» » Sosial şəbəkələrin birində çox maraqlı müzakirə, amma səmimiyyət çatışmır

Sosial şəbəkələrin birində çox maraqlı müzakirə, amma səmimiyyət çatışmır

 
 

Sosial şəbəkələrin birində çox maraqlı müzakirə, amma  səmimiyyət çatışmır

 

Dostluğumda olanlar yaxşı bilirlər ki, mən əksər şərhlərimdə rast gəldiyim dil pozuntularından bəhs etmişəm. Buna baxmayaraq, mənim yazılarımın özündə də bəzən belə xətalar müşahidə edilir. Dostlar mənə bunu bildirirlər və mən onlara təşəkkür edirəm. Hərdən öz yazılarımı oxuyanda səhvlər gözümə dəyir, heç kim duyuq düşməmiş tez də özüm təshih edirəm.
Mən bir dəfə tələbə yoldaşımın işlədiyi elmi-tədqiqat institutlarından birində olarkən dostum demişdi ki, çox hörmətli yazıçılarımızdan biri bizə A-4 vərəqinin bir üzündə rəy yazmışdı. Rəydə 12 səhvə yol verilmişdi.
Halbuki, həmin yazıçı ədəbiyyatımızın çox qüdrətli bir nümayəndəsidir və bu haqq onun halal haqqıdır.
Təbii ki, fikirlərini doğru-düzgün ifadə etmək, doğru-düzgün də yazılı nitqə çevirmək yazanın, onu səsli ifadə edənin yüksək savadından xəbər verir. Bəzən elə olur ki, bir şəxs gözəl yazır, savadlı yazır, amma yazdıqlarını şifahi olaraq məzmunlu ifadə edə bilmir və yaxud mənalı nitqini yazıya köçürərkən elə xətalara yol verir ki, yazı da, onun məzmunu da tamam təhrifə məruz qalır.
Mən bu yazıya (https://www.facebook.com/720092031475522/posts/2088790717938973/?d=n) geç rast gəldim. Bütün şərhləri oxudum. Razı qaldıqlarımdan daha çox narazı qaldıqlarım oldu.
 

Sosial şəbəkələrin birində çox maraqlı müzakirə, amma  səmimiyyət çatışmır

 

Hər bir kəsin öz fikrini azad şəkildə bildirməsi qanunla ona verilmiş bir hüquqdur. Amma bu cür söhbətlərdə mütəxəssislər, ziyalılar fikir bildirsə, daha doğru olar. Şərhlərdə ironiyalar var, tənələr var.
Əzizlərim, olmaz belə.
Azər Qərib Azərbaycanın çox məşhur jurnalisti, bloggeri və səyyahıdır. Dünyanın 100-dən çox ölkəsində olub. Bilirsiniz bu, nə deməkdir: o deməkdir ki, dünyanın 100 ölkəsinə Azərbaycanın arzularını aparıb, xalqımızı bu ölkələrdə ləyaqətlə təmsil edib və etməkdədir.

Biz onu "Qərib Azər" verilişi və "Oralar" proqramı ilə tanımışıq. Hər iki layihə tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmışdır.
Çox gözəl ünsiyyət qabiliyyəti var. Kimsə onun proqramını izləyərkən kanalı dəyişməz.
Şirin danışır, cəzb edə-edə, valeh edə-edə danışır. Müsahibə aldığı halda, özü də ən yaxşı müsahibə çevrilir. Çox jurnalistlər ona qibtə edir. Azər Qərib qibtə edilməyə layiq jurnalistimizdir də.
Unutmuşam harda rast gəldiyimə. Mənası təxminən belə idi ki, təkcə ona təəssüflənirəm ki, ömründə bir gədiyi aşa bilməyən, zirvədən qartalı endirir yerə.
Kimi yazır ki, "Azer Qarib” yox, "Azər Qərib” kimi yazılmalıdır. Kimi deyir ki, elementar səhvlərə yol verib və sair.
Dünyanın 100 ölkəsində olmuş jurnalistimiz adını "Azər Qərib” kimi yazsaydı, başqa dillərə mənsub insanlar onun adını təhrif olunmuş şəkildə qəbul edəcəkdilər.
Uzun müddət Vətəndən uzaqlarda yaşayıb fəaliyyət göstərən bir ziyalının dilində belə hallar gözləniləndir. Əsas odur ki, milli ruhu güclü olsun. Adı bunu sübut etmirmi?
Mən Azər Qəribi özümün müəllimi hesab edirəm. Kaş mən də onun kimi rəğbətli auditoriyaya malik olaydım.
Azər bəyə irad tutanlar bəs bu səhifənin adına nə üçün etiraz etmirlər, nə deməkdir "Grammar Azi”, kimdir onu işlədən? Niyə belə xoş niyyət bu cür adlanmalııdr?

Şəbəkə dili yoxlama yazı deyil, mətbuat üçün yazılan mətn deyil. Ha çalışsan da, səhvsiz ötüşmək olmur. Hansı şərhdəsə rastlaşdığınız səhvləri analiz edin. Yazan şəxs "kitab” sözünü "kita” şəklində yazıbsa, bu, dil pozuntusu deyil, texniki xətadır. Olsun ki, "b”hərfinin üstünə toxunub, amma hərf düşməyib. Və yaxud sürətlə yazırsan, bəzən barmaqlarının hərəkət sürəti hərflərin işarələnmə tezliyini üstələyir: əvvəlki hərf işarələnməmiş digər hərfi işarələmisən və bu hərf əvvəlkindən tez düşüb.
Sosial şəbəkələrdə bu tipli xətalar saysız-hesabsızdır.
Bizim bir müəllimimiz vardı. Həmişə deyərdi ki, yazı payızın sonunda məhsulu yığılıb qurtarmış bostan kimidir. Bu bostana kim girsə, əlinə bir şey keçəcək.
Amma bu ələ keçənlər daha çox sosial şəbəkə bostanlarında olacaq. İnşa yazan, bir qəzetə məqalə yazan önun üzərində dönə-dönə işləyir.

Həmin şərhi redaktə etməyi hörmətli Qərib Azər mənə tapşırsaydı, sonuncu cümləni 2 variantda redaktə edərdim:
1.Ermənilərin Şuşaya olan münasibəti aydındır, çünki öz torpaqları deyil. Artıq bu topağın əsl sahibləri qayıdıb və çox keçməyəcəkdir ki, Şuşa yenidən çiçəklənəcəkdir.

2. Ermənilərin Şuşaya olan münasibəti aydındır, çünki öz torpaqları deyil. Artıq bu topağın əsl sahibləri qayıdıb və çox keçməz ki, Şuşa yenidən çiçəklənər.
 

Sosial şəbəkələrin birində çox maraqlı müzakirə, amma  səmimiyyət çatışmır

 

Rahib müəllimin yazdığı " Sahibləri qayıdıb və çox zaman çəkməz ki, Şuşa yenidən çiçəklənəcək...” cümləsində "çəkməz” sözü "keçməz” şəklində olmalııdr. Çünki bu iki söz arasında məna fərqi var.
"Çəkməz” - indiyə qədər olmuşlar anlamını, "keçməz” isə bugündən sonra olacaq vaxt anlamını ifadə edir.
"Çəkməz” və "çiçəklənəcək” hərəkətlərinin zaman ardıcılllığında qeyri -dəqiqlik var. "Çiçəklənəcək” hərəkəti qəti gələcək zamandadır, "çəkməz” hərəkəti isə qeyri-qəti gələcək zamanda: çək +mə(inkarlıq şəkişçisi) +z (qeyri-qəti gələcək zamanın ünsürü )

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.