» » Təhsil, məktəb və müəllim əməyi haqqında uşaq, müəllim, valideyn , indi də müstəqil jurnalist kimi təəssüratlarım ( VII yazı)

Təhsil, məktəb və müəllim əməyi haqqında uşaq, müəllim, valideyn , indi də müstəqil jurnalist kimi təəssüratlarım ( VII yazı)

  

Təhsil, məktəb və müəllim əməyi haqqında uşaq, müəllim, valideyn , indi də müstəqil jurnalist kimi təəssüratlarım ( VII yazı) 

 Bunlar şagirdlərə də xətərsiz ötüşmür.

Birincisi,  sinifdə  qalan, repetitor yanına getmək imkanı olmayan fəal  şagirdlərə zərbə dəyir. Çünki sinifdə nə qədər çalışqan, yaradıcı şagirdlər çox olarsa,   dərs  daha yaradıcı, daha fəal olacaq.   İkincisi, müəlim özü  də   mütləq hazırlıqlı olmağa məcbur olacaqdır. Zəif oxuyan, nadinc uşaqlara gəldiukdə isə,  belə  halların olması onların lap ürəyicə olur. Tapşırığı yazmayacaq, dərs  oxumayacaq,  ürəyi istəyəndə dərsə gələcək, istəməyəndə yox.  Deyib-gülmək, şənlənmək istəyəndə dərsdə  iştirak edəcək,  istəməyəndə 2-3  dərs  çıxıb yaxınlıqdakı ətrafda gəzib dolanacaq, sonyncu dərsdə qayıdacaqdır. Nə müəllim, nə sinif rəhbəri, nə müavinlər, nə direktor onlara  bir söz deyə bilməz.O saat deyəcəklər ki,   Bəs niyə Ramiz, Rza, Ramazan,  Rauf, Rüfət, Rövşən   heç dərsə gəlmir, filan müəllimin yanına hazırlığa gedir, ona   "qayb” yazmırsınız, hər rübdə də qiymətini  yazırsınız. Hüquq mühafizə orqanlarına şikayət edəcəyəm. Onlar deməsələr də, valideynlər  bilir. Əgər onların  övladlarının   ziyanına  bir  addım  atılsa, valideynləri   bunu mütləq  edəcək.

İndi gördünüzmü  məktəblərin vəziyyəti necədir?

 Sovet dövründən  müəyyən qədər qalmış  müəllimlərimiz var  yaxşı ki hələ:  ürəyini uşaqlara, məktəbə verənlər. Bunu yeni gələnlərə isə  aid etmək hələ tezdir, hələ işləməlidirlər, peşəyə sədaqəti göstərməli və sübut etməlidirlər. Çünki  müşahidələr göstərir ki, getdikcə   müəllimlərin   sıraları keyfiyyətcə  çox dəyişilir.  İndi təhsil sistemində az qala  bütün ixtisaslardan  olanlara rast gəlmək mümkündür, məsələn,   qəbul imtahanlarında balları  istədikləri ixtisasa düşmədiyindən müəllimliyi seçənlər,  başqa ixtisasda özlərini tapmayıb, sonradan  adlırını müəyyən  kurslara yazdıraraq ixtisaslarını dəyişənlər,  Nazirlər Kabinetinin qərarı ilə  29 qeyri-pedaqoji ixtisas sahibləri, idarəetmə üzrə ali  təhsili olan  şəxslər, hansı ki onlar  rəhbər vəzifələrə iddialı olurlar, və s.  bunların  da  bəziləri  1-2 il  işlədikdən sonra daha alternativ, yüksək əmək haqqı olan işləri seçirlər, bəziləri   rəhbər pedaqoji vəzifələri  hədəfləyir, mümkün olmadıqda,  bu şəxslər  də  pedaqoji  işi  tərk  edirlər.

 Bütün  bunların  qarşısında   müəllimlik ixtisaslarını özü seçib, səylə oxuyub diplom alanlar ali məktəbi bitirəndən sonra iş tapa bilmirlər.

İş üçün  yenidən imtahan verməli olurlar. İmtahan verirlər,  indi də  deyirlər ki,   filan rayonda,  yaxud öz rayonunun   ucqar  bir kəndində vakant yer var. Yəni,  məzunun  öz yaşayış yerinə yaxın  və yaxud öz arzuladığı, sevdiyi məktəbə  azad, könül xoşluğu  ilə düzələ biləcəyinə inam yoxdur. Gənc  müəllim həmin ucqar  məktəbə gedib işləyir, 5-10 ildən sonra öz məktəblərinə dəyişmək istəsə, yenə imtahan  verməli olur.

 Bu gün müəllimlərin işə  testlə qəbul  qaydası, eləcə də diaqnostik qiymətləndirilmə imtahanları   təhsilimizə heç bir  sıçrayış, demokratik ab-hava  gətirmədi.

 Bir tərəfdən   müəyyən qrup qeyri-pedaqoji ixtisaslıları müəllim işləməyə dəvət edirlər. Bir qrup qeyri-pedaqoji  ixtisaslıları isə yenidənhazırlanma, ixtisasartırma  kursları vasitəsilə təhsil sisteminə gətirilər,  bir tərəfdən isə  müəllimləri işə imtahanla qəbul edirlər, diaqnostik qiymətləndirmə keçirirlər, yaş  həddi tətbiq edirlər.

Nə üçün   ümumtəhsil   məktəbləri  özləinin böyük həyata uçurduqları qaranquşlarına  sonradan  etimadsızlıq göstərirlər?

Bütün  ümumtəhsil, orta və ali təhsil  ocaqları  Təhsil Nazirliyinin strukturlarıdır. Özləri  bir- birlərinin "məhsullarına”etibarsızlıq  sərgiləyirlər.

"Azərbaycan müəllimi”qəzetinin   2019-cu il 26 iyul tarixli  nömrəsində maraqlı  bir statistik məlumata rast gəldim.  Müəllim işləmək üçün imtahan vermiş 48204 namizəd arasında cəmi  3 nəfər 60, 2 nəfər 59, 14 nəfər isə 58 bal toplayıb.  Başqa sözlə, cəmi  79 nəfər yüksək bal toplayıb, 4 8125 nəfər isə 58  baldan aşağı. Bəlkə də  bu 48 minin  50 faizi 30 bal  və daha aşağı bal toplayanlardır.

  Axı test üsulu  ilə abituriyentlərin bilik və bacarıqlarının  ölçülməsində bu qədər xəta ola bilməz axı. Axı Dövlət İmtahan Mərkəzi   fizika fənni üzrə  bütün imtahan  vermişlərin  içindən ən qabiliyyətlərini seçib  fizika fakültəsi üçün komplektləşdirib.

Oxuduğu  ali  məktəb də  hər il olmaqla 5 il, sonda da  Dövlət İmtahan Komissiyası   yekun olaraq    ixtisas   və metodiki biliklərini   imtahan edib  məzuna  Azərbaycan  Dövləti adından  status verib.

Məgər bunlar etibarlı deyil?

Orta məktəblərdə şagirdlərin   bilik və bacarıqları  müxtəlif  dərəcədə ola bilər. 3-lə  oxuya biləcək şagirdə demək olmaz ki, sən zəifsən, səni götürmürük.  Ona görə də ümumtəhsil  mətəblərində  şagirdlərin heç də  hamısı  orta təhsili başa vuranda  ali məktəblər üçün  yetərli bilikdə olmur: elələri olur ki, heç   peşə məkrəbinə də  getmir,   bəziləri sənəti  usta yanında   öyrənir, müəyyən qisim isə ali təhsil  almaq üçün  universitetlərə  imtahan verirlər.

 Məsələn, Universitetlərimizdən  biri    Fizika  müəllimliyi ixtisası üzrə mütəxəssis hazırlayacaq. Bunun üçün o, cavabdehlik daşımalıdır . Çünki  Dövlət İmtahan Mərkəzi   test üsulu ilə abituriyentlər arasından  ən hazırlıqlarını, ən keyfiyyətlilərini   seçib   universitetlərin   fizika fakültələrini komplekləşdirir.  Fizika  fakültəsinə yüksək balla  qəbul olunmuş bir  gəncimiz    təhsilini  yüksək yüksək göstəricilərlə başa vurmuş,  pedaqoji təcrübələri müvəffəqiyyətlə keçmiş, ən  nəhayətdə  Dövlət İmtahan Komissiyasının  qarşısında  imtahan verərək   fizika müəllimi ixtisası qazanmışdır. Başı elm və biliklə dolu olan bu  gəncimiz  nə üçün işə qəbul olunmaq üçün   imtahan  verməlidir?

 Bunun əksidirsə, indi zəhmət çəksin hörmətli ekspertlər  aydınlıq gətirsinlər. Aydınlıq gətirsinlər ki,orta məktəbi yüksək qiymətlərlə bitirmiş, qəbul imtahanında   yüksək bal toplamış  abituriyent, 5 il də  yiyələndiyi ixtisasın dahadərinliyinə    varıb. Bəs indi   diaqnostik qiyməyləndirmədə    nə üçün 10-15 faizdən yuxarı  nəticə göstərə bilmirlər? Niyə ali  təhsili  yeni bitirən  gənc məzun  işə qəbul olunmaq  üçün  imtahanlardan çəkinirlər? Onda   belə çıxır ki, təhsilin ilk pilləsindən başlamış son pilləsinədək heç bir səviyyədə qiymətləndirmə özünü doğrultmur:  orta  məktəb qiymətləndirməsində xəta var, Dövlət İmtahan Müəssisənin ölçməsində, qiymətləndirməsində xəta var, ali təhsil müəssisələrinin  özünün ixtisaspyrətmə, bilikvermə  prosesində xəta var. 

10-15  faiz  bal  toplayan müəlimlər   ali məktəbə necə qəbul olunublar,    ali məktəbdə 5 il necə oxuyublar,  orta məktəbdə fizika müəllimi işəmək üçün statusu, diplomu  ona necə veriblər?

 Bunlar  məsələnin  yoxlamaq, təhdid etmək, cəzalandırmaq, məhrum etmək   tərəfini elə yaxşı təsvvür edirlər ki: hər biri, sanki,  bir Xlestakov.  Bunlar üçün   mərəzin etiologiyası    önəm daşımır,  başqa 2-ci, 3-cü dərcəli  məsələlərlə onu ört-basdır edirlər. Çünki  hamısının günahı və cavabdehliyi var.   Özləri bunu  dilə gətirsələr,  elə özləri də   cavabdehliyə cəlb olunacaq, onda belə çıxacaq ki, heç kim işləməyib.Beləcə,  vəziyyəti  xəstə-xəstə  irəli aparırlar.

 O vaxt  qəbul imtahanlarından sonra (onda mən TQDK-da  işləyirdim) Dövlət Sərhəd Xidməti Akademiyasında  150, 200 balı olanlar  tələbə heyətinə qəbul olunurdu (Bax:https://azertag.az/xeber/DOVLAT_SARHAD_XIDMATININ_AKADEMIYASINA_SANAD_VERMIS_ABITURIYENTLARIN_GOSTARDIKLARI_NATICALAR_MALUMDUR-448260).

Təhsil, məktəb və müəllim əməyi haqqında uşaq, müəllim, valideyn , indi də müstəqil jurnalist kimi təəssüratlarım ( VII yazı)

 Və yaxud  bundan 2 il sonra  yenə   TQDK   bu strateji ali məktəb üçün  müsabiqə keçirir. Kütləvi informasiya  vasitələrində elanlar verilir:

"Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Dövlət Sərhəd Xidmətinin Akademiyasına qəbul olmaq istəyən abituriyentlər üçün müsabiqə keçirir.

Komissiyadan bazar ertəsi Trend-ə verilən məlumata görə, Dövlət Sərhəd Xidmətinin rəsmi müraciətinə əsasən, 2012/2013-cü tədris ili üçün I ixtisas qrupu üzrə qəbul imtahanlarında 150 və daha yüksək bal toplamış abituriyentlərin DSX-nin Akademiyasının boş (vakant) yerlərinə qəbul olunması üçün müsabiqə keçirilir. Müsabiqə uçuş mühəndisliyi, gəmiçilik və gəmilərin hərəkətinin idarə edilməsi, mexanika mühəndisliyi ixtisasları üzrə aparılacaq.

Dövlət Sərhəd Xidmətinin Akademiyasına qəbul olmaq istəyən namizədlər iyulun 30-dan avqustun 4-dək tələb olunan sənədləri DSX Aparatının inzibati binasına təqdim etməlidirlər. (Mənbə: https://az.trend.az/azerbaijan/society/2051584.html )”

Uçuş mühəndisliyi, gəmiçilik və gəmilərin hərəkətinin idarə edilməsi, mexanika mühəndisliyi ixtisasları kimi önəm daşıyan, diqqətli olmağı tələb edən  ixtisaslara 150  bal toplamış   abituriyenti  zorla qəbul edirlər ki, akademiya mövcud  olsun. 150 bal toplamış həmin abituriyentin bu 150 balından 50-60-sı təsadüfi seçdiyi cavablardır.  Belə balla vaxt vardı ki, orta ixtisas məktəblərinə qəbul olunmaq  mümkün deyildi.

 İndi bu mütəxəssis  4-5 il oxudu,  keyfiyyətcə necə mühəndis olacaq o? İşdir, işə düzəlsə də,  belə  balla  qəbul olub  ixtisas qazanmış   mütəxəssis təhlükəsiz uşuşa  necə zəmanət verə bilər? Onun idarə etdiyi   təyyarəyə, gəmiyə kim   ürəklə   sərnişin ola bilər, ancaq bu barədə məlumatı olmayanlar.

  Zəif  kadrlar   belə yaranır.   Bunları cəmiyyətin probleminə çevirən  Təhsil sistemimizin özüdür, Dövlət İmtahan Mərkəzidir.

Məktəb olan ərazilərdə valideynlər danışırlar ki, məktəbin  2-cə müəllimi 100 faizli, 90, 80, 70 faizli nəticə belə,  göstərə bilməyib.  Belə  etimadsızlıq mühitində uğurlu təhsil nailiyyətləri necə gözləyə bilərik?

Olmazmı tələbələri  elə   universitetdə oxuduğu müddətdə  mükəmməl  müəllim   kimi  yetişdirələr  və  təhsil müddətinin sonunda   Dövlət  İmtahan  Komissiyasının  götürdüyü  imtahanlar  məzunun    birbaşa müəllim işləməsi üçün   tam əsaslı olsun.   Sonrakı bütün  imtahanlar aradan qaldırılsın. Hər  5 ildən bir  keçiriləcək  attestasiyalar   təhsil ocaqlarında  tələb olunan  bütün parametrləri yoxlayıb üzə  çıxarmağa, ölçməyə, dəyərləndirməyə  bütünlüklə   kifayət  edər.

 Bizim indi istifadə etmək istədiyimiz  müəllimləri işə imtahanla qəbul etmək təcürbəsini   qardaş  Türkiyədəki modelə oxşatmaq istəyirlər, amma   oxşada bilmirlər .

Türkiyədə  4-5  illik    ali pedaqoji təhsil almış  bir gənc mütəxəssis  əvvəlcə Dövlət Kadr Seçimi İmtahanında  (KPSS) iştirak etməli, kifayət qədər bal topladığı təqdirdə  dövlət məktəblərində müəllim işləmək  haqqı qazana  bilər.

Artıq   Türkiyədə    Dövlət Kadr Seçimi İmtahanı (KPSS) vasitəsilə  yüksək bilikli və peşəkar  müəllimlərin  üzə çıxarılıb , təhsil müəssisələrinə yerləşdirilməsi özünü  tam doğruldub.   Amma Türkiyədə də  çoxlu sayda  namizəd KPSS-də uğur qazana bilmir və nəticədə müəllimlik ixtisasına yiyələnmiş  şəxslərin yüzdə 40-ı ya işsizdir, ya da  onlar qeyri-pedaqoji sahədə işləməli olurlar.

 Universitet məzunlarının  seçim prosesindən  keçə bilməməsi  isə Türkiyə təhsili üçün  zamanın, əməyin və digər maddi və mənəvi sərmayələrinin israfı  kimi qəbul edilir.  Gələcəkdə kimisə öyrədə bilmək üçün öyrənməyə  gedən şəxsin  etimadı  doğrultmamağı bir yana, "Müctəhidin təhsildən  qayıtması” əsərində olduğu kimi təhsil almaq üçün  xarici ölkələrin birinə göndərilən, başı çox şeyə qarışan və sonda   heç xarici ölkə demirəm , əyalət  səviyyəsində intellektə yiyələnmədən qayıdan müctəhidə bənzəyir.

Təhsil, məktəb və müəllim əməyi haqqında uşaq, müəllim, valideyn , indi də müstəqil jurnalist kimi təəssüratlarım ( VII yazı)

 Davamı var...

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz