» » Piketlərlə hürr yaşamaq eyforiyası və buradan poliamoriyaya uzanan yollar ( IV hissə )

Piketlərlə hürr yaşamaq eyforiyası və buradan poliamoriyaya uzanan yollar ( IV hissə )

 

Piketlərlə hürr yaşamaq eyforiyası və buradan poliamoriyaya uzanan yollar ( IV hissə )

 

 Mən  kimlər daha çox xəyanət etdiyinə cavab  axtarmaq  niyyətində deyiləm. Nə fərqi var ki, xəyanəti qadın edib və  yaxud kişi?    Hansı etməsindən asılı olmayaraq,  ikisinə aid ailənin səadətinə xal düşdü artıq.    

Hər xəyanətdə 2 fərqli  tifaq dağılır:  bir kişi  digər bir kişiyə xəyanət  edir, hər qadın da digər bir  qadına. Ona görə də sevgi də, ailə  ülviliyi  də    getdikcə  daha aşınmalarla  müşayiət olunur. İldən ilə pozulan tifaqların sayı artıq, xəyanətlər çoxalır. Pozulan ailələrin  yeni evlənənlər arasında üstünlü təşkil etməsi   xüsusilə  məyusedicidir. 

Piketlərlə hürr yaşamaq eyforiyası və buradan poliamoriyaya uzanan yollar ( IV hissə )

Piketlərlə hürr yaşamaq eyforiyası və buradan poliamoriyaya uzanan yollar ( IV hissə )

Piketlərlə hürr yaşamaq eyforiyası və buradan poliamoriyaya uzanan yollar ( IV hissə )

Piketlərlə hürr yaşamaq eyforiyası və buradan poliamoriyaya uzanan yollar ( IV hissə ) 

Piketlərlə hürr yaşamaq eyforiyası və buradan poliamoriyaya uzanan yollar ( IV hissə ) 

 2017-ci ildən 2020-ci ilə kimi olan  nəticələri isə internetdən ayrı-ayrılıqda  topladım. 2020 -ci ilin  müqayisəsini  2017-ci ildəki nəticələrlə müqayisə edəndə,  Azərbaycan  ailələrində gedən etibarsızlığı aydınca fərq etmək olur.  2017-ci ildə  az qala 63 min evlilik  üzrə  14 500 boşanma varsa,  2020-ci  ildə  2017-ci ilə nisbətən  27 min  az nikah bağlanıb, amma bu az nikah sayı ilə də ümumi göstərici müvafiq dövrün boşanma  sayından 84 vahid çoxdur.

Pozulan ailələrin kəndə nisbətən  şəhərlərdə çox olması özü bir  ciddi araşdırmaya  ehtiyac duyur. Mən hər iki halın özülündə xəyanətdən başlanan bağları görməkdəyəm. Cürbəcürə adlarla həyatımıza getdikcə bayağı həyat tərzini doldururlar. Gənclərin gözü qarşısında baş verən bu  ekzotik  həyat  tərzi nümunələri  mənəviyyatlarda çox ciddi aşınmalar əmələ gətirdi.

 Son  onillərə qədər bu xalqın, bu cəmiyyətin ortaq dəyərləri vardı: toy adət-ənənələri,  tarixi, dini  bayram və mərasimlər.  Bunlara qarşı hamının məsulyyəti  və  cavabdehliyi vardı. Adam balası kimi toy et, kəndin ağsaqqalı, ağbirçəyi gəlib iştirak etsin toyunda, xeyir-dua versin.  Sən də başını sal aşağı,  öz iş-güçünlə məşğul ol, ailəni saxla.

Kəndlərimzdə kimin nə ixtiyarı vardı ayağını bir az çəp  qoyaydı. Amma indi gedin təğyiri-libas olub kəndlərimizin  vəziyyəti ilə  tanış olun.  Sizin, bizim gördüyümüz kənd, kənd həyatı  yoxdurr  daha...

Bu gün gənclər  şərəfli  keçmişi və gələcək məsuliyyəti ilə deyil, gündəlik  həyatlarını yaşamağa  meyillidirlər. Elə neqativ hallar baş verir  ki, bunları elə örtülü saxlayırlar, itirib batırırlar ki, yaxşı ki, səsini çıxartmamısan, yoxsa baş verənlər  aydan arı, sudan duru elan ediləcək, sənin isə öz  başın ağrıyacaqdı. Hələ bununla iş bitsə yaxşıdır, başağrısı dərmanı atıb yola vermək olar.

Onda başıpozuqluğun, sərgərdan, tüfeyli həyat keçirməyin, macərə hayatının, donjuanlığın qarşısını almaq olmayacaq. Yeni pozuntular, yeni xəyanətlər necəsə öz axrını tapıb davam edəcəkdir.

Bizim formalaşmış ilkin sivil  cəmiyyətimiz  Dədə Qorqud  cəmiyyətidir. Bir dərindən nəzər salın, incələyin. Necə dəyərli əxlaq  kodeksi varmış   bu cəmiyyətdə. Bu cəmiyyətin özündə ailə qürurunun əzəməti də, kövrəkliyi də ataların, ərlərin, onların qadınlarının, qızlarının  cəmiyyətdəki   mövqeyi ilə  müəyyən olunurdu.

"Baybörənin oğlu Boz ayğırlı Bamsı Beyrək” boyunda  Beyrək əsr edilib Bayburd qalasında dustaq saxlanılır. Üstündən  bir də 16 il keçəndən sonra Beyrək öz yurduna dönə bilir.

 Sevgilisi  Baybican bəyin qızı Banu Çiçək 16 ildir ki, Beyrəyin nişan üzüyünü  barmağında saxlayır. Demək, adını və eşqini də ürəyində saxlayır.

Qardaşının verdiyi sözə  görə onu başqası ilə nişanlayırlar. Toydur. Beyrəyin qayıdışı da toy gününə təsadüf edir. Yolda o, bir ozanla qarşılaşır  və  onlar  yolu birgə gəlirlər. Ozan  bildirir ki, o, Baybican bəyin qızı Banu Çiçəyin toyunda oxuyacaq.  Beyrək də  ona qoşulub məclisə gəlir.

İndi  Beyrək ozan olaraq qopuz çalacaq, Banu Çiçək də oynayacaqdı.  Amma Banu Çiçəyin əvəzinə Qısırca yengə oynadanda,  Beyrək oynayanın ərə gedən qız olmadığını söyləyir. Sonra Boğazca Fatma  qaftanını geyinib  ortaya  şıxanda, Beyrək deyir:

 

"Mənim sənlə nə oyunum,

Get bu qaftanı soyun.

Ərə gedən qız dursun,

Mən qopuz çalım ona,

Qol sallayıb oynasın!”


Beyrək öncə onu suallara  tutur, vəfasını, sədaqətini  sınağa çəkir:


-Qarğu kibi qara saçın yoldınmı, qız?!

Qara gözdən acı yaş dökdinmi, qız?!

Güz alması kibi al yanağın yırtdınmı, qız?!


 "Kitabi- Dədə Qorqud" dastanı VI-XIII əsrlərdə  yaranıb, VII-IX əsrlərdə tam formalaşıb.     Amma dastandakı  adət-ənənələr, mifoloji təsəvvürlər  bu cəmiyyətin izlərini  daha qədəimlərə - III-IV əsrlərə  aparıb çıxarır. Üstündən, görün, neçə əsrlər ötüb, oradakı  əqlaqi-tərbiyəvi məsələlər bu gün də  öz təsirini saxlamaqdadır,  yaşamaqdadır.  

 

"Qara saçını yolmaq”,  "hörüyünün birini ağ, birini qara hörmək”, "gözlərindən leysan kimi yaş tökmək”, "həyadan payızın  sona aylarına  qədər  budaqda qalmış alma kimi qıpqırmızı qızarmaq”  bu gün də  sevgililərin  sədaqətə, vəfaya münasibətini ifadə etmək üçün işlədilən emosional  suallardır,  bənzətmələrdir.

 Banu Çiçəyin  bir  adına baxın, heç adamın ağlına gələrmi ki, o, dönük ola bilsin. Görün, Beyrəyin sorğusuna o, necə  cavab verir:


Beyrək gedəli Bam-bam dəpə başına çıqdığım çoq,

Qarğu kibi qara saçum yolduğum çoq.

Güz alması kibi al yanağım yırtdığım çoq.

Gələnlə gedəndən sorduğum çoq.

"Vardı, gəlməz bəg yigidim,

Xan yigidim Beyrək" − deyü ağladığım çoq... 


Bu  sədaqət  tək bu boy üçün  deyil,  digər boylar üçün də namus düsturdur, ümumiyyətlə, bütün Oğuz cəmiyyəti üçün   həyativacib şərtdir.

"Uşun qoca oğlu Səyrək" boyunda Səgrək  yenicə  toy etmişdi. Gərdəyə girəndə   sevgilisi ilə   arasına qılınc  qoyub  yatır.  Əhd edir ki, qardaşını əsirlikdən xilas edib gətirməyincə,  gərdəyə girməyəcək.  Bu məqsədlə sevgilisinə deyir :


-Bir yildə gəlməzsəm, iki yil baqğıl!

İki yildə gəlməzsəm, üç yil baqğıl!

Gəlməzsəm, ol vəqt mənim öldügimi biləsən.

Ayğır atım boğazlayub, aşum vergil!

Gözün kimi tutarsa, könlün kimi sevərsə, ana varğıl!”

 

Oğuz igidi Səyrək daha  sonra  deyir:


-İki yildə gəlməzsəm, üç yil baqğıl!

Gəlməzsəm, ol vəqt mənim öldügimi biləsən.

Baxın, Səyrəyin xanımı  necəcavab verir:

-Yigidim mən sana bir yil baqam.

Bir yil də gəlməzsən, iki yil baqam.

İki yildə gəlməzsən, üç-dört yil baqam.

Dört yildə gəlməzsən, beş yil, altı yil baqam.

Altı yol ayırdına çadır dikəm.

Gələndən-gedəndən xəbər soram.

Xeyir xəbər gətürənə at, ton verəm,

Qaftanlar geydürəm.

Şər xəbər gətürənin başın kəsəm.

Ərkəg sinəgi üzərimə qondırmıyam.

Murad ver, murad al, andan get, yigidim!”.

 

 Və yaxud "Duxa qoca oğlu Dəli Domrul boyu”nda  Dəli Domrul   Əzrayıl onun canını almamışdan öncə   qadınından halallıq alır.   Eyni zamanda  var-dövlətini  iki oğlu ilə qadınına vəsiyyət edir. Eyni zamanda övladlarının  nəzarətsiz, sahib qalmaması üçün  lazım gələrsə,  ailə qurmağı  da vəsiyyət edir:


…Gözün kimi tutarsa.

Könlün kimi sevərsə,

Sən ona varğıl!

İki öğlancığımı  öksüz qoymağıl!

 

Sevgili qadını  ala gözlərindən bahar suları kimi qan-yaş tökür və söyləyir:

 

Səndən sonra bir igidi,

Sevib varsam, belə yatsam,

Ala ilan olub məni soqsun.


 Dəli Domrulun xanımı ğlənə kimi ərinə  sadiq qalacağına and içir.


Belə misallar  nə qədər desəniz, bizim  etnoqrafik abidələrimizdə,  dastanlarımızda öz  ülviliyini qoruyub saxlamaqdadır. Bəs necə olmalıdır ki?! Bizim soy -kökümüz belə olub. Uca Allah bu xalqı ləyaqəti,  namusu da qəhrəmanlıqla   bir yerdə qismət edib. Bizim dədə-babaların qəhrəmanlığını ləyaqət, ləyaqətini də  qərəmanlıq tamamlayır. Kişilər qadınları üçün, uşaqları üçün nə qədər  məsuliyyətlidirlərsə, qadınlar da  ərləri  və ailələri üçün  oqədər pərvanədirlər. Şam kimi yanacaqlar, sonda da özlərini oda yaxacaqlar.

 Kim saldı bizm başımıza  bu daşı? İnsanlar 20 əsr yaşayandan sonra yenə  mağara  dövründə yaşadıqları həyata qayıtmalıdırlarmı,  təbiətdəki "azadəlik” kimi:  axşam örüşdən qayıdan qoyun-quzu  hansı qoyun-quziya qarışıb gedib özgə həyətində gecələyər, səhər örüşə oradan yollanardı.

 Axı sevgi  başqa,  sevginin  hicrində yanmaq başqa anlayışdır,  belə azdəlik başqa.

 Tarixdə, ədəbiyyatlarda qədim peşə növü haqqında   nə qədər  desəniz,  məlumat var. O vaxtdan indiyə kimi,  bu yolun yolçularını hansısa bir  Azərbaycan    oğlu bBelə peşə sahiblərindən  hansısa birinə:


Bəri gəlgil, başım baxtı, evim taxtı,

Evdən çıxıb yürüyəndə səlvi boylum!

Topuğunda sarmaşanda qara saçlım,- deyib,

 

Piketlərlə hürr yaşamaq eyforiyası və buradan poliamoriyaya uzanan yollar ( IV hissə )

evinə gəlin gətiribmi, özünə    sonsuzadək qəlb  sirdaşı edibmi, əlbəttə ki,  yox və etməyəcək də. Nə də onlar bunu  motivasiya etməzlər.

 Etsəydilər, bu gün onların xələfləri başıaşağı oturub bir vaxt  bədənlərindən ayrılmış  paralarının  nə vaxtsa gəlib onları tapmasını gözləyərdilər.

 Bizm feminist qızlarımızdan biri demişdi ki,  haqqında  qadağalar, iradlar,hasısa olmazlar bildirilən qadın/qız  bəlkə heç  uşaq doğmaq  istəmir, ana olmaq  istəmir.

 Mən inanmıram  belə qızımız olsun ki, o, ana olmağa can atmır, qucağına süd qoxulu körpə alıb bir  az da   ülviləşmək istəmir.

Varsa belə qızımız,   nahaq yerə dünyaya göz  açıb,  uzun illər  anasının   başını, 9 ay da  bətnini məşğul edib.

Hər  gün   məhəllədə, küçədə, televiziyada saysız-hesabsız uşaqların arasında oluruq. Hər birinin öz məxsusi ülviyyəti var.  Hər  birimiz  bunlarla nəfəs alırıq. İnsan cəmiyyəti  bunların hesabına davam edir. Qədim  peşəni leqallaşdırsalar,  nə olacaq. Bunu düşünmək  belə dəhşətdir.  Ana olmaq istəməyən  feminist  qadınların ucbatından, eləcə də analıq haqqı ilə tarana gedib 1-2    uşaqla  kifayətlənən qadınların ucbatından  ciddi demoqrafiya   problemləri qaçılmaz olacaq. Qədim peşə sahibləri dünyaya uşaq gətirməyəcək,  nikahdankənar  doğulan uşaqların artımı məlum olacaq, küçəyə,  zibilliklərə atılan   körpələr çoxalacaq,  Uşaq  evlərinin  tikintisi  hərəkatı başlayacaq. Dövlət ha bu uşaqların qayğısına qalsa da,  müəyyən istisnalarla onlar hər zaman  cəmiyyət üçün problem olaraq qalacaq.

 İki gəncin  bir-birinə könül verib ailə qurması, hələ buna qədər  gələcək  övladları haqqında   beyinlərində, ruhlarında ideyalar yaratması,  baba-nənələrin nəvə  həsrəti,yüyrük hazırlaması xəyalları  ilə dünyaya  göz açmış   yavruların —  dünyaya gələn gündən  xoş aura ilə dolu olan divarlar arasında  əzizlənmə  və dualarla ətə-qana dolan körpələrin  şəxdiyyət   kimi  formalaşması hara,  küçənin bir başında tanış olub  o başında  hansısa oteldə,   harda, harda öz gözlərinin qurdlarının zinasından     dünyaya gətirilən arzulanmamış, sonra da atılmışlara, sığnacaqlara yerləşdirilmiş zavallıların acı taleyi hara?

Uşaqlar ailədə özləri gəlmədən arzularda, and-amanlarda doğulmalıdır.  Ana  yavrusu doğulmamışdan qucağında hiss etməli, laylasını, oxşamasını səsləndirməlidir.  

 Adlarını çəkmək istəmirə.  Mətbuatda dünyanın ən gözəl qadınları  sərlövhəli  paylaşmalar  o qədərdir ki. Doğrudanmı  gözəldir onlar? Hər bir ucqar kəndimizdə, şəhərimizdə    qədər   gəlinlərimiz olub ki,  səhəri körpəsinin beşiyi başında dirigözlü açıb.  Səhər  balası bir balaca toxtayandan sonra gözlərinə yuxu gəlib, onu da yorğan altda yatmayıb bu analar, ayaqüstə bir çımir ala-ala yatıblar.  Dünyanın ən gözəl anaları  bunlardır. Onlar da  o gözəlçələr kimi bəzənib düzənsələr, makiyaj etdirsələr,  dünya gözü ilə sevənlərə xoş   gələcək. Amma  bizim qadınlarımız üçünlazım deyil  belə bəyənilmələr.  Bizim  qadınlar   Qadın yox, Ana təəssüratı oyatdıqda   dünya üçün, övladının atası üçün də əsl Qadındır, əsl anadır.

 Bir alman yazıçısının dediyi kimi: "Heç bir bəzək və makiyaj bir qadını, analıq sevgisi qədər gözəlləşdirə bilməz.”

 

Piketlərlə hürr yaşamaq eyforiyası və buradan poliamoriyaya uzanan yollar ( IV hissə )

 Davamı var...

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz