» » Fəvvarələr meydanından Azad qadın heykəlinə qədər düşünün - II yazı

Fəvvarələr meydanından Azad qadın heykəlinə qədər düşünün - II yazı

Müəllif: Anaveusaq.az от 6-03-2021, 13:00
 

Fəvvarələr meydanından Azad qadın heykəlinə  qədər düşünün - II yazı

Əziz Qadınlar! 44  günlük müharibə  hərb tarixində  xalqımızın, Azərbaycanın nəfinə əbədilik yazılmış  əsl  Qələbə   nümunəsi oldu. Müstəqilliyə yeni qədəm qoymuş bir ölkənin   öz qartımış düşmənini belə rüsvayçı şəkildə məğub etməsi bu qələbəyə susamış xalqımızı sevinc göz yaşlarına qərq etdiyi kimi, bütün dünyanı da heyrətə saldı. Hələ olsun ki, adi insanların bilmədiyi çox gizli mətləblər də olub ki, bunlar kənardan Azərbaycanı şaşırmaq üçün düşünülüb, üstündə baş sındırılıb...Amma Azərbaycanın   müdafiə sistemləri sərvaxtlıqla bundan xəbərdar olub, düşmənin bütün açılq-gizli planları önlənilib, zərəsizləşdirilib.

 Bunlar hamısı İlham Əliyevin saat mexanizmi kimi işləyən dəqiq siyasəti, soyuqqanlı, qətiyyətli olması ilə, dünyada baş verənlərdən ciddi şəkildə xəbərdar olması ilə, Azərbaycanı dünya ölkələrinin əməkdaşlıq və tərəfdaşlıq etməyə layiq bir ölkə halına gətirməsi ilə gerçəkləşdi.  Cənab Prezident 17 il bu məqsədə doğru yol getdi. Yorulmadı, usanmadı.  Hansı mərhələdəsə nəsə ürəyi istəyən kimi alınmadısa,  məsləkindən dönmədi, yenidən qayıdıb onu ürəyi istəyən halına gətirdi və  daha irəli addımladı.

  Türkiyənin "A Haber” televiziya kanalına müsahibə verəndə   jurnalist Cənab İlham Əliyevdən əməliyyatların hərəkət istiqamətləri   haqqında  soruşanda, Şuşa şəhərinin adını bir qədər də emosinallıqla ifadə etdi:  "Qarabağın qəlbi, gözü Şuşadır. İndi hamının gözü-qulağı Şuşadan gələcək xəbərdədir. İstiqaməti Şuşa olaraqmı verdiniz, inşallah?

 

Prezident də öz növbəsində bu sula çox təsirli bir cavab vermişdir:


- İstiqamət hər tərəfdir. İşğal edilmiş torpaqların hər bir qarışı, hər bir şəhər bizim üçün doğmadır, əzizdir. Mənim üçün hər bir kəndin dəyəri, qiyməti o biri kəndlə müqayisədə, o biri şəhərlə müqayisədə eynidir, bərabərdir. Ancaq siz də yaxşı bilirsiniz ki, Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edibdir. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar. Təbii ki, müzakirələr prosesində də hər zaman bu məsələ gündəlikdə idi.

 

Və yaxud müharibə Azərbaycanın tam qələbəsi ilə bitsə də, həmvətənlərimiz hələ Xankəndinə, Xocalıya və digər bir neçə dədə-baba torpaqlarına köçüb hələlik məskunlaaşa bilmir.  Hamı narahatdır. Amma Prezidentimiz hamıdan narahatdır. Son müsahibələrinin birində  böyük əminliklə   dedi ki, Azərbaycan vətəndaşları Xocalıya da, Xankəndinə də, eləcə də digər rayonlarımıza hökmən qayıdacaqlar.  Hamımız buna inanırıq. Çünki Prezident xalqa  verdiyi   vədləri  mütləq yerinə yetirir.

Fəvvarələr meydanından Azad qadın heykəlinə  qədər düşünün - II yazı

 

  Bütün dünya deyirdi ki, Qarabağ  münaqişəsinin hərbi yolla  həlli  yoxdur, məsələ ancaq  danışıqlar yolu  ilə həll edilməlidir. Dinc isə artıq  Azərbaycanı öz ərazilərini itirməyə doğru aparırdı.

 İlham Əliyev   özü də illərboyu   münaqişənin yolu ilə əsas çalışmışsa da hər dəfə Ermənistan tərəfi   qeyri-konstruktiv mövqe   nümayiş etdirmişdir. Baxmayaraq ki, Ali Baş hər zaman  bu fikri də dəfələrlə səsləndirmişdir  ki,  biz məqsədimizə dinc vasitələrlə nail ola bilməsək,  əks halda,  torpaqlarımızı  istənilən yolla azad edəcəyik. Cənab Prezident bunu dedi  və dediyini  sübut etdi .

 Bir neçə ay öncə Paşinyan d aemişdi:  "Qarabağ Azərbaycandır, nöqtə.”

Axı belə  təsadüfi adamlar nə bilir dövlətçilik nədir, beynəlxalq diplomatiya nədir, xalqla bir  olmaq nədir,  ölkənin müdafiə doktrinası nədir, ideoloji  təhlükəsizlik nədir, dünya səviyyəli bir  siyasət adamının qarşısında belə  sərsəmləmək  nə ilə nəticələnə bilər və s.

 Aqibətlərini özləri də gördü, dünya da.

 Təkcə müharibə dövründə —   son 44 gün ərzində dövlətimizin başçısı  cənab İlham Əliyev xarici KİV-lərə 30-dan çox müsahibə verib.  Bütün  bu qədər  ciddi məsələlərin   hamısını diqqətdə saxlamaq, onların hər birini   yüksək səviyyədə icra etmək bəlkə də çoxlarının fiziki cəhətdən bacarmayacağı  işlərdir.  Cənab Ali Baş Komandan bunları  bacardı. Sonuncu dəfə düz 4 saat  fasiləsiz  olaraq   xarici jurnalistlərin suallarını cavablandırdı, həm də onların öz dilində. 

Paşinyan  —   bu marionet ölkənin  marionet  lideri  dünyada gedən  proseslərə duruğu yerdə hoppanıb qalanın o üzündəkilərə baxmağa cəhd edənlər kimi baxırsa və  heç nə görə bilmirsə,   Cənab Əliyev  bu proseslərin  mərkəzindədir, dünya ölkələri özləri  həmin proseslərin həllində Azərbaycanla  tərəfdaşlıq və əməkdaşlıq   etməkdə maraqlıdır.

  Təkcə bir fakt deyim.

Qoşulmama Hərəkatı (Non-Aligned Movement - NAM) haqqında , yəqin ki, məlumatınız var. Bu hərəkat  dünyanın heç bir blokuna  tərəf olmadığını bildirmiş 120 dövlətin , digər 17 ölkən  və 10 beynəlxalq təşkilatın müşahidəçi statusunda çıxış etdiyi beynəlxalq təşkilatdır.

Bitərəf Dövlətlər Hərəkatına üzv ölkələrin başçıları səviyyəsində 15 sammit keçirilib. Bu hərəkatın üzvü olan 53 ölkə Afrika, 38-i Asiya, 26-sı Latın Amerikası və 1-i Avropadandır.

Azərbaycan Respublikası 2011-ci ildən Qoşulmama Hərəkatının üzvüdür. 2019-cu ilin oktyabrın 25-də  ölkəmizdə Qoşulmama Hərəkatı üzvlərinin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü keçirilib. XVIII Zirvə Görüşündə 60-a yaxın ölkənin dövlət və hökumət başçıları, həmçinin beynəlxalq təşkilatların rəhbərləri iştirak edirlər. Ümumilikdə Zirvə Görüşünə 160-a yaxın ölkənin və beynəlxalq təşkilatın nümayəndələri qatılıblar. Növbəti üç ildə isə Azərbaycan 120 ölkəni birləşdirən bu mötəbər quruma sədrlik edəcək.

 Bu, Azərbaycanın, onun Lideinin dünya siyasətindəki mövqeyi ilə bağlı deyilmi?

  Cənab Prezident   Vətən müharibəsində harda  danışmaq  lazım gəldisə,  hansı rayonda, hansı kənddə insanlarla görüşdüsə, televiziyada çıxış etdisə, qəzetlərə müsahibə verdisə,   Qazandığımız Zəfərdə  Azərbaycan əsgərinin, zabitlərimizin hünərindən danışdı. Şəhidlərimizin qanı bahasına  qazandığımız  Zəfərə görə böyük ehtiramını ifadə etdi.  O əsgərin Anası Sizsiniz, Azərbaycan Qadını!

O əsgər Sizin oğlunuzdur,  qardaşınızdır, əminizdir, dayınızdır, Azərbaycan Qadını! O əsgər Sizin  ailənin  başçısıdır, Azərbaycan Qadını!

 Kimdir   Azərbaycan Qadını:

 

-  Şəhidliyi  ilə Vətən mücadiləmizin ruhunu, əzəmətini qat-qat yüksəldən  general Polad Həşimovun anası  Səmayə Həşimova;

Fəvvarələr meydanından Azad qadın heykəlinə  qədər düşünün - II yazı

-Yardımlı rayonunun Əsədabad kəndindən tankçı oğlu  Cavidin  tabutunu çiynində daşıyan  Səkinə Sahratova;

Fəvvarələr meydanından Azad qadın heykəlinə  qədər düşünün - II yazı

- Əslən Laçın rayonundan olan Xocalı rayonu Meşəli kənd sakini Bağırov Elçin Fərhad oğlunun 80 gün sonra taplan nəşini başında daşıyan Ana; 

Fəvvarələr meydanından Azad qadın heykəlinə  qədər düşünün - II yazı

- Şabran şəhərindən əsgər oğlu Ağayev Əmirağa Mahir oğlunun tabutunu çiynində daşıyan Hədiyyə Ağayeva;

Fəvvarələr meydanından Azad qadın heykəlinə  qədər düşünün - II yazı

-  Naxçıvanda şəhid zabit  Qabil Orucəliyevin  tabutunu çiynində daşıyan  Nuriyyə Orucəliyeva;

Fəvvarələr meydanından Azad qadın heykəlinə  qədər düşünün - II yazı 

 - Şəhid  əri -  Röyal Cəfərovun  nəşini çiynində daşıyan  Firuzə  Cəfərova;

Fəvvarələr meydanından Azad qadın heykəlinə  qədər düşünün - II yazı

- Şəhid qardaşı Eltonun  və əri Adilin    nəşini çiynində daşıyan   Nargül İbrahimova;

Fəvvarələr meydanından Azad qadın heykəlinə  qədər düşünün - II yazı

- Tərtər rayonunda şəhid olmuş nişanlısı  Mehdi Məmmədovun acı xəbərindən  sonra  intihar etmiş  nişanlı qız   Mələk Sultanova ;

- Vətən müharibəsi başlayanda  Ali Baş Komandana  müraciət edərək  orduya göndərilməsini xahiş edən  65 yaşlı zabit qadınımız  Növrəstə Yusifova....

- Babək rayonunun  Nehrəm kəndindən   şəhid zabitimiz Zamin Məmmədovun : "Nəvəm oğlumun yolunu davam etdirəcək” deyən anası Nərgiz  Məmmədova;

- Qazax  rayonunun Aslanbəyli kəndində döyüşdən tayqıç qayıtmış   sevdiyi  Abbas Yusifovun ona "Mən ayağımın birini itirmişəm” deyəndə: "Ürəyin ki sağsağlamdır, mənə sənin ürəyin lazımdır”  cavabını verən gəlinimiz Günel Əhmədovadır.....  

Fəvvarələr meydanından Azad qadın heykəlinə  qədər düşünün - II yazı

İndi Azərbaycanda  hansı ailəyə, ocağa baş çəksən, hər  evdə  belə Ana, neçə  belə  Gəlin var. Neçə belə gələcəyin  anası, gələcəyin   gəlini var. 

 Allah bizim xalqa  bu qədər gözəllliklər, təbii sərvətlər bəxş edib. Azərbaycan Qadınları da  Allahın  xalqımıza  daha bir  lütfüdür.

 Bir yaşlı dostum mənə söylədi ki, Qarabağ müharibəsində əri şəhid olan  gəlinlərimiz olub , həkimə müraciət ediblər ki, tibbi yolla  onları qadınlıqdan məhrum etsinlər. Heç bilirsiniz, bu nə deməkdir? Bizim əksər mətbuat, özəl telekanallar şou psixologiyası püskürürlər. Belə nümunələri  közərtmək lazımdır. 

Keçən il  8 Martda  feministlərin keçidikləri yürüşdə  bu cür gəlinlərimiz  qətiyyən iştirak edə bilməzdi,  Azərbaycan qadınlığına başıaşağılıq gətirən həmin şüarları nəinki başlarına  qaldırmazdı, heç əllərinə də almazdılar.

Tibbi yolla  onları  qadınlıqdan məhrum etmiş   həmin qadınlarımız ruhən ərlərinə   and-amanlarını göndəriblər  bununla:

-  Biz sizin övladlarınızı, valideynlərinizi  yaşatmaqdan ötrü yaşayacağıq. Bu addımımızı Sizə təslimiyyətimizi, Sizə mənsubluğumuzu  bildirmək üçün  atdıq.

 

Eşq olsun, Azərbaycan qadını!

 

Bu cəmiyyət sizinlə  həyat durduqca var olacaq.

Böyük  hərb adamı Napoleon deyirmiş ki, mənə sağlam qadınlar verin, mən sizə sağlam cəmiyyət  verim.Təbii ki,  burada  təkcə fiziki sağlamlıq, həm də mənəvi sağlamlıq  nəzərdə tutulur.  Qadın həm dünyaya sağlam övladlar gətirməli, həm də cəmiyyəti  qorumalıdır, gəncliyi tərbiyə edib  yetkinləşdirməlidir. Ailəni, ərləri nəinki fiziki cəhətdən, həm də mənəvi cəhətdən qorumalıdır.

   Bu cür  şərəfli və ciddi  məsuliyyətlərə cavabdeh  olan qadınlarımız inanmıram  yürüşə çıxsın, cəmiyyətdə şübhə, etimadsızlıq yaratmağa  qol qoymuş olsun.Axı tanınmayan, böyük çoxluğun qəbul etmədiyi qadın və yaxud kişi, fərqi yoxdur, kimliklərini , məqsədlərini cəmiyyətə bəlli etmədən nə haqla

Bakı Şəhər Hakimiyyətindən yürüş üçün icazə istəməlidir.  Özü də Fəvvarələr meydanından  başlayıb  Azad Qadın heykəlinin qarşısına qədər.

Küçəboyu da keçən 8 mart tətilində  daşıdıqları  utanc şüarlarını nümayiş etdirə-etdirə. Bəs  bu yürüşçülər niyə düşünmürlər ki,  Fəvvarələr meydanından Azad qadın heykəlinə qədər  gəlib çıxdılar, son olaraq  müraciətlərini də oxudular. Nə qədər məntiqlidir ki, narazılıq,  təhdid, etiraz püskürən   qadın  hara,  qadın azadlığının simvoluna çevrilmiş   Azad Qadın abidəsinin önündə  zorakılıqdan, şiddətdən haray çəkmək  hara, heç  məntiqcə də uyğu  deyil.

Mən15 ildən artıqdır ki, müstəqil jurnalist olaraq, oxucuları Qadın və uşaqlar olan  bir auditoriya üçün  maarifçilik  fəaliyyəti  göstərirəm.  Ağlım yerindədir, gözlərim görür, həyat təcrübəm də, Allaha şükür,   zəngindir. Sosial şəbəkələrdə,  "Ana və Uşaq.az”da kifayət qədər   ciddi statuslarım , tənqidi yazılarım var.  Nə  5-ci kalonanam, nə müxalifər. Sadəcə,  böyük Sabirimiz demiş:

 

-  Haqsevən insanam, a Şirvanlılar!


  Düşünürəm ki, mən yaşda olan insanların  böyük əksəriyyəti düşündüyü kimi düşünürəm mən də.  Bu xalqın  müdrik insanları, ziyalıları,  ixtiyar qocaları, ağbirçək    nənələri  bu gün  baş verənlərə seyrçi qalmamalıdr.  Qadınlarımız,sənət  adamları ,  Vətənini, xalqını sevən  hər kəs heç kimin tanımadığı şəxslərin, "cahan süfrəsinə bir ruzi qoymayan kəslərin ” on minlərlə şəhid bahasına əldə olunmuş Böyük Zəfərimizi heç etməyə, bu Zəfəri bizə bəxş etmiş   Ali Baş Komandanın  fəaliyyətinə etimadsızlıq yaratmasına seyrçi kimi qala bilməz və qalmamalıdır.  Xüsusilə Qadınlarımız.

Tənqid, etiraz  sağlam olmalıdır. Cəmiyyəti, insanları  çaxnaşmalara sürükləməməlidir. Problemlər  təbii ki,  müxtəlif  yollarla  diqqətə çatdırılmalı, ictimailəşdirilməlidir. Amma belə yox.

 Əziz Qadınlar! Bu gün Azərbaycanda  ən ilk  səviyyələrdə  ibtidai  sinif şagirdlərinin  təşkilatından ta  ahıl adamlara kimi  hər kəs   özünü  Qarabağ zəfərinə   həsr etməlidir.  Müharibənin  nəticələri beynəlxalq səviyyədə    hüquqi  çəkildə təsdiqini tapmalıdır.  İşğal altında olmuş ərazilərdən ermənilərin bütün silahlı birləşmələri təmizlənməlidir. Azad olunmuş ərazilərimizdə  Azərbaycanın idarəçiliyi tam bərqərar olmalı,  həyat əvvəlki axarına qatarılmalı,  insanlarımız öz  torpaqlarına qayıtmalıdırlar. Bunlar çox nəhəng işlərdir. Cənab  Prezident bütün bunları ən  tez müddətdə  gerçəkləşdirməyə çalışır və inşallah, yaxın     bir neçə ildə bunlar tam həllini tapacaq. Çünki istər ölkəmizdəki dövlətçilik məharəti, istərsə də  beynəlxalq nüfuzu  cənab Prezidentin uğurlarına uğur gətirdi. Bu işlərin əzəmətini, məsuliyyətini, cavabdehliyini  başa düşən, dəyərləndirən hər kəs bu gün  prezidentin  arxasınca getməyə  hazırdır. Narazılıq edənlər, yürüş, mitinq axtaranlar isə Azərbaycanın, prezident İham Əliyevin uğurlarını  görə bilməyən, hesablamağa, dəyərləndirməyə  qadir olmayan şəxslərdir. Bu baxımdan, bəli, Meriya doğru edib.

Ermənistanı başa düşürük: orada xalqın  meydana  çıxmasını  şərtləndirən səbəblər var.  Azərbaycan qalib tərəfdir.   Azərbaycan qüdrətli ordusu ilə  təcavüzkarları kapitulyasiyaya məhkum edib, torpaqlarızmız azad olunub. Siz niyə yürüşü etməlisiniz?

 

  Böyük yürüşü bundan sonra  2 əsrdən artıq davam edən erməni  işğalına  döyüşlə son qoymuş  Ali Baş Komandan İlham Əliyevə minnətdar olan Azərbaycan  xalqı özü edəcək, İnşallah.

Fəvvarələr meydanından Azad qadın heykəlinə  qədər düşünün - II yazı

Son

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
SitatCavab
  • Qurup: Baş redaktor
  • Qeydiyyat: 12.09.2016
  • Status: offline
  • Şərhləri: 13
  • Məqalələri: 1436
^
My Webpage

Bax:https://qafqazinfo.az/news/detail/doyer-de-sever-de-bakinin-merkezinde-aksi
yafotolar-316897

Sadəcə, dəhşətdir. Bizim gəncliyin qanında, genində ailənin, nəslin, el-obanın, xalqın ruhuna belə asilik olmayıb.
Hərə bir vəzifəyə yol tapır, sonra da başlayır həmin vəzifənin statusundan istifadə edib , nəsə qapmağa, çalıb-talamağa, ələ keçirməyə Bunlar hamısı səhərləri bu işlərini davam etdirmək üçün gözləyir.İşləyən yox ki. Belə adamların heç biri dövlətin onun üzərinə qoyduğu vəzifəni icra etmir.yoldam, hansı şəhərlərdəsə kef edən, hansı yollasa bir qəpiklik təhsilə aidiyyəti olmayan özəl universitetlərin diplomunu alıb ali təhsilli olur, özünü orqanlara, vəzifələr dürtür.Məəktəb direktorları, bağça müdirləri var ki, 20 ölkənin sülhməramlıları gəlsə, onları yerindən tərpədə bilməyəcək.ən uzağı, Xətaidən Nizami rayonuna, Nizamidən də Nəsimi rayonuna dəyişəcəklər. Bütün kütləvi inforrmasiya vasitələri dövlət başçısının tapşırıq və tövsiyələrini paylaşır ki, ümumi istifadə yerləri olan ərazilərdə nəsə tikmək olmaz, ağacları kəsmək olmaz.Anna bu proses heç dayanmır. Bir icra başçısını, bələdiyyə sədrini həmin dəqiqə vəzifəsindən azad edib məsuliyyətə cəlb etmirlər. Bunu insanlar görür, nəticə çıxara bilir. Bunu məktəbyaşlı uşaqlar görür, gəbclər görür. Görür və cəmiyyətin ölçülərinə, nizamlarına etinasızlıq edən bir nəsil yetişir. insanlar evlərindən çıxan addımdan ğzlərini təbiətə, çölə-bayıra çıxdıqlarını deyil, cəmiyyətin içinə çıxdıqları kimi hiss etməli, məsuliyyətli olmalıdırlar. Çıxıb hər yerdə bu məsuliyyəti, bu nizamı görüb, özü də həmin nizamın, məsuliyyətin daşyıcısına çevrilməlidir. Yola verə-verə cəmiyyəti irəli aparanda onda hələ yeməyəı nə qədər duz tökməyi bilməyən, gələcəkdə ərinin, uşağının qopmuş düyməsini tikə bilməyən, uşaaq bir az kürənləşsə, onu sakitləşdirə bilməyən, 2 bayatı, 2 layla bilməyən; ailənin ruzisini qazanmaq üşün bir peşə öyrənib zəhmətə qatlaşmaq istəməyən, evinə səhər çıxıb axşam dönən, ailəsi, uşaqları ilə bir olmaq yadına düşməyən gənclik yetişir. Bağça yaşından belə böyüyə-böyüyə cəmiyyətədə yükə çevrilirlər.
Bu gənclər də bizimdir. Tam yanlışdırlar. Biz bunlara baxıb papağımızı qabağımıza qoyub fikirləşməliyik.Sabah, o biri gün daha pis vəziyyətlə qarşılaşmamaq üçün özümüz də yenilənməliyik.
  • Нравится
  • 0
SitatCavab
  • Qurup: Təsisçi
  • Qeydiyyat: 12.09.2016
  • Status: offline
  • Şərhləri: 91
  • Məqalələri: 1206
^
Bunlar bizim həyat üçün xarakterik deyi.Sadəcə, xarici missionerlər maraqlı tərəflərlə ölkəmizdə ciddi təxribatlar aparmaqdadır. Qadın cəmiyyətin zəmanətidirsə, Qadın hər bir kiçinin Anasıdırsa, bacısıdırsa, övladının mələyidirsə, özünün parasıdırsa, bunları bilən, qəbul edən öz təninə sitəm edərmi? Məntiqsiz bir şey...
  • Нравится
  • 0
SitatCavab
  • Qurup: Baş redaktor
  • Qeydiyyat: 12.09.2016
  • Status: offline
  • Şərhləri: 13
  • Məqalələri: 1436
^
Yuxardakı şərhin davamı:

Bunlar hardan belə eyni ruhda olan adamlar eyni anda bu yerə gəldilər. Bunlar heç döyülən, hüquqsuz, müti qadınlara oxşamırlar. Həyatımız problemsiz deyil. Amma qadınlarımızın cəmiyyətə nümayiş etdirdiyi bu səhnə əsassızdır, yanlışdır. Cəmiyyət belə şeyləri ciddi qınağa almalıdır. Onların yanından keçən hər kəs təhqir etmədən, fiziki kobudluq etmədən etirazı bildirməlidir. 50-100 metr onlara yaxınlaşılmamalı, diqqət edilməməlidir. Mərbuat, televiziya belə mənzərələri paylaşmamalıdır. Qoy təpki, qınaq hiss etsinlər. Amma belə məsələlərə cavabdeh olan şəxslər də məsələnin mahiyyətini araşdırmalı, profilaktik və ideoloji işlər aparmalıdır.
  • Нравится
  • 0