Piketlərlə hürr yaşamaq eyforiyası və buradan poliamoriyaya uzanan yollar ( V hissə )
Kimə məxsus olduğunu xatırlamasam da, 45-50 il öncə eşitmişəm bu fikri : " Mədəniyyətin ən yüksək forması qeyri-müəyyənlikdir, mədəniyyətsizlikdir.” Fikir əslində bir az da kötü səslənir deyə, unudulmaz Nəsibə Zeynalovanın "Hicran”tamaşasında dediyi kimi bir az "mədəni dil”də dedim.
Psixoanaliz elminin banisi avstriyalı Ziqmund Freydin bir məşhur fikri də bu konteksdə mədəniyyətin Orta həddi keçərsə, insanoğlunu xəcalətli edəcəyinə bir işarədir:
"Hər kəs zirvədə olmağı hədəfləyir, amma heç kim bilmir ki, zirvə yüksəlişin sonu, enişin başlanğıcıdır”.
Zirvəyə can atan, oraya çatan insanoğlu bir yerdə statik, donuq qala bilməz ki, zirvədən də o yana yol yox: odur ki, başlayacaq enişə doğru hərəkətə. Mədəniyyət də də eynən belədir.İnsan illərlə savad alır, sonra ali təhsil, magistratura... Ki dünyagörüşü geniş olsun, kübar olsun, mədəni olsun, öyrəndiyi, mənimsədiyi hikmətlər, gözəlliklər əllərini yerdən götürsün. Görüşdüyü, ünsiyyətdə olduğu kimsə onu "qalstuklu odun parçası”na bənzətməsin. Özünə gəlin seçən də, kürəkən seçən də, diplomu olmasa da, bu qohumluğa razı olardı, təki gəlini namuslu olsun, mehriban olsin, ailəcanlı olsun və yaxud kürəkəni ağıllı olsun, mərifətli olsun, çörək qazanmağı bacarsın.
Keçən əsrin ortalarına qədər hamı oxuaya bilmirdi ki. Mən şəxsən nə qədər ailə tanıyırdım ki, ər də, qadın da adını belə yaza bilmirdilər, amma çox səmimi, bərəkətli, alınmaz qala kimi möhkəm ailələri olub.
Təhsil sonradan əhəmiyyət kəsb etdi, həm kişi üçün , həm də qadın üçün. Ona görə ki, daim inkişaf edən dünyanın, cəmiyyətin bir parçası ola bilmək üçün mütləq insan onu çevik olaraq izləməlidir, ayrı-ayrı xalqları, onların tarixini, mədəniyyətini öyrənməlidir.
Təbii ki, insanın hər gün öyrəndiyi hər yeni nə isə mütləq onun həyat tərzində əxlaqında, baxşılarında, geyimində bu və ya digər şəkildə öz əksini tapacaqdı. Ona görə də insan həm həyatının maddı, həm də mədəni tərəfini zənginləşdirmək üçün yenilənməyə hər zaman ehtiyac duyur.
İnsanın şüurunda böyük təbəddülatlar baş verir. İnsan özü həyatına daha dərin mənalar qatmaq istəyir. Amma bu, intim həyat, əza həzzi demək deyil. Əza həzzi də insan həyatının bir hissəsidir, amma əsası deyil, heç orta olanı da deyil.
Əsas olanı insanın özünü dərk etməsidir, borcunu, vəzifəsini, nə üçün doğulduğunu, nə üçün yaşadığını, nə üçün mübarizə apardığını, nə üçün sevdiyini dərk etməsidir. Bəs insan elmin, mədəniyyətin zirvəsinə ucalandan ordan sonra nə etməlidir? Geriyəmi – barbarlığamı qayıtmalıdır?
Mədəniyyət abır-həyadan, əxlaqdan uzaq olanda, bu, artıq mədəniyyət deyil mədəniyyətSİZLİKdir.
Bizim gözə şairimiz Davud Ordubadlı çox sərrast ifadə edib:
Bəzəyi versəydi gözəl geyimlər,
Söyüd ağacının nə dərdi vardı?
Ağıl panamada olsaydı əgər,
Göbələk ən məşhur alim olardı.
Bizim zaman-zaman hikmətini itirməyən elə əxlaq qayda-qanunlarımız olub, elə zəngin həyat-tərzimiz, adət-ənənələrimiz, geyim mədniyyətimiz olub ki, biz onlardan uzaqlaşmamalı idik. Amma bu gün ölkəmizə Qərb dünyasından bir Səlib yürüşü var: xarici ölkələrin missionerləri sapı özümüzdən olan baltaların əli ilə əxlaqımızın başını "pambıqla elə kəsirlər ki”.
Sevimli türk şairimiz Məhmət Akif Ərsoy demişkən:
Kim demiş Avropa insanı mədəni?
Nə ədəb var, nə həya, lüm-lüt bədəni!
Əgər mədəniyyət açıb saçmaqsa bədəni;
Desənizə, heyvanlar bizdən daha mədəni!
Biz zaman-zaman irəliyə can atmışıq, dünya dəyərlərinə canatmışıq. Amma onların hamısı etalon deyil ki, onları hamısı əxz edilməli deyil ki. Heç mənə qalsa, Avropada texnoloji mədəniyyətdən savayı, əxz edilən bir şey yox.
Dünyanın heç bir yerində ailə ittifaqı bizdəki kimi ictimai məzmun, bəşəri mahiyyət kəsb etməyib.
Məsələn, guya, Fransa dünyanın mədəni ölkələrindən hesab olunur: guya ha.
Fransada bizdəki evlilik, nikah bizdəki kimi deyil. Orada nikah müqaviləsi yoxdur, kim kimdən xoşu gəlsə, bəyənsə başlayırlar yaşamağa. Bizdəki kimi nikah müqavləsi bağlamırlar, nikah müqaviləsinin yerinə orda "PACS" adlı evlilik müqaviləsi var. Sadə bir formadır, ZAQS-lar tərəfindən deyil, bələdiyyələr tərəfindən bağlanır, müəyyən vergi verirlər, heç bir öhdəlikləri yoxdur. Ayrılanda da məhkəmələrə müraciət etmək lazım gəlmir. "PACS" bağladıqları yerdə gedib ərzə verib biri sağa, biri isə sola çevrilib 2-ci, 3-cü 5-ci sevgililiyini yaşayırlar.
Statistikaya görə, 2000-ci ildə evlənmiş yüzdə 75%-i "PACS" müqaviləsi ilə evlənmiş heteroseksual cütlüklərə məxsus olmuşdur. Bu nisbət 173 min 45 müqavilə imzalandığı 2009-cu ildə yüzdə 95 %-ə qədər yüksəlmişdi.
Bu cür evlilikdə cütlük nə ailə qarşısında, nə cəmiyyət qarşısında heçbir məsuliyyət daşımayacaq, əlbəttə. Bunlar 6 aydan, 1 və yaxud neçə ildən sonra ayrılacaqsa, onlardan dünyaya gələn uşaq necə böyüyəcək?
Siqaret, içki, azad seks istəyən şəxslər dünyaya övlad gətirməyəcək: bu övladlar ya arzu olunmayan mühitdə doğulacaq, lap tibbi müəssisələrdə doğulsalar da, onların uşaqlıq həyatı, sonrakı taleləri də sual altındadır.
Meşədə, dağda təbii halında bitən bir alma ilə, insanın öz həyətində, bağında əkib becərdiyi alma ilə fərqi hiss etmək qüdrətində deyilikmi məgər?
Gözəl bir sevginin ülfətindən dünyaya gəlmiş bir körpənin şəxsiyyəti ilə azad seks istəyən, poliamoriya alüdəçiliyində olan bir atanın, ananın belindən gəlmiş uşağın şəxsiyyətində fərq olmayacaqmı?
Əlbəttə, olacaq.
Normal bir ailənin qızı gəlin köçür, bu gəlini onların özlərinə də uyğun bir ailə eyni sevinclə qəbul edir. Ata gəlininin ayaqları altında qurban kəsdirir, ana gəlininin ayağı ruzili-bərəkətli olsun deyə başı üzərinə şirniyyat səpələyir.
Bu ailədə yeni bir həyat başlayır. Ailə nəvə gözləyir. Qayınana bu tifilin bəlirtiləri hiss olunandan gəlinin üstündə göz-qulaq olur.Hər əsən yeldən, hər ağır əşyanı götürməkdən qoruyur gəlinini də, nəvəsini də. Nənə əvvəlcədən hazırlığını görür, bizim vaxtlarda beşiyini, indi isə "kolyaska”sını sifariş edir. Babası, xalası, bibisi, bu ailəyə , həm də qızın öz ailəsinə yaxın kim varsa, bu körpəni gözləyir. Evin divarları, həyətin bağ-bağçası gözləyir onu.
Allah bu yaratdığını yaratmamışdan əvvəl onun nənəsini, babasını yaradır. Bu balanın yüyrüyü salınası ağacları yaradır, bağ yaradır, bu ağaclarda bar yetirir...
Hələ nəvə yoxdur ey... Amma həm də var...
Bax, qayınana-qayınata budur. Əgər mən bilsəm ki, mənim bu yazımı oxuyan kimsə nənə-baba qayğısında boy atıb böyümüş, ətə- qana dolmuş uşaqla azad seks istəyən adamların dünyaya gətirdikləri uşaq arasında heç bir fərq görmürlər, təəssüflənməyəcəm, özləri bilər. Mən yazdıqlarımı o kəslərə yazıram ki, onlara bu fikirlərin müəllifi deyil, onun dedikləri əhəmiyyət kəsb etsin.
Gənclər, yeni evlənənlər bunu bilməyəcəklər, o yaşda biz də bilməmişik. Kaş biləydik. Əgər bir evin nəvələri varsa, baba-nənələri və yaxud hansısa biri yoxdursa, nəinki təsadüfi əlaqədən dünyaya gələn zavallılar, hətta babası-nənəsi olmayan uşaqlar babalı-nənəli uşaqlardan psixoloji vaxımdan, mənəviyyat baxımdan, idraki baxımdan mütləq fərqlənəcək.
Evdə körpə uşağın, nəvən var. Amma onun doğum günündə sən 400-500 km -lik məsafədə ondan aralıdasan. Üzürlü səbəb var iştirak edə bilmirsən.Uşaq, nəvə bunu anlayacaq səviyyədə deyil. Amma uşağımız, nəvəmiz üçün borclu olduğuuz mükəlləfiyyətlərimiz var. Onlar bunu hiss etmir. 400-500 km- lik məsafəni məhz ona görə gəlsəniz də, bunun məxsusiliyini bilməyəcək. Amma içdən, könüldən yayılan impulslar, hisslər və yaxud gəlmədiyiniz halda, bunun əksi olan laqeydlik, sevgisizlik mütləq yerin, göyün (hər birinin 5 qatı var) qatlarında — torpağın, havanın kütləsində mütləq var: kimə aiddir başı üstündə, ayağının altında rol oynayır,təsir edir. Mütləq edir. Bu uşaqlar sevginin özündən də gözəldir, onların sevilmək, ərkələnmək, nazlanmaq, şıltaqlıq etmək, nə hiss var, hamısını etməyə haqqı var. Onun valideynləri əgər bunun nazını çəkməyəcəkdilərsə, qayğısını, sevgisini görməzlikdən ötüb keçəcəkdilərsə, neynirdilər onları dünyaya gətirib. R.Rövşənin bu şeirinin üstündən keçə bilmədim:
Şirin-şirin yuxudaydıq,
Bir zalım oyatdı bizi.
Anaların qucağından
Bu dünyaya atdı bizi.
Düşdük yolların ağına,
Baxtımızın soragına,
Qatdı bizi qabağına
Əlində oynatdı bizi.
Biz ki, yol nədi bilməzdik,
Biz ki,öl nədi bilməzdik,
Bilsək, dünyaya gəlməzdik,
Analar aldatdı bizi...
Keçən əsrin 90-cı illərinə qədər bizim ailə dünyasına məxsus əxlaq, ədəb-ərkan normaları müəyyən təsirlərə məruz qalsa da, ruhumuzu oxşaya biləcək qədər gözəl idi. Tutaq ki, bir ailədə bir gəlin, 20-25 arası yaşlarında bir də qız var. Bu evə kənardan gələn heç fərqləndirə bilməzdi ki, bunlar ev sahibinin qızlarıdır, yoxsa gəlinləri. Və yaxud hansı gəlindir, hansı qızdır. Çünki gəlinlər o qədər özləri ədəb-ərkanlı, ağayana aparardılar ki, heç ərə getməmiş qız uşaqlarına bənzəyərdilər. Geyimlərinə, davranışlarına son dərəcə diqqətli olardılar. Qayınata yanında uşaqlarına, ərlərinə ayrılmazdılar və s. Dəmşalaq geyinməzdilər. Başqa adam yanında (anadan və azyaşlı uşaqlardan başqa) əri ilə kəlmə kəsməzdilər, bir-birlərinə toxunmazdılar, qucaqlarına uşaq götürməzdilər, nazlamazdılar. Eynilə oğullar da.
Onda söz-söhbət olmazdı, ola bilməzdi. Olsaydı, ailə divarları arasında yoluna qoyulardı. Oğul anası səbirlə vacib mətləbləri həm oğluna, həm də gəlininə başa salacaqdı. Qayınana gəlininə belə analıq edəndə, onda onun da qızına hansısa bir evdə başqa bir qayınana mütləq belə qayğı göstərəcəkdi.
İndi yoxdur belə şey. Ata-ana bir qədər narazılıq etsə, irad bildirsə, oğul arvadını da vurub qoltuğuna gedib kirayədə yaşayacaqlar. Oğul belə edəndə, gəlinin də ürəyindən olacaq.
Bu, məhəbbət olmadı, övladlıq borcu olmadı.Bu, sadəcə, subay-sağlıqlı gənclər kimi macəra həyatı yaşamaqdır.
Məsuliyyətinizi unutmayın, şərəfinizə, sevgi borcunuza asi olmayın, gınc Qadınlar... gənc Analar...!
Bizim çox gözəl əxlaq və gözəllik sərvətlərimizi olub…
Feministlərin düşündükləri sərhədsiz sərbəstlikləri yox, həyat yoldaşlarınızın sizi sevə biləcəkləri qədər sevgi arzulayın özünüzə, bunun üçün çalışın. Əsl qadın səadəti bu normaların ruhundadır.
Mənim düşündüyümə görə Qadına/həyat yoldaşına əsl dəyəri Azərbaycan əri verə bilər. Siz görmürsünüzmü getdicə Qadın obrazını nə hala gətirilər bu senzurasız informasiya, sənət mühitində? Siz poliamoriyaya hədəflənmiş eşqi yox, sizə QADIN olaraq ən ali dərcədə ehtiramla yanaşanın sevgisini arzulayın.
Əsl ailə həyatı, əsl qadın-kişi münasibətləri sevginin özü qədər dəruni olmalıdır. Amma bu sevgi mətbuatın məşhurların gün keçirdikləri adamlara aid etdikləri sevgi deyil. Sevgi örtülü olalardır, uğrunda can atılanlardır. Hardan gəldiyi, nə vaxt gəldiyi, nə vaxt getdiyi; necə gəldiyi, necə getdiyi bilinməyələrdir.
V.Səmədoğlunun gözəl bir şeiri var:
Bacarsaydım qurudardım
dünyanın dənizlərini.
Xəzər yudu bu gün, gülüm,
Sahildəki izlərini.
O balaca ləpirləri
Çoxmu gördü dünya mənə?
Gözmü dəydi izlərimə?
Yerə vurdun sözlərimi,
dindi yerin sarı simi...
Eşitmişəm yol üstəsən,
yaz, göndərim gözlərimi
harda ağlamaq istəsən...
Sevgi budur, sevdiyinə hisslərini çatdırmaq budur. Belə sevgilər istənilən halda ədəb-ərkanlı olacaq. Qadın sevdiyinin ruh əkizi olmalıdır. Əza həzzi, macəra həyatına motivasiya olunmuş münasibət isə sevgi deyil, onun başqadır adı.
Son
Oxşar postlar:
- Piketlərlə hürr yaşamaq eyforiyası və buradan poliamoriyaya uzanan yollar ( IV hissə )
- Piketlərlə hürr yaşamaq eyforiyası və buradan poliamoriyaya uzanan yollar (III hissə )
- Piketlərlə hürr yaşamaq eyforiyası və buradan poliamoriyaya uzanan yollar ( II hissə )
- Piketlərlə hürr yaşamaq eyforiyası və buradan poliamoriyaya uzanan yollar ( I hissə )
- Təbiət haqqında şəkilli sitatlar(II hissə)
- Oxunub: 176
- Şərhlər: 0
- Bölmə: Baş redaktor
Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.
Ən çox oxunanlar
Piketlərlə hürr yaşamaq eyforiyası və buradan poliamoriyaya uzanan yollar ( I hissə )
Azərbaycan xalq tətbiqi sənəti / Kəlağayı
Uşaqlar gülürsə, bayram var...
Vətənim demək azdır , Vətənin olmaq gərək ( Şəhid kapitan Nəcəf Şikarovun xatirəsinə ehtiramla )
Piketlərlə hürr yaşamaq eyforiyası və buradan poliamoriyaya uzanan yollar ( II hissə )
Piketlərlə hürr yaşamaq eyforiyası və buradan poliamoriyaya uzanan yollar (III hissə )
Burla xatun
Piketlərlə hürr yaşamaq eyforiyası və buradan poliamoriyaya uzanan yollar ( IV hissə )
Əsgərlərimizə Novruz təbriki
Piketlərlə hürr yaşamaq eyforiyası və buradan poliamoriyaya uzanan yollar ( V hissə )
Yazarlar