» » “Niyə narazıyıq bu tərəzidən” və yaxud kütləvi informasiya vasitələri üçün keçirilən müsabiqələr haqqında fikirlərim ( I yazı)

“Niyə narazıyıq bu tərəzidən” və yaxud kütləvi informasiya vasitələri üçün keçirilən müsabiqələr haqqında fikirlərim ( I yazı)

 

“Niyə narazıyıq bu tərəzidən” və yaxud   kütləvi informasiya  vasitələri üçün keçirilən  müsabiqələr  haqqında fikirlərim ( I yazı)

 

Mətbuat millətin kollektiv səsidir. Bir milləti maarifləndirməkdə, doğru yola yönəltməkdə, bir millətə ehtiyac duyduğu ziyalı qidasını verməkdə, bir sözlə, xalqın ortaq bir istiqamətdə getməsini təmin etməkdə məqsəd özlüyündə bir qüvvədir, məktəbdir, yol göstərən də mətbuatdır.

Atatpürk

Bu əsrdə ideyalar uğrunda mübarizə aparırıq və qəzetlər qalalarımızdır.

Heyne

Qəzet  sadəcə olaraq olduğu kimi xəbər verən bir şvasitə deyil. Onun məqsədi insanları düşündürmək və duyğulandırmaqla bu mövzuda bir şey etməyə təşviq etməkdir.

 Mark Tven

Qəzet bütün insanları bir əqidədə birləşdirməyə çalışır. Mənim başıma, mənim düşüncəmə qarşı mübarizə aparır. Bütün insanların  beynini  və düşüncələrini ələ keçirməyə çalışır.

Erix  Seyrman

Mətbuat azadlığı ləğv olunarsa, vicdan, təhsil və söz azadlıqları da yox olacaq. Ruzvelt

Xatırla, oğlum, media elə bir şeydir ki, səni qurd kimi, qurdu da quzu kimi göstərir.

 Xəlil Yaşar  

Bir insan onu maraqlandırmayan yüzlərlə suala məruz qaldıqda sağlam bir qiymətləndirmə edə bilməz. Media dilində buna "məlumatlı yağış" deyilir. Ani informasiya bombardmanının təsiri ilə fikirlər dəyişə bilər. Ona görə də biz şərh verə bilmirik, keçmişi görə bilmirik və bu günü dəyərləndirə bilmirik.

Ümumiyyətlə, Türkiyədə media ölüm və fəlakətin bütün təfərrüatlarını verir, amma ədalətin olub-olmaması ilə çox maraqlanmır, hadisələri izləmir.

Doğan Cücəloğlu

Qəzet müxbiri ilə söhbət edəndə məntiqli sözlər söyləmək lazımdır. Çünki sözləriniz kağız üzərindədir və ertəsi gün, hətta ömürlük sizi təqib edir.

Maykl Connyelli

Media yalnız əyləncə üçündürsə, deməli,  nələrsə çürüyüb.

Banu Avar

Mətbuat azadlığı olmayan bir ölkədə demokratiya yoxdur!

Əziz Nesin

Mənə satılan medianı verin, mən də sizə cahil cəmiyyət verəcəyəm.

Cou Hebel

Yaxşı bir qəzet öz-özünə danışan millətdir.

Özdəmir Asəf

Üç qəzetdən daha çox qorxuram, nəinki  yüz min süngüdən .

 Napoleon Bonapart

Tərəfdar olmağa çalışan mətbuat gələcəkdə nifrətlə xatırlanmağa məhkumdur.

 Anonim

Bizi idarə edən hökumətlər və qəzetlərdir.

D.Meyson

Mətbuat azadlığı digər azadlıqların təhlükəsizlik klapanıdır.

Q.Mason

"Müsabiqə” sözü  ərəbcə " rəqabətli yarış” anlamındadır , eyni zamanda  ortaya üstünlük çıxartdığı üçün özündə  həm  də   müşahidə,  diqqət, nəzarət   anlamlarını da ifadə edir. 

Həyatımızdakı yerinə gəlincə isə ,   istər məktəbəqədər yaşımızda,  istərsə də məktəb  yaşlarıımızda   hər zaman yarışmışıq da, rəqabət də aparmışıq.  Bu sözün mahiyyətini, nominativ funksiyasını  bilməsək  belə, əgər orada varıqsa, özümüzü göstərmək və adımızı uğurla tanıtmaq istəmişik. Seçilmək, fərqlənmək istəmişik: birinci olmaq istəmişik, "ən” olmaq istəmişik. Bunun nəyi pisdir ki?

Yarış,  rəqabət   bir tərəfdən maddi nemətlər bolluğuna  xidmət edir, sistemli, düşünülmüş inkişafa yol açır, digər tərəfdən isə  mənəvi  keyfiyyətləri zənginləşdirir, bu keyfiyyətlərə yeni çalarlar gətirir. Rəqabət   məqsədə çatmaq üçün hərəkətverici qüvvəyə çevrilir, məqsədə yönəlməyə imkan verir.İnsan   həmişə yaradıcı olmağa  motivasiyalanır. Belə sağlam rəqabətlərin nəticəsi təkcə fərdlərə deyil, cəmiyyətə də təsir edir. Həyat, inkişaf, dialektika bu amilin üstündə davam edir.

 Amma  gərək  rəqabət, fəqaliyyəti öçmə, hesabaalma, dəyərləndirmə  şəffaf ola, etibarlı ola, obyektiv ola, ədalətli ola.... Bütün fəaliyyətlərə ahəngdar ritm gətirə, halallıq gətirə...

Görmədik...

İli dəqiq yadımda deyil, təxminən  30-35 il bundan əvvəl "Azərbaycan  gəncləri” qəzetində Novruz bayramı ilə  bağlı müsabiqə  elan edilmişdi. 1-ci yerə layiq  görülən İspaniyaya putyovka əldə  edəcəkdi, 2-3-cü  yerlərin qalibləri isə keçmiş İttifaq dövlətinə.

Mən sualları cavablandırıb, sifarişli (tələbnaməli)məktubla redaksiyaya göndərdim.  Məktubun ünvana verildiyi barədə  bildiriş də  

almışdım.  Nəticələr elan ediləndə,  gözlərimə inanmadım. 1-ci yerə heç kim layiq görülməmişdi. Nəinki  2-3-cü yerlərin qalibləri arasında, heç  fərqlənən  iştirakçılar arasında da adım yox  idi.  Halbuki,  qəzein təqdim etdiyi  nümunəvi cavablarla mənim cavablarım tam eyniyyət təşkil edirdi.   Redaksiyaya getdim. Məktublar şöbəsinin müdiri Kamil Muradov idi. Mənim  məktubumu tapıb göstərə bilmədilər.

 Nəşriyyatda qapıdan  daxil olanda  poçt şöbəsi vardı,  şəxsən onlara  müraciət  etdim. Onlar qeydiyyat dəftərini mənə göstərdilər ki, biz şəxsən məktubu redaksiyanın əməkdaşına  təqdim edib imza etdirmişdik. Gərək ki, o vaxt redaktor Yusif Kərimov  idi, onun da yanında oldum, amma bir nəticə hasil olmadı.

Müsabiqə  Novruz ərəfəsində  təşkil edildiyi üçün bütün suallar  folklorla bağlı idi . Filoloq olaraq  folklor mənim  böyük maraq göstərdiyim sahə  idi. Ali məktəbdə Tələbə Elmi Cəmiyyətində  folklorşünaslıqla bağlı   dəfələrlə elmi araşdırmalarım yüksək qiymətləndirilmişdi.  Müsabiqənin  nəticəsindən  tam narazı qalsam da,  bunun özümdən başqa kimsə üçüntəfavütü yox idi.

Onda belə çıxırdı ki,  mənim məktubumu qəsdən itiriblər.  Təbii ki, indiki   məlumatlılığım o zaman olsa idi,   məhkəməyə müraciət edərdim: səni 1-ci yerdən məhrum edirlər,  hətta  fərqlənənlər arasında adın yer almır. Sifarişli göndərdiyin məktub  da  yoxa  çıxır, sən də susursan.  Susursan, bu susqunluq  o deməkdir ki, ədalətli münsif ola bilməyən münsiflər  haqlı imişlər .

Bir vaxt  Fövqəladə Hallar Nazirliyi də jalə şirələri ilə bağlı müsabiqə keçirimişdi:  inşa yazı.

Qardaşım oğlunu  bu müsabiqəyə həvəsləndirdim, istiqamət  verdim, o da  böuük maraqla yazını hazırladı. İnşanı redaktə edib göndərdik.  Təşkilat komitəsi  elan verdi ki, heç bir yazı göndərimədiyi üçün  müsabiqənin vaxtı bir qədər də  uzadıldı. Ədalətlidirmi, bəs bizim göndərdiyimiz inşa nə üçün hesaba alınmamalı idi?

Jalə şirələri  Qəbələnin nemətidir. Qəbələli məktəbli  öz torpağının neməti haqqında   günlərlə  zəhmət çəkib inşa yazır, həm də  yeganə inşa göndərən olur, amma   buna heç əhəmiyyət  verilmir. Əlavə verilmiş  müddətdə  kimlər yazdı, nə yazdılar, bu isə  məlum olmadı. Nəticə elan olunanda ,  Nohurqışlaq  kənd məktəbinin X sinif şagirdi Nurlan Səmidlinin  adı  heç yerdə çəkilmədi.

Deməli, sadəcə,  sosial fəaliyyət xatirinə  müsabiqə keçirirb, hədiyyəni də öz təyin etdikləri şəxslərə verirlər.

Gərək   hər addım demokratik ola, şəffaf ola. Kimdir münsiflər heyəti,  qaliblər kimdir, onlar  hansı yazı ilə qalib olublar? Hər 3 yazını    mətbuatda   dərc  etdirəydilər, insanlar da baxıb görərdilər ki, bəli, bu yazı  mükafata layiqdir və mükafata layiq görülməyən iştirakçıların  yazısından daha  sanballıdır.

 Sonuncu iştirak etdiyim müsabiqə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən elan olunan müsabiqə oldu.

  Agentliyin  elan etdiyi kimi,  məqsəd onlayn media

subyektlərinin (veb-saytların) inkişafı, iqtisadi müstəqilliklərinin gücləndirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi üçün stimul yaratmaqdan ibarət olmuşdur.

    Kütləvi informasiya vasitələrindən məlum olduğu  kimi, müsabiqə üçün ümumilikdə 96 veb-sayt müraciət etmiş, onlardan yalnız  müsabiqə qaydalarına cavab verən  39 veb-sayt  qalib seçilmişdir.  Həmin veb-saytlar bunlardır:  azpolitika, info bizimyol.info,  yeniçağ.az, bakupost.az,  7nevs.az, day.az,  modern.az,  cebhe.info,

moderator.az, azvision.az, moderator. az, visiontv.az,

qazet.az, bizim.media , azxeber.com, sportinfo.az, sonxeber.az, qaynarinfo.az, sportal.az, tezadlar.az,

sia.az, football-plus.az, editor.az,apastrof.az , avropa.info, demokrat.az, offsideplus.az, minval.az, qol.az, yenisabah.az, publika.az, visiontv.az qafqazinfo.az,  sfera.az, anevs.az, fanat.az, olke.az, ednevs.net, missiya.az, matbuat.az, bakivaxti.az.

 

Əvvəlki KİVDF-dən fərqli nə oldu bəs? Əvvəlki vaxtlarda vəsait ayrılan siyahılarda da onsuz da həmişə  böyük əksəriyyətlə bunlar olub.

Bunların arasılnda layiq olanlar, əlbəttə ki,  var.   Onları ürəkdən təbrik edirik.  Fəqət,  şəffaflıq,  obyektivlik görmədik.

Biz bu yazımızdan çox -çox əvvəllər də  istər öz saytımızda, istərsə də feysbuk statuslarımızda mətbuatla bağlı fikirlərimizi ifadə etmişik.

Nə üçün müsabiqənin nəticələri ümimi halda təhlil edilməsin? Nə üçün   qalib olmayan iştirakçılara heç olmasa, bir ümid bağı buraxılmasın?

 

Mən Əhməd müəllimə müsabiqədən  əvvəl  məktubla da müraciət etdim.    Həmin  qurumdan kimsə   mənə zəng etdi. Təəssüf ki,  bu cavab da cavab xatirinə cavab oldu. 

Bizim saytımız kimi saytları  heç vaxt  belə həndəvərə yaxın buraxmadılar. 

Mən heç vaxt ədalətli, obyektiv və şəffaf müsabiqəyə, ədalətli seçimə rast gəlməmişəm. Artıq 4-5 dəfə belə müsabiqədə iştirakçı olmuşam. O vaxt eşitmişdim ki, bir müsabiqənin qalibi Vüqar Səfərlinin oğlu olub.

İnternetdə bu cür müsabiqələrdən biri haqqında bir yazıya rast gəldim. Əməkdaşı qalib olmuş bir sayt müsabiqəyə həsr etdiyi yazısında ancaq öz əməkdaşının adını çəkib. Belə niyə olmalıdır? Açıqlayın da bütün qaliblərin adını. Bütün qaliblərin yazılarını təqdim edin də ictimai baxışa.

Müsabiqədən əvvəl o da məlum olmalıdır ki, kimlər ekspert olacaq, onların ədalətli ekspert olacağına mətbuat vasitələrində çalışanların hamısı əmindirmi? Eləcə də yoxlama-ölçmə vasitələri, doğrudanmı, etibarlıdır, şərtlər qarşıya qoyulan məqsədləri üzə çıxarmağa, qalibi müəyyən etməyə tam yetərlidirmi və doğrudanmı, müsabiqə istədiyi məqsədə tam ədalətli və şəffaf şəkildə çata bildi?

O vaxt gərəksiz-gərəksiz saytlara ətək-ətək pul payladılar, bəzən lap axırda "Təhsil Problemləri” qəzetinin adını yazırdılar: ya 2 min, ya 3 min. Unudulmaz Sabirin məşhur beyti necə yerinə düşür:


Xümsi-şərabı seyyidə saqi verib dedi:

Sabir fəqirdir, yetər ancaq zəkat ona.


Mənzil bölgüsü də belə olurdu və həmin bu mükafatlandırılan mətbu vasitələri də öz səhifələrində ədalətli bölgünü, hər şeyin şəffaf olduğunu tirajlayırdı.


“Niyə narazıyıq bu tərəzidən” və yaxud   kütləvi informasiya  vasitələri üçün keçirilən  müsabiqələr  haqqında fikirlərim ( I yazı)

 

 Davamı var...

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.