» » Xudayar haqqında yanlış ifadə ilə bağlı hadisədən götürülməli ibrət

Xudayar haqqında yanlış ifadə ilə bağlı hadisədən götürülməli ibrət

Xudayar haqqında yanlış ifadə ilə bağlı hadisədən  götürülməli ibrət

Yadınızdadırsa, aprelin axırları idi, deyəsən, Xudayarla bağlı qəhrəmanımızın adına uğun olmayan ifadə işlətmiş Fuad Rəsulzadə adlı bir gənci fürsətə salıb bərk və qəddarcasına döymüşdülər.
Fuad "Twitter" sosial şəbəkəsində "Xudayar çoxdandır təzə mahnı buraxmır” adlı status yazıbmış. Qəhramanın yaxınları, onu sevənlər, eləcə də cəmiyyət bu fikri sərt narazılıqla qarşılamış və məlum hadisə baş vermişdi.
Biz də təbii ki, Fuadı qınayırıq. Fuadın simasında dünyagörüşündə belə əcaib fikirlər yer almış hər kəsi qınayırıq. Danışakən, yazarkən yüz ölçüb, bir biçmək lazımdır. Elə yazmaq, elə danışmaq lazımdır ki, onu səni tanıyan da, tanımayan da xoş qəbul etsin. Hər zaman ağası ola biləcəyin söz de ki, əks təqdirdə sənin özünü dilinin bəlasını çəkməyə məhkum etməsinlər.
"Xudayar çoxdandır təzə mahnı buraxmır” fikrində hörmətsizlik əlamətləri var. Amma məsələni bu səviyyəyə gəlib çıxmasına yol verilməməli idi. Yəqin ki, insanlar, xüsusən uşaq və gənclər arasında Şəhid statusu haqqında yetərli məlumat yoxdur. Hüquqi baxımdan şəhidə, şəhid adına, şəhid abidəsinə qarşı belə hərəkətlərə görə məsuliyyət, məzəmmət formaları haqqında mətbuatda və televiziyada söhbətlərin aparılmasına ehtiyac var.
Mən bu qədər çöldə-bayırda oluram. Çoxdur şəhərimizin küçə və həyətlərində, bağça və parklarında bu və ya digər şəkildə şəhid abidələri.
Əksəriyyəti çox səliqəsiz saxlanır. Aylarla bu belə guşlərdəki yaşıllığa, güllərə su verilmir, ərazi təmizlənmir. Bir binanın qarşısında divarda şəhidin barelyefi vardı və bu hissə kiçik hasarla əhatələnmişdi. Həyətlərdə meyvə-tərəvəz satan həmvətənimiz yeşiklərini bu hasara söykəyib
piştaxta kimi istifadə edirdi. Bu yerdən 10-15 metr aralıda isə məhlənin zibilxanası yerləşir. Bəs bu, şəhidə hörmətsizlik deyilmi? Bəs bu qədər insanların laqeydliyi Fuadın suçundan azdırmı, balacadırmı?
Bəs Fuadın həmin bir cümləsi Nərmin Şahmarzadənin Şəhid Mübariz İbrahimov barədə paylaşımlarından çoxmu sərtdir? Yaxud, Nərmin bu yöndə xətaya yol verən ilk şəxsdirmi? Diqqətlə baxsaq görərik ki, sosial şəbəkələrdə milli hisslərlə alay etmək bir tendensiya halını alır, sadəcə çanaq Fuadın başında çatladı.
Bu məqaləni o vaxt da paylaşa bilərdim. Amma gözlədim ki, qoy qızmış başlar sakitləşsin, hirslər soyusun, hamılıqla sakit başla belə məqamları analiz edək.
Biz bir tərəfdən deyirik ki, Fuad şəhidimizə hörmətsizlik edib, böyük xəta edib. Digər tərəfdən kütlə halında onu mərəyə salıb döyməklə özümüz ondan da çiddi xətaya yol veririk. Hər sərgilənən yanlış hərəkətə görə döymək lazımdırsa, onda hər gün sağımız-solumuz, önümüz, arxamız dava-dalaşla əhatələnmiş olar ki. Bəs biz hüquqi dövlətə niyə can atmışıq, bu dövləti niyə arzulamışıq.Bunları dövlət nizamlamalıdır. Belə də görülən tədbir təsirli və effektiv ola bilər, kim kimi harda tutdu döyməklə yox. Cəmiyyəti belə xaosa sürükləməyin.
Xudayar və onun kim ibütün şəhidlərimiz əbədilik tarixə köçdü. Hər zaman bu tarix vərəqlənməlidir, üz tutulmalıdır.Keçmişi olmayan xalqın gələcəyi ola bilməz. Bizim keçmişimizi, tariximizi igid babalar yazıblar. Xudayar və onun bütün amal qardaşları bu tarixin varisləridir və ləyaqətli varis olduqlarını dönə-dönə sübut etdilər.
Baş vermiş hadisədən bərk mütəəssir olduq. Ürəklərdə, gözlərdə Xydayarın , onun amal qardaşlarının əksi canlanır hər an. Kim deyə bilər ki şəhidlərimə hörməsizlik var? Baş vermiş hadisənin tam təfərrüatı olduğu kimi məlum deyil.Çünki informasiya mənbələri o qədər çoxdur ki, bu mənbələr koordinasiya olunmadığından, hər təfəkkürdə adamların əlinə keçdiyi üçün bu gün acınacaqlı bir vəziyyət yaranıb. Elə bil bu millətin Ağsaqqalı yoxdur, qızışmış başları sakitləşdirə, daha neçə ananı, atanı göz yaşlarına qərq edə biləcək əməlləri önləyib məcrasına qaytara bilə.
 
Xudayar haqqında yanlış ifadə ilə bağlı hadisədən  götürülməli ibrət

Xudayar haqqında yanlış ifadə ilə bağlı hadisədən  götürülməli ibrət


O döyülən şəxs həmin fikri hansı konteksdə deyib və niyə deyib?
44 günlük Qələbəmizin fatehləri bizim əsgərlərimiz və zabitlərimiz olub. Onların hər biri Polad Həşimovdur, Hikmət Mirzəyevdir, Samid İmanovdur, Murad Mirzəyevdir, Nəcəf Şikarovdur, Bəhruz Abuşovdur.... Xudayardır, daha minlərlə belə əsgər və zabitlərimizdir. Bu xalqın azadlıq, tam zəfər mücadiləsi hələ bitməyib. Bu oğullar Ali Baş komandanımız İ.Əliyevin rəhbəliyi altında bu Zəfəri əbədiləşdirəcəklər, dönməz edəcəklər. Bütün qəhrəmanlarımız elı bir nümunə qoyublar ki, bu gündən sonra davam edəcək mücadiləmizdə yeni Xudayarlar, Poladlar, Bəhruzlar, Samidlər, Nəcəflər, Muradlar onlardan əxz etdiklərini mütləq təkrarlayacaqlar.
Bu gün elə bir məhlə, həyət yoxdur ki, şəhidi olmasın. Bizim məhəllədə 4 şəhid var. Sağlıqlarında həyətdə-küçədə o qədər qarşılaşmışdıq ki. Adi bir sakin kimi. Bilmirdik ki, bunlar fəxrimiz olacaq qəhrəmanlardır.
Ona görə də yanlış hərəkət edən bizlərdən kimisə islah etmək özümüzün qayğısıdır. Bəlkə bu gün yanlış hərəkət edən hansısa bir gəncimiz sabahın daha bir qəhrəmanıdır. Bəlkə döyüş səhəsində bu gün onu amansız döyən həmyaşıdını məhz o çiyinlərində döyüş bölgəsindən çıxaracaq.

Xudayar haqqında yanlış ifadə ilə bağlı hadisədən  götürülməli ibrət

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.