» » Poliamoriya nədir

Poliamoriya nədir

Müəllif: Anaveusaq.az от 9-03-2021, 00:21
 

Poliamoriya nədir

"Polyamory” (ingiliscə "polyamory”, qədim yunan dilindən "numerousολύς” sözlərdən yaranıb "çoxsaylı" + latınca amor "sevgi"  deməkdir) koordinasiyalı qeyri-monoqamiya formalarından biridir, bir insana bir neçə nəfərlə sevgi münasibətləri qurmağa imkan verən  yöndəmsuz bir eşqə yöndəmsiz bir  etik baxışlar sistemidir.

Çoxsaylı sevgi həzzinə can atanlar düşünürlər ki, insanın cinsi ehtiyaclarını boğması anormal haldır, evil olmaq, barmaqda nişan üzüyü gəzdirmək o demək deyildir ki,  insanın elə  görüb-götürəcəyi  də öz evi  ilə məhdudlaşmalıdır.  Ümumiyyətlə, sevgi və seks məsələsində rahat olmaq lazımdır. 

Çoxlu  sevgi tərəfdarlarının yeganə etik prinsipi belədir: sadəcə fırlatma, yola vermə, yalan demə,  sadəcə, dürüst ol, sədaqətli ol.

Poliamoriya qarşılıqlı konsensusdur, burada ikiüzlülük olmaz,  heç nəyi gizlətmək olmaz. Burada dürüstlük əsasdır, hər iştirakçının razılığı şərtdir və razılaşdırılmış romantik  əlaqələrə yalnız bundan sonra başlanılır.

Çoxsevgili əlaqələrdə  qadın və ya ər çox adamla görüşə bilər. Hətta həyat yoldaşı bu  münasibətlərdə ortaq tərəflərdən biri ola bilər.

Poliamoriya alüdəçiləri belə fikirləşirlər ki, insan orqanizminin fizizoloji ehtiyaclarının  ailənin qurulması yolu ilə qarşılanması  cinsi məmnunluğu təmin edə bilmir, alternativ   münasibət tənzimləmələrinə ehtiyac yaradır.

Belə libidolar (şüursuz cinsi həvəs)  əsrlər boyu mövcud olduğunu da  demək olar,  amma onda buna  poliamoriya deyilməyib.

Cəmiyyət ilk mövcud olduqda  intim münasibətlər, təxminən bu formada olub: kim kimlə istsəydi, münasibət qururmuş. Dünyaya gələn uşaqların atası kimdir  heç bilinmirmiş. Yəni, burada evliliyin ali məramı ağıla  gələ bilməzdi.  Sadəcə,  insanlar təbii ehtiyaclarını ödəyirdilər.

Əsrlər keçdikcə istehsal  vasitələri, istehsal üsulları inkişaf  etdikcə, dəyişildikcə  həyatın özündə də, şüurlarda da  yeniliklərə, oyanmalara yol açmışdır. Cəmiyyətdə qadın əməyinin  vacibliyi önə çıxmış, qadınlarda nəsil böyütmək qayğıları yeni məzmun kəsb etməyə başlamışdır.   Qadınlar   artıq mağaralardan çıxıb özləri üçün monoqam tipli ailə yaratmağa  meyillənmişlər. Bunu  həm  də zaman, mühüt  özü   şərtləndirmişdir.  Qadın da, kişi də bu  şüura    gəlib çatmışlar ki, kişinin  bir qadını olar, qadının da bir kişisi.


 Poliamoriya nədir


Həmin vaxtdan  monoqamiyanı  XXI əsrin əvvəllərinə qədər  gətirib çıxarmışlar. Fəqət, ailə institunun üstündən artıq  badi-sərsər  əsməyə   başlamışdır.

Bizim ailə-sevgi dəyərlərimizə    qoca  Avropadan  biri LGBT , biri poliqamiya, biri poliomariya bayrağı sancmaq,     bir xana tutmaq istəyirlər.  Hansı ki, bunların heç birinə  bizim Ailə instiyunda yer yoxdur  və heç vaxt da olmamalıdır. Yazımızn əvvəlindən məlum olduğu kimi,  biz ancaq   bunlardan biri – poliomariya haqqında  fikirlərimizi oxucularımızla bölüşmək istəyirik.

 Poliamoriya    tələffüz və yazılışca poliqamiyaya da   bənzəyir, amma tam bir-birlərinin  əksi olan mahiyyətdir.

Poliamoriya hərfi mənada çoxunu sevmək alamına gəlir.  Amma bu,   poliqamiya  demək deyil ha.  Poliqamiya  bir şəxsi eynı zamanda bir neçə nikahda olması deməkdir, yəni, bunlar rəsmən evlidirlər. Poliamoriyada isə nikah evliliyinə ehtiyac yoxdur, xoşa gəlmək var, məmnun etmək var,  bir-birləri   arasında "səmimi anlaşma” var. Bu səmimiyyətin bizim bildiyimiz səmiyyət  anlayışının  leksik mənası ilə heç bir aidiyyəti yoxdur.  Öz halalına, öz ərinə xəyanət edən birinin  səmimiyyət ifadəçisi olduğuna  ancaq səmimiyyəti yalan olan adamlar inana bilər. Bunların   menzurkası ilə poliamoriya  münasibətləri "kişi-qadın" formatının ənənəvi  modelindən  razı olmayan,   yarımayan şəxslərin   qarşılıqlı  anlaşma və istəklə  olan əlaqələridir. Guya, belə  əlaqələr  hər iki tərəfə həyatın həqiqi məmnunluğunu dadmağa kömək edir. Guya  belə əlaqə formaları daha  fərqlidir və daha xoşdur:  açıq, dürüst və uzunmüddətli  emosional münasibətləri əhatə edir.

Azərbaycan mühiti üçün, dədə-baba  ölçüləri üçün bu, emosionallıq deyil, tərbiyəsiz  bir münasibətdir.

Sanki dünyanı, cəmiyyəti məhvərindən  oynatmaq istəyirlər: yeni, irrasional dünya yaratmaq istəyirlər.

   LGBT-çilər, poliqamiya, poliamoriya  daha  kimlər, kimlər   azadlıq, demokratiya şinelinə bürünüb  heç bir əndazəyə, ölçüyə gəlməyən sərhədsiz sərbəstlik  istəyirlər, İstanbul Konvensiyasını istəyirlər.

 Bunu   o cəmiyyətlərdə, o dövlətlərdə istəyirlər ki,  həmin  ölkələrin  xalqlarında  "Gəlin qayası” əfsanəsi yoxdur:

"Bir gün düşmənlər  bur obaya qəfildən hücum edirlər.  El-obanın kişiləri   düşmənə müqavimət göstərsə  də, düşmənlər  qabaqlarına keçənləri qoca demir, uşaq demir, qadın demir, hamısını qılıncdan keçirir.   Qaça bilən  qaçır bir təhər canını  xilas edir, qaça bilməyənləri də düşmən  o biri dünyaya göndərir. Hamilə bir qadın varmış Qaçmağa imkan tapa  bilmirmiş.   Belə bir fürsət düşən kimi ayaqyalın, dağlara tərəf   qaçmağa başlayır. Düşmən  də,  sən demə,   gəlini görüblərmiş. Düşürlər  gəlinin arxasınca. Düşmənlər  gəlinə çathaçatda o, əlini  Tanrıbın  dərgahına uzadıb  göylərə, yalvarışlar edir, Allahdan imdad  istəyir.  Elə bu vaxt düşmən atlıları özlərini yetirirlər. Amma yerlərindəcə donub qalırlar. Onların qarşılarında hamilə gəlin əvəzinə,  hamilə qadına oxşayan uca bir qaya peyda olur. Gəlin qayaya dönübmüş.

Elə o vaxtdan da bu qayaya "Gəlin qayası” deyilir.”

 Yoxdur, LGBT-çilərın, poliqamiya, poliamoriya    az qala həyat tərzinə  çevrilən  ölkələrin  tarixində    əfsanə formasında daşlaşan    abidə, özünü qayadan atan  gəlinlər və s. Belə gəlinlərin, belə anaların doğduğu övladlardan formalaşan   cəmiyyəti, onun əxlaq  sərhədlərini  aşıb keçmək olmaz. Ona  görə  o cəmiyyətə müxtəlif xətlərlə "qırmızı alma göndərib”,  həm   özlərini  demokratik, humanist bir ölkə  kimi reklam  edəcək, həm də  sonda  oğlasnlarımızın başını bir cürə pozacaq, qızlarımızın başını da bu cürə.

 

Poliamoriya nədir

 

  Cürbəcürə   layihələr ortaya atırlar,   belə layihələrin   maliyyə məsələlərini də boyunlarına  götürürlər. Bunlar hamısı yanlış, səhv təsəvvür və xəyallardır, illüziyadır.  

Bunlar  karyera üçün, intellektual inkişaf üçün faydalı  bir fəaliyyət  təsiri bağışlasa da, onun nüvəsində  mütləq  bir şeytani niyyətlər olmamış olmur. Belə niyyətləri görə bilməyən, analiz edə bilməyən   günahsız  günahkarlar    necə sadəlövh imişlər.

 Mən həmişə idmanın, mədəniyyətin, təhsil əlaqələrinin  dünya ölkələrinin,  ayrı-ayrı  dinləri,  ayrı-ayrı dilləri  və mənsubiyyətləri olan ölkələrin  yaxınlaşmasının,  dünya  üçün ortaq dəyərlərin tapılmasının ən  təsirli və etibarlı  forması kimi baxmışam və bu gün də  fikrimdə qalıram. Bunu məndən dəfələrlə çox  belə dəyərləndirənlərin sırasında  olduğumdan  həmişə xoşhal olmuşam.

 Fəqət,  bu əlaqələr  insanların  həyatına, içinə  girmək üçün  həm də  bir  vasitə  kimi istifadə  edilir.

 Bu gün  həyatımızda  müşahidə edilən və bizim  həyat üçün   ekzotik  həyat,  mədəniyyət, davranış nümunələri  var  ki,  bunlar hamısı   məhz   həmin   idman, təhsil, mədəniyyət  truppalarının qarderobunda  keçirilir.    Seriallardakı  macəra  həyatı, gənclərin  Avropada  sərhədsiz sərbəstlikləri  sanki bir uyuşdurucu kimi  gəncliyin başına yeridilir.

  Nə üçün   bizim milli kimliyimizə heyranlıq yarada biləcək  etnoqrafik abidələrimiz, mətbəx mədəniyyətimiz,  qonaqpərvərliyimiz haqqında  müsabiqələr keçirilmir,  atlarımızın müsabiqəsi keçirilmir,  gözəllik müsabiqəsi keçirilir? 

Niyə qızlarımıza  evdarlıq, analıq   dərsləri yox , belə şeylər öyrədilir?

Təbii ki, bizim  gənclərimizin arasında    Arzu Məmmədova kimi əqidəli  qızlarınmız  da var və onlar daha  çoxdur.

 

Poliamoriya nədir

 

 

Kaliforniya ştatında keçirilmiş  bir tədbirdə ermənipərəst mövqeyi ilə tanınan rusiyalı jurnalist Vladimir Pozner  Qarabağın ermənilərə məxsus olduğunu bildirmişdi, əgər yadınızdadırsa.  Həmin tədbirdə  bizim Arzu  adlı qızımız da iştirak edirmiş  və o, cəsarətlə  Qarabağın Azərbaycan torpağı olduğunu iştirakçıların  diqqətinə çatdırmış , ermənipərəst  Pozneri isə söz azadlığından, mətbuatın  kütləviliyindən  bir xalqın xeyrinə digər xalqlara qarşı  nifrət dolu fikirlər yaymamağa  çağırmışdı. 

 Eləcə də Emil Hacıyev, Gülay Məmmədova,Tural Bədirxanlı, Teymur Sadıxov,  Nəimi Əmirəl, Samir Sadıqov, Nuran Abdullayev kimidaha  neçə yüzlərlə  yüksəkbilikli   mütəxəssis olub vətənə dönmək, xalqına xidmət etmək  amacı olan   gənclərimiz var, gəncliyimiz var.

Fəqət  bu gün  cəmiyyəti narahat edən homoseksuallıq, uşaqların  cinsi istismar halları, poliamoriya (çoxsevgililik) kimi sevgi  əxlaqsızlığı; gənclərin  milli mənəvi dəyərlərə biganəliyi;  ailə institunun  sarsıdılmasına yönəli meyillər də  həmin Qərb dünyasının xidmətidir,  Qərbin  eybəcər nümunələrinin həyatımıza  birbaşa və ya dolayı   təsiridir.

 Biz  həyatımız, gəncliyimizi  belə təsirlərdən qorumalıyıq.

XX   əsrin 80-ci illərinə qədər  bir ata-ananın toy arzuları   xeyli  vaxta başa gəlirdi. Əvvəlcə,  bu barədə  ata-ana öz aralarında  götü-qoy edirdilər, nəhayət, ortaya çıxarırdılar ki,  övladlarını evləndirmək,  ailələrinə gəlin gətirmək istəyirlər.  Bir müddət  kəndin, obanın, qohum-qonşuların qızları diaqnostik qiymətləndirlmədən keçirilirdi və  hansısa  bir bəxtəvərin üzərində dayanılırdı. Oğul baxsın, bəyənilsə,   qarşı tərəf  xəbərdar edilsin. Qızın/ailənin  də  fikri öyrənilsin və   "hə”  yə gedilsin. Sonra nişan aparılsın.  Qız ailəsi də, oğlan ailəsi də toy  tədarükü görsün,  toya qədər  müxtəlif tədbirlər   yerinə yetirilsin (bayramlarda qıza  pay aparmaq, oğlana  pay göndərmək, "parçakəsdi”,  gəlin evinə  parça  aparmaq və s.). Bəy evini bəzəmək, xınagecəsi,  toy,   "üzəçıxma”,  yengəni hörmət-izzətlə yola salmaq, axşam ailədə bəyi-gəlini    ailə üzvləri arasında  üzə  çıxarmaq, sonra  gəlinin ata evinə ayaqaçdısı və sair bu addımlar  bunların hər birinin çox  ciddi təsiri  və əhəmiyyəti vardı.  Bu tədbirlər    bir tərəfdən  yeni ailə quracaq gənclərin  ömürboyu  unudulmayacaq  xatirələrinə çevrilir,  digər tərəfdən   onları qohum-qardaş, el-oba qarşında  məsuliyyətini artırırdı.  Eləcə də  qohum olan tərəfləri   qohum-əqrəbanın, el-obanın qarşısında cavabdehliyini və məsuliyyətini yaradırdı.

 İndiki gənclərimiz bunun  mahiyyətini heç cürə anlamaq istəmir,  bu tədbirlərin   heç birini də qəbul etmir. Onda bu tədbirin adını niyə toy  qoyaq? Onda niyə  bu qauğını illərlə ürəyimizdə, ruhumuzda yaşayaq/daşıyaq? Övladımız  oğuldursa,  evlənmək vaxt gələndə   bir həftəyə qız tapaq , 1 gün elçi gedək,  1-2 dəst  paltar alaq, 2 gündən sonra da kafelərin birində 2-3 saatlıq bir mərasim,   vəssalam- şüttamam. Eynən poliamoriya  tərəfdarları da belə istəyərlər. Onlara  ailə münasibətlərinin  ictimai-sosial  tərəfi yox,   gözlərin  ruhun  eybəcər qurdlarını öldürmək üçün lazımdır.

Sevmək gözəldir.  Amma hələ həyatın hamısı demək deyil. Hər gözəl olanda hər  kəsin bir payı var. Amma hər kəs də xoşbəxt deyil axı.  Hansısa bir gözəllik  sənin ola bilər ,  amma sən ondan ağılla, doğru şəkildə istifadə etməyəcəksənsə,   o, səni xoşbəxt edə bilməz.  Gözəl   çox dəyərli bir sərvətdir, amma çoxuna göz yaşı gətirə bilir. Amma gözəlliyi  heç  əhəmiyyət kəsb etmir, elə ağıllı, ədəb-ərkanlı, evdar, ailəcanlı qızlarımız, qadınlarımız var ki, ərini, gəlin düşdüyü evi   bir ömür boyu həsəd  aparılan ocaq edir.Haml başına and içir,  bu gəlin    həmin ocaqda  gələcək  davamçıları üçün  ölçü ola biləcək  nümunə qoyurlar.

Bəli, sevmək  gözəldir. Bu qədər başımda şeirlər, kəlamlar var. Onun  yarıdan çox   sevgi ilə, gözəlliklə bağlıdır.İndi mənim  yaşda olanların sevgi yaşı deyil. Amma  secgiyə, qadına  aid  harda bir dəyərlə qarşılaşsaq, ondan yenə yan keçmirik. Laqeyd  qalmırıq.Ruhumuza alırıq,  o vaxta qayıdıb  o vaxtkı sevgimizə, sevdiyimizə aid edirik. Bu günlə müasirləşdirib  oğlumuza, qızımıza aid edirik, onların nəsibi olsun deyə arzu edirik.

Biz  zamanında sevgi  gördük, biz sevginin getdikcə cılızlaşdığının da   seyrçiləriyik. Nə oldu bizə,  nə oldu sizə?


Poliamoriya nədir 

Aylarla, illərlə sevdiyiin həsrəti ilə   yanan-alovlanan gənclər başlarını aşağı salıb,  toy günlərini gözlədilər, onların valideynləri də özlərini oda-alova yaxıb  toy tədarükü gördülər.  Qohum-qardaş dəstək oldular.Sonra könül xoşluğu ilə  evlərinə-ocaqlarına gəlin gətirdilər,   ailəliklə   gəlin  açdığı süfrə ətrafına  cəm oldular, gəlin qaynatdığı samovarın  çayını içdilər. Bu gəlin  gəldiyi evə  yeni  sakinlər  bəxş etdi, şəcərəni bir az  da qollu-budaqlı etdi. Bu gəlin və bəy oğlumuz  bu qədər gözəlliklərin  səbəbkarı oldular, amma öz həyatlarını yaşadılar. Bəxtiyar  yaşadılar ki, bu bəxtiyarlıq ruzili-bərəkətli oldu. Bütün   bunlar  heç  diqqəti cəlb etmədi,ortada olmadı. Amma indi  çox dəyişilib. İndi sanki  gənclər birlikdəlik üçün   toy eləməyə çalışırlar. Bunu 1 ayın içində də başa gətirmək olur. Belələri sevgini dəyərləndirə, yaşada bilməz axı. Amma istıyər ki, daha neçə  birlikdəyə baş vursun. Sorğu-sualı yox, məsuliyyəti yox.  Amma  böyük  cəzası var.Özünün halal  sevgisini  itirir, ola bilsin ki,   sevdiyi  həmin damın altında  qalıb yaşamağı davam etdirir, fəqət, nə o damın  altında, nə o ürəkdə zərrəcə sevgi  qətrəsi olmur.

 Dünya yaman sevgisizləşir getdikcə. Poliamoriya çöxsevvgililik demək olsa da,   bunun izahın verən lüğətlərdə "sevgi  gördüm deyən ola bilməz”. Poliamoriya,  poliqamiya niyə sevgi  olsun ki. Poliamoriyadır,  poliqamiyadır, nə bilim  LGBT -dir  nədir, bunlar insanlığı  mağara dövrünə qaytarmağa yönəli simasızlaşdırma proqramının tərkib  hissəsidir. Qadın obrazının cəmiyyətdəki  ictimai həlli çox narahatedicidir. Ən ciddi narahatçılıq isə bu proqram  yaradıcılarının  xəstə təxəyyülləri ətrafına   gəncləriu, xüsusən  qız gəncləri  toplaya bilməsidir. Bizim ölkəmiz üçün xarakterik olmasa  da,  əlamətlərini danmaq  da olmaz.   Elə uzun dövr də  keçməyib üstündən  3 qızımızla  bağlı internetdə paylaşılan süjetlər və yaxud   adlarını feminist qoyub,  feminizmi sərhədsiz   macəra həyatı kimi    qəbul edən, belə yaşamaq arzulayan qızlarımızın  başları üzərinə qaldırdıqları şüarlar,  ayrı-ayrı  müsahibələrdə səsləndirdikləri fikirlər.  Bütün bunlar ailə institutunu  məhv etməyə yönəli səylərdir.

 Bu səylər yerin  5-ci qatında  edilmir: üz-üzə  dayandığımız məkanda, gözlərimiz qarşısında edilir.

 

 Feminist qızların son iki ildəki haray-həşirləri ideoloyi   tərbiyə üçün  məsul edilmiş qurum və şəxsləri, ədəbiyyatımızı,  sənətimizi,  kütləvi informasiya  vasitələrimizi  narahat etməlidir. Hər hadisəyə bir rəy verib arxivə atmaq ideoloji mübarizə deyil.

 

Poliamoriya nədir

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz