» » Təhsil, məktəb və müəllim əməyi haqqında uşaq, müəllim, valideyn , indi də müstəqil jurnalist kimi təəssüratlarım ( XI yazı)

Təhsil, məktəb və müəllim əməyi haqqında uşaq, müəllim, valideyn , indi də müstəqil jurnalist kimi təəssüratlarım ( XI yazı)


Təhsil, məktəb və müəllim əməyi haqqında uşaq, müəllim, valideyn , indi də müstəqil jurnalist kimi təəssüratlarım ( XI yazı)

Misir Mərdanovdan sonra təhsil sisteminə qeyri-pedaqoji ixtisaslıların maraqları artmaqdadır. Bir də gözümüzü açıb görəcəyik ki, Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbər vəzifələrinə təyin olunanların yarıdan çoxu hüquqşünaslardır, siyasətşünasdır, sosioloqlardır, beynəlxalq münasibətlər üzrə ixtisaslaşmış yeni mütəxəssislərdir.
Müəllimliyə təsadüfi adamlar axışmamalıdır. Kimsə öz gəlinini, yoldaşını, qızını musiqi, rəsm,əmək müəllimi, qrup müəllimi kimi məktəblərdə işə düzəltdirməsin. Uşaqlara onları sevən, ürəyini onlara verə biləcək şəxslər müəllimlik etməlidir.
Bu isə müəllimlik peşəsində çalışanların keyfiyyət tərkibindən asılıdır. Bəli, gənclər sevib seçdiyi ixtisaslara yiyələnəndə, heç bir maneə, təmənna olmadan, ixtisaslarına uyğun iş tapanda, iş yerlərində rəhbər vəzifələrə etimad göstəriləndə əsl vətəndaş kimi yetişir.
Hörmətli professorumuz Şahlar Əsgərov haqlıdır ki, gəncləri sevmədiyi ixtisaslara yerləşdirmək, milli mənafeyə ziddir. Qəbul imtahanlarından sonra seçim imkanlarındakı çoxseçimlilik optimallaşdırılmalıdır. Hüquq fakültəsinə sənəd vermiş şəxs ancaq hansı ali məktəbdə hüquq ixtisası var, onu seçsin. Bu abituriyentlər balı kifayət etməyəndə, valideynlərin təkidi ilə ya tarix fakültəsini, ya jurnalistika fakültəsini , ya da ədəbiyyat fakültəsini seçəcəklərsə, savadlı müəllim ola bilərlər, amma ruhən, qəlbən yox.
Bir təhlükəli meyil də bununla bağlıdır ki, indi ixtisasa o qədər önəm verilmir, sadəcə, ali təhsil haqqında sənəd istəyirlər. Ya Bakı Dövlət Universitetinin diplomu olsun, ya "Təfəkkür” Universitetinin. Süleyman Rəhimovun Mehman Atamoğlanov soyadlı gənci indiki dövrdə doğulsaydı, "Təfəkkür” Universitetinin seçərdimi, Azərbaycan Dövlət Universiteti ola-ola. "Təfəkkür” Universitetinin məzunu da heç vaxt Mehman Atamoğlanov olmayacaq

 

Təhsil, məktəb və müəllim əməyi haqqında uşaq, müəllim, valideyn , indi də müstəqil jurnalist kimi təəssüratlarım ( XI yazı)


Mətbuatda belə nümunələrə çox rast gəlmişəm: hansı yollasa vəzifəyə yüksəlımiş şəxslər sonradan belə məktəblərin sənədini aldılar, oxudular-oxumadılar, bunun məsələyə dəxli yoxdur. Yevlaxda, məsələn, özəl bir ali məktəbin filialı olsa, həmin filialın məzunu oranın diplomu ilə də seçkili vəzifələrə namizədliyini verə bilər, hüquq-mühafizə orqanlarına düzələ bilər və s. Onda Dövlət ali məktəblərinin nüfuzu, əlbəttə, düşür. Biz orta məktəbdə oduyanda Azərbaycan Dövlət Universitetinin, Azərbaycan Neftvə Kimya İnstitunun, Azərbaycan Pedaqoji İnstitutunun adı gələndə titrəyirdik, Bu məktəblərin tələbəsi olmaq arzusu ilə sabahlara tələsirdik. ADU məzununu görmək bir maraq arzusu idi. Amma indi belə məsələlər adidən adidir.
Bu barədə söhbətlərimiz düşəndə dostlar deyirlər ki, Texniki universiteti bitirib, riyaziyyatı əla bilir, niyə müəllim ola bilməsin. Hətta bunu da dilə gətirirlər ki, hətta, elmi və texniki ixtisaslara qəbul yerlərini artırmaq lazımdır. Cəmiyyətin idarə olunmasında onlara daha üstünlük verilməlidir, guya, dəqiq elmlər üzrə təhsil alanlar yaradıcı olurlar, qanunlara daha əməl edirlər. Amma mən humanitar ixtisasları bitirənlərə üstünlük verirəm. Onların arasından dünyaşöhrətli elm adamlarımız var, ictimai xadimlərimiz var, amma bu, ixtisasları ilə əlaqəli deyil, təfəkkürləri, həyat idealları ilə bağlıdır. Belə xüsusiyyətlər insanların dünyagörüşü, ideolojisi ilə bağlı olur ki, bunları formalaşdıran ədəbiyyatdır, tarixdir. Diqqət versək, bu gün ölkə başçısının etimadını doğrultmadığı üçün vəzifəsindən azad edilənlərin, həbsə alınanların əksəriyyəti dəqiq elmlər üzərə təhsil alanlardır. Bunlar təşkilati işlərdə demək olar ki, çalışmayıblar. Məsələn, məktəb direktoru, sovet sədri, partkom, həmkarlarda, komsomolda, icraiyyə komitəsində, partiya komitələrinin hansısa şöbəsində. Tikinti sahəsində, vergidə, ticarət, xidmət sahəsində işləyən gəlib olur icra hakimiyyətinin başçısı, müavin, komitə sədri və s.
Humanitar ixtisas sahibləri arasında da verilmiş nüfuzu doğrulda bilməyənlər, əlbəttə, var. Bununla bağlı qəti sərhəd müəyyən etməyin də tərəfdarı deyiləm. Amma bu elmlər üzrə cəmiyyəti idarə etməyə seçilmiş şəxslər ya sovet dönəmindəki kimi, Ali Partiya məktəbində təhsil almalı, ya da ən azından 3-5 il idarəetmə strukturlarında pillə-pillə yüksəlməlidirlər.
 

Təhsil, məktəb və müəllim əməyi haqqında uşaq, müəllim, valideyn , indi də müstəqil jurnalist kimi təəssüratlarım ( XI yazı)


Bu gün idarəetmədə baş verənlərin bəlaların çoxu da buradan qaynaqlanır. Ömründə 1 roman oxumayan, 2 baletə baxmayan bir şirkət rəhbəri, bir vergi rəisi hansı keyfiyyətdə icra hakimiyyətinin başçısı olacaq?
Maliyyə üzrə ixtisası varsa, olsun maliyyə, statistika, vergi şöbələrinin rəisi, bu sahə üzrə icra hakimiyyətində şöbə müdiri, nazir. Amma belə şəxs nə səhiyyə, nə təhsil, nə mədəniyyət, nə kənd təsərrüfatı sahələrini keyfiyyətli nizamlaya bilməz, insanları dövlətçilik ətrafında cəm edə bilməz. Sovet dövründə kütləni, cəmiyyəti idarə etmək bir missiya idi, konkret bir sahəni idarə etmək başqa.
Sovet dövründə rayonda İAŞƏ xidməti vardı, səhv etmirəmsə, "OPİT” də deyilirdi. Bu abreviaturanı eşidən adamda yaranan ilkin təəssürat sovet dövrünün "Kirpi” jurnallarında qarnı önə çıxmış, köynəyi şalvardan çıxmış , yanaqları, gözləri qıpqırmızı yanan adamlar gəlirdi: rayonda bütün şirniyyat, qənnadı sexlərinin, çörək zavodunun , kafe,yeməkxana kateqoriyaqsından olan müəssisələrin rəhbəri. İşini yaxşı aparır. Toxunmayın da, qalıb elə işini bu qaydada aparsın. Hara gətirirsiniz İcra başçısı, 1-ci müavin, 2-ci müavin və sair.
Cəmiyyəti idarə etmək, insanları ali ideallar ətrafında aparmaq həm yüksək bilik, həm də yüksək ideoloji qabiliyyət tələb edir.
Mən gənclərə dövlətin etimadını, göstərdiyi nüfuzu yüksək qiymətləndirirəm. Amma bu yanaşmanın formatında müəyyən redaktəyə ehtiyac görürəm, bunlar mənim şəxsi fikirlərimdir. Xüsusilə, pedaqoji sahədə. Tutaq ki, gəncin 28 yaşı var, oğlan və ya qız olsun, fərqi yoxdur. Rəhbər vəzifədə işləyə bilərlər, amma 1-ci şəxs olmaq çox tezdir. Savadı yüksək, intellekti yüksək, pedzaqoji fəaliyyətindəki uğurları yüksək. Amma rəhbər şəxs olmaq bir ayrı spesifiklik tələb edir.
Bunun ali məktəbdə olsa-olsa, nəzəri əsaslarını tədris edə bilərlər. Bu spesifilik gündəlik həyatla təmasdan əxz edilir. Nə qədər uzun müddətə qazanılır, o qədər mükəmməl olur, etibarlı olur. Bu, həyat dərsliyidir.Yaşanmışları qalereyasında əxz etdiyin, görüb götürdüyün həyat həqiqətləridir bu. Quru südlə, birbaşa camışdan sağılıb içilən süd tamam başqa-başqa şeylərdir.

Təhsil, məktəb və müəllim əməyi haqqında uşaq, müəllim, valideyn , indi də müstəqil jurnalist kimi təəssüratlarım ( XI yazı)


Adı gələndə az qala tpa tutmaq istəyirlər sovet dönəmini. Yadıma gəlir, rayonda işədiyim dövrlər. Hər hansı rəhbər vəzidəyə namizəd göstərilən şəxsin ailəli olması vacibşərt idi. Subay ali təhsilli şəxsi məktəb direktoru, sovet sədri,komsomol katibi qoymazdılar.
Mənim fikrimcə, doğru da edirdilər. Testdən keçiblər , bu, o demək deyil ki, 28 yaşlı gənc məktəb direktoru işləyə bilər. Hələ 3-5 il işləsin. Fənn birləşməsinin rəhbər olsun, sinif rəhbəri kimi məktəbin ictimai həyatında fəal iştirak etsin, rəbəri olduğu sinfin valideynləri ilə məktəbin əlaqəsinə yeni məzmun gətirsin, direktor müavini, təşkilatçı olsun və 35 yaşı keçəndən sonra , buyursunlar, işlədiyi məktəbə direktor təyin etsinlər.
Bu vaxta qədər isə o, artıq kifayət qədər səbatlı, yetkinləşmiş, insanların hər kateqoriyasına bir qədər də daha yaxın idarəçi olacaqdır.
Çox inanıram ki, mənim bütün yazılar boyu dilə gətirdiyim bütün məsələlər mütləq ən üstün səviyyəyə gətiriləcəkdir. Çünki cənab İlham Əliyev təhsilə Azərbaycanın davamlı inkişaf strategiyasının ən öncül istiqamətlərindən biri kimi xüsusi diqqət ayırıb. Əlbəttə, bundan dövlətin gözləntisi var, hörmətli Prezidentimizin gözləntisi var:

"Neft, qaz Tanrıdan verilən böyük nemətdir, biz bundan uğurla və məharətlə istifadə edirik. Amma gec-tez bu təbii sərvətlər tükənəcək və bilik, zəka, səviyyə isə ölkəmizin dayanıqlı inkişafını uzun illər bundan sonra da təmin edəcəkdir. Ən inkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq, görərik ki, o ölkənin inkişafında ən aparıcı rol oynayan neft, qaz deyil, bilikdir, elmi-texniki tərəqqidir, yeni texnologiyalardır...
...Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik!"

Təhsil, məktəb və müəllim əməyi haqqında uşaq, müəllim, valideyn , indi də müstəqil jurnalist kimi təəssüratlarım ( XI yazı)

 

Son

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
SitatCavab
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
Amazing! Thhis blog looks exactly like my old
one! It's oon a totakly different subject but it has pretty
much the same page layout and design. Ouystanding choice of colors!

Build muscles website bodybuilder
  • Нравится
  • 0