hər kəsin "yaxşı qız" kimi tanıdığı aparıcılar var ki, əslində min hoqqadan çıxırlar:
"Bunu biz şou-biznes əhli bilirik, adi camaat bilmir. Çünki elə aparıcılarımız var ki, efirə mələk cildində çıxırlar, deyirsən ki, bunun ətəyində namaz qılmaq olar, qızdır, amma biz bilirik ki, o, qız deyil, qızdırmadır. Bildiyimizə görə onlara qarşı bizim nifrətimiz, onlara qarşı bizim antipatiyamız olur".

Bizə mətbuat və televiziya hava və su kimi  lazımdır, bəs  onlar  öz şərəfli missiyalarını  necə yerinə yetirirlər

Fikir verirsinizmi, bu aparıcı verilişinin formatından nə qədər kənara çıxır. Zaur Baxşəliyev də belə, Zaur Kamal da belə, Sərxan Kərəmoğlu da belə, Elgiz də belə, Əli Mirəliyev də belə.
İş burasındadır ki, cəmiyyət tərəfindən qınaqla qarşılanan belə verilişlər mətbuat səhifələrində də tiraşlanır.
Sözün, ekranın ideoloji təsir gücü tam tərsinə işləyir.
Mətbuat ki bu səviyyədə davam etməkdədir, adamın ağlına 100 fikir gəlir: ya tükəniblər, mövzu tapa bilmirlər, ya da dolayısı ilə onları şou psixologiyası yaymağa yönləndiriblər. Bu xalqın əmək adamı, alimi, müəllimii, ağbirçəyi, ağsaqqalı tükənibmi ki, söz deyən, yol göstərən, baş qatan, əsasən, şou nümayəndələridir.
Zaur Baxşəliyev kimdir ki, ona istinadən belə sərlövhə verilsin: " Zaur Baxşəliyevdən ağır sözlər: Sənin anan, bacın...". Niyə ana, bacı varlığını ifadə edən sözlərdən sonra 3 nöqtə qoyulmalıdır?
Zaur Baxşəliyev adi bir aparıcıdır, Əbülfəz Qarayevin vaxtında fəxri asa namizədliyi verilib, olub əməkdar mədəniyyət işçisi. Bu da öz yerində.
Axı sənin savadsız, məntiqsiz də olsa, belə ağır sözlər deməyə ixtiyarın yoxdur?
İki gün bundan qabaq yenə bu saytda Zaur eyni ritorika ilə fikir bildirmişdi ( Bax:Zaurdan həmkarlarına SƏRT SÖZLƏR: "Sizin verilişləri cibimə qoyaram" - VİDEO )
Belə media vasitələri, əslində, ancaq Zaurun, Elgizin, Sərxanln, Tolikin cibinə yerləşər.
Mətbuat, televiziya reytinq xatirinə heç nəyin fərqində olmadan, istədiyini tirajlayır.
 Həmkarlarının verilişlərini cibinə qoyan Zaurun sonuncu yazısından bir abzası diqqətinizə çatdırıram : "Ailəyə müdaxilə olanda dağılır. Ər ərliyini icra etməyəndə olur. Hər şey ər tərəfindən, ömrünü bağlamaq istədiyi insan tərəfindən oldu. Ömrünü, günün bağlamaq istədiyi adam tərəfindən edilir. Atasını, anasını, doğmalarını qoyub qapısından içəri girdiyi insan tərəfindən olur. Qadınlar niyə bu qədər əzilməlidir? Nəyə görə bunu haq edib? Sənin anan, bacın qadın deyil? Bir qadını hansı həddə çatdırmaq lazımdır ki, ağır söz desin? Anana qadın kimi baxırsan, başqasının qızına, uşaqlarını dünyaya gətirənə dırnaqarası baxırsan? Alınmır, adam balası kimi denən alınmır. Burdan sığal çək, ordan təhqir et. Bir kişi qadına bunu edərmi?."
Çoxlu sayda sual cümləsi qurmaqla ritorika yaratmaq istəyir, o da belə süni alınır. Belə savadla hansı verilişi cibə qoymaq oalr?
Çoxlu sayda sual cümləsi qurmaqla hansısa ritorika yaratmaq istəyir, o da belə süni alınır.
Türkiyəli ssenarist Hakan Gündayın gəldiyi qənaət, günümüz üçün necə də doğrudur: "Yerimək əvəzinə avtomobillərdən istifadə edən, düşünmək yerinə televiziya seyr edən, idman etmək əvəzinə "Mempunyai Station” oynayan, kitabxana dəhlizləri əvəzinə internet saytlarında gəzən uşaqların yetkinləşməsi gecikir”. Uşasqlar gələcəyimizsə, belə auditoriyalar necə vətəndaş yetişdirəcək?
Sabunçu rayonunda 5-ci sinif şagirdinin əndazəni aşmış əməlləri irsi deyil. Televiziya, sosial şəbəkələr, internet texnologiyaları gənclərin və yeniyetmələrin asudə vaxtlarını əyləncə psixologiyasına sürükləyirsə, onda mənəvi tərbiyə yönümündə nəsə yazan, nəsə hazırlayan əsl söz və ideya sahibinin fəaliyyəti heç bir səmərə veməyəcək. Biri maarifləndirməyə, zənginləşdirməyə səy edir, biri reytinq naminə hansısa mənbələrin arxasında gizlənərək intim duyğuları körükləyir.

Bizə mətbuat və televiziya hava və su kimi  lazımdır, bəs  onlar  öz şərəfli missiyalarını  necə yerinə yetirirlər

Məşhur ingilis yazşçısı Roald Dalın insanlara çox maraqlı, həm də dəyərli bir xitabı var: "Lütfən, yalvarıram, gedin televiziyanızı çölə atın və boşalan yerdə balaca bir kitabxana qurun”. Çox istərdim ki, valideynər ingilis yazıçısının sözlərini rasional da qəbul etsinlər.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.