» » Təhsil, məktəb və müəllim əməyi haqqında uşaq, müəllim, valideyn , indi də müstəqil jurnalist kimi təəssüratlarım ( I yazı)

Təhsil, məktəb və müəllim əməyi haqqında uşaq, müəllim, valideyn , indi də müstəqil jurnalist kimi təəssüratlarım ( I yazı)

Təhsil, məktəb  və  müəllim əməyi haqqında  uşaq, müəllim, valideyn , indi də  müstəqil jurnalist  kimi    təəssüratlarım  (  I yazı)

 

 Bəşəriyyətin xoşbəxt inkişafı və davamlılığı yalnız dünya təhsilinin, elmin uğurları ilə bağlıdır. Təhsil, elm bütün ölkələrdə dövlətin strateji prioritetlərinin ən vaciblərindən biridir, bəlkə də birincidir, o cümlədən Azərbaycanda da. Müstəqilliyimiz əldə edildikdən sonra dövlət tərəfindən təhsil sahəsinə xüsusi diqqət və qayğı göstərilməsi də məhz   bu niyyətlə bağlıdır.
Azxərbaycanda indiyə qədər heç vaxt bu qədər təhsil-tərbiyə müəssisəsi tikilməyib. Məktəblərin tədris-texniki təminatı və maddi bazası heç vaxt indiki kimi mükəmməl olmayıb. İnkişafa doğru meyilli olub, amma yüksəliş indiki kimi vüsət almayıb.
Bütün bunlarla yanaşı, təhsilimizin müəyyən problemləri vardır ki, bunlar daha çox  təhsil sistemimizin təşkili, idarə edilməsi,   proqram  və dərsliklərin  keyfiyyəti  ilə bağlı olan məsələlərdir.
Keçən əsrin 80-ci illərinə qədər rayonlarda ziyalılıq səviyyəsi məktəblə,  hər kənddən oxuyub ərsəyə gəlmiş mütəxəssislırin, müəllimlərin sayı ilə qəbul edilirdi. Partiya, sovet, komsomol, həmkarlar təşkilatlarında  işləmək üçün namizədləri, əsasən, müəllimlərdən seçərdilər. Çünki  kommunist ideologiyası hakim ideologiya olduğu üçün  müəllimlər  hakim partiyanın ideologiyasını  həm də  böyüklərə  əxz edə bilən əsl təblğatçılar, ideoloqlar idilər. Hətta müəllimləri polis (o vaxt milis) orqanlarına da etimadla qəbul edirdilər.
Sovet dövründə müəllimin, məktəbin nüfuzu, doğrudan da, hörmətli idi. Mən bunu uşaqlıq illərimdə ali məktəbi yenicə bitirib  gəlmiş gənc kadrlar  arasında  müəllimə  olan ehtiramın böyüklüyündə  görmüşəm.
1-17 yaşlı uşaq hələ indi bizim bildiyimiz kimi dərk edə bilməzdi ki, mühəndis nə edir, aqronom nə işlə məşğul olur və yaxud həkim xəstələnən adama dərman verir, iynə vurur, başqa  heç nə etmir ki. Bu cürə düşünən uşaqların, yəqin ki, valideynləri də, belə  düşünürdü. Düşünürdü ki, aqronom hər hansı kənd təsərrüfatı bitkisinin əkilməsi, becərilməsi ilə məşğul olan mütəxəssisdirsə, onun ki   bu sahə üzrə heç bir təhsili yoxdur,  amma bağında hər cürə meyvə var və tərəvəz  yetişdirir.
Deməli,  insanların müəllimə və məktəbə tamam başqa yanaşma tərzi vardı. Onlar müəllim əməyini  özlərinə daha yaxın hesab edirdilər, çünki  övladlarının gündən-günə mükəmməlləşən davranışlarını, danışığını, zehni inkişaflarını görür, hiss edir və bunun məktəbin, müəllim fəaliyyətinin nəticəsi olduğunu qəbul edirdilər. Biz heç də digər peşə və ixtisasları 2-ci dərəcəli hesab etmirik. Bütün peşə və sənətlər həyatımız üçün eyni dərəcədə vacibdir. Amma bütün bu vacib olan peşə və ixtisasları: torpağına, xalqına həsr edəcək həkimi də, mühəndisi də, iqtisadçını da, prokuroru da, kənd təsərrüfatı mütəxəssislərini də məhz müəllim yetirir. Bu mənada uşaqların da, yaşlıların da, cəmiyyətin də müəllim adına və əməyinə xüsusi dəyər verməsi özü bir dəyərdir.
Hər bir ailənin uşağı məktəbə gedib oxumaq-yazmaq öyrəndikcə, təhsilini başa vurub orta ixtisas və ya ali məktəblərə qəbul olunduqca, sonra qayıdıb ixtisaslı mütəxəssislər kimi obalarında xidmət etdikcə, onun oxuduğu məktəbə, ona dərs deyən müəllimlərə o kənddəki ailələrin ehtiramı daha böyüyür.
Siz heç görmüsünüzmü ki, bir mühəndisin, baytar həkiminin ömrünü şamla müqayisə etsinlər? Amma hamımız deyirik ki, bizim hər birimizin həyat yoluna müəllim ömründən nur düşüb...

Təhsil, məktəb  və  müəllim əməyi haqqında  uşaq, müəllim, valideyn , indi də  müstəqil jurnalist  kimi    təəssüratlarım  (  I yazı)

Təəssüflər olsun ki, bu xüsusda 40-50 il əvvəl belə düşünən adam bu gün təhsilimiz və məktəbimiz haqqında artıq  həmin  fikirdə deyil. Lap həmin  fikirdə olsa  da, görünəni budur ki,  təhsilimiz, müəllim adının doğurduğu ehtiram 40-50 il əvvəllərdə olduğu qədər  hörmətli deyildir.
Bəlkə də üzü bəri gəldikcə  vəzifədən uzaqlaşdırılan vəzifə marşallarının   əziyyətsiz, məsrəfsiz milyonlar qazanmaq iştahası ilə özləri üçün açdığı "uni"lərin və kolleclərin sayı , onların buraxdığı üst-üstə çıxan alayarımçıq mütəxəssislərin sayı ilbəil artdı, ona görə.  İndi bir vaxt  AZİ-ni, ADU-nu, "AMİ"-ni, APİ-ni,  "NarXoz"-u, "ASXİ"-ni bitirib qayıdan məzunları görəndə heç bir maraq doğurmur. Bəlkə də insanlarkənardan baxıb gördülər ki, nə diiplom, nə "NarXoz",  adamın, pulun varsa, get  Qırğızıstanın, Dağıstanın  adı olub özü olmayan "Uni" lərindən birinə adını yazdır,1 gün dərsə  getmə,  4-5 ildən sonra  üstü, içi əcnəbi  dildə yazılmış diplomu gətir, lap Vergilər nazirliyində işlə, gömrükdə işə düzəl.  İnsanlar  gördülər ki, görürlər ki,  bir balaca dəmir köşkü, 2-3 stolluq kafesi olan bir işbaz, bir qəssab müəllimdən, kitabxana işçisindən, arxeoloqdan, zootexnikdən firavan yaşayır və sair, və ilaxır. 
 Bir vaxt   əksəriyyət övladının müəllim olmasını arzulayırdı, amma  indi deyirlər ki, get imtahanda iştirak elə, heç  hara  düşməsən də, müəllim ixtisaslarının birinə düşəcəksən.Təki ali məktəb  diplomun olsun.
Bəlkə düşünürlər ki, cəmiyyətdə lazım olan qədər aqronom, mühəndis, həkim, müəllim, alim, inşaatçı bazası yaradılıb və artıq məktəb məktəbin vəzifəsi bitdi. Doğru qənaət deyil. Bu ixtisasların  hər birinə  hər zaman ehtiyac olacaq. Cəmiyyətə  ən son anadək  müəllim  gərək olacaq.
Müəllim təkcə gələcəyin həkimini, konstruktorunu, kibernetikini, bioloqunu yetişdirmir. Məktəbin əsas vəzifəsi tərbiyə etməkdir, ahəngdar inkişaf etmiş gənc nəsil yetişdirməkdir. Vücudunu, ruhunu idarə edə bilməyən kimsə necə yaxşı mütəxəssis, yaxşı vətənpərvər ola bilər?
Biz sovet dövründə də yaşamışıq, indiki dövrlə sovet dövrünü müqayisə edəndə, mən sovet dövründəki cəmiyyətin əxlaqi-mənəvi dəyərlərinə 2-3 dəfə daha çox dəyər verirəm. Bu, sovet məktəbindəki təhsil və tərbiyə sisteminin ən birinci uğuru idi: Məktəblə cəmiyyətin hədəfi üst-üstə düşürdü. İndi məktəb bir ayrı şey öyrətmək istəyir, mətbuat və televiziyamız bir ayrı səmtə yönləndirir.
Müəyyən qədər də orta ixtisas və  ali məktəblərin  qəbul prosesində neqativ hallar özünü göstərməyə başladı. Vəzifəli şəxslər, pullu ticarət adamları övladlarını çox asan şəkildə  ali məktəblərə qəbul etdirə bildilər, amma kolxozun alma bağının gözətçisi Dadaş kişinin "kəllə” oğlu 5 il hüquqa imtahan verib müsabiqədən keçə bilmədi. Sonra da əsgərliyə getdi və əsgərlikdən geri qayıtmadı,    evlənib orada da qaldı. Kolxoz sədrlərinin, məşhur idarə müdirlərinin övladları isə elə birinci il hüquqa daxil olurdular, Xalq Təsərrüfatı İnstitutuna, Tibb İnstituna daxil olurdular. Bunu yaxşı oxuyan şagird də görürdü, bilirdi, onların valideynləri də. Beləcə, məktəb və müəllim əvvəlki şöhrətindən uzaqlaşmağa başlayırdı. Cəmiyyətin təməl prinsiplərində ciddi aşınma başlamışdı, gizli olsa da, cəmiyyətdə təbəqələşmə vardı və bu  gün də var. Bunlar  diskriminasiya mahiyyətli bir prosesdir.
 Təhsil  bu gün  sovet dövründəki ciddiyyətini itirir. O zaman  dərsə gəlməmək nadir halda və ciddi səbəblə bağlı olardı. Getdikcə  vəzifəlilər, imkanı olanlar   övladlarıa  imtahan verəcəyi fənlər üzrə şəxsi müəllim tutdular,  indi onlar hər gün məktəbə deyil, repetitor yanına  getməyə  başladılar,  bu gün də belədir. Müəllim tutmasaydılar, onda "qəbul xərci bir balaca çox çıxacaqdı. Papasının  heç bir səhifə də kitab üzü açmayan "gül balası” olardısa, boş qafasına uyğun olaraq bu xərc bir qədər də artacaqdı.
Təhsil, məktəb  və  müəllim əməyi haqqında  uşaq, müəllim, valideyn , indi də  müstəqil jurnalist  kimi    təəssüratlarım  (  I yazı)
Belə-belə məktəbə, müəllimə də  etimad  azalmağa, adiləşməyə doğru meyilləndi. Məktəbin yaxşı oxuyanları istədikləri ixtisaslara qəbul olunmaq üçün uzun müddət çalışmalı oldular, bəzən arzularına bir neçə ilin başında qovuşdular. Bəzən isə məcbur olub ayrı ixtisasa yönəldilər. Məsələn, hüquq faskültəsinə qəbul oluna bilinməyən şəxs keçmiş APİ-nin Tarix, əlavə hüquq fakültəsinə, Tibb İnstituna qəbul oluna bilinməyən,  ADU-nun,  APİ-nin kimya, yaxud biologiya fakültəsini seçdi.
   Ən nüfuzlu ixtisaslar  istisna  olunmaqla, qalan ixtisaslara da  bu ixtisasları seçməyən, heç ağlına  da gətirməyən  abituriyentləri qəbul etdilər  və   cəmiyyət üçün  zorən müəllimlər,  incəsənət  və sənət üzrə mütəxəssislər, jurnalistlər yetişdirdilər.
 Diplom xatirinə  hansı ixtisas olmasına  əhəmiyyət  verməyənlər də var idi və  belələri təhsildən sonra  atasının imkanları hesabına nüfuzlu yerlərdə işə düzəldilər.
Amma orta mətəbdə əla oxuyub, ali məktəbi də fərqlənmə ilə bitirən Cəfər kişinin qızını  müəllimliyə götürmədilər, dedilər ki, yerimiz yoxdur. Cəfər kişinin qııznı isə 2 ildən sonra qonşu kənddən bir dayı gəlib oğluna nişanladı və toy edib apardı.
Oxuyan şagirdlə əlinə heç vaxt kitab almayan birinin karyera uğrunda cəhdlərində əldə etidkləri nəticə ikincinlərin xeyrinə yüksək olurdusa, istər istəməz, bu ona və onlardan sonra bu yolu gələcək bütün şagirdlərə, valideynlərə əks təsir göstərirdi. Həm uşaqların, həm də valideynlərin bir-birlərinə qarşı kini, ədavətləri yaranırdı, açıq-aşkar bildirməsələr də, bu vardı.
Bir  vaxt imkanları şəxslərin övladları atalaının hesabına cürbəcürə kanallarla partiya-sovet, hüquq-mühafizə orqanlarına yerləşdirilib özlərini tutdular, indi   onlar da öz övladlarını həmin qayda ilə halal haqqı olanların fövqünə qaldırırlar. Bu, həmişə belə olub. "Dəli Kür” filmində həmin ənənəyə çox ciddi işarə var: rus Əhmədin söylədiyi kimi düşünürdülər ki, " faytonçu oğlu fayton sürməli, qəssab oğlu qəssab olmalıdır” .
Doğrudur, qəbul imtahanları test üsulu ilə keçiriləndən sonra sadə insanların övladları da nüfuzlu ixtisaslara qəbul olunmağa başladılar. Amma ali məktəbə qəbul olunmaq şərt deyil ki, ali məktəbi bitirəndən sonra bacaqrıq və qabiliyyətlərinə uyğun perspektivli sahələrə düzələ bilmədilər. Halbuki, imkanlı şəxslərin gül balaları hələ sonuncu kursda olanda onların işləyəcəyi yerlər, vəzifələr bronlandı. Sadə ailələrin övladları qətiyyəti, əzmi sayəsində müəyyən uğurlar qazandı, amma gülməşəkər balaları kimi  yox,   nə qədər   gözləntilərlə və s. 

Təhsil, məktəb  və  müəllim əməyi haqqında  uşaq, müəllim, valideyn , indi də  müstəqil jurnalist  kimi    təəssüratlarım  (  I yazı)

   Davamı var...

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz