Şəhidlərimizin ailələri və övladları bizə əmanətdir
Bir də görürsən ki, açılan solur,
Düşünən bir beyin bir torpaq olur.
Bir yandan boşalır, bir yandan dolur,
Sirrini verməyir sirdaşa dünya.
Səməd Vurğun
Ölüm ölənə bayram, bayrama sevinmək var,
Ah, nə gözəl, bayramda taxta ata minmək var.
Mənə elə gəlir ki, böyük Türk şairi Nəcib Fazil Qısakürək bu iki misrası ilə "ölüm” adlı fiziki, mənəvi, bioloji, psixoloji halın təsvirini obrazlı olaraq çox emosional şəkildə təsvir edə bilib.
Ölüm — "bu qoca kaftar” hərəyə bir cürə dağ çəkib və dağ çəkə-çəkə də gedir. Baxmır ki, bu dünyadan apardığı bir uşaqdır, yeniyetmədir . Baxmır ki, bu ata-ananın hələ görülməli işləri var, tamamlamadığı işləri var.
Uşağa uşaq dağı çəkir, qocaya qoca dağı... Sadəcə, aparır.
İlkin anlayışımız isə budur ki, o, yerin üstündəki həyatdan sonrakı həyatın sükut, əbədilik yuxu halıdır.Vaxt-bivaxt insan oğlununu haqlayır. Heç vaxt yaşa da baxmır, bir atanı, bir babanı necə aparır , körpə uşağı, yeniyetməni də elə fərq qoymadan həmin tövrlə aparır:
gündüz saat bir də aparır, gecədən xeyli keçmiş aparır, səhərə yaxın aparır....
Nə imiş həyat: insan oğlu doğulur, böyüyür, təhsil alır, ailə qurur, yaşa dolur, bu mərhələlərə baş elə qarşır ki, bir də görür ki, ay aman, bir vaxt mənim də 40 yaşım vardı, indi oğlum, qızım bu yaşdadır. Onları oxutdun, evləndirdin, gəlin köçürdün, artıq nəvələrin var. Evləri, rahatlıqları var. İşləri, süfrələrini ruzi ilə təmin edəcək iş yerləri var.Bir az rahat ola bilərsən. Bir az nəvələrinə qarışıb indiyə kimi çəkdiyin qayğıların əvəzini çıxmaq üçün artıq sərbəstsən, indi onlar sənin qayğını çəkəcəklər. Yaşamaq istəyirsən.Nəvələr möhkəm-möhkəm səni həyata bağlayır.Di gəl ki, balalarını bir günə çıxartdığın vaxt, yaşamaq istədiyin bir vaxt əcəl özünü yetirir. Lap mahnıda deyildiyi kimi:
Dincəlməyir bir an da,
Yay dağda, qış aranda.
Həyatı anlayanda,
Həyatdan gedir insan.
Olsun. Onsuz da, gözümüzü açandan bunları görə-görə yaşa doluruq. Bilirik ki, həyat əbədi deyil. Bir gen doğulan, bir gün də köç edir. Bu dünyada hər nə var, onun əksi də var. Ağın qarası, gündüzün gecəsi, yaxşının pisi, sevginin nifrəti, dağın təpəsi, istinin söyuğu... və sonsuzadək həyat əksliklərin mübarizəsi üzərində qurulub. Olsun...Amma torpağımızda müharibə olmasın, intiharlar olmasın, oğul atanı, ata oğulu öldürməsin.Vaxtsız-vədəsiz bir ölüm də olmasın. Heç dinc günlərimizdə olmasın, nəinki müharibə şəraitində.
30 ildir torpaqlarımızda müharibə gedir. Noyabrın 10-da düşmən kapitulyasiyaya məhkum edilsə də, hələ də əraziləırimizdə onların tör-töküntüləri qalmaqdadır. ərazimizdən çızxarılarkən təcavüzkarlar , demək olar ki, hər yeri minalayıblar. Ara-sıra bu minalara tuş gələn hərbçilərimiz və dinc insanlar həyatlarını itirməli olurlar. Birinci Qarabağ müharibəsindən keçən müddət ərzində qurbanlarımız çox oldu: istər hərbçilərdən, istərsə də mülki vətəndaşlarımızdan.
Atəşkəs rehimi olsa da, erməmi təcavüzkarlarə hər zaman qan tökməyə, yandırmağa, partlatmağa meyilli olubdur. 2017-ci ilin iyulun 4-də baş verən terror yüzlərlə qəsddən biri idi: Füzuli rayonunun Alxanlı kəndində Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində 51 yaşlı Allahverdiyeva Sahibə və onun 2 yaşlı nəvəsi Quliyeva Zəhranın öldürülmüş, 52 yaşlı Quliyeva Sərvinazın isə ağır yaralanmışdı. Bu 2 yaşlı uşağın günahı nə idi? Nənənin günahı nə idi: bir qadın kimi balalarının, Zəhra nəvəsinin cehizlik yorğanını sırıyacaqdı, xeyir-dua verəcəkdi...
44 günlü müharibədə 3 minə yaxın igid oğlumuz şəhid oldu.
Təkcə 6 min ata-ana sinəsinə dağ şəkildi.Əmi, dayı, bibi, xala, baba-nənə neçə mindir Allah bilir. Bacı, qardaş, övladı olanın övladları neçə mindir , Allah bilir.Neçə nişan üzüyü, cehizlik sandığı ələmə büründü. Bunları necə sarımaq, necə sağaltmaq olar?
İndi təqdim edəcəyimiz şəkillərdəki uşaqların, ataların, gəlinlərin üzünə baxın. Şəkillər də danışarmış, danışdırarmış...
3-5 ilin gəlinləri idi. Hələ nə yaşamışdılar ki.Hələ niyyətlərinin hansı birini həyata keçirə bilmişdilər ki...
Bu balalar baba-nələlərinin, xalqımızınxeyir-duası ilə, dövlətimizin dəstəyi ilə böyüyəcək, təhsil alacaq. Amma hər birinin canında, cüssəsində ta həyatlarının sonuna kimi ata sığalının həsrəti qalacaq. Bu balaların anaları da olsun ki, yasdan çıxıb balalarının böyüdülməsi üçün qayğılarını, canıyananlıqlarını davam etdirəcəklər, bununla başlarını qarışdıracaqlar. Fəqət, qəlbdəki yara sağalan deyil.Bu yaranın məlhəmini, əlacını tibb elmi heç vaxt tapa bilməyəcək. Başqa millətdə bəlkə də ... Azərbaycan mühitində Azərbaycan Qadını özü belə əlacı heç ağlına gətirməyəcək. Bu yazını daha çox bu rakusda fikirlərimi ifadə etmək üçün yazdım. Bütün şəhidlərimizə Allah rəhmət etsin. Torpaq, Vətən nədirsə, bu dəyərə sahib çıxanlar Sizi heç vaxt unutmaz. Xalq Sizi heç vaxt unutmaz. Əgər unudacaqsa, əgər 5-10 ildən sonra şəhidimiz tədbirdən-tədbirə, yubileydən-yubileyə xatırlanacaqsa, bu torpağa basqılar gözləniləndir. Şəhidini sevmək, Əsgərini sevmək bütün etik dəyərləri ilə yanaşı, həm də bir inam deməkdir. Göz üstə saxlanılan Şəhid, Əsgər göz üstə saxlanılan Vətən anlamı verir.
Ümumilikdə isə bu anlam etibarlı müdafiəni, ərazi bütövlüyü üçün təhlükə yaranarsa, düşmənə qarşı zəfərə inam yaratmaq deməkdir. Əcdadlarımız ova gedərkən ovlarının uğurlu olması üçün müəyyən ayinlər keçirirmişlər. Onlar düşünürmüşlər ki, uğur üçün inam şərtmiş.
Digər tərəfdən bu balalar mütləq atalarının hünər yolunu davam etdirəcəklər.
Nənəm laylasını oxşama saydı,
Kim idim o məni oxşamasaydı?
Oğul atasına oxşamasaydı,
Dünya başdan-başa heçdi deyərdim.
Bu balaları onların anaları - şəhidlərimizin həyat ypoldaşları belə böyüdəcək, belə tərbiyə edəcək.
Nargül adlı gəlinimiz əvvəlcə əvvəl qardaşı Eltonun, sonra da həyat yoldaşı Adilin nəşini çiyinlərində daşıyıb.
Firuzə adlı digər bir gəlinimiz də ömür-gün yoldaşı Röyalın tabutunu çiyinlərində daşıdı. Belə qadınlar ancaq Azərbaycan anasının qızları ola bilər. Bu gəlinlər hamımız hörmətlə baxdığımız bir ailənin bir nəslin deyil, bütün xalqın gəlinidir. Azərbaycan ərlərini qürurlu edənlər bu cür qadınlardır. Onda göz önünə, xəyala gətirmək çətin deyil ki, torpağımız uğrunda şəhid olmuş igir eloğlumuz necə ər imiş. Belə ərlərin torpağına heç kim sahib çıxa bilməz. Bunun "baş məşq”ini də onlar görk kimi qoyub getdilər.
Biz burada bir neçə şəhidimizin, onların balalarının şəkillərini verdik. Adlarını yazmadıq: nə özlərinin, nə də övladlarının. Bunlar hamısı Şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızdır. Onlar hamısı qardaşdır, amal qardaşları. Oğul və qızları da əmi uşaqları.
Onu da qeyd edim ki, şəkillərin birindəki zabitimiz şəhid deyil, qazidir. Allah ömrünü uzun etsin. Sadəcə, biz qazilərimizin övladlarını da şəhidlərimizin övladları ilə eyni ehtiramla qəbul edirik. Bütün şəhidlərimizin ailələri və övladları Xalqımıza, bizə əmanətdir. Onlar hər zaman dualarımızda olmalıdırlar. Heç bir şəhid anası, şəhid atası tək qalmamalıdır. Xüsusilə məktəblər bu münasibətlərin müxtəlif formalarını tapmalıdır. Şəhidlərin adına məhəllələrdə, binaların girişində Xatirə lövhələri var. bulaq var, kiçik yaşıllıq zolaqları var. Bunlar belə diqqətdən kənarda qalmamalıdır.
Oxşar postlar:
- Xoşbəxt səhərlər üçün bizə ümid oldunuz
- Şəhid ailələrinə 11 min manat veriləcək - Rəsmi açıqlama
- Birləşməsək, yağılar da güc gələr bizə
- Övladları ilk dəfə məktəbə gedən valideynlər üçün tövsiyələr
- Birinci vitse-prezident Mehriban Əliyeva Bakının Ramana qəsəbəsində məcburi köçkün ailələri üçün inşa edilən yeni bina ilə tanış olub
- Oxunub: 140
- Şərhlər: 0
- Bölmə: Baş redaktor
Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.
Ən çox oxunanlar
Piketlərlə hürr yaşamaq eyforiyası və buradan poliamoriyaya uzanan yollar ( I hissə )
Azərbaycan xalq tətbiqi sənəti / Kəlağayı
Uşaqlar gülürsə, bayram var...
Vətənim demək azdır , Vətənin olmaq gərək ( Şəhid kapitan Nəcəf Şikarovun xatirəsinə ehtiramla )
Piketlərlə hürr yaşamaq eyforiyası və buradan poliamoriyaya uzanan yollar ( II hissə )
Piketlərlə hürr yaşamaq eyforiyası və buradan poliamoriyaya uzanan yollar (III hissə )
Burla xatun
Piketlərlə hürr yaşamaq eyforiyası və buradan poliamoriyaya uzanan yollar ( IV hissə )
Əsgərlərimizə Novruz təbriki
Piketlərlə hürr yaşamaq eyforiyası və buradan poliamoriyaya uzanan yollar ( V hissə )
Yazarlar