Təhsil, məktəb və müəllim əməyi haqqında uşaq, müəllim, valideyn , indi də müstəqil jurnalist kimi təəssüratlarım ( VIII yazı)
Türkiyədə pedaqoji ixtisas üzrə təhsilini başa vurmuş şəxs Müəllim Bankından çıxaracağı paketdə hansı məktəbin ünvanı yazılıbsa, oraya da getməlidir. Əgər imtina edərsə, adı Müəllim Bankından çıxarılır və heç bir yerdə onu müəllim kimi işə götürə bilməzlər.
Biz oxuyan vaxtlarda təyinat bölgüsü vardı, qayda-qanun da vardı. Təyinat yerinə getməli idin. 3 il işləyəndən sonra arzunla istədiyin yerə dəyişilə bilərdin.
Azad təyinat da olurdu: müəyyən səbələrlə bağlı. O vaxtı da sapınmalar olub, amma indiki qədər deyildi bu. Biz ali məktəbi bitirib rayonlarımıza səpələndik. İllər sonra Bakıya qayıdandan sonra bildik ki, öz yoldaşlarımızdan, başqa ali məktəblərdə oxuyanlardan tanıdığqlarımızdan filənkəslər təyinat yerinə getməyiblər, müxtəlif formada Bakıda qalıblar. Bu gün təyinat yoxdur, deməli, əyalətlərə gedənlər ya heç yoxdur, ya da çox azdır. Deməli, hələ çox-çox illər bu nizamsızlıqlar yenə davam edəcək: ucqar kəndlərdə müəllim çaışmayacaq, qeyri-pedaqoji ixtisaslar üzrə texnikum, institut bitirmişləri kurslarla müəllim edib buraxacaqlar məktəblərə. Belə kadrları idarə etmək rəhbərlərin sağlam olmayan niyyətləri üçün çox əlverişli olur. Bütün bunlardan qaçmaq üçün dərs ilinin əvvəlindən təhsil şöbələri məktəblər üzrə ehtiyacları Təhsil nazirliyinə təqdim etsinlər. Təhsil nazirliyi müvafiq olaraq hər ali məktəbə bu ehtiyac təklifini təqdim etsin ki, ay Universitet, Siz Lerik rayonu üzrə bu ixtisaslardan bu kəndərə bu qədər təyinat verməlisiniz. Ailə səbəbi istisna olunmaqla hər kəs Müəllim bankından götürdüyü rayona getməlidir. Getmədiyi halda, Təjsil Nazirliyi bütün ali və ümumtəhsil məktəblərinə qədər bütün pedaoji müəassisələrdə onların işə gğtürülməsinə qadağa qoysun. Hətta öz kəndində yer olan bir məzun da yalnız bankdan çıxardığı məktəbə getməlidir. 3 ildən sonra bu məzunların iş yerlərini arzuları ürə dəyişilməsinə təminat verməlidir.
Təhsil sistemimizdəki ciddi problemlərin kökündə pedaqoji rəhbər vəzifələrə doğru olmayan təyinatlar, ekstensiv plalaşdırma və özbaşınalıqlardır.
Müstəqillik əldə edən Azərbaycan kimi kiçik bir ölkədə sonra 70-dən çox ali və orta ixtisas təhsil müəssisələri yaradıldı, həm də bunların çoxu da özəl ali məktəb. Rahatca pul qazanmaq yolu idi bu. Çox çəkmədi ki, "ödənşli əsaslar”ı dövlət ali məktəblərinə də pərçim etdilər .
"Report”un xəbərinə görə, Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin müdiri 100-dən çox tələbənin təhsil haqqı kimi ödədiyi 1 000-7 000 min manat pulunu mənimsəyib (https://report.az/hadise/bsu-nun-sobe-mudiri-100-de-artiq-telebenin-tehsil-haqqini-menimseyib/). Deməli, bu pulun dövriyədə olub -olmamasının ciddi bir əksikliyi yoxdur. Bəlkə də ötür-ötürə salıb müəyyən müddətə arada əritmək də olardı.
"Qiyabi təhsil” nədir bildik, bəs ondan əvvəl yazılan "əlavə təhsil” nə deməkdir? Biz oxuyan vaxtlar pedaqoji ixtisaslar üzrə mütəxəssis hazırlayan 5 ali məktəb ( ADU, APİ- 2 filialı ilə birlikdə, APXDİ, APRDİ , KDPİ(Kirovabad)). İndi dövlət, özəl ali məktəblərin çoxunda pedaqoji ixtisaslar var, 30-a yaxın təhsil müəssisəsi bilavasitə müəllim kadrları hazırlayır. Bu ekstensiv planlaşmalar rəsmi qurumlar tərəfindən buraxılıb.
5 il əvvəl Müəllimlər İnstitutu vardı, az qala hər rayonda filial açmışdı. Bir də gördülər ki, ölkəni saxta diplomlar bürüyüb, Müəllimlər İnstitutu da başda gedir. Yadınızdadırsa, 2016-cı ildə Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) Gəncə və Qazax filialının 6 min xanım məzunu adından prezident İlham Əliyevə və Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya müraciət ünvanlanmışdı(Bax: https://reyting.az/cemiyyet/1672-muellimler-nstitutunda-dehshetli-saxtakarliq-6-min-xanim-mezun-olke-bashchisina-muraciet-etdi-qanunsuzlugun-qurbani-olmushuq.html ).
Bu institutla bağlı daha digır məlumat: Gəncə filialının direktoru toya nəmər əvəzinə institutun diplomunu göndərib. O, toy məclsinin sahibinə həmin diploma övladının ad və soyadını yazmasını, ixtisas seçməsini istəyib (Bax: http://www.unikal.org/news/164636/azerbaycanda-direktor-toya-pul-evezine-diplom-saldi-ixtisasi-ozun-sec).
Bir qədər araşdırma gedir deyə vaxtı uzatdılar və hər şey də bu uzanan arada yaddan çıxıb getdi. Amma hələ də insanlar arasında məktəb və bağçalarda saxta diplomla işləyənlərin olduğu barədə söhbətlər dolaşmaqdadır.
Diaqnostik qiymətləndirilmə üçün imtahan, müəllimləri işə qəbul etmək üçün imtahan, müddətli müqavilədən müddətsiz müqaviləyə dəyişilmək üçün imtahan .... Bunlar sadə müəllimlər üçündür. Təhsilin, məktəbin qayğılarını daha çox çəkən müəllimlər üçündür. Amma elə imtahan növü, monitorinq müəyyən etmirlər ki, təhsil sisteminə pedaqoji təhsili olmayanların yol tapmasını qeri-mümkün etsin; bu qədər pedaqoji ixtisaslara ehtiyac olub olmamadığını üzə çıxarsınlar; pərakəndə halda diplom verilmısinin qarşısını alsınlar. Ya hanısı İnstitutun əsas binasından alaydı, ya da bütün diplomlar institutun özündə yazılıb möhürlənməklə filial direktorlarına veriləydi.
Yuxarı kateqoriya üçün heç bir qoruq -qadağa, nəzarət yox, amma adicə nüddətli müqavilə ilə işləmək üçün necə pilləli şərtlər qoyurlar. Bunu mətbuatdan götürmüşəm, baxın görün hələ müvəqqəti vakansiya üçün qəbul ediləcək işçiyə nə qədər baryer yaradırlar. Məsələn, mən bu bildirişi oxuyub heç nə başa düşmədim:
" Müddətli müqavilə işə qəbul müsabiqəsinə kimlər qoşula bilər?
Müəllimlərin işə qəbulu üzrə bu ilki müsabiqədə iştirak edərək elektron ərizəsində vakansiya seçimi etməyən, vakansiya seçib ərizəsini təsdiqləməyən, vakansiya seçimi zamanı uğur qazanmayan, vakant yer tutub müsahibəyə gəlməyən, müsahibədə uğur qazanmayan, müsahibədə uğur qazanıb I tur və II turlarda tutduğu vakant yerdən imtina etdiyi barədə ərizə ilə İnsan Resursları Mərkəzinə müraciət edən şəxslər iştirak edə bilərlər.”
Təhsilimizin, məktəbimizin canı, döyünən ürəyi olan olacaq müəllimləri bu qədər yoxlanmalara məruz qoyan təhsil rəsmiləri özləri işə hansı imtahanlardan, hansı yoxlamalardan keçib qəbul olunublar? Ən ciddi vəzifəsi olan təhsil rəsmilərinin vətəndaşlara verdikləri cavablarda, mətbuat üçün verdikləri açıqlamalarda çoxlu sayda nitq və kargüzarlıq qüsurları var.
Kütləvi informasiya vasitələrində təhsil rəsmiləri, ekspertlər, juralistlər iddia edirlər ki, guya diaqnostik qiymətləndirmə keçirilmədən təhsil işçilərinin əmək haqqının Avropa standartlarına uyğunlaşdırılması mümkün olmayacaqdı, keyfiyyəti yüksəltməyəcəkdi, təhsil sahəsində heç bir dəyişiklik mümkün olmayacaqdı. Bəli, bu gün təhsil işçiləri arasında müasir tələblərə cavab verməyən, bilik və peşəkarlıq baxımından zəif olan müəllimlər var.
Guya 7 ildir ki, keçirilən diaqnostik qiymətləndirilmə müəllimləri bilik və bacarıqlarını artırmağa sövq etməklə yanaşı, həm də müvafiq təhsil qurumlarına müəllim bankında olan pedaqoji kadrları "ələkdən keçirmək” fürsəti verdi".
Sitat: "Qiymətləndirilmənin nəticələri təhsil müəssisələrinin idarəolunması zamanı əhəmiyyətli alətə çevrildi. Bakı şəhərinin ümumi təhsil müəssisələrində dərs yükü bölgüsü aparılarkən müəllimlərin diaqnostik qiymətləndirilmədəki nəticələri əsas meyar kimi götürüldü. Bununla da, peşəkar bilikləri zəif olan müəllimlərin şagirdlərə təsiri minimuma endirildi (Bax: https://modern.az/az/news/100983/nazirlik-resmisi-neticeleri-muellimlere-vermedik).”
Halbuki, hər tədris ilinin başlanğıcında dərs bölgüsü zamanı diaqnostik qiymətləndirilmələrdə aşağı nəticə göstərən müəllimlərə yuxarı bal toplayan müəllimlərə nisbətən, daha çox dərs saatı verilməsi ilə bağlı kifayət qədər narazılıqlar yaranır, bunlar mətbuatda yazılır, sosial şəbəkələrdə paylaşılır. Bu narazılıqlar heç bitib tükənmək bilmir.
Gəncə şəhərindən bir vətəndaş Səməd Vurğun adına 41 saylı tam orta məktəbdə baş verən ədalətsizlikdən bəhs edir. Yazılanlardan məlum olur ki, 2000-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Texnologiya" Ali Peşə İstiqaməti üzrə Bakalavr dərəcəsini bitirib bu məktəbdə işləmiş müəlliməyə Şəki Pedaqoji məktəbinin Əmək və rəsmxət müəllimi ixtisası üzrə bitirmiş digər müəllimə nisbətən 3 saat az dərs veriblər. Çox maraqlı məsələdir. Təbii ki, Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması Qaydalarında boşluqlar var. Həmin Qaydalar
onu nəzərdə tutur ki, dərs bölgüsü zamanı diaqnostik qiymətləndirilmənin nəticələri nəzərə alınsın. İndi burada məktəb direktorunun müdrikliyi , zəngin təcrübəsi lazım idi ki, çıxartdığı qərar təkcə dərs bölgüsünü nizamlamağa xidmət etməyəydi, eyni zamanda məktəbin, təhsilin bütün digər prinsiplərinin tamlıq, bütövlük həlqəsində öz yerini tuta biləydi. Bu iki müəllim arasında mübahisə 3 saata görə yaranıb: ali təhsilli müəlliməyə 14 saat dərs yükünü verirlər, orta natamam bir pedaqoji məktəbi bitirən müəlliməyə isə 17 saat . Direktor çox güman ki, pedaqoji məktəbi bitirən müəllimənin 4 bal daha yuxarı nəticə göstərdiyini əsas götürüb. Elə ciddi də fərq deyil.
Direktor rəhbərlik səriştəsi nümayiş etdirməli idi, həmin müəllimlər arasında səmimi söhbətlər apararaq narazılığı elə məktəbdəcə həll edə bilərdi. 4 saat dərsə görə, eyni amal uğrunda xidmət etməli olan maarif ordusunun müəllimləri arasında ədavət, kin yaranmazd. Tərəflər arasında razılıq yarada bilməyəndə, ali təhsili üstünlüyünü bu kiçik fərqin (4bal) fövqünə qaldırardı.
40 il əvvəl mən də müəllim işləyirdim. O vaxt bizim ortatəhsilli müəllimlərə bildirmişdilər ki, bütün müəllimlər ali təhsilli olmalıdır. Bütün ortatəhsilli müəllimlər təhsillərini artırmalıdırlar.
Hesab edirəm ki, Gəncədə yaranmış konfliktdə mütləq ali təhsilli müəllimin mövqeyi qorunmalı idi. Sovet dövrünün məktəb həyatında sağlam pedaqoji, psixoloji mühit yaratmaq, onu qorumaq, dərinləşdirmək ilk addımlardan biri idi.
Müəllimlərin imtahanla işə qəbul edilməsi, imtahanla iş yerini dəyişməsi, daimi iş yerləri üçün imtahan vermək, diaqnostik qiymətləndirilmə, sertifikasiya, attestasiya... Müəllimi bu qədər təqib etmək olarmı? Müəllim tək məktəbin deyil, cəmiyyətin müəllimidir.
Müəllim adına, şəxsiyyətinə hörmət onun nüfuzunu yüksəldər, cəmiyyətə xidmətinin məzmununa yeni çalarlar gətirər. Nəinki ilk addımdan test imtahanı qarşılayıb bütün fəaliyyəti boyu cürbəcürə imtahanlarla qoppac etmək. Müəllim məgər şagirddir, abituriyentdir, tələbədir? Axı o, bu mərhələlərdən keçib. Əgər o öyrədəndirsə, müəllimin öyrətdiyi kiminsə indi onu testdən keçirməsi hansı məntiqlədir?
Lap digər dünya ölkələrində belə nümunə varsa da, yenə anlaşılan deyil.Bəli, bir hörmətli professorumuzun dediyi kimi, təhsilə yeni baxış lazımdır. Dünyanın istiqaməti bunu diqtə edir. Amma bu elə anlaşılmamalıdır ki, biz çox zəngin və qədim tarixi olan Azərbaycan təhsilindən, təlim-tərbiyə ənənələrindən, məşhur filosoflarımızın didaktik görüşlərindən uzaq düşüb, Avropa dəyərlərinə üz tutmalıyıq.
Davamı var...
Oxşar postlar:
- Təhsil, məktəb və müəllim əməyi haqqında uşaq, müəllim, valideyn , indi də müstəqil jurnalist kimi təəssüratlarım ( VII yazı)
- Təhsil, məktəb və müəllim əməyi haqqında uşaq, müəllim, valideyn , indi də müstəqil jurnalist kimi təəssüratlarım ( III yazı)
- Təhsil, məktəb və müəllim əməyi haqqında uşaq, müəllim, valideyn , indi də müstəqil jurnalist kimi təəssüratlarım ( II yazı)
- Təhsil, məktəb və müəllim əməyi haqqında uşaq, müəllim, valideyn , indi də müstəqil jurnalist kimi təəssüratlarım ( I yazı)
- Mətbuat millətin müştərək səsidir, indi görək bu səs xalqın fikir və arzularını ifadə edirmi (VIII yazı)
- Oxunub: 403
- Şərhlər: 0
- Bölmə: Baş redaktor
Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.
Ən çox oxunanlar
Piketlərlə hürr yaşamaq eyforiyası və buradan poliamoriyaya uzanan yollar ( I hissə )
Azərbaycan xalq tətbiqi sənəti / Kəlağayı
Uşaqlar gülürsə, bayram var...
Vətənim demək azdır , Vətənin olmaq gərək ( Şəhid kapitan Nəcəf Şikarovun xatirəsinə ehtiramla )
Piketlərlə hürr yaşamaq eyforiyası və buradan poliamoriyaya uzanan yollar ( II hissə )
Piketlərlə hürr yaşamaq eyforiyası və buradan poliamoriyaya uzanan yollar (III hissə )
Burla xatun
Piketlərlə hürr yaşamaq eyforiyası və buradan poliamoriyaya uzanan yollar ( IV hissə )
Əsgərlərimizə Novruz təbriki
Piketlərlə hürr yaşamaq eyforiyası və buradan poliamoriyaya uzanan yollar ( V hissə )
Yazarlar