» » Sayın Ərdoğana məktub

Sayın Ərdoğana məktub

Sayın Ərdoğana məktub

Bir insanın yaşaması üçün vacib olan əzəl sığınacaq, yurd, məkan ikidir: biri Torpaq, biri də Ana. İnsanın bütün əxlaqi, iradi keyfiyyətləri onun anasına, torpağına olan bağlılığı və sevgisi ilə ictimai məzmun daşıyır.
Beşikdəki körpədən başlamış ixtiyar qocayadək hər kəs torpağını, yurdunu sevir. Anasını sevir.
Amma Liderlərin bütün keyfiyyətləri adi insanların keyfiyyətlərindən daha bəşəridir. Lider özünü torpağına, xalqına həsr edən bir el atasıdır. Valideynlərini sevən lider mənsub olduğu xalqın bütün valideynlərinə, uşaqlarına hər zaman sevgi bəsləyəcək.
Türklərin el atası Atatürk idi. İndi bu missiyanı çiyinlırində sayın Ərdoğan daşıyır.
Bunun dərk edə bildiyimiz qədərin özünü də hesaba almaq olmur. Sayın Ərdoğan o qədər xalq, torpaq sevdalısıdır ki, nəinki təkcə Türkiyədə, xaricdə yaşayan Türk millətinin nümayəndələri üçün bu ürəyin sahibidir, həmçinin hansı qitədə yaşamasından asılı olmayaraq, dünyanın digər millətlərinin insanları üçün də.
Hər zaman ayaq üstədir.Bu adam sanki yatmır, dincini almır. Çörəyini harda düşdü adi insanların yemək yedikləri qəhvəaltında, hansı kasıbın süfrəsidəsə, yol evindəsə yeyir...
Namazı vaxtlı-vaxtında qılacaq, müdriklərimizə, dinimizə, azanımıza, məccidlərimizə sonsuz ehtiramı var, ağzı dualıdır.
Yas məclislərində tabutun altına girəcək.Şəhid məzarı üstə yaş tökəcək... Açından sümükləri çıxmış afrikalı zavallıların halına göz yaşlarını saxlaya bilməyəcək.
Fidan-fidan körpələrimizin musiqi, elm yarışmalarında üzünə təbəssüm gələcək.Bir gəncimiz toy məclisində şahidlik edəcək.Kiməsə elçi gedəcək. Dünyanın hər yerinə səpələnmiş dərdli müsəlman qardaşlarının halına acıyacaq, 100 yerə parçalanıb hamısına yetmək, çatmaq istəyəcək...
Amma hər dəqiqə harda olmasından asılı olmayaraq eyni anda dünyanın harasında TÜRK insanı varsa, sayın Ərdoğan oradadır. Həmin kəs mütləq əmindir ki, başının üstündə sayın Ərdoğan var. Biz tək deyilik.
Sayın Ərdoğan, Siz bu millətin körpələrini belə bağrınıza basırsınızsa, bu millətin övladlarının uğuruna belə sevinirsinizsə, Şəhid Türk balaları üçün gözləriniz yaşla dolursa, Siz bizim atamızsınız, babamızsınız, qardaşımızsınız, böyüyümüzsünüz...
Biz də Sizə dua edirik həmişə. Allah Sizi qorusun.Sizə möhkəm cansağlığı, uzun ömür arzulayıram. Dünyanın halı çox ümidsizdir.Bəşər göz yaşlarından əbədilik qurtula bilmir. Əgər bu, mümkün olacaqsa, bu dünyanın yerində olmayan "ayını, Günəşini, ulduzlarını” yerinə Siz qoyacaqsınız sayın Ərdoğan...
Allah Sizi qorusun....

Sayın Ərdoğana məktub

Sayın Ərdoğana məktub

Sayın Ərdoğana məktub

Sayın Ərdoğana məktub


Sayın Ərdoğana məktub

Sayın Ərdoğana məktub

Sayın Ərdoğana məktub

Sayın Ərdoğana məktub


Sayın Ərdoğana məktub

Sayın Ərdoğana məktub

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz