Görmək istəyib-istəməməyimizdən asılı olmayaraq, Polis 24 saat bizi qoruyur
Mənim Polisim Məni Qoruyur!
"Sovetski" kimi tanınan ərazidə qeydə alınan hadisə zamanı qaz sızması nəticəsində güclü yanğın olub.
Yanğın zamanı iki elektrik sayğacı və bir neçə metr kabel yanıb. Yanğının evin giriş qapısında başlaması evdə olan azyaşlının çölə çıxmasına imkan verməyib. Dərhal əraziyə Yasamal Rayon Polis İdarəsinin post-patrul xidmətinin əməkdaşları cəlb edilib və onlar həmin qız uşağını alovdan xilas ediblər.
01 iyul 2020-ci ildə Qax şəhəri ərazisində baş vermiş yol nəqliyyat hadisəsi zamanı avtomobildə olan hamilə qadının halı pisləşib. Qax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları vaxt itirməmək üçün qadını və yaxınlarını öz xidməti avtomobillərinə əyləşdirərək dərhal Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Xəstəxanada həkimlər tərəfindən qadına ilkin tibbi yardım göstərilib və onun həyatı xilas edilib.
2017- ci il iyulun 3-dən 4-nə keçən gecə saat 3.30 radələrində Binəqədi rayonu Səttar Bəhlulzadə küçəsi 39 ünvanında məcburi köçkünlərin məskunlaşdığı beşmərtəbəli yataqxana tipli binanın 5-ci mərtəbəsində 4 mənzili alov bürüyüb.
Post-Patrul Xidməti Bölüyünün polis nəfəri, polis kiçik serjantı Əkrəm Dərxot 5-ci mərtəbədəki mənzillərdən birində köməksiz vəziyyətdə qalan 2 qadının həyatını xilas edib. Polis əməkdaşı özü hadisə yerində huşunu itirib.
Ə. Dərxot Dərhal Təcili Tibbi Yardım maşını ilə Respublika Toksikologiya Mərkəzinə çatdırılıb, ilkin tibbi yardım göstərildikdən sonra DİN-in A. Heydərov adına Respublika Hospitalına yerləşdirilib. Ə. Dərxotun həyatı üçün təhlükə aradan qaldırılıb.
Şəhid ailəsini asayiş keşikçiləri tezliklə sevindirib.
Belə ki, həmin stansiyada xidmət aparan polis kiçik serjantı Musa Sabirli təqribən saat 14:00 radələrində metronun girişində 307 manat tapması barədə Metropolitendə Polis Şöbəsinin rəhbərliyinə məlumat verib.
Elə həmin gün axşam saatlarında S.Kərimova rəhbərlik tərəfindən şöbəyə dəvət olunub və itirdiyi 307 manat ona qaytarılıb.
S.Kərimova asayiş keşikçilərinə təşəkkürünü bildirib.
28 İyul 2020 -ci ildə Abşeron rayon DYP şöbəsinin əməkdaşı, polis kapitanı Vasif Sadıqov avtoqəzada ağır yaralanan 21 yaşlı gənci təcili tibbi yardıma çatdırıb. Lakin orada xəstənin xeyli qan itirdiyini deyib qəbul etməyiblər. Bundan dərhal sonra polis kapitanı xəstəni "Semaşko"ya çatdırıb. Burada da xəstənin vəziyyətinin ağır olduğunu deyib qəbul etməyiblər. Polis kapitanı vaxt itirmədən gənci Travmatologiya İnstitutuna çatdırıb. Burada xəstəni əməliyyat edib yarasını tikiblər və qanaxma dayanıb. Xəstə özünə gələnə qədər polis kapitanı xəstəxanada gözləyib.
Pandemiya dövründə sərt karantin rejimi insanlarö evlərə çəkilməyə məcbur etdi.Bu hərəkət məhdudluğu təbiətdə yaşayan heyvanların, quşların yaşamasını çətinləşdirdi.Adi həyat axarında baba-nənələr bu heyvanları yemləmək üçün nəvələrini götürüb, parklara, bağlara, məhəllələrə çıxırdılar. Nəvələr özləri ilə gətirdiyi qrğıdalı, buğdaa, tum, digər qida vasitələrini heyvanlara veribsevinərdilər. Həm heyvaanlar qidalanardı,həm də baba-nənələrin ahıl dövrlərinin bir günü də belə ötərdi.İndi bunlar yox, bu da polislərin diqqətindən yayınmır. Bu hərəkət insana edilən mərhəmətdən qat-qat üstündür.Qəddar adam bunu düşşünə bilməz, bunu edə bilməz. Bunlar insanın öz təfəkkürü ilə də bağlı ola bilər. Amma birmənalı olaraq, bu,polis orqanlarında aparılan deontoloji hazırlıqlara proritet kimi baxılmasından irəli gəlir. Bunıar olmasa, bizə polis lazım deyil.Polis onda cəza dəstəsi demək olardı. Bizim polisimiz isə belə deyil. Bizim necə qəbul edib-etməməyimizdən asılı olmayaraq, polis gecə-gündüz bizi qoruyr. Polis əli rezin dəyənəkli cəza adamı deyil.
Azərbaycan polisi çox zəngin və şərəfli bir tarixə malik asayiş keşikçiləridir.
1918-ci il may ayının 28-də öz müstəqilliyini bəyan etmiş Azərbaycan Xalq Cümhuriyyətinin milli hökumətinin tərkibində Daxili İşlər Nazirliyi yaradılmışdır. O vaxtdan 103 ilə yaxın vaxt keçir. Bu müddət ərzində bizim polis hər zaman ölkədəki asayişin qorunmasına xidmət etmiş, sivil birgəyaşayış qaydalarına əməl etməyən, hüquqa zidd əməllər törədən ünsürlərə və təhlükəli meyillərə qarşı prinsipalmübarizə aparmış, barışmaz mövqedə olmuşlar. Bu mübarizələrdə həyatını qurban vermiş polislərimiz var.
1941-45-ci illərdə faşizm ilə mübarizədə Azərbaycan polisinin 800 nəfərə yaxın əməkdaşı rəşadətlə vuruşmuş, qəhrəmanlıq, igidlik nümunələri göstərərək yüksək orden və medallara layiq görülmüşlər.
Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi başlandıqdan sonra Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə daxili işlər orqanlarının və Daxili Qoşunların şəxsi heyəti 932 şəhid vermiş, 681 əməkdaş isə əlil olmuşdur.
Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə 460 nəfər polis əməkdaşı, 511 nəfər Daxili Qoşunların hərbi qulluqçuları şəhid olmuş, 67 nəfər daxili işlər orqanlarının əməkdaşlarına Milli Qəhrəman fəxri adı verilmiş, 86 əməkdaş "Azərbaycan Bayrağı" ordeni, 247 əməkdaş isə müxtəlif orden və medallarla təltif edilmişdir.
44 günlük müharibədə polisin rəşadətli oğulları həm cəbhədə döyüşmüş, həm də daxildə ö borcunu adi günlərdəkindən də sərvaxt yerinə yetirmişdir. Pandemiya dövründə onları qayğıları bir qədər də artmışdır.
Bəzən internetdə, müəyyən dairələrdə polisimiz əleyhinə etimadsızlıq yaratmaq meyilləri olur. İstərdim ki, belə edənlər, belə düşünənlər nə qədər sərt olsalar da, ədaləti də unutmasınlar. Bu dəqiqə ölkəmizin hər yerində polis vəzifə başındadır. Gecə-gündüz işləyirlərsə, bu, onların işinin cəmiyyət üçün nə qəədr vacib olduğunu göstərmirmi? Hər kəs öz evindədir, kimi monitor arxasında, kimi çay süfrəsi arxasında, kimisi nərd oynayır, kimisinin övladı, nəvəsi dərs hazırlayır və s.. Amma
Polis onları qoruyur. Gündüz saat 12-də, gecə saat 12-də, səhərə yaxın saat 4-də qoruyur Yolda, küçədə, metroda qoruyur, evinin içində qoruyur. Hər qaraltıya, hər səsə mütləq ayrılır, səni, məni, bizi hər səsdən, hər qaraltıdan qoruyur.
Müəyyən adamlar ola bilsin ki, polis adına uyğun olmayan hərəkətlərə yol veriblər. Baxın indi, günün 24 saatını öz xidməti vəzifələrini sərvaxtlıqla həyata keçirən, hər an özlərini təhlükəyə atan, həyatlarını qurban verən polis indi bir neçə nəfərin yol verdiyi qüsurlu əməllərə görə onlarla bir sırada qalmağa razı olarmı? Təbii ki, onların hər biri ciddi olaraq cəzalarını alırlar və alacaqlar.
Çox arzu edərdim ki, insanlarımız bizim hizmətimizdə duran, sabitliyimiz və güvənliyimiz üçün var olan şərərfli Azərbaycan polisinin əməyini doğru-düzgün qiymətləndirsinlər.
Azərbaycan polisi bizə çox lazımdır, lap çox.
Oxşar postlar:
- Oxunub: 277
- Şərhlər: 0
- Bölmə: Baş redaktor
Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.
Ən çox oxunanlar
Piketlərlə hürr yaşamaq eyforiyası və buradan poliamoriyaya uzanan yollar ( I hissə )
Azərbaycan xalq tətbiqi sənəti / Kəlağayı
Uşaqlar gülürsə, bayram var...
Vətənim demək azdır , Vətənin olmaq gərək ( Şəhid kapitan Nəcəf Şikarovun xatirəsinə ehtiramla )
Piketlərlə hürr yaşamaq eyforiyası və buradan poliamoriyaya uzanan yollar ( II hissə )
Piketlərlə hürr yaşamaq eyforiyası və buradan poliamoriyaya uzanan yollar (III hissə )
Burla xatun
Piketlərlə hürr yaşamaq eyforiyası və buradan poliamoriyaya uzanan yollar ( IV hissə )
Əsgərlərimizə Novruz təbriki
Piketlərlə hürr yaşamaq eyforiyası və buradan poliamoriyaya uzanan yollar ( V hissə )
Yazarlar