» » Piketlərlə hürr yaşamaq eyforiyası və buradan poliamoriyaya uzanan yollar (III hissə )

Piketlərlə hürr yaşamaq eyforiyası və buradan poliamoriyaya uzanan yollar (III hissə )

 

Yaşım 70-i haqlayıb.  Uşaqlığında, gəncliyində   gələcək  haqqında  pək gözəl  duyğuları olur  adamın. Bu duyğulara yetmək üçün illər gözləmək zəruriyyəti olsa da,    özümüz onları   xəyalımızda yaradırdıq. Elə ki, həmin məqama çatıb   bir az da qabağa gedəndə  məlum olurdu ki, sən demə, elə ən yaxşı həyatımız elə o arxada qoyub   gəldiklərimiz imiş.

 Bir cəmiyyətdə  böyük-kiçiklik itib-batarsa, azad seks tərəfdarları ailə dəyərlərini, sevgini  qara qəpikdə dəyərsiz edəcəksə, bu, birmənalı olaraq    ailə institunun dağıdılmasına, yox edilməsinə   hədəflənmiş niyyətlərdir.

İdeoloji mübarizəmizi  təntitdilər, ədəbiyyatımızı,  publisistikamızı, televiziyamızı  atdan saldılar: artıq onlar  zamanın, buna uyğun formalaşan  yeni nəslin intellektindən  geri qaldı və bu gün də  belədir.  Deməli, ideyalı ədəbiyyat, ideyalı sənət, ideyalı  publisistika  elə sovet dövründə qalıb.

Elə bir vaxt mövcud olmuş  ağsaqqallara ehtiram,  qadınlara hörmət, uşaqlara  qayğı,  ailə üçün cavabdehlik    və məsuliyyət kimi əxlaqi dəyərlər də  o dövrlərdə qaldı.

   Mən bunun birinci səbəbini  gözümü açıb gördyüm  əmək və zəhmət  nümunələrinin  getdikcə qəhətə çıxması ilə  bağlı görürəm.  Onda hər səhərimiz analarımızın  qağıları ilə açılardı. Səhər biz oyananda artıq mal-qara sağılmış olardı.Toyuq-cücə yemlənərdi. Samovaf  həyətdəki  stolun  başında  pakka-pak qaynayaraq hamını ətrafına  cəm edərdi.

 

Piketlərlə hürr yaşamaq eyforiyası və buradan poliamoriyaya uzanan yollar (III hissə )

 

Qayınata-qayınana vardısa,  əvvəlcə onlar gələrdi,  sonra bir-bir əl-üzlərini yuyub uşaqlar  gələrdi.  Analar da başlayardı   hər dəcəlinin ayrılıqda  bir nazını çəkməyə.  O cümlədən qayınatasının, qayınanasının. Ər  bunların birini diqqətdən qaçırmazdı və canına yağ kimi yayılardı ki,  qadını onun valideynlərinə xidmət edir. Sonra da ağlı başında, rahat   və kefi çağ  işinə yollanardı. Ana  da  Allahına  şükr edərdi ki,  deyəsən, analıq,  qadınlıq borcunu, qayğılarını yerinə yetirə bilir axı.  Kimin valideynləri sağdır, gəlinləri bu borclarını onların sağlığında  mütləq versinlər.  Eləcə də  ər  həyatını  onun  üçün   həsr  etmiş   qadınının  valideynlərinə  eyni dərəcədə   ehtiram  bəsləməlidir. Sonra  geç olar. İl də ildən pis gəlir.  Yaraşıqlı, ucamərtəbəli monolit   binalar  gegtdikcə çoxalır, amma  ailə-əxlaq   binası bu tərəfdən  hər gün   bir kərpic   itirir.

Bir filosof  çox doğru deyib ki, əxlaqın  çoxaldığı yerdə dövlətin xərci azalır. Bəs bu azalmaq    əxlaqa aiddirsə?

...80-ci illərin əvvəllərindən   dədə-babaların  müəyyən etdiyi həyat tərzi, ailə, cəmiyyət davranışları,   indiyə qədər mövcud olmuş dəyərlər hiss  olynmayacaq  dərəcədə aşınmağa  başlanılmışdı, artıq bəlirtiləri hiss edilirdi.  Bir toplumu  yadlaşdırmaq, öz kökünə özgələşdirmək üçün   onun etnoqrafiyasını -  mənşəyini və mədəniyyətini   unutdurmaq lazım  idi. Deyəsən, onlar bunu bacardılar  axı. Məhz şüurları  zəhərləmək üşün ilk addım olaraq  informasiya  müstəvisindən başladılar: sistemli şəkildə   informasiya məkanlarına insanı zövq dünyasına deyil, həzz dünyasına çəkən  bayağı  musiqilər,    əxlaqımızla daban-dabana zidd olan seriallar  gətirildi.  Sonra isə  inteqrasiya  dalğasında  şaxələnərək mənəviyyatımızın eninə və dərininə də nüfuz etməyə  başladı. Gənclər bunu  təbii olaraq yaşanmışların həyatdakı nümunəsi kimi deyil,  məhz həmin musiqilərdən, seriallardan əxz etdilər.   Onlara örnək    bu musiqi və serillardakı həyat tərzi və sərhədsiz yaşamaq istəyən  gənclər oldu. Belə gənc  qayınana-qayınata olmasını istəyərmi? Biz  ailə qurduğumuz illərin  ailə , evlilik    borcunun  birinci şərafəti  bu idi ki, gəlin gərək qayınata-qayınana  yuxudan  durana kimi qalxıb  samovarı odlayaydı... İndi belə gəlinlərin sayı ən azından yarıbayarı azalıb.  İndiki gəlinlər qayınana   adı gələndə  cin atına minirlər. Dilə gətirə bilməsələr də, istəyirlər ki, qayınana-qayınata  ilə bir  evdə yaşamasın.

 Artıq keçən əsrin 80-90-cı illərdə  zarafatla  bu fikri dilə də gətirirdilər ki,  elə hamısından yaxşısı   qayınanalı  evə gəlin getməməkdir. Kim bilir, bəlkə də neçə sevgi elə buna görə baş tutmayıb.

 Təbii ki, bu cür meyil tək   qızlara/gəlinlərə  aid deyildi,  həmin qızlara/ gəlinlərə  bab oğullar var  idi və bu gün də var.  Hələ düz əməlli bir yeməyə  nə qədər du, istiot, başqa ədviyyələr qatmaq lazımdır bilmir;   sabah dünyaya  körpə gələcək, körpəsinin    göbəyinə,  ağzına,  bələyinə qulluq etməyi bilmir, amma  evliliyə tələsir: 1-2-ci kursda nişanlanır.     Uşaq gecə ağlaya-ağlaya qalır, onun mamaşası başını yastığa qoydumu, bir  də səhər ayılır. Axı belə qızlarımız hələ qadın, ana olmağa hazır  deyil,hara gəlin köçürürsünüz  onları? Oğullarımız da  onların  beş betər.  Elə bilirlər ki, qadın elə yatmaq üçündür.  Bunu daha çox  imkanları olan ailələrin övladları edir. Aldığı  maaşları  güclə  yeməklərinə  yetən ailələrdə müəyyən qədər  iqtisadi çətinlik problem yarada bilər, amma  ortada həqiqisevgi varsa,  bu da ayrılıq üçün  səbəb ola bilməz.   

Bugünki ailələrin say tərkibi də çox narahatedicidir:   ən yaxşı halda, o da    çox az  sayda ailələrdə, 3-4 uşaq olur.   Belə ailə tərəfləri  (qız da, oğlan da)  hələ  toy olmamışdan əvvəl qayınana-qayınatadan  ayrı    evdə yaşamağı   qət edirlər. Tez-bazar 2 uşaq dünyaya gətirib, qalan ömrü də subay-sağlıq kimi yaşamaq istəyirlər. Bu isə o deməkdir ki,   belə  gənclərimiz ailə, ata, ana   qayğıları  daşımaq istəmirlər.

 Feminist qızlardan biri ilə müsahibə tirajlanmışdı.  Bu qızımız deyir ki,   biz  siqaret, içki azad seks   istəyirik.  Ağıla sığışdırmaq  mümkün  deyil. 40-50 il bundan əvvəlki  cəmiyyətin kişi üzvü bunu  demirdi, deyə bilməzdi.

Nə azadlıqdır bu, kimə, nəyə lazımdır  belə azadlıq?

" Qayınana” tamaşasını da, filmini də dəfələrlə ekranlardan izləmişik. Məqamı düşdü deyə, bir epizoda birlikdə diqqət edək:

İlqar(İlham Namiq Kamal) qurduğu ssenari üzrə 5-6 nəfərlə  Cənnət xalaya  tapdığı yeni gəlinin  "cehiz”ini gətirir.  Cənnət  xala sevincəkdir. Yeni gəlinin  yeni "cehizləri” evin bir kümcünə yığıldlqdan sonra   bunlar şadyanalıq  edirlər,   bir-birlərinə qoşulub evin   ortasında rəqs edirlər.  Ayrılmazdan öncə İlqar deyir ki, Cənnət xala, bu əziz gündə icazə ver səni bir dəfə öpüm. Yadınızdamı Cənnət xanım (Nəsibə Zeynalova) oğlunun dostuna  necə cavab vermişdi: Məşədi Kazımın divardan asılmış portretinə çevrilərək demişdi ki, bu rəhmətliklə 30 il yastığa baş qoyduq, 1-cə dəfə maç eləmədi məni.

 

 

Piketlərlə hürr yaşamaq eyforiyası və buradan poliamoriyaya uzanan yollar (III hissə )

 

 Film yumor, gülüşlə  müşayiət olunsa da, çox dərin  tərbiyəvi-əxlaqi  məsələlərlə zəngindir. Burada baş verən hadisələr, təsvir olunan həyat tərsi hansısa   uzaq əsrlərdə baş  verməyib: 50-60 il əvvəlin ictimai həyatımızın  panoramısını əks etdirir.  

 Məşədi Kazımın dövrünə qədər bəli, belə olub: kişi öz halal arvadına belə,  çox usdufca yanaşıb, ağayana yanaşıb. Bu 50-60 ildə  akselrasiya bu qədər şahə qalxdımı? Olsun ki, akselrasiyanı da danmaq olmaz. Bəs  preventiv addımlar, bəs maarifləndirmə,  ideoloji profilaktika? Televiziya, mətbuat  maarifləndirmə aparmaq əvəsinə bunları körükləyir.   Kütləvi informasiya vasitələrində  ailə xəyanətləri barədə  çoxlu sayda yazılar var, hələ bir o qədər də   dilə-düşməkdən  qorxub, sadəcə,  səssiz-küysüz ayrılmaqla  bu xəyanətdən uzaqlaşanlar var. Elə hadisələr var ki, bunların arasında  heç  fantast yazıçı  baş verən bu xəyanət, bu qətl hadisəsini  təsvir edə bilməz.   Qadın  2-3 uşağını  evdə qoyub, başqa bir kişiyə qoşulub  aradan çıxır. Qadın gizli görüşdüyü kəslə birləşərək 2-3 övladının atasını öldürür və  hələ bu  da azmış kimi,  qətlin izini itirmək üçün ərinin cansız bərdənini şaqqalara bölüb,  politlen torbalarla  evindən çıxarmaqda ona  kömək edir. Bu faciə təkcə  bir evin qadını,   uşaqları üçün çörək  qazanan, lazım gələrdisə, düşünmədən  həyatını qurban verəcək  bir  atanın, ərin  faciəsimi? Yox,  bu faciə     həmin ailənin, həmin nəslin faciəsindən daha çox  cəmiyyətin faciəsidir. Çünki  bunlar ən sonda  ellik dəyərləri  sarsıdacaqdır. 


 

Piketlərlə hürr yaşamaq eyforiyası və buradan poliamoriyaya uzanan yollar (III hissə )

 

Daha başqa bir faciə. Bir ailənin körpə uşağı  xəstələnir, vəziyyəti   çox  pis imiş.Uşağı  ərin  həkim  olan bir  dostunun yanına aparırlar. Müəyyən və davamlı prosedurlardan sonra  uşağın vəziyyəti   normallaşır. Hətta bir dəfə   həkim   bu uşağı ölümdən də qaytarıbmış. Beləcə, xəyanətkara çevriləcək  dost bu ailədə,  uşağın anasının yanında daha  xilaskar həkim kimi rəğbət  qazana bilib.  Bundan sonra qadın  telefonla   həkimdən bir neçə dəfə profilaktik tövsiyələr də alıb. Sonra necə olubsa, ailədə  yaranan  narazılıqdan ana  acıq edib    atası evinə gedib.  Bu ərəfədə uşağın səhhətində yenə problem yaranır  və  qadın   həmin həkimə  sms-lə müraciət eədərək  bundan sonra müalicəni  hansı şəkildə davam etdirmək lazım gəldiyini soruşub. Həkim  də görüş təyin edib ki, bunları  şəxsən  izah etməliyəm. Görüş baş tutduqda isə  qadını kafe içmək adı ilə   qapalı məkana aparıb və zorla çirkin  məqsədini həyata keçirib. Mən burada  zor motivi  görmürəm.  Qadın buna povod verib  və  bu   həkim, əgər ona  şəfqət adamı demək mümkünsə, bu ailənin, iki nəslin şərafətini ayaqlar altına salıb, hörmətsiz edib. Rəzalətdir bu. 

Allah qəni-qəni rəhmət etsin  gözəl şairimiz Əli Kərimə. Çox təsirli  belə bir  bəndi var:

 

Ölümdən–xəyanət pis,

Ölümdən–rəzalət pis!

Bəzən necə gözəlsən,

Ölüm, sən ey səadət!

Piketlərlə hürr yaşamaq eyforiyası və buradan poliamoriyaya uzanan yollar (III hissə )

 

Piketlərlə hürr yaşamaq eyforiyası və buradan poliamoriyaya uzanan yollar (III hissə )


Fikir verirsinizmi, xəyanət bütün pisliklərdən öndə gəlir. Ölüm də ondan ona görə "gözəldir” ki, xəyanəti ancaq o, yox edə bilr. Amma  kaş  bu ölüm  xəyanətdən qabağa düşə biləydi.

Davamı var...


Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz