» » Fəvvarələr meydanından Azad qadın heykəlinə qədər düşünün - I yazı

Fəvvarələr meydanından Azad qadın heykəlinə qədər düşünün - I yazı

Müəllif: Anaveusaq.az от 5-03-2021, 10:58

  

Fəvvarələr meydanından Azad qadın heykəlinə  qədər düşünün - I yazı 

Bir qrup qadın martın 8-də Fəvvarələr meydanından ("McDonalds”-ın qarşısından) Azad qadın heykəlinə kimi "Haqlarımız uğrunda!” şüarı ilə yürüş keçirmək  istəyir.Bu məqsədlə də yürüşün keşirilməsinə razılıq verilməsi üçün BŞİH-nə müraciət edilmiş, Bakı Şəhər İcra Hakimiyyəti də qadınların yürüşünə icazə verməmişdir (Bax: https://yenisabah.az/meriya-qadinlarin-yurusune-icaze-vermedi ). 

Bu,  heç də insan haqlarının  məhdudlaşdırılması kimi   qəbul  edilməməlidir.  Sadəcə,   Meriya  bunu məqbul  hesab etməmişdir.   Mən  də Meriyanın   qərarını    düzgün  hesab edirəm.  İndi internetdə yotube-də oxudum ki, Putin Şuşanı alıb Ermənistana qaytaracağını vəd edib və bildirib ki, Xankənd də baş şəhər olacaq.  

Fəvvarələr meydanından Azad qadın heykəlinə  qədər düşünün - I yazı

Fəvvarələr meydanından Azad qadın heykəlinə  qədər düşünün - I yazı

 Bu  və bu  kimi çoxlu informasiyalar varkən,  bu xalqın,  bu torpağın  Qarabağ haqqından, torpaqlarımızda  möhkəm sülhdən  başqa gündəmdə  heç bir   haqqı olmamalıdır.  Qalan bütün problemlər   bu  taleyüklü  tam və qəti həllindən sonra hüquqi və demokratik yolla   həllini tapmalıdır.

 Mən keçən əsrin 80-ci və 90-cı illərinin əvvəllərinə qədər  olan  can Bakımızı  günbəgün, anbaan  kino  kadrları kimi göz önümdən keçirdim. Bakı  özündə müasir arxitektura və memarlıq  nümunələri əks etdirən  binalarla,   ölkənin baş şəhərinin statusuna layiq  yaşıllıqlarla əhatə olunmuş, xüsusi dizaynla  layihələndirilmiş park və  bağlarla  şox böyüyüb, zənginləşib. Amma mən bu zənginliklərin  içində  keçən əsrin 90-cı illərinə qədər  Bakıdan duyduğum ləzzəti, mənanı tapa bilmirəm. Onda biz  məxsusi olaraq  bura getməzdik. "Nizami ” küçəsi(indiki  "Tarqovı”) ilə  gəlib keçmiş İncəsənət  institutu olan küçəyə dönürdük:30-40 addımdan sonra sağa dönəndə  kitab mağazaları vardı,  oranı  keçəndən sonra    həmin bu bağ  qarşıya çıxırdı.  Onda adı "Parapet” idi.  Bağa     çatmamış sola dönəndə    binanın il mərtəbəsində zəngin kitab mağazası vardı.

Fəvvarələr meydanından Azad qadın heykəlinə  qədər düşünün - I yazı

Ayda  2-3 dəfə yolumuzu  mütləq oradan salıb yeni gələn kitablara baxardıq. Pulumuz yetəndə  alırdıq. Yetməyəndə, gücə salanda, sadəcə, tanış olardıq. Biz elə bilirdik ki, biz  filologiya  fakültəsində oxuyuruq, biz  bütün  kitabları oxumalıyıq, yenilikləri bilməliyik.Elə bilirdik ki,  əgər belə etməsək, kitabxanalara, kitab mağazalarına getməsək, bizi  qınayarlar. Çünki biz el  gözünün  hədəflərində belə  ölçülər görmüşdük: "Kitabxanada  Cəfər kişinin oğluna rast gəldim”, " Nabat xalanın oğlu qoltuğunda kitablar institutdan gəlirdi”, "  Səkinə arvadın oğlu gecələr   "AZİ"-də  (ovaxtkı Neft və Kimya  İnstitutu )oxuyur, gündüzlər işləyirdi ” və sair.  Bəs indi necədir: kəndlərdə  həmin kəndin  növcavanlarının  müasirliyini tez-tez  "Tarqovı”da  çay  içəndə  görmələri ilə  xarakterizə edirlər...

 Bağın bir tərfində  məşhur Lenin adına,  Sabir adına  kitabxanalar  vardı. Yəni, bu bağın içi də,  ətrafı da  həmişə  gənclərlə  izdihamlı olardı. Saatlarla  Oxu zalında kitab oxuyan, kurs işi, diplom işi yazanın  beynində indiki  gəncliyin beynindəki kimi əyləncə, macəra psixologiyası yox idi.  Hamı təhsilini, ailəsini düşünürdü.  Onda bu gənclərin    belə park və bağlarda  ayaq saxlaması, oturması, kiminlə söhbət etməsi yaxşı qəbul edilməzdi. Lap əlaçı tələbə də olsa idi,  onun ailəsinin   nüfuzuna  yaxşı hal kimi sayılmazdı.

Onda da    "Nizami”  ("Tarqovı”) küçəsi izdihamlı olardı, gənclərlə....Amma bu izdihamda,  hər tərəfdə – yerdə də, göydə də  səni     xoş aura əhatə edirdi, ruhunu sarırdı.   

Bu insanların əksəriyyəti    gözəl  gələcəkləri üçün  gözəl arzularla yaşayan tələbə gənclər olardı,  tikintilərdə,  zavodlarda,  nəqliyyatda  çalışan əmək adamları olardı.

Gərgin fiziki işlərdə çalışan, alın təri ilə süfrəsinə ruzi qazanan əmək adamlarının, eləcə də   işi-peşəsi dərsdən sonra  kitabxanalarda keçən tələbələrin  nə başlarında, nə ürəklərində  cəmiyyət üçün, insanlar üçün mənfi emosiya doğuran  nə ola bilərdi ki,  onların  əhatəsində olanlara da  mənfi təsir etsin.

Nə qədər təhsilimiz  gerilədi, şəxsən, mən   çəkinmədən deyirəm ki, sovet dövrünün ali məktəblərini, professor-müəllim heyətini, tələbə və tələbəlik həyatını  bugünün ali məktəb və tələbə  həyatı ilə müqayisə etsək,    sovet dövrünün ali məktəbləri daha uca səviyyədə dayanacaq.  Nə o tələbələr feminist olmayacaqdı, nə də o ailələr   cəmiyyəti  məşğul edən  övladlar yetişdirməyəcəkdi.

Səbəb insanların  təhsildən, ictimai-faydalı əməkdən    sovet dövrü ilə müqayisədə   fərqli  şəkildə aralı düşməsi ilə bağlıdır.

Məni  mühafizəkarlıqda da,  qocalıqda da, lap  bir qədər də sərt formada yarlıq qoymaqla topa da tuta bilərsiniz.

Bu gənlər bizim aydın sabahlarımızdır.  Biz uzaq əsrlərə bu gənclərlə gedib çıxacağıq. Bu,əminlik olmazdısa,  kimdir düşünüb, ölçüb biçə-biçə yaşayan, əzaba-əziyyətə qatlaşan: elə hamı  necə istəyir, necə gəldi,   elə də yaşayar da.

Bugünkü gənclər, eləcə də  daha xoş sabahlara ümidimiz olan  sabahkı gəncliyimiz 44 günlük müharibədə düşmənin belini qıran, tarixi ədaləti öz qanları, canları  bahasına  bərpa edən gəncliyin xələfidir.

Təbii ki, biz   hələ nə etdiklərinin fərqində olmayan, daha  çox  əyləncə, macəra həyatına meyilli olan   gənclərimiz üçün narahatlığımızı ifadə edirik.

Sitat:

-        İki şeyin əldən çıxmadan  dəyərini bilmək lazımdır: Biri cansağlığı, o birisi isə  gənclik.

Hz.Əli

-Məndən  xoşbəxt insan kimdir deyə soruşsalar, düşünmədən cavab verərəm:gənclik illərini   təəssüflə   xatırlamayan insan xoşbəxtdir.

 Tarık Buğra, Məşhur türk yazıçısı


 Yaşılı nəsil  keçmişə də, bu gün baş verənlərə  də, sabah, o birisi gün ola biləcəklərə də   laqeyd qala bilməz və qalmamalıdır da. Yaxşılarla öyündüyümüz kimi,  hələ  gündəlik  düşüncələrlə yaşayan,  yanlış təsirlərə tez  düşən,  yolu, mövqeyi  doğru olmayan gənclərimizə də sahib  çıxmalıyıq. Belə gənclərə düzgün yol göstərməyə haqq verən müdriklik statusmuzu aktivləşdirməliyik.

Fəvvarələr meydanından Azad qadın heykəlinə  qədər düşünün - I yazı

Çox keçməyib ki, üstündən. Keçən  il  elə mart ayında   bir  qrup qadın   "8 MARŞ - Bizimdir Hürr Küçələr" şüarı altında yürüş keçirmişdi.

Onların özünün və özlərinə oxşayan mətbu  vasitələrinin   bildirdiyinə görə, guya, bu yürüşün əsas süarları aşağıdakılar olub:

-Birləşsinlər qadınlar!

-Susmaq yoxdur, üsyan var!

-Küçələrdən qorxma!

- Azadlığını boğma!

 Guya  bu şüarlar doğrudur və   Azərbaycan qadınlarının məntiqli qənaətləri idi. Guya, ümumilikdə  yürüşün məqsədi  bir  sıra  gender əsaslı zorakılığa etiraz etmək, insanları kişi hakimiyyətinə qarşı səfərbər etmək  idi.

Əzələn,   bizim əxlaqa   sığışmayan, qadınlarımızın televiizyada  izləyəndə xəcalət çəkdiyi  şüarlar   bu şüarlardan daha çox idi. İkinci də  nu mövqe Azərbaycan qadınlığının  deyil, ancaq   o yürüşü təşkil edən  və onun iştirakçılarının   mövqeyi ola bilərdi.  Fikir verin şüarlara:

1. Məmələrə azadlıq.

2. Qız mənimdir, nə istəsəm edərəm.

3. V......a mənimdir, kimə istəsəm verərəm.

4. Bir qadının azadlıqdır zinəti...

 5. Kişilər bir cüt qönçədir və s.

Fəvvarələr meydanından Azad qadın heykəlinə  qədər düşünün - I yazı

Fəvvarələr meydanından Azad qadın heykəlinə  qədər düşünün - I yazı

Fəvvarələr meydanından Azad qadın heykəlinə  qədər düşünün - I yazı

  Bu  şüarlar Azərbaycan Qadınlığının şərafətinə utancdır, təhqirdir.

  Və yaxud oktyabrın 31-də  qeyd  edilən "Hellouin” (Halloween)  "Cadu bayramı”. Həmin gün gənclər və uşaqlar qorxulu qara paltarlar geyinir,  şəhər meydanlarına axışır, kilsə zənglərini səsləndirir,  mərhumların ruhlarına dualar edirlər. Bu gün   "Ruh tortları"  hazırlanaraq  evlərə baş çəkir, bu tortdan  hamıya  paylaşırlar.     Balqabağın içini oyub, onu gülən adam sifəti verirlər: içində isə yanan şam olur. Uşaqların nağıllardan bildiyi mənfi obrazları yaradırlar. Evlər yıxan, fitnə-fəsad quran, cilddən-cildə girən, ovsunlu, məharətli, bədəməl.   Bunların zahiri  görkəmləri də   vahimə saçır:Üst dodağı göy süpürür, alt dodağı yer, bədheybət, tam şeytani bir sifət halına görkəmi yaradırlar.  Bunlar cadugırlərdir. Süpürgə atları ilə  televiziya  nağıllarından da   uşaqlara məlumdur.

Fəvvarələr meydanından Azad qadın heykəlinə  qədər düşünün - I yazı

İşə bax!.. Gör, uşaqlar nəylə məşğul olur. Kənardan baxan bəlkə deyər ki, uşaqdılar, qoy əylənsinlər, burada pis nə var?! Bizcə, istənilən bir əyləncənin daşıdığı mahiyyət önəmlidir. Xüsusən də kiçik yaşlı uşaqlar, yeniyetmələr arasında.  Bir vaxt  mətbuatda  bu barədə yazılar gedirdi. Məlum olmuşdu ki,   bəzi məktəblərimizdə bu tədbir üçün hazırlıq görülür, uşaqlara əvvəlcədən  bu qorxunc ifritələrin  müxtəlif eskizlərlə  geyim-maska obrazları  yaradılırmış. Biz uşaqların daxili aləminə     bunlarımı doldurmalıyıq, uşaqlarımızın  həyat və insanlıq haqqında duyğuları bu obrazlarla, bu obrazların əməlləri ilə  formalaşdırılmalıdırmı?

Məktəbyaşlı uşaqların cadugər libasları geyinib, qorxulu xarakterlər canlandırmasının hansı müsbət tərəfi ola  bilər? Bizm   bir-birindən gözəl, fəlsəfi məzmun və mahiyyət daşıyan  bayramlarımız var: Norvruz bayramı,  Məhsul bayramları,  Nar bayramı, Mürəbbə festifalı, Alma bayramı, Gül bayramı… Hamısı bir-birindən gözəl və gözəlləşdirən. Belə   zəngin ədəbi-mədəni irsimiz, bayramlarımız , şərəfli tariximiz ola-ola  kim lərmaraqlıdır  feminizmi həyatımıza dürtən,  "Cadu bayramı”nı  cürbəcür formatlarda uşaqlarımızın, gənclərimizin beyinlərini zəhərləmək üçün bir  vasitəyə çevirənlər.

Keçən il  feministlərin yürüşünü kimlər təşkil etmişdi,  maraq  üçün  heç xarici ölkələrdə feministlərin hərəkatını   internetdən izləmisinizmi? Orada  əllərdə olan plakatda olan ədəbsiz şüarların əksəriyyəti  Bakıdakı  nümayişdə bizim qadınların əlində  var idi.

 Özbaşına  heç kim küçələrə axışmaz.  Onları buna təhrik edənləri isə küçələrə çıxartdıqlarından başqa kimsə tanımır.

Doğrudanmı bizim ölkədə qadın hüququ  dözülməz dərəcədədir, doğrudanmı bizdə qadınların  yüksəliş yollarına çıxması yasaq olunur? Axı bizdə qadınların  təhsil alması, inkişafı və sosial fəallığı üçün cəmiyyətin bütün dövrlərində  müsbət dinamika olmuşdur.

"İslam aləmində ilk qızlar məktəbi Azərbaycanda açılmışdır. Qadınlara səsvermək hüququ bəxş edən ilk dövlətlərdən biri də Azərbaycan Demokratik Respublikası olmuşdur.

Fəvvarələr meydanından Azad qadın heykəlinə  qədər düşünün - I yazı

Fəvvarələr meydanından Azad qadın heykəlinə  qədər düşünün - I yazı

Bu gün elə bir  fəaliyyət sahəsi yoxdur ki, qadınlarımız orada təmsil olunmasın.

Düşünürəm ki, bizim ölkəmizdə qadınlarla kişilər arasında heç bir sosial-mənəvi fərqlər yoxdur, belə baxış da yoxdur. Bəlkə də dünyanın heç bir ölkəsində qadın Azərbaycan Qadını qədər azad deyil.

Azadlıq heç bir təzyiq olmadan şəxsin fərdi seçim imkanı deməkdir. Yoxdurmu bu azadlıq?

Nərgiz Akif qızı Qurbanova Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı, Xanım Məmməd qızı İbrahimova Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı fövqəladə və səlahiyyətli səfiridir.

Lənkəran Dövlət Universitetini bitirmiş Aytəkin Əliyeva bir neçə il müəllim işlədikdən sonra Amerikaya köçmüş, Fasebook kimi böyük bir şirkətin Baş ofisində çalışır.

Lana Atakişiyeva Berlinin Noyköln rayonunda polis komissarıdır. Fransada yaşayan Aytən Mirzoyeva Parisdə Fransanın tarixi memarlıq şirkətlərindən biri olan "Vasconi Architectes”in vitse-prezidentidir.

Fidan Cavadova İngiltərənin nüfuzlu anti-pirat şirkətlərindən birində müəllif hüquqlarının qorunması sahəsində fəaliyyət göstərir.

Ermənipərəst mövqeyi ilə tanınan rusiyalı jurnalist və aparıcı Vladimir Pozner Kaliforniya Ştatında çıxışı zamanı Qarabağın ermənilərə məxsus olduğunu bildirəndə

onu sərrast mühakimələri ilə susduran Arzu Məmmədova (Cahid) ABŞ-da Lokalizasiyaların idarə edilməsi ixtisası üzrə təhsil alır və sair, və ilaxır.

Belədirsə, Azərbaycanda cinslər arasında hüquq bərabərliyinin olmamasını küçələrə, piketlərə necə çıxarmaq olar?”

Davamı var... 

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz