» » Henrix Heyne: “Biz amal uğrunda çarpışırıq, qəzetlər də bizim qalalarımızdır” – XI yazı

Henrix Heyne: “Biz amal uğrunda çarpışırıq, qəzetlər də bizim qalalarımızdır” – XI yazı

Müəllif: Anaveusaq.az от 8-02-2021, 00:30
 

  Əksər saytlarda və sosial şəbəkələrdə dünyada   artıq   adiləşmiş, həyat tərzinə   çevrilmiş eybəcər halları, eləcə də  bizim cəmiyyət tərəfindən  qəbul edilməyən   əxlaq tərzini paylaşırlar, belə həyat tərzinə  maraq, həsəd   yaradırlar. Bir növ, belə macəraçılıq üçün  mühit  formalaşdırırlar.

Məsələn, saytların birində yazılıb ki, kimsə bir şəxs sevgilisini döyüb. Ay vətəndaşlar, ay  qələm adamları, biz "sevgi”, "sevgili" deyəndə  bığ yeri yenicə tərləyən, romantik xəyalların ağuşunda hər gün dünyanın ən sakit, ən gözəl guşələrində öz istədiyi  kimi xeymə quran  növrəstə oğlanlarımızın və bu xəyalları, arzuları bütövləşirəcək, tamlaşdıracaq növrəstə qızlarımızın  qarşılıqlı hisslərini başa düşürük. İlk dəfə sevənləri başa düşürük. 2-ci, 3-cü, 5-ci dəfə  sevgi hissi olmur, bu, ayrı bir yanaşmadır, əvvəlki evliliklərin təcrübəsində  gözlərin qurdunu öldürməyə yönəli  donjuanlıqdır.

Bir çox internet mediasında   İbrahim Tatlısəsin özündən 42 yaş kiçik sevgilisi ilə şəkli paylaşılmışdı: 68 yaşlı birinin  ilə 26 yaşlı  tərəf müqabili arasında hansı sevgi ola bilər? Görün, sevgini  nə abıra saldılar: qara qəpiklik etdilər. 

 Siz  bu gün mətbuatda talesizləşdirilən Qadın obrazından  razısınızmı?

 Hara aparır bu yol?   Bizim tale yolumuzda Qadın çox müqəddəs olub, ülvi olub.Qadın  örpəyini başından açıb  iki savaşçının arasına atanda, dəliqanlılar əl saxlayıblar. İndi bu obrazların prototipləri, əgər aralarında örpək bağlayanlar varsa, örpəyini  belə dəliqanlılar arasına atsa, savaş bitəcəkmi, inanmıram, a tövbə.

Henrix  Heyne: “Biz amal uğrunda çarpışırıq, qəzetlər də bizim qalalarımızdır” – XI yazı

 Bu məşhur aktyor (ümumiyyətlə, cəmiyyət belə məşhurluğu rədd etməlidir) həyat yoldaşı Dəniz Buludsuzu döyüb, gözünün altına qan salıb, dünyanı buludlu görməyə  məhkum edib. Həyat yoldaşı deyil? Bəs onda kimdir, "sevgilisidir", adam da sevgilisini döyərmi, özü də  məşhur sənət adamı? Başqalarını gözəlliyə, ən şirin arzulara  bağlamalı olan aktyor, şair,  müğənni, bəstəkar, rəssam, əksinə, özü şiddət nümayiş etdirirsə, onların sənəti  könüllərə necə  yol tapa bilər?

 Onda  sizin "sevgili”  kimi ifadə ertdiyiniz bu söz tamam başqa  anlam kəsb edir. Və bu anlamda münasibətdə olan kişinin bir  gün əks tərəfinin onu buraxıb yeni birisinin yanına gedəcəyi şəksizdir və yaxud  bu "sevgili” münasibətləri davam etdiyi  zaman müddətlərində onların hələ neçə dəfələr aşağılanacağı, döyüləcəyi mütləqdir: kiçik istisnalar da ola bilər.

Türk saytlarında Ozan Güven haqqında yazılıb ki, o, illər öncə Ese Önen ilə yaxınlıq edib, 2005 –ci ildə Türkan Dərya ilə evlənib və Əli Atəş adlı bir uşaqları da  var.

Dəniz  Buludsuz ilə münasibətləri də naməlum qalıb.

 Deyilənlərə və yazılanlara görə, Ronaldonun 3 evliliyi, 200-dən çox "sevgili"si var... Və bunu çox həvəslə də "seks ulduzu" kimi təqdim edirlər. Bu, ulduz anlamına təhqirdir. Abırından qıpqırmızı qızaran qızlarımıza təhqirdir. Bi, ictimai fikirdə qadın obrazının aşağılanmasıdır. Fərizə  qanlı yanvarda  qətlə yetirilmiş  həyat  yoldaşından sonra yaşamaq  istəmədi, intihar etdi: 6 ayın gəlini idi. Tərtər rayonunda Mehdi adlı  bir qəhrəmanımız döyüşlərdə şəhid oladu, nişanlısı  Mələk Sultanova  bu yoxluğu qəbul etməyərək  intihar etdi. 

 Gəlinimiz şəhid olmuş  ömür-gün yoldaşının nəşini çiyinlərində  aparır, ana öz oğlunun tabutu altına girir.

 Belə qızları, qadınları  olan bir xalqın qarşısında  şou mətbuatının, şou televiziyasının zahiri görkəmlərinə, plastikalarına görə dəbə mindirdikləri  "seks ulduzları”nı qadın dəyişmək üzrə də  dünya "birinciləri”ndən olan   Marodonayla, Ronaldoyla, Neymarla , aktyorla, kimlə, kimlə tapışdırmaq, sonra onları dünya səyahətinə çıxartmaq, bu ətcəbalaların öz rəfiqələrinə yanıq vermək üçün paylaşdıqları şəkilləri  fərqlilik, üstünlük, bəxtəvərlik  göstəricisi  kimi  tirajlamaq  bütün dəyərləri şumlamaq deməkdir. 

İnternetdə   "İlhamverən qadınlar” adlı  bir yazıya rast  gəlmişdim. Elə gözümə dəyən kimi də ilk ağlıma gələn bu olmuşdu ki,  burada ailəcanlı, evdar qadınlardan söhbət getməyəcək.  Bizim dəyərlərə görə qadınlar heç vaxt instaqramda, fasebookda  münasibətlərini paylaşmaz, nəinki görkəmlərini. Bizim qadınlar etdiklərini kiminsə bilməsi, kiminsə "sağ ol” deməsi  üçün etmir. Edir ki,  ismət, ülviyyət, qadın səliqəsi,  qadın əllərinin dadını-duzunu gətirdiyi ailə, bu ailədə böyüyəcək uşaqlar mutlu olsun. Gəlin gəldiyi ailənin  həyatına yeni bir məzmun gəlsin.

Xarici mətbuata istinadən hazırlanmış  bir şou paylaşımında  avstraliyalı fitnes model Temmi Hembro haqqında  xəbər  verilir.  Model  dünyadakı bütün idmançılardan ismarıc aldığını deyib və onlarla görüşməyin şərtini açıqlayıb:

"Çox səmimi və yaraşıqlı olduğunu düşündüyüm biri ismarıc göndərərsə, ona cavab verə və məni görüşə aparmasına icazə verə bilərəm”.

  Dünyanı getdikcə məzmunsuzlaşdıran   qadına fərqli yanlı baxışlar, sevgi münasibıtlərinin  aşınması  getduikcə  həyat tərzinə çevrilməkdədir. Mətbuat, ədəbiyyat, sənət   belə münasibətləri, davranış tərzini nizamlamaqdansa,  daha da   körükləyir.

 Fikir verin,  daha bir avstraliyalı  qadın haqqında  lap yerinə düşən digər bir fakt:  məşhur üzgüçü, aktrisa  və yazıçı olmuş Annette Kellerman   adlı bu qadın 1907-ci ildə  çimərlik geyimi ilə əxlaqa zidd poz verdiyinə görə həbs olunmuşdur.

 Amma onun   həmyerlisi olan  Temmi Hembronun  hazırda 10 milyondan artıq "Instagram” izləyicisi var və  Temmi   eynilə   həmin məzmunlu  şəkilləri  sosial mediada paylaşması  sayəsində çoxlu gəlir əldə edir. Bu "zəhmətlə” pul qazananlar az deyil. Onlar hansısa qəbul imtahanı  vermirlər,  nə də onlardan hansısa bir ali məktəbin diplomu  tələb olunmur.  Amma "şad-xürrəm” yaşamaqda, şəkilləri, adları  manşetləri bəzəməkdə,   narahatçılıqlarını  cilovlaya bilməyən   sovet  dövrünün   ideologiyası ilə böyümüş, yaşa dolmuş adamları isə  mühafizəkar,  "köhnə adamlar” kimi kinayəli   yarlıqlarla  qoz qabıqlarının içinə dürtürlər.

Bizə senzuramı, bədii şuramı deyim, hökmən lazımdır. Bir veriliş, aparıcı haqqında cəmiyyət təpki göstərir, yuxarı instansiyalar handan-hana qərar çıxarır: veriliş dayandırılır, layihədən çıxarılır, aparıcı da işindən uzaqlaşdırılır. Üstündən 4-5 ay keçən kimi həmin adam ya əvvəlki, ya da digər kanalda yeni verilişlə peyda olur. Bu, auditoriyaya hörmətsizlikdir, cəmiyyətə hörmətsizlikdir. Hamıya öyrədirlər ki, bu oyunları necə törətmək olar. Neçə zamandır bu məsələ tamam əsəblərimizi yerindən oynadır, bunu durdura bilən kimsə yox...Kimsə özünü pis etmək istəmir( jurnalistlərmizdən cəsarətliləri var, deyir, yazır, amma onların yazdıqları heç yerə çatmır. Əksinə, mübahisə tərəfi bu dəfə hədə tonuyla müxtəlif kanallarda, saytlarda çıxışlar yayırlar).

Yaqub Məmmədov, Elmira Rəhimovaya Xalq artisti adı  60 yaşlarında verildi.  Sabir Mirzəyevə heç verilmədi.   Belə sənətkara  verilməyən  fəxri ad S.Səmədova, F.Ağayevə, Röya Ayxana, Tünzalə Ağayevaya, Murad Dadaşova çox səxavətlə verildi. Hamısı  Əbülfəz Qarayevin  yanlış meyarı nəticəsində baş verdi bunlar. Süleyman Abdullayev  ustaddır, el arasında ona "Dədə Süleyman”  deyirlər.  81 yaşı var, hələ də Əməkdar artistdir.  Bu sənətə  ömür  həsr etmiş  fədailər var. Televiziyada, mətbuatda onlar haqqında  verilişə, yazıya rast  gəlməzsən, ya da nadir hallarda. Elə bil bizim incəsənət tarixində  Ələsgər Ələkbərov olmayıb, Mehdi Məmmədov olmayıb, Adil İsgəndərov olmayıb, Yaqub Məmmədov olmayıb, Elmira xanım olmayıb  və s...

Cənab Prezident  mədəniyyətimizə, ədəbiyyatımıza hər zaman pasibanlıq edib və edir. Mən bir vətəndaş olaraq qəbul edirəm ki, Ölkə başçısının sənətin hansısa sahəsində fəaliyyət göstərən sənət adamlarının  hamısının yaradıcılığını , xalq arasındakı reputasiyasını izləməyə fiziki  imkanı  çətin ki olsun. Görünür, müəyyən uyğunsuzluqlar  Ə.Qarayevin nazir olduğu dövrlərdə baş verib  və bu işə müvəkkil edilmiş məmurların ölçü, müəyyənetmə, təltif üçün təqdimetmə kriteriyası qüsurludur. Ələsgər Ələkbərov, Mehdi Məmmədov , Adil İsgəndərov, Yaqub Məmmədov,  Şövkət Ələkbərova, Sara Qədimova, Elmira xanım, Anatollu Qəniyev, Gülaöa Məmmədov, Yalçın Rzazadə, Rəşid Behbudov kimi  sənətkarlarımız  yox, müəyyən istisnalarla,  amma    hamı ad  istəyir, ad  davası edir.

Bir  vaxtlar insanların  sağı-solu "marallar”la  dolu idi.   İndi isə Moşu və Söylülərlə.  Nə dəyişdi bəs  bu 100  il müddətində? "Saqqallı uşaq”dakı Kəblə Əzim divara inək, və yumurta şəkli çəkirdi ki, nisyə verdiyi südün, yumurtanın pulu yadından çıxarmasın: şəkilləri görən kimi xatırlasın.

 Amma Moşu  Göyəzənli isə əsl  vətənpərvərdir və   aşıqdır. Özünə xalqın şairi deyən Moşu, "xoşbəxtliy”ə qafiyəni

 ağ vərəq üzərində, misraların üstündə  axtarırdı. O da belə zavallı idi,  həyatda əsl xoşbəxtliyin nə olduğunu bilmirdi və ona görə  qafiyə də tapa bilmirdi.

Henrix  Heyne: “Biz amal uğrunda çarpışırıq, qəzetlər də bizim qalalarımızdır” – XI yazı

Deməli,  biz, sadəcə,  müxtəlif zaman  və məkanlarda qlaflarını dəyişmiş  prototipləri seyr edirik. Buna uyğun ədəbiyyatımız, sənətimiz də  özümüzü öz halımıza güldürür.  Məmmədhəsən əmilərin, Novruzəlilərin, Usta  Zeynalların  nəvələri, nəticələri     zaman-zaman       Zəhralara, Ağabalalara,  Zülümovlara, Gülümsərovlara, Möhsünlərə,  Yastı Salmanlara,  Suğra xalalara, Əbülfəzlərə, Moşulara, Söylülərə döndü, nə döndü. Sanki, bizim  ədəbiyyat  və sənət " keçmişin mədəniyyətindən şirə çəkən bədii təcrübədir”,  məni topa tutsalar da deyəcəyəm…

Ədəbiyyatda ideal qəhrəman    mövzusu   həmişə olub.. Vaxtilə deyərdilər ki, həyatda ideal adam   olanda ədəbiyyatda da ideal qəhrəmanlar  olacaq. Bəs ədəbiyyat niyə  nə həyatda, nə    bədii əsərlərdə  ideal qəhrəman axtarışına çıxmır?

 S.Rəhimov (Allah rəhmət etsin, mənim ədəbiyyatım  sovet dövründə qaldı) xatirələrində yazıb ki, "Mehman” filmi ekranlarda göstərilməyə başlayandan sonra  onun evinə gənc bir oğlan gəlib. Demə, o, ucqar dağ rayonlarının birində prokuror işləyirmiş. Gənc prokuror ədibə deyib ki, siz eynən mənim həyatımı  təsvir etmisiniz…

Henrix  Heyne: “Biz amal uğrunda çarpışırıq, qəzetlər də bizim qalalarımızdır” – XI yazı

 XX əsrin əvvəllərində   Bakı neft sənayesi  rayonuna çevrilmişdi. Bu, elə vaxt idi ki,  ictimai iqtisadi  şəraitdə bərabər  yeni   ictimai münasibətlər də  formalaşırdı. Fəqət, bu inkişaf özü ilə  həm  də  bəlalar da gətirmişdi: pulun sinifli cəmiyyətdə yaratdığı facələri.

 C.Cabbarlı bunları "Aydın” pyesində  çox inandırıcı təsvir edib. Göy əskinasların dəyərli olan hər şeyin  fövqünə qaldırıldığı  bu mühitdə Gültəkinin faciəsi  artıq  bir fərdin deyil,    bütövlükdə Azərbaycan  qadınlığının faciəsi idi.

Davamı var...

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz