Təhsil, məktəb və müəllim əməyi haqqında uşaq, müəllim, valideyn , indi də müstəqil jurnalist kimi təəssüratlarım ( IX yazı)
Qoy bizim də gənclərimizin dünyanın ən nüfuzlu universitetlərində, məsələn, "Harvard” Universiteti, "Oksford” Universiteti, "Kembric” Universiteti, "Kolumbiya” Universiteti, "Yale” Universiteti kimi dünyaşöhrətli təhsil ocaqlarında oxusun, bunun nəyi pisdir ki.
Əgər fikirləşsək ki, biz daxildə öz ali məktəblərimizi "Harvard” səviyyəsinə qaldırsaq, həm təhsilimiz keyfiyyətcə yüksələr, həm də gənclər, xüsusən məmur övladları xarici universitetlərə axışmazlar, bu da mütləq doğru olmazdı. Bəs onda xarici ölkələr də öz gənclərini bizim ölkəyə gəlməsinə qısqanmalıdırlarmı?
Keçən əsrin 80-ci illərində Neft və Kimya İnstitutunda 1500-ə qədər xarici tələbə təhsil alırdı. O vaxt dünyanın neft-qaz sənayesi Neft - Kimya İnstitunun mütəxəssislərinə böyük etimad göstərirdilər. Deyək, ADU-da dünyanın 61 ölkəsindən 500 əcnəbi tələbə təhsil alırdı. Hətta, respublikamızın 15 ali məktəbində əcnəbi vətəndaşları ali təhsilə hazırlayan strukturlar mövcud idi.
Əgər 1999/2000-ci tədris ilində respublikamızda dünyanın 18 ölkəsindən 1580 əcnəbi tələbə təhsil alırdı. 2008/2009-cu tədris ilində artıq bu göstəricilər 40 ölkəni əhatə etməklə 7110 nəfərə çatmışdı.
Dünyanın salamat olması, qorunması üçün də elmi əlaqələr, tələbə mübadilələri əhəmiyyətli məsələdir.
Lap ən bərk gedə məmurumuzun övladı olsun. Əgər savadlı, ağıllı , tərbiyəli və təəssübkeş gəncimizdirsə, oxusunlar, xeyirli olsun. Azırbaycana baxmayın, onsuz da kim olursa-olsun, "Harvard” Universitetində oxumağa yetərli biliyi olmasa, heç kim ora qəbul oluna bilməz, oxuya bilməz.
Təhsilini başa vurandan sonra onu məsəlçün Vergilər nazirinin 1-ci müavininin oğlu olduğu üçün Amerikanın özündə Dövlət Departamentində işə göndərərlərmi? Əlbəttə, yox. Saxlasalar, məncə, yalnız yüksək və yüksək qabiliyyət və bacarığına görə saxlaya bilərlər. Amerikada Universitet məzunu olurkən nazir müavininin oğlu olmaq heç bir üstünlük vəd etmir. Amma bizdə nəinki nazir müavinininin, babat idarələrində işləyən hansısa məmurun Gürcüstanda, Dağıstanda adı olub özü olmayan universitetlərinin birinə, lap öz özəl "UNİ”lərimizin birinə adını yazdırır. Təhsil müddəti ərzində dərsə də heç getmir, amma hələ təhsili başa vurmamış ona hansısa Nazirlikdə, gömrükdə, icra hakimiyyətlərində iş yeri hazırlanır. Dövlət universitetimizi fərqlənmə ilə birirən Sadə adamların övladları isə mütləq imtahan verməlidir. İllərdir can atıb yetişdiyi arzularına çatmaq məqamında deyəcəklər ki, imtahan verməlisən. Əgər imtahandan keçsə, bu dəfə müsahibə mərhələsində ayrı bəhanə tapılacaq.
İnsan amili nə qədər ki, "A”-dan "Z”-yə kimi seçim, ölçü, nəzarət prosesinə müdaxilə edə bilir, orada demokratik nəticədən, şəffaflıqdan danışılanlar bəhs etməyə dəyməz.
Bütün sahələrdə olduğu kimi, təhsilimiz də müasir sivilizasiyanın inkişaf tempinə uyğunlaşdırılır. Amma hələki bu yenilik təhsilin ancaq fiziki görkəmində hiss edilir. Daha ciddi məsələlər isə heç yenilənmir, müasir aşkarlıq və şəffaflıq prinsipləri ilə nizamlanmır.
İlk olaraq müəllimlərin əmək haqqı ən azından orta səviyyədə onun dolanışığını təmin etməlidir. Müəllim aldığı maaşla ancaq dadım-duzum ailənin minimum ehtiyaclarını ödəyə bilir. Aldığı maaşla 2 ildə bir kostyum, ayaqqabı ala bilmir, harasa bir gözəl məkana istirahətə gedə bilmir. Ailədə ər, ata görəvini qoruya bilmir. İqtsadi cəhətdən təmin olunmayan işçidən yüksək keyfiyyətdə iş gözləməyə dəyməz.
Müəllimlərin işə imtahanla qəbulu heç cürə başa düşlən deyil. Yararlılıq keyfiyyətini heç olmasa 5 il, 3 il işləyəndən sonra attestasiya etmək olar.
Məktəb rəbərləri müəllimlərin dərs saatları ilə bazar açırlar. Məsələn, məktəbdə ana dili və ədəbiyyat fənni üzrə 70-80 saat dərs varsa, o məktədə 10-12 müəllimin yerləşdirilməsi heç bir pedaqoji, hüquqi prisipə sığışmır. Sonra başlayacaqlar digət müəllimlərin hərəsindən bir təhdidlə 5-6 saat saat qoparıb o müəllimlərə əmr verməyə. Həm müəllimlər arasında münasibət korlanacaq, həm də məktəb təhsil müəssisəsindən təsərrüfat müəssisəsinə çevriləcək. Bu gün məktəb direktorların hər biri içra başçısı qədər təmin olunmuş kimi yaşayır. Kütləvi informasiya vasitələrində məktəb direktorlarının test imtahanları ilə qəbul edildiyini məlumat verirlər. Bu proses aparılır. Amma işə qəbul ediləcəyi namizədlərin imtahandan keçirilməsi təmin edilməklə. Aşkarlıq gözlənilmir. Olsun ki məktəb rəhbərliyinə 200-300 yeni müəllim götürülsün, amma illərdir məktəblərdə , bağçalarda lövbər salmış direktorlar, müdirələr yenə vəzifəsində qalmaqdadır.
Mənim tələbə yoldaşlarım, bizdən əvvəl oxuyanlar, bizdən sonra qurtaranlar, demək olar ki, Azərbaycanın bütün rayonlarında təmsil olunurlar. Rayon icra hakimiyyətləri məktəbin fəaliyyətinə əsassız müdaxilə
edirlər. Məktəb rəhbərlərini özlərininin tapşırığını icra etməyə məcbur edirlər.
Bələdiyyələrə, Milli Məclisə seçkilər Konstitutsiyamızla müəyyən edilən müddətlərdə keçirilir. Bu seçkilərdə ədalət, aşkarlıq demokratiyanın, şəffaflığın işığında tülu etməli, insanlar öz istədikləri namizədləri seçib, demokratiyanın mövcudluğuna, demokratikliyinə, şəffaflığına gerçəkdə sahib çıxmalıdırlar. Onda bu xalqı Prezidentin əhatəsindən kimsə uzaqlaşdıra bilməz. 2020-ci il növbədənkənar parlament seçkilərində ən üstün səviyyələrdə ifadə edilmişdi ki, seçki tam demokratik keçiriləcək, xalq öz istədiyi adamları deputat seçəcəkdir. Təəssüf ki, bu, belə olmadı.
Mətbuatdan başlamış Məzahir Pənahovdan ayrı-ayrı mənsəb sahiblərinə kimi, heç kim cəmiyyətdə bu əminliyi yaratmadı. İnsanlar gördü ki, demokratiyanın sinəsindən ikiəlli basıb dala itələdilər.
Hər seçkidə kəndlərdə, rayonlarda illərdir bir-birini tanıyan adamlar arasında qruplaşma yaratdılar. Hər kəndin, rayonun az-çox sayılıb-seçilən ziyalısını küsdürdülər, kənddən, rayondan incik saldılar.
Buyruqla, cürbəcürə vasitələrlə vəzifələrə dürtülən, əslində isə briqadir olmağa yaramayan yerli məmurlarla istənilən əyriliyi başa çıxartmağa nə var ki. Seçki saxtakarlığında əsas rol oynayan məktəblər, səhiyyə sistemi və icra strukturları ( kənd icra nümayəndələri və bələdiyyələr) oldu. Onsuz da bunlar istər seçkidən öncə, istər sonra insanların ən çox narazılıq etdiyi qurumlardır. Bu qurumlar seçkilərdəki "fəaliyyətləri”nə görə , cəzalandırılmayacaqlarına əmindirlər.
Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri , professor Şahlar Əsgərov Seçki ərəfəsində bunu dilə gətirdi.İnternet resurslarında bununla bağlı saysız-hesabsız məlumatlar var. Seçki dairələrinin, eləcə də məntəqələrinin tərkibini əsasən müəllimlər, direktor və onun müavinləri təşkil edirdi.
Hansı direktor, müavin və müəllim seşkidə belə əməllərə qoşulursa, peşəsini dərindən bilən müəllim deyil. Bilikli, qətiyyətli və prinsipial müəllim heç vaxt öz iradəsinin başqası tərəfindən idarə olunmasına razı olmaz. Bunu ancaq savadsız, peşəkarlığı zəif olan müəllimlər edə bilər. Bəlkə də məktəblərdə onları belə işlərə yaradıqları üçün saxlayırlar, direktorları da direktorluqda.
Nə yaxşı olardı ki, məktəbləri, müəllim və tələbələri seçki prosesinə qatmayaydılar. Əgər müəllim seçki prosesinə cəlb edilib, bu prosesdə hansısa seçki pozuntusuna yol verirsə, onun tədris prosesindəki fəaliyyəti də zərərlidir. Əgər tələbələri hansısa rektor, akademik üçün seçki karasuelində əlaqələndirici kimi istifadə edirlərsə, görün bunu nə qədər adam bilir, onların valideynləri bilir.
Sonuncu seçkilərdə təhsil sisteminin seçkilərdəki fəaliyyəti, seçki qanunvericiliyinə zidd əməllər barəsində mətbuatda kifayət qədər yazıldı, deyildi. İctimai həyatda insanlar indi də bunu danışır. Bunlar nə bizim təhsilimizə, nə də seçki sistemimizə uğur gətirmir.
Hələ bundan acıları isə yazmadıqlarımızdır. Bundan acıları isə sonda səni razılaşmağa məcbur etmələridir ki, seçki tam şəffaf və demokratik keçdi. Bundan acıları isə sənin öz yaşadığın rayonda hələ indiyə kimi həmin ərazinin bir layiqli namizədini seçməyə imkan verməmələridir.
Sonuncu seçkidə 1300 nəfər idi, deyəsən, namizədlərin sayı. Hər kəs öz ərazisində yaşayanları, fəaliyyətləri respublika səviyyəsində olanları(sənət adamları, yazıçı, alim), əvəlki çağırış üzrə deputat olanları tanıyır. Bunlar olsun 100-150 nəfər. Qalanlarından müəyyən bir hissəsini də mətbuatda, internetdə yazı və çıxışları ilə tanıdıq. Daha sonra bir neçə gün etiraz hərəkatı oldu və oradan tanıdıq. Bunların arasında Millət vəkilliyinə hələ uyğun olmayan, yetişməmiş, bişməmiş namizədlər də çox idi. Onların Millət vəkili seçilməsi məqbul sayıla bilməzdi və bu, həmin namizədləri seçənlərin qiymətləndirmə, ölçmə keyfiyyətlərinin xətası kimi qəbul edilməlidir. Bu da ədalət müstəvisində mütləq deyilməlidir.
Şifahi ədəbiyyat nümunələrində ( "Aslan Şah və İbrahim", "Səlim Şah " dastanarı) dövlət quşu uçurmuşdular, quş kimin çiyninə qonmuşdu, hökmdar seçilmişdi. İnsanlar bunu ədalətli hesab edirdi və uşaqkən biz də belə düşünürdük. Bizə xoş gələn o idi ki, "dövlət quşu" gedib naxırçının da çiyninə qona bilər. Bu isə əsl ədalətdir. Ədalət elementləri olsa da, tam ədalət deyil. Yəni, naxırçı ən böyük ehtiramlara layiqdir. Qız alaq, qız verək, amma "padşahlıq eləmək gəlməz əlindən”. Naxırçı oğludur, faytonçu oğludur, yaxşı oxuyub, nüfuzlu ali məktəblərin birini bitirib yüksəkixtisaslı mütəxəssisdir.Bir neçə dil bilir. Vətənpərvərdir, xalqının, torpağının tarixini, mədəni sərvətlərini mükəmməl bilir və bunların qoruyucusudur. 5 ildən artıqdır peşəsi üzrə fəaliyyət göstərir. Niyə də bu balamızdan gələcəkdə deputat, nazir olmasın?
Davamı var...
Oxşar postlar:
- Təhsil, məktəb və müəllim əməyi haqqında uşaq, müəllim, valideyn , indi də müstəqil jurnalist kimi təəssüratlarım ( VIII yazı)
- Təhsil, məktəb və müəllim əməyi haqqında uşaq, müəllim, valideyn , indi də müstəqil jurnalist kimi təəssüratlarım ( VII yazı)
- Təhsil, məktəb və müəllim əməyi haqqında uşaq, müəllim, valideyn , indi də müstəqil jurnalist kimi təəssüratlarım ( III yazı)
- Təhsil, məktəb və müəllim əməyi haqqında uşaq, müəllim, valideyn , indi də müstəqil jurnalist kimi təəssüratlarım ( II yazı)
- Təhsil, məktəb və müəllim əməyi haqqında uşaq, müəllim, valideyn , indi də müstəqil jurnalist kimi təəssüratlarım ( I yazı)
- Oxunub: 314
- Şərhlər: 0
- Bölmə: Baş redaktor
Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.
Ən çox oxunanlar
Piketlərlə hürr yaşamaq eyforiyası və buradan poliamoriyaya uzanan yollar ( I hissə )
Azərbaycan xalq tətbiqi sənəti / Kəlağayı
Uşaqlar gülürsə, bayram var...
Vətənim demək azdır , Vətənin olmaq gərək ( Şəhid kapitan Nəcəf Şikarovun xatirəsinə ehtiramla )
Piketlərlə hürr yaşamaq eyforiyası və buradan poliamoriyaya uzanan yollar ( II hissə )
Piketlərlə hürr yaşamaq eyforiyası və buradan poliamoriyaya uzanan yollar (III hissə )
Burla xatun
Piketlərlə hürr yaşamaq eyforiyası və buradan poliamoriyaya uzanan yollar ( IV hissə )
Əsgərlərimizə Novruz təbriki
Piketlərlə hürr yaşamaq eyforiyası və buradan poliamoriyaya uzanan yollar ( V hissə )
Yazarlar