» » “Niyə narazıyıq bu tərəzidən” və yaxud kütləvi informasiya vasitələri üçün keçirilən müsabiqələr haqqında fikirlərim ( II yazı)

“Niyə narazıyıq bu tərəzidən” və yaxud kütləvi informasiya vasitələri üçün keçirilən müsabiqələr haqqında fikirlərim ( II yazı)

 Təhsil Problemləri” qəzeti imkansızlıqdan bağlandı. Bu yeni müsabiqədə də heç bir təhsil qəzeti və yaxud jurnalı dəyərləndirilmədı, eləcə də təhsillə bağlı saytlardan hansısa biri. Amma neçə -neçə seçilmiş sayt oldu ki, ruhu, canı, əsasən, şou xəbərləridir, kriminal xəbərləridir. Bir də baxırsan, çox önəmli xəbər paylaşılır, bəzən ağır xəbərlər də olur. Belə mətnlərə də reklam rolikini pərçimləyirlər. Belə maarifləndirmə olmur? Maarifləndirmə bir başqa missiyadır, məlumatlandırma bir başqa.

 Müsabiqə  elan olunanda, Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyi (MEDİA) çap mediası və onlayn media subyektlərinin layihələrin dəstəklənməsi ilə bağlı dünən xüsusi açıqlama ilə çıxış etmişdi. Həmin açıqlamada müsabiqə kriteriyaları arasında  aşağıdakı prinsiplər əsas götürülmüşdür:

1. Materialların orijinallığı

2. Saxta və aldadıcı başlıqlı xəbərlərin olmaması

3. Sosial şəbəkə hesablarının aktivliyi kimi meyarlar nəzərə alınmışdır.

İstər feysbuk səhifəmizdə, istər öz saytımızda bu prinsiplərin kütləvi şəkildə pozulduğu haqqında hər zaman yazmışıq. Daş da durur, tərəzi də durur, ölçülməsi, dəyərləndirilməsi tələb olunan məsələlər də.

 Yuxarıda MEDİA-nın  müsabiqə kriteriyalrında 3-cü prinsipə  diqqət edək:    Sosial şəbəkə hesablarının aktivliyi, yəni  izləyiciləri əhatə etmək dairəsinin genişliyi.

Məhz belə yanaşıldığı üçün  bugün Zaur Kamalın da, Zaur  Baxşəliyevin də, Elgizin də, Tolikin də verilişləri  "ön”də gedirlər. 

Şou əhvali-ruhiyyəli, intim duyğuları körükləyən yazıların, şəkillərin   izlənmə sayı    yüksək, tərbiyəvi-əxlaqi mövzuların izlənmə sayı isə  çox aşağı.Bunun üstündə baş sındırmaq lazımdır. Şou televiziyasının, şou mətbuatının  formalaşdırdığı auditoriya haqqında  düşünmək lazımdır.

Mətbuat millətin kollektiv səsidir. Bir milləti maarifləndirməkdə, doğru yola yönəltməkdə, bir millətə ehtiyac duyduğu ziyalı qidasını verməkdə, bir sözlə, xalqın ortaq bir istiqamətdə getməsini təmin etməkdə məqsəd özlüyündə bir qüvvədir, məktəbdir, yol göstərən də mətbuatdır.

 Aşağıda  müxtəlif   saytlardan nümunələr təqdim edəcəyik. Bəlkə ifraata varırıq. Amma  ədəbiyyatın, sözün, sənətin  həyatımızdakı yerinə naşı deyilik axı biz.

 Bu  şəkillərə və onlar haqqında  verilmiş yazılara  fikir verin. Doğrudanmı  bu  xəbərlər  insanları maarifləndirir, doğrudanmı bu xəbərlər və şəkillər insanları əyləndirir?

  Nəyə lazımdır   məşhurların tez-tez özlərindən  yaşca dəfələrləkişik "sevgili" ləri ilə,  ("sevgili  ha") görüntülərini  paylaşmaq? Doğrudanmı bədən  quruluşu ilə heyran qoymaq  olur?  Soğrudanmı əcaib çılpaqlıqla  şəkil çəkdirmək cəsurluqdur? Boşanmaq xoşbəxtlikdirsə, onda kimsə  ailə  həyatı qurmasın, elə əvvəlcədən  ANA    olmağdansa, cariyə olmağı seçsin.

  Məgər  insanlarıa,  cəmiyyətə bu xüsusiyyətləri  cəsrluq, xoşbəxtlik  kimi  təqdir etmək  maarifləndirməkdirmi? Əyləndirmək belə olurmu?

Bu cür maarifləndirən,  əyləndirən yalnız sosial şəbəkələr deyil, göründüyü kimi,  ciddi mətbu  vasitə imicinə malik   neçə-neçə sayt və informasiya agentlikləridir. Onların arasında müsabiqə qalibləri də var.  Onlar  dövlətdən də dəstək alırlar, reklam gəlirləri uğrunda da çalışırlar. Onda ictimai idellar arxa planda qalır. Saytlarda  izləyicilərin   xəbərlərin  kateqoriyalarına görə  fəallığını incələsək, sosial şəbəkə hesablarınıdakı  aktivliyin məhz  şou   proqramlarına görə  olduğunu görəcəyik.

İllərdir bəzi eyni  qəzetlərə yardım ayırırlar.   Onların bəziləri  KİVDF  və ya  Mətbuat Şurasının   rəhbərliyində təmsil olunanlara yaxın media subyektləridir... 

Amma  mətbu qurumlar heç bizim  saytın, eləcə də  müsabiqələrə yaxın  düşə bilməyən saytların  adını bilmirlər və bilmək də  istəmirlər.  Halbuki, onların   vəsait ayırdıqları  saytların əksəriyyərtinin yazdıqları, tirajldıqları  heç də cəmiyyətin sosial şifarişi deyil. Bu    mətbu vasitələrdə nə qədər desənniz,  saxta və aldadıcı başlıqlı xəbərlərə  rast gəlmək mümkündür. Bir çox saytlarda  cəmiyyət üçün heç bir  əhəmiyyət kəsb etməyən, əksinə, ölçüləri, hədləri  mənfi təsirlərə məruz qoyan yazılar var və  həmin saytlar müsabiqənin seçimində  önə çıxıblar.

Kimlərə ki  vəsait ayrılıb, təbii ki,  onlar   müsabiqəni  müdafiə edəcəklər, şəffaf və demokratik bir  dəyərləndirilmə olduğunu deyəcəklər.  Deyəcəklər və  ümumi narazılıq edən saytlara qarşı  da susmayacaqlar.

  Olsun, məlum müsabiqəni   qaliblər və münsiflər     necə  qəbul etdi,   necə dəyərləndirdi, bu, ayrı,  amma biz də başqa cürə  dəyərləndiririk. 

Müsabiqə mətbuatda elan olunanda  bildirilmişdi ki, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi məqsədilə bütün media subyektlərinə bərabər şərait yaradacaqdır.   Yaratdılarmı, əlbəttə, yox.

 Biz və bizim kimi  yüzlərlə sayt, qəzet və ya jurnal  Ədliyyə Nazirliyindən qeydiyyatdan keçsə  də,   heç vaxt heç kim,  heç  bir media nümayəndəsi və ya qurumu  bu mətbu subyektlərlə maraqlanmayıb,  görək  onlar nə yazırlar, necə yazırlar?

 Bunların  arasında  jurnalistikaya layiq olmayan mətbu vasitələr, əlbəttə, var. 

Onlar  bu şərəfli  və çox mühüm sahəyə  xidmət etmək üçün deyil, öz şəxsi maraqları üçün qoşulmuşlar,  bir qədər obrazlı desək, xlestakovlardır.  Yaxşı olardı ki, mətbu nəşrlərin yaradılmasına, bu sahə   üzrə  məşğul olmaq istəyənlərin  fəaliyyətinə həm də  yaradıcılıq baxımından  uyğunluğu  müvafviq qurumlar  tərəfindən  məqbul  hesab edildiyi təqdirdə  icazə veriləydi. 

Hələ bu da azdır.  Bir  çox  özəl kanallarda  veriliş aparanlar var  (Tolik, Zaur Kamal, Elgiz, Sərxan, Zaur Baxşəliyev və s), onların   müəyyən auditoriyaları olsa da,   cəmiyyət tərəfindən heç də   birmənalı qarşılanmır.   Onların  televiziya aparıcılığı ideoloji baxımdan  narahatlıqlarla doludur. Sanki bugünkü  mətbu vasitələr  daha çox insanların əyləndirilməsi   məramına  xidmət edir.  İllərdir eyni vəziyyət  davam edir.  Cəmiyyətin  narazılıqla qarşıladıqları  aparıcıları guya bir kanaldan azad edirlər,   çox keçmir ki,  həmin  aparıcılar keçib  başqa kanallarda əvvəlki  fəaliyyətlərini davam etdirirlər.

  Bunlar incələnmir, doğru-düzgün nəticə çıxarılıb, əməli addımlar atılmır, düşürlər  heç yerdə adı olmayan

sosial şəbəkələrin üstünə.  Guya çap mediasının ətəyində  namaz qılmaq olar?  Bilirsinizmi   sosial şəbəkələrin  normal  fəaliyyət göstərməsinə , əllərini yerdən götürə bilməsinə nə qədər baryerlər var?   

Baxmayaraq ki,   kütləvi informasiya vasitələri  haqqında söz düşəndə güdaza  həmişə sosial şəbəkələri verirlər. Sosial şəbəkələr   yeni ortaya çıxıb.   Amma  kütləvi informasiya vasitələrində belə hallar çox-çox əvvəllər də vardı.

Mətbuatın da, televiziyanın da  yaranmasında əsas məqsəd cəmiyyətin  saflığına xidmət etmək , insanların  ehtiyac və qayğılarını  qarşılamaq, həyatı asanlaşdırmaqdır.

Mətbuat da, televiziya da cəmiyyətin, insanlığın təntənəsinə xidmət etməlidir.   Sadə görünsə də,  çox həssas və məsuliyyətli  məqsəddir  bu.

Bu məqsədin həyata keçirilməsi, həyata keçirilmişlərin  keyfiyyəti isə  qəzetdə, radio və televiziyada  çalışan   əməkdaşların peşəkarlığından birbaşa asılıdır. Onların mentaliteti, həyat və yaşam haqqındakı  fikirləri, məsələlərə  obyektiv baxışları, müdriklik səlahiyyətləri fərd və cəmiyyətə necə təsir edəcəyini müəyyən edir.

Televiziya  da, radio da, mətbuat da  sərmyə üçün hədəflənən  reytinq qazanmağa deyil, cəmiyyətin , dövlətin ali ideallarına xidmət etməlidir.

Son

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.