» » Təhsil, məktəb və müəllim əməyi haqqında uşaq, müəllim, valideyn , indi də müstəqil jurnalist kimi təəssüratlarım ( IV yazı)

Təhsil, məktəb və müəllim əməyi haqqında uşaq, müəllim, valideyn , indi də müstəqil jurnalist kimi təəssüratlarım ( IV yazı)

 

Təhsil, məktəb və müəllim əməyi haqqında uşaq, müəllim, valideyn , indi də müstəqil jurnalist kimi təəssüratlarım ( IV yazı) 

 

 Maddə 66. Attestasiya olunmayan işçilər

 

Aşağıdakı işçilərin attestasiyası keçirilmir:

 

-vətənin müdafiəsi, azadlığı və ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda xəsarət (yaralanma, travma, kontuziya) almış və əlilliyi müəyyən edilmiş işçilər;

 

-Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsi zamanı göstərdiyi şücaətlərə görə dövlət təltiflərinə və fəxri adlarına layiq görülmüş işçilər;

-bir vəzifədə (peşədə) beş ildən az müddətdə çalışan məcburi köçkün və qaçqın statusu olan işçilər;

-hamilə qadınlar;

 

-uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər);

 

-yaşı 18-dən az olan işçilər;

 

-bir vəzifədə (peşədə) faktik olaraq bir ildən az müddətdə çalışan işçilər;

 

-eyni vəzifədə (peşədə) azı üç dəfə attestasiya olunaraq tutduğu vəzifəyə uyğun olduğu müəyyən edilmiş işçilər;

 

-kollektiv müqavilələrdə (sazişlərdə) nəzərdə tutulan hallarda attestasiya olunmayan işçilər;

Mənbə: http://www.e-qanun.az/code/7

 

Demək olar ki,   bu  gün təhsil sistemində    keçirilən  diaqnostik qiymətləndiriilmə   müəllimin ixtisas  və  metodiki biliklərini ölçmə,  hesabalama və dəyərləndirmə  kimi  başa düşülür  və  bu, sovet dövründəki attestasiyadır.   Amma attestasiyanın    diaqnostik  qiymətləndirilmədən   üstün cəhətləri də   vardır.

Attestasiya zamanı  müəllimlərin açıq  dərsləri izlənir, fənn metodbirləşmələrində ixtisasına  və metodiki biliklərinə  aid  məruzələri dinlənilirdi.   Diaqnostik  qiymətləndirilmə zamanı isə iştirakçılara ixtisas üzrə ümumi təhsil proqramına uyğun 40, metodika və təlim strategiyaları üzrə ümumi olaraq 20 test tapşırığı verilir. 

 

 Bu tapşırıqlar müəllimin ixtisas  və peşə hazırlığının səviyyəsini  tam üzə  çıxarmağa imkan verdimi, qiymətləndirilmənin qarşya qoyduğu  məqsədi  ədalətli, doğru yerinə yetirə bildimi, valid oldumu, yox. Diaqnostik qiymətləndirlmə üçün  verilən 60 sual müəllimin təhsil proqramı,  metodika və təlim strategiyaları  üzrə  nəzəri-metodiki  biliklərini ölçə bilər, bəs işin özünün görülmə üsulları necədir, hər bir müəllimin  pedaqoji taktı necədir,  pedaqoji qabiliyyətləri  özünü necə göstərir,   dərs prosesində  öyrədənin, bilik verənin  ünsiyyət üslubları yetərlidirmi  və s. Bəs bunu necə ölçdünüz?  Cəmi 60  test tapşırığı ilə bunların   real, faktik  vəziyyətini   müəyyən etmək olmur axı.

 

Ali  məktəblərə  qəbul olunmaq üçün test imtahanlarının üstünlükləri , əlbəttə, oldu, amma     mənfi cəhətləri də çox oldu. Sovet dövründəki canlı tədris  prosesi, əks-əlaqəli, sorğulu-suallı   axtarıcılıq yox oldu. Şagirdlərin fikirlərini ifadə etmək    qabiliyəti  aşağı düşdü, yazı bacarıqları   da  həmçinin.  Bütün bunları indi də müəllimlərin özlərinin  başına gətirirlər.

 

Axı müəllim təhsil aldığı ali məktəbdə ildə 2 dəfə imtahan verib, sonda  da   Azərbaycan dövlətinin  təsdiq etdiyi Dövlət İmtahan Komissiyası  onları imtahan edib,  hər hansı bir fənn üzrə orta ümumtəhsil məktəblərində   müəllim ixtisası verib.     20-30 il də   bu  məktəbdə işləyir,   dəfələrlə attestasiyadan keçib, peşəsinə yararlı olduğunu   təsdiqləyib.   İndi nə imtahandır bu? Ali məktəbi  başa vuranda  məzun  Dövlət  İmtahan Komissiyasının qarşısında  imtahan verir, ixtisas və peşə statusu alır. Amma eyni Nazirliyin qurumu   - Təhsil şöbələri bu diplomlara güvənmir,   işə yenidən  imtahan   keçirib qəbul edir. Təhsil  Nazirliyi işə qəbul olunmaq üçün başlanğıcda bir sədd , diaqnostik qiymətləndirmə ilə  ondan da  geri  qalmayan  daha digər bir sədd qurub.

 

Təhsil, məktəb və müəllim əməyi haqqında uşaq, müəllim, valideyn , indi də müstəqil jurnalist kimi təəssüratlarım ( IV yazı)

 

Modern.az-ın (Bax: https://modern.az/az/news/134660/imtahanda-sifir-netice-goumlsteren-muumlellimlernbsponlar-azerbaycanin-geleceyini-baltalayir)  yazdığı bir  məlumata görə, 2017-ci ilin diaqnostik imtahanında xeyli sayda müəllim sıfır nəticə göstəribmiş. Hətta imtahanda iştirak edən 120 mindən çox müəllimin 10 minə qədərinin ixtisası üzrə nəticəsi 10 faizə qədər olub.

 

Bilirsiniz  bu, nə deməkdir, bu, o deməkdir ki, 2017-ci ildə  bizim   hər 12 müəllimimizdən birinin  ixtisas və metodiki biliyi   minimum səviyyədə olub. Onda  belə çıxır ki,  ali məktəblər   savadsız mütəxəssislər yetişdirir.

 

Onda belə çıxır ki,  bizim ümumtəhsil məktəblərimizin ancaq   məktəbyaşlı uşaqları gün ərzində məşğul etməkdən başqa bir xidməti olmayıb.  Ali məktəblərə qəbul olunanlar isə, sadəcə, repetitorların əməyinin nəticəsidir.

 

Hələ müxtəlif   informasiya portallarının  paylaşdığı  xəbərlər  başlıqlarına  fikir verin:

 

1. "İmtahanda sıfır nəticə göstərən müəllimlər: Onlar Azərbaycanın gələcəyini baltalayır... ”

2. " Müəllimlərin biliyi imtahan ediləcək”

3."Müəllimlər imtahan verəcək "

4."Bu gün müəllimlər imtahan ediləcək”

5."Müəllimlər imtahan verdi " və s.

 

  Əgər doğrudan da  siz deyən kimidirsə, müəllim  Azərbaycanın  gələcəyini baltalayırsa, onda  bu müəllimdən daha çox  onu   5-7 il hazırlayan  ali məktəbləri  ittiham  etmək lazımdır, bu ali məktəbklərin fəaliyyətinə rəhbərlik edənləri  sorğu-suala tutmaq lazımdır.

Onsuz da məktəbin, müəllimin nüfuzu   getdikcə aşağı düşməkdədir. Məktəbə  JEK işçindən, bələdiyyədən, polis serjantından, reket jurnalistdən tutmuş  hər kəs  ayaq açmaqdadır. İmkanlı, vəzifəli qohumları olan    adamlar  pedaqoji təhsili olmayan yoldaşını, gəlinini,  qızını, qayınanasını müxtəlif  adlarla məktəblərdə işə düzəldirlər. Məktəbdə bunu hamı görür,  ərazidə yaşayan  valideynlər bilir və  belə şəraitdə  sağlam  pedaqoji-psixoloji  mühit yaratmaq  olmaz.

Bütün bunlar üçün  cavabdehlik   elə Təhsil Nazirliyinin öz  üzərinə düşür.  İllərdir bizə  islahatlar, yeniliklər   adıyla eyforiya yaşatdılar.  Amma   hələ də  təhsil problemləri davam etməkdədir, həm də get-gedə  böyüməkdədir.

Mən kənd məktəbində məktəb rəhbəri oldum. Qadın müəllimlər çox əziyyət çəkirlər.Baxın, onlar evi, ailəni, uşaqları yola verməli, həyət-bacaya diqqət yetirməli , toyuq-cüçəni  yemləməli, həm də    sabah deyəcəyi dərsə hazırlaşmalıdır,   elmi və  bədii  ədəbiyyat oxumalıdırlar və s. Bir işçinin  nümunəvi fəaliyyət göstərməsi üçün lazım olan  şərait və imkanı ona verməmişiksə, ondan etalon iş necə tələb edə bilərik?

Bacarmır, çıxsın otursun evdə,hə?  Axı  hamının vəziyyəti belə idi. Hamı eyni  həyatı yaşayırdı.

Belə vəziyyətdə onlar həm evdə analıq/qadınlıq vəzifəsini  yerinə yetirirdi, həm də şərəfli müəllimlik peşəsini.  Çalışırdılar, bacara bildiklərinə qədər edirdilər.

Sabah  dil  fənnindən  "Mübtədanın ifadə  vasitələri”, ədəbiyyatdan "Poçt qutusu” hekayəsini tədris  etməlidir, eləmi,  axşamdan bir də göz yetirəcək, əyanı vəsaitlərini hazırlayacaq,  hansı üsul  və vasiyələrdən istifadə edəcək,  bunlar   artıq   illərlə istifadə edildiyindən   artıq  vərdişə çevrilib.

   Həmin dövr üçün bu səviyyə yetərli idi. Bəs  bu rayonun məktəbləri Təhsil Nazirliyinin   məlumatlarında   ilin ən qabacıl məktəbləri  sırasında  necə yer  alıb?  Bu uğurda  onun dərs dediyi şagirdlərin payı yoxdurmu?

Diaqnostik qiymətlədirmə üçün   əsas şərt    müəllimin  dərs dediyi sinfin faktik bilik səviyyəsi,  bu  məktəbin məzunlarının biliyi yoxlanılan müəllimin ixtisası üzrə  qəbul imtahanlarındakı   göstəriciləri olmalıdır.   Müəllim fəaliyyəti elə sinxron fəaliyyət sahəsidir, elə spesifik xüsusiyyətləri var ki,   onu  test tapşırıqları ilə yoxlamaq olmaz.

Bu fəaliyyət daha çox   praktik  həllə bağlıdır. Müəllim  necə öyrənməyi öyrətməlidir.  Təbii ki, nəinki müəllim, hər bir ixtisas sahibi  yetərli biliyə malik olmalııdr, daim yenilənməlidir. Müəllimin mükəmməl savadı ilə yanaşı, mükəmməl də  metodikası olmalıdır.   Bütün bunlar  praktik  həll bacarığı ilə də təsdiqlənməlidir.  Birmənalı olaraq nəzəri və metodiki biliklər    bunları  həyata keçirmək  prosesində   bir-birini tamamlamalıdır. Belədə  uğur daha  qalıcı olacaq.

Bəzən   elə hal  da ola bilər ki,   müəllimin  metodiki  nəzəri biliyi, metodiki ustalığından aşağı səviyyədə olsun, fəqət, tədris etdiyi mövzu üzrə məqsədinə çatmış olsun və   yaxud əksinə, ola da  bilər ki, müəllimin nəzəri  və metodiki  biliyi yüksəkdir, amma o,  dərsdə məqsədinə çata bilməsin. 

Təhsil, məktəb və müəllim əməyi haqqında uşaq, müəllim, valideyn , indi də müstəqil jurnalist kimi təəssüratlarım ( IV yazı)

Həyatın özündə də belədir. Adam var, elm dəryasıdır,  əksər  elmlərdən  məlumatlııdr, amma   bu məlumatları ötürə bilmir, dediyini anlamaq olmur. İndi həmin adamı çıxdaş etmək nə dərəcədə ədalətlidir?  Onun  biliklərindən  faydalanmaq yolu yoxdurmu?

Mövcud  qaydalara  görə orta məktəblərində çalışan yaşı 65 çatmış müəllimlər təqaüdə göndərilməlidir. 

İnternet resurslarımızın birində  bununla bağlı   2019-cu ilə aid  statistik məlumatlar verilmişdi. Məlumata  görə,  2019-cu ilin dekabr  ayının 31-dək ölkənin orta məktəblərində 65 yaşı tamam olacaq 17 471 müəllim fəaliyyət göstərmişdir.  Bunlardan  497-si direktor, 11 385-i direktor müavini və müəllimlər olmuşdur.

 Hər il 18 minə yaxın  müəllim məktəbləri bu səbəbdən  tərk etsin.

 12 min   müəllim də diaqnostik qiymətləndirilmədə   10 faizdən  aşağı  nəticə  göstəriblər  deyə  əli, dili qısa  olmağa məhkum edilmiş olsun.  Uşaqların, valideynlərin ağzına da söz  düşsün ki, müəllimlərimizin əksəriyyəti  60 suala ,  hələ 10 faizdən aşağı nəticə demirəm  ha, 20-30 faizlik  nəticə  göstərib.   Onda  bu müəllimlərin  əvvəlki həvəslə,  canıyananlıqla dərs  deyəcəyini    kimsə gözləməməlidir. Bununla  da  iş  bitməyəcək. Nəticələr  elan olunar-olunmaz təhsil şöbələrinin, direktorların  təhdidi başlayacaq.    20- 30 il işləmiş müəllimlərin yəqinki  18  saatdan az  dərsi  olmayıb.  İndi  hərəsindən  8-10 saat geri alacaqlar ki,  aşağı nəticə göstərdiyiniz üçün 10 saatdan artıq dərs apara bilməzsiniz. Nadinc,dərsini  bilməyən  uşaq  yerinə qoyulan 12 min  müəllimin  müəyyən  qismi  böyük sevgi  ilə  qədəm basdığı  məktəbindən, doğma peşəsindən   bezib ayrılacaq,  ya da 6-10 saata  biyara  işlədilirmiş kimi,  təqaüd yaşına  kimi  könülsüz    gəlib getməyə məcbur olacaqlar.

Davamı var...

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
SitatCavab
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
Dərcdən çıxarılır, reklam və elan üçün başqa yerə müraciət etməli.
  • Нравится
  • 0