» » Azərbaycan xalqına fəda edilmiş şərəfli ömür

Azərbaycan xalqına fəda edilmiş şərəfli ömür


Azərbaycan xalqına fəda edilmiş şərəfli  ömürAzərbaycan milli mətbuatının banisi, görkəmli maarifçi Həsən bəy Məlikov
1837-ci il iyunun 28-də Göyçay qəzasının Zərdab kəndində anadan olub. İlk təhsilini mollaxanada alıb, orta təhsilini Tiflisdə tamamlayıb. Moskva Universitetini bitirib.
İxtisasca təbiətşünas olan Zərdabi 1869-cu ildə Bakı şəhərində rus dilində orta məktəbdə təbiətşünaslıqdan dərs deməyə başlayır.
1873-cü ildə Nəcəf bəy Vəzirov və Əsgər ağa Adıgözəlov ilə birgə Mirzə Fətəli Axundov "Hacı Qara" və "Lənkəran xanının vəziri" komediyalarını tamaşaya qoyur.
1901-ci ildə Bakıda azərbaycanlı qızlar üçün ilk məktəbin açılmasında yaxından iştirak edir.
1875-ci il iyulun 22-də Azərbaycanda ilk milli qəzet olan "Əkinçi”nin nəşrinə başlayır. Lakin qəzetin ömrü uzun çəkmir və 1977-ci il sentyabrın 29-da nəşri dayandırılır.
1880-1890-cı illərdə Həsən bəyin Bakıda və Tiflisdə çıxan "Ziya", "Kəşkül", "Kaspi", "Novoye obozreniye" və digər qəzetlərdə Azərbaycan və rus dillərində çoxlu elmi-kütləvi məqalələri nəşr olunur.
Ömrünün sonlarına yaxın Bakı Şəhər Dumasının maarif şöbəsində işləyir.
1907-ci il noyabrın 28-də vəfat edir və Köhnə Bibiheybət məscidinin yaxınlığında dəfn olunur.
Məzarı 1957-ci ildə Fəxri Xiyabana köçürülür.
Azərbaycan Təbiət Tarixi Muzeyi, Gəncə Pedaqoji İnstitutu (1943-cü ildən 2000-ci ilə kimi ) Həsən bəy Zərdabinin adını daşıyır.
Həsən bəy Zərdabinin həyat yolu, fikirləri, arzuları Azərbaycan torpağına, Azərbaycan xalqına fəda edilmiş şərəfli bir ömürdür. Zərdabi vəfat edəndə də vəsiyyət edib ki, təntənəli dəfn mərasimi düzəltməyin. Dəfn üçün lazım gələcək xərci xalqımın maariflənməsinə sərf edin. Bu, mənim başı bəlalar çəkmiş xalqım üçün daha faydalı olar.

Azərbaycan xalqına fəda edilmiş şərəfli  ömür

Azərbaycan xalqına fəda edilmiş şərəfli  ömür

Ona görə də bu xalqın ictimai fikir tarixində, qəlblərdə əbədi qalacaq nurlu bir ŞƏXSİYYƏTDİR Həsən bəy Zərdabi.

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz