» » Piketlərlə hürr yaşamaq eyforiyası və buradan poliamoriyaya uzanan yollar ( I hissə )

Piketlərlə hürr yaşamaq eyforiyası və buradan poliamoriyaya uzanan yollar ( I hissə )

Piketlərlə  hürr  yaşamaq    eyforiyası və   buradan  poliamoriyaya  uzanan  yollar ( I  hissə )

Əslində, keçən ilin mart ayında bizim bu mövzu ilə bağlı saytımızda "Bu piketlər nə qədər  qorxuludursa, onun haqqında yaşılmış statuslar da o qədər qorxuludur (II hissə)" adlı  2 yazımız dərc olunmuşdur. Bu, o vaxt idi ki, bir qrup qadın və qızımız 8 Mart Qadınlar günündə piket keçirmişdilər. Özləri kimi düşünənlərdən   başqa,  kimsə bu cür etirazları normal qəbul edə bilməzdi və qəbul etmədi də. Üstündən 1 il keçəndən sonra  yenə bir qrup qadın  martın 8-də "8 marş – Haqlarımız uğrunda!” şüarı ilə yürüş keçirmək üçün   Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişdir.
Bakı Şəhər İcra Hakimiyyəti isə hər hansı kütləvi tədbiri cəmiyyətimiz üçün məqsədə uyğun hesab etməyərək yürüşün keçirilməsinə icazə verməmişdi.
Biz də auditoriyası ana və qadınlardan ibarət bir portal olaraq reaksiya verdik, həmin yürüş niyyətinə etirazımızı ifadə etdik ( Bax: Fəvvarələr meydanından Azad qadın heykəlinə qədər düşünün ( I və II hissə).
 Amma dövlət qurumlarının , cəmiyyətin etirazlarına baxmayaraq, piket tərəfdarları yenə buna cəhd etmişlər.
Yürüş icazəsiz olduğundan asayiş keşikçiləri tərəfindən Fəvvarələr meydanında onlarla aksiya iştirakçısı ərazidən uzaqlaşdırılıb. Amma Nizami küçəsində feminist fəallar aksiya keçirməyə müvəffəq olublar.
Keçən ilki piketdə səsləndirilən şüarları televiziyadan izləmişdik. Builki yürüşdəki şüarların ruhu da həmin ruhdur: müəllifləri də eyni adamlardır, daşıyıcıları da.
İnternet resurslarında bir feminist fəalla piket barəsində aparılan söhbətləşmə, yazının tezisləri gözə dəyəndə yer adamın ayaqları altından qaçır. Bu xalqın tarixində yoxdur belə qadınlıq. "Dədə Qorqud” dastanlarından bilirik: düçmənlər Qazan xanın şərəfini tapdalamaq üçün istəyirdilər ki, Qazan xanın arvadını məclisdə şərab paylatsınlar, sonra da kafirlərin döşəyinə "soxsunlar”. Amma 40 incəbelli qızın işərisindən Burla xatunu seçə bilmirdilər. Alçaq düşmənin alçaq da niyyətləri olur. Onlar belə olanda Qazanın dustaq etdikləri oğlu Uruzu kəsib ətindən qara qovurma edib bu qazlara yedirtməyi qərara alırlar: kim yeməsə, demək, anası odur. Çox təzadlə bir səhnədir, bu səhədə Burla xatunun içində qadın, ailə, ər namusu və övlad
sevgisi mübarizə aparır. Hansını seçməli...? Oğluna: "Sənin ətündən, yeyəyinmi? Yoxsa,
sası dinlü kafərin döşəginə girəyinmi? Ağan Qazanın namusını
sındırayınmı?” deyə göz yaşları tökür. Diqqətlə fikir verin: ananın müraciət forması, dastanın özü qədər necə hikmətlidir. Azərbaycan Qadınının qanında, canında, ruhunda yaşadığı, yaşatdığı şərafəti dönə-dönə sübut edir. Ananın müraciət tərzi deməyə əsas verir ki,
Burla xatun namussuz yaşamaqdansa, göz yaşları ilə övlad dağını qəbul etməyi seçib.
Uruzun nə yaşı vardı ki, buğ yeri yeni tərləyirdi. Amma verdiyi cavab, Uruzun halal süd əmdiyini sübut etməklə bərabər, ailə şərəfinin, ər-ata namusunun həyatın bütün dəyərlərindən ucada dayandığını təsdiqləyir: "Sakın ana, mənim üstümə gəlməyəsən. Mənim üçün ağlamayasan. Qoy məni çəngələ vursunlar, qoy ətimdən çəksinlər, qara qovurma etsinlər, qırx bəy qızının önünə aparsınlar. Onlar bir yeyəndə, sən iki ye. Taki səni düşmənlər bilməsinlər, tanımasınlar.”
Bu da nəzərdən qaçırılmamalıdır ki, istər Burla xatunun seçdiyi yol, istərsə də Uruzun cavabı tək bir ailənin deyil, bütövlükdə Dədə Qorqud cəmiyyətinin hədəfi idi.
Siz inanırsınızmı belə əbəcdadı , belə dəyərləri olan xalqın hansı qızlarısa indi irəli çıxıb desin ki:

1.Məmələrə azadlıq.
2. Qız mənimdir, nə istəsəm edərəm.
3. V......a mənimdir, kimə istəsəm verərəm.
4. " Aksiyanın ortasında polisin israrına dayana bilməyən məmədanım açıldı. Məmələrim də aksiyaya qoşulmuşdu)."
5. "Qadın öz bədəni, həyatı barədə qərarları özü verməlidir."
6. " Biz siqaret, içki, azad seks istəyirik."

Piketlərlə  hürr  yaşamaq    eyforiyası və   buradan  poliamoriyaya  uzanan  yollar ( I  hissə )

 

Piketlərlə  hürr  yaşamaq    eyforiyası və   buradan  poliamoriyaya  uzanan  yollar ( I  hissə )

Burla xatunun, Selcan xatıunun, Banu Çiçəyin, Sona arvadın qanından, canından varisliklə günümüzə gəlib çıxan Azərbaycan qızı/qadını doğrudanmı bu fikirləri başlarında daşıya bilsin, parça və ya kağız üzərinə yazıb başları üzərinə qaldırsın. Siz inanmırsınız, mən də inanmıram. Amma bunlar bizim əhatəmizdə baş verir, bizim gözlərimiz qarşısında baş verir.
Doğrudanmı feminizm budur, doğrudanmı Azərbaycanda qadın haqları tapdalanır? Siz Allah, bəsdirin görək.
Bunlar xarici ölkələrin dünyanın ayrı-ayrı ölkələrində daxili sabitliyi, dövlətçiliyi pozmaq üçün olan planlarının bir tərkib hissəsidir. 44 günlük müharibədə Azərbaycanlı nənə öz nəvəsinə ismarıc göndərmişdi ki, sən mənim aslanımsan, düşməni did, parçala. Bizim düşmənlərimizə belə qadınları olan ölkə deyil, "Qadın öz bədəni, həyatı barədə qərarları özü verməlidir" ağlı ilə hərəkət edən qadınları olan ölkə lazımdır.
Feminizm, demokratiya, tolerantlıq deyə bağıran ölkələr, dövlətlər deyilmi dünyada hüquqları tapdalayan, boğan ölkələr? Axı onların azadlıq ölçüləri özü saf deyil, müəyyən məqsədlər naminə düşünülən vasitələrdir. Keçmiş sovet dönəmində bizim ideologiyaməz dünyanın ən güclü ideologiyası idi.Gənclər bu ideologiyanın divarları arasında böyüyüb yetkinləşirdilər. Amma o vaxt dünya dövlətlərində gənclərə bizim ölkəmizə indi-indi gəlib çatan sərbəstlik verilmişdi. Başları belə sərbəstliyə "açıılıb buraxılmış” gənclər gündəlik həyatın eyforiyası ilə yaşasalar da, diktator olan liderlər üçün heç bir təhlükə törətməyəcəkdilər.
Xarici ölkələr tarixindən qadınlaraqarşı zorakılıq nümunələrinə aid faktların sayı-hesabı yoxdur.
1960-şı ilin 25 noyabrında Amerikanın müstəmləkəsi olan Domnikan Respublikasında diktaturaya qarşı mübarizə aparan üç bacı (Patriya, Minerva və Mariya Tereza bacıları) diktator Rafael Truxilyonun əmriylə təcavüzə məruz qoyularaq qətlə yetirilmiş, amma bu zorakılıq avtomobil qəzası kimi sənədləşdirilmişdi.
Zaman uzaq oldu?

Piketlərlə  hürr  yaşamaq    eyforiyası və   buradan  poliamoriyaya  uzanan  yollar ( I  hissə )

 

Belçika insanlığa qarşı həqarət işlətmiş ölkə olub: Belçikanın Baş naziri Şarl Mişelin Konqo müstəmləkəçiliyi dövründə qaradərili insanlara edilən işgəncələrə, cinsi istismara, ailələrindən zorla ayrılması və sair bu kimi insan haqlarına zidd əməllərə görə Parlamentdə üzr istəməsindən nə vaxt keçib ki, 2019-cu ilin aprelindən.

Piketlərlə  hürr  yaşamaq    eyforiyası və   buradan  poliamoriyaya  uzanan  yollar ( I  hissə )

Piketlərlə  hürr  yaşamaq    eyforiyası və   buradan  poliamoriyaya  uzanan  yollar ( I  hissə )

Belçikanın Baş naziri Baş naziri Şarl Mişelin Konqo bu gün 47 ölkəninüzv olduğu Avropa İttifaqı Şurasının Prezidentidir. Bu gün də belədir, sabah da belə olacaq. Amma sivil olan hər bir ölkə, hər bir Lider nəinki qadınların, müxtəlif irqə, dilə mənsub bütün insanların azad və xoşbəxt yaşaması üçün məsuldur.
Özlərinə umac ova bilmirlər, bizə əriştə kəsmək istəyirlər. Biz artıq siz aparan qatarı yarı yolda saxlayıb, vaqonları tərk etmişik.İndən sonra özümüz davam edəcəyik. Bunlar elə dəyərdir ki, Avropa, bütövlükdə dünya bizdən əxz etməlidir.
Gender, feminizm, tolerantlıq, diaqnostika, kurikulum kimi terminlərə nə ehtiyac bizim dilimiz öz saf, əyarlanmış xəlitəsi varkən? Bu sözləri işlətməklə biz "obrozovolski oluruqmu?” Avropa bizi cürbəcürə vasitələrlə öz mühitlərinə köçürmək istəyirlər. Biz niyə bunu başa düşməməliyik. Bütün sahələrdə əməkdaşlıq edək, amma milli düşüncəyə toxunmaq, yaxınlaşmaq olmaz. Dünyanın heç bir ölkəsində Qadın Azərbaycanda olduğu qədər azad, xoşbəxt, müstəqil deyil. Onlar bizim bəzi səbatsız adamlarımızın əli ilə dünyada gözdən salmaq istəyirlər.Amma bizdən dünyaya heç zaval gəlməz.
Bizim ABŞ-da yaşayan bir qızımız var: Lalə Mahmudova. Lalə qadın və gender məsələləri üzrə təhsil almış Lalə Mahmudova hazırda Chicago şəhərində məişət zorakılığı ilə üzləşmiş qadınların problemlər ilə məşğul olan qeyri kommersiya təşkilatında çalışır. Onunla bizimsaytların biri söhbətləşmə aparmıdı. Xanımımz demişdir ki, "Azərbaycana qayıdıb qadın haqları qruplarına töhfəmi verməyə hazıram."
Yox, Lalə, ehtiyac yoxdur, əksinə, siz bacarırsınız, bizinm xalqın ədəb- ərkənanı orada təbliğ edin.
Mən eşitmişəm ki, bizim 44 günlük müharibədə ərləri şəhid olmuş qadınlarımız olub ki, səhiyyə müəssisələrinə gedib tibbi yolla qadınlıq funksiyalarına son verilməsini istəyiblər. Bunu Azərbaycan qadınından başqa digər qadınlar edə bilməz. Onlar elə sağlıq vaxtrlarnda istədikləri vaxtda istədikləri şəxslərlə evlənərlər, istədikləri vaxtda ayrılarlar. İstədikləri halda evli olmalarına baxmayaraq, 2-ci qadınla və yaxud 2-ci ərlə də yaşamaqda davam edirlər və bunu çox da normal qəbul edirlər ki, onlar cinsi məmnuniyyət ehtiyaclarını ödəməlidirlər. Bu, çox təhlükəli meyildir, eybəcər həyat tərzidir. Bizdə buna əxlaqsızlıq deyilir, Avropa arşını ilə isə poliamoriya deyilir.

Piketlərlə  hürr  yaşamaq    eyforiyası və   buradan  poliamoriyaya  uzanan  yollar ( I  hissə )

 

Əgər doğrudan da Azərbaycan da qadın haqları aşağı səviyyədədirsə, qadınlar ümün karyera qurmaq mümkün deyilsə, bəs siz Çikaqoya necə gedib çıxmısınız? Yəqin bilməmiş deyilsiniz ki, siz xarixdə olan tək azərbaycanlı qadın deyilsiniz. Bu gün bəlkə də dünyanın hər bir guşəsində Azərbaycan qadınları var, onlar təhsil alır, müxtəlif strukturlarda öz karyeralarını qururlar. Öz vətənlərində isə qadınlarımızın çalışmadığı elə bir sahə yoxdur. Qadınlar Millət vəkilidir. Qadınlar sahibkardır, hüquq-mühafizə orqanlarında yüksək vəzifə sahibidirlər və s.
Bəs onda piket, yürüş keçirmək istəyən qadınlar hansı şiddətdən, hansı ayrı-seçkilikdən danışırlar? Qadın qətllərindən, selektiv abortlar, intiharlardan əmək haqqı fərqliliyindən, hətta idarəçilikdə qadınların təmsil olunmamaları kimi mövzulardan danışılır.
Mən auditoriyası, əsasən qadınlar olan saytın redaktoruyam. Həyat təcrübəmin, savadımın qədərincə bu məsələlərin heç birinə laqeyd qalmıram. Əlbəttə ki, problemlər var, amma daha bu şəkildə deyil.
 Əsas məsələ  bəzi   gənc qızlarımızın, gənc qadınların  təsir altına  düşmələridir. Öz səadətləri uğrunda mübarizə aparıb karyera qurmaqdansa, heç bir əziyyət çəkmədən  zəngin yaşamaq istəyirlər.  Əslində, bu da   insani  məqsəddir, hər kəs rahat yaşamaq istəyir.  Allah   hamıya firavanlıq  qismət etsin. Amma macəra həyatı yaşamaq   xoşbəxtli, səadət vəd edə bilməz.

  Qadının səadəti  ali təhsildə, zəngin ailənin qızı və yaxud  gəlini olmaqda deyil. Heç oğlan üçün də  bu şərtlər  etibarlı və əbədi xoşbəxtlik gətirə bilməz. Bizim atalar sözlərimizin hər biri  bir  əxlaq akademiyasıdır.  Fikir  verin:

-Yaxşı oğul neylər ata malını, yaman oğul neylər ata malını .

- Ağıllı övladın var, neylərsən malı,  ağılsız övladın var neylərsın mali?   

 Yaxşı oğulun ata malına ehtiyacı olmaz,  çünki özü qazzanıb  həyatını təmin edəcək. Ağılsız övladdırsa,  atadan qalan mirası az vaxtda dağıdıb  oturacaq  boş düzdə.

Bu mənada , hər  bir insan əsl səadəti, etibarlı səadəti özü  qazanmalıdır. Tər  axıdıb, zəhmət çəkib qazanmalııdır.Öz xoşbəxtliyini bu   çətinliklər içərisində qurmalıdır.

Davamı var...

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
SitatCavab
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
This is a useful forum for me and I was thinking about this for a long time.
Delhi Escort
  • Нравится
  • 0
SitatCavab
  • Qurup: İstifadəçi/Oxucu
  • Qeydiyyat: 6.11.2020
  • Status: offline
  • Şərhləri: 2
  • Məqalələri: 0
^
I am glad to be here and read this wonderful article. all the info you provide to us, it was very informative to us! Delhi Escorts
  • Нравится
  • 0