Henrix Heyne: “Biz amal uğrunda çarpışırıq, qəzetlər də bizim qalalarımızdır” – VII yazı
Bu gün kütləvi informasiya vasitələrində Şuşa qalasını fəth edib düşməni heyrətə salan Azərbaycan əsgərini, müxtəlif dünya ölkələrində Azərbaycan adına hörmət, şöhrət qazandıran oğul və qızlarımızı, müəllim və həkimlərimizi, kitabxana və muzey işçilərimizi, qarda yağışda, küləkdə Bakının küçə və yollarını süpürən/təmizləyən sadə peşə adamlarını bu qədər təqdim etmirlər ki, məşhur idmançıları, şou adamlarını, az qala onların həyatındakı ən adi təfərrüatları belə tirajlayırlar.
"Karantin onları bu hallara saldı – Messiylə Ronaldo nə işlə məşğuldu?” adlı bir yazıda 2 futbolçudan yazılıb.
Messi, Ronaldo göydən düşüb? Kimə lazımdır belə ayrı-seçkilik, fərqlilik? Mətbuat yazır ki, təqaüdçülərə şad xəbər: bu ayın təqaüdləri artıq bamkomatlara köçürülüb. Ömrünün əhəmiyyətli bir hissəsini neft sənayesində, tikintidə işləyib yəqaüdə çıxmış bir əmək adamı təqaüdünün bankomata köçürüldüyünə sevinir, amma Ronaldonun, Messinin, Vladislav İqnatyevin, Cenifer Lopezin, Rihanna, Şakiranın belə sevincləri ömürlük təmin edilib, həm də gecə-gündüz kütləvi informasiyalarda təqdir edir, gənclərdə onlara həsəd yaradırlar. Artıq yavaş-yavaş "ulduz " olmaq istəyənlərin iddiaları da görünməkdədir.
Mətbuat 40-50 il istehsalatda can qoyub indi təqaüdə çıxmış yaşlı bir insanı təqaüdünün bankomata köçürüldüyü ilə sevindirir, amma Toliki, Zauru, Ədaləti kiməsə ev, maşın aldığına görə messenant kimi təqddim edir.
Hər halda, görünəni belədir ki, cəmiyyətdə bu qrup adamlarla sadə adamlar arasında maddi və mənəvi bərabərsizlik mövcuddur.
Məşhur idmançılar, sənət adamları, bu sıraya şou-biznesçiləri də aid etsək, bir kateqoriya şəxslər var ki, onlar bilirlər ki, ağıllarına nə gəlsə edə bilərlər,istər televiziyada, istərsə də həyatda. Sanki bunlara heç nə demək olmaz, bunlara heç bir qadağa qoyulmamalı , qınaq edilməməlidir. Küsüb gedərlər: idmanımız, ekranımız Şamaxı batan kimi batar.
Vəziyyət o yerə gəlib çatıb ki, bunlar özlərini cəmiyyətin fövqündə hesab edirlər. Ronaldo 2009-cu ildə Ketrinə Mayorq adlı kiməsə təcavüz edib və susması üçün 323 min avro ödəyib. Ketrin indi dilə gəlib və ardınca daha bir neçə aferist də bu iddia ilə məhkəməyə müraciət etməkdədirlər. Hadisə olan ərəfədə müraciət etsə idi, başa düşmək olardı. Üstündən illər keçib, indi yadına düşüb?
İrina Şeykdir kimdir, 4-5 il Ronaldo ilə macəra həyatı yaşayıb, getmədiyi-gəzmədiyi ada, yarımada qalmayıb.İndi o da iddiaçılara qoşulub. Tək Ronaldo deyil beləsi.
"Başakşəhər”in futbolçusu Arda Turanla müğənni Berkay arasında qalmaqalın üstündən çox da vaxt keçməyib.
Arda gecə klubunda Berkayın həyat yoldaşına sataşıb. Bundan sonra tərəflər arasında mübahisə düşüb və futbolçu kəllə ilə müğənninin burnunu qırıb. Bundan sonra Türkiyə millisinin üzvü xəstəxanaya gedərək, Berkayı silahla təhdid edib.
İndi Arda da elə danışır ki, guya bu insanlar neyrodegenerativ xəstəlik daşıyıcılarıdır, yaddaşsızlıq problemi var və s. Silahla gəzir, vurub burnunu sındığı adamın aparıldığı xəstəxanaya gedir, silahı özü ilə götürür. Guya silahı Berkaya veribmiş ki, inanmırsan, al vur. Guya silahı qoyduğu yerdən götürərkən təsadüfən açılıb. Deməli, bu adam hələ silahdan istifadə qaydalarını bilmir, silah saxlamaq üçün soyuqqanlı deyil və sair. Nə üçün hər kəs silah saxlamaq üşün icazə ala biir: Nə üçün belələrinə silah verirlər? Belə hadisələri mətbuat, televiziya məntiqlə, obyektiv olaraq süzgəcdən keçirib cəmiyyətə təqdim etməyəndə onda həmin toxunulmazlar da, elə bilirlər ki, televiziya tamaşaçıları, mətbuat oxucuları nəvədirlər, bu da baba: onlara nağıl danışır.
Məşhur müğənninin qızı amerikalı məşhur müğənni Maykl Ceksonun qızı Paris Cekson şəxsi həyatı ilə bağlı maraqlı açıqlamalar verib.
Yenisabah.az xəbər verir ki, sevgilisi Qabriel Qlennlə birlikdə "Facebook" yayımına qatılan 22 yaşlı Paris bir kişi ilə münasibətdə ola biləcəyini heç vaxt təsəvvür etmədiyini, lakin bunun başına gəldiyini vurğulayıb:
"Bir kişi ilə birlikdə yaşaya biləcəyimi düşünməmişdim. Həmişə qadınla evlənəcəyimi düşünürdüm. Kişilərdən daha çox qadınlarla sevgili oldum. İnsanların çoxu münasibətimi bilmir. Bir dəfə penisi olmayan adamla flört etmişdim. Şalvarınızın içində nə olduğu məni maraqlandırmır. Böyümə müddətində cinsəlliklə bağlı problemlər yaşadım. Qadın və kişiləri sadəcə televizorda yan-yana görürük" (Mənbə: https://aqreqator.az/ru/medeniyyet/864809).
"Teleqraf.com” yazıb ki, Günay İbrahimli qab yumaqdan bezib... Onun yaşı qədər bizim xanımlar qab-qacaq yuyur, paltar yuyur, evə-ailəyə baxır. Amma saytlar yapışıblar şou biznes adamlarından. Bu boyda dünyada bir mövzu tapa bilmirsiniz? Nə olsun ki, şoudur, gedin bir kitabxanaçı xanımdan, bu çovğunda, yağışda, qarda Bakının küçələrini təmizləyən qadınların həyata baxışlarını gətirin mətbuata, televiziyaya. Məgər digər qızları Saranı aparan kimi sel aparıb? Şou nümayəndələrinin qızlarından başqa qız yoxdurmu?
Digər bir saytda yazılıb:"İlqarə Kazımova elə arıqladı ki... - FOTO" və yaxud "Aygün Kazımovanın qızı çimərliklə bağlı mahnı hazırladı"
" Bəyəm bunlar informasiya hesab olunur? Sizin işiniz-gücünüz yoxdur, əliinizdən başqa iş də gəlmir. Bəs bu kimi məsələlərə cavabdeh olanlar üçün iş yaradırsınız, onlar niyə bekar dayanırlar, işləsinlər də.
Biri deyir ki, anamdan başqa heç kimə inanmıram. Günelin qızı anası haqqında bunları dedi. Məşhur türk müğənnisi İbrahim Tatlısesin müğənni qızını danışdırırlar, zorla atasının əleyhinə ifadə alırlar: "Aparıcının "İ.Tatlısəsə nifrət etdiyin olubmu?” sualına D.Çıtak "Bəli” cavabını verib”.
Halbuki, Türk Cumhuriyyətinin Anayasasının 38-ci maddəsində müəyyən olunmuşdur ki, "Heç kəs özünü və qanunda göstərilən yaxınlarını təqsirləndirən ifadə verməyə və ya bu yolda dəlil göstərməyə məcbur edilə bilməz". Amma şou televiziyası edir, mətbuat da istinad edib paylaşır.
Xəbər naminə, reytinq naminə ora mütləq qadınla bağlı, kriminalla bağlı, şou həyatı ilə bağlı mövzu tapıb sahəni doldurmaq , sadəcə, informasiyaçılıqdan başqa bir şey deyil. Kimə lazımdır belə boş-boş şeylər. Mətbu vasitədə informasiyadan daha çox sağlam ideoloji tərəfə üstünlük verilməlidir.
Son dövrlərin ailə statistikası heç də ürəkaçan deyil. Pozulan nikahlar getdikcə artmaqdadır və bu dağılan tifaqlar yeni ailə quranlar arasında daha çoxdur.
Ölkə başçısı KİVDF-də, Televiziya Şurasında ümidverici dəyişikliklər etdi. İlk addımlar belə təəssürüt yaradır. Amma Mətbuat şurasında da bütün heyət yenilənməlidir.
Bəzi dostlar mənə yazır, görüşəndə deyirlər ki, bunlara vaxt ayırma, özünü yorma, əsəbiləşmə. Onda gərək mən sivilizasiyanın elə zamanına və məkanına qayıdam ki, orada radio da olmaya, insanlar da savadsız ola, oxumaq-yazmaq bilməyələr. İndiki informasiya əsrində mütləq yenilənməlisən, gündə təzə nəsə öyrənməlisən, fəqət, internetə girmək olmur(kiçik istisnalarla). Ənənəvi mətbuatı bu gün müəyyən vəzifəsi olan şəxslər formal olaraq əllərinə götürürlər, idarələri abunə yazılır.
İndi internet media işləkliyinə görə daha aktivdir. Əksəriyyət bura axışır, burada yazılanların isə 70-80 faizi maraqsız, heç bir ictimai-sosial məzmun kəsb etməyən dedi-qodular, bazar söhbətləri. Ən azından balansa görə desək, lazımsız mövular tərbiyəvi-əxlaq mövzulardan daha çoxdur.
Bir çox sosial şəbəkələr karantin günlərində "Futbolçular karantində nə edir?”, "Karantin rejimində qalan tanınmışlar” kimi hədəfi, məqsədi olmayan yazılar da az olmadı.
Guya belə qadağaları fərqli-fərqli insan kateqoriyaları fərqli-fərqli qarşılamalı imişlər? Guya müəllimin, muzey işçisinin, illərdir səhər-axşam Bakının prospektlərini süpürən Çimnaz xalanın karantini necə keçirməsi, necə yaşaması cəmiyyətin heç gərəyinə deyilmiş. Guya biz evdə xanımımıza dəstək olmuruq? Bunların təmin olmuş həyatlarını, macəralı həyatını əks etdirən görüntüləri deyil, idmançıdırsa, təlim-məşq görüntülərini, sənət adamıdırsa, məsələn heykəl üzərində neçə işləyir, böyük bir xalını necə toxuyur və s.
Van Dam haqqında filmlərdə bu məşhur idmançının dağda, meşədə, suyun altında ən çətin , ən əziyyətli təmrinlər üzrə məşqlərini də izləmişik.
Amma bizim elektron mətbuatda və sosial şəbəkələrdə də Azərbaycan idmanına gətirilmiş xarici "idmançı”ların özlərinə oxşayan bir gözəlçə iləmacəra həyatlarını əks etdirən şəkilləri paylaşılır.
Bir çox saytlarda Xalq artist Tünzaləyə istinadən "Yıxılmağım bədbəxt qisimləri sevindiribsə...” yazı tirajlanıb. "Sosium.az” da Natavan onun haqqında yalan danışanları hədələyir və s.... Afaq, Tolik icra başçılarından danışır. Belə aparıcılaar efirə bazara döndərirlər, kim istəyir dəvət olunur, kim nə istəyir, necə istəyir qoruq-qadağa yoxdur, deyir.
Nəinki Vətən müharibəsi getdiyi dönəmlərdə, lap adi günlərdə də ictimai məzmunu olmayan heç bir yazı, heç bir xəbər cəmiyyətə tirajlanmamalıdır. Hesab edirsinizsə ki, sizin nüfuzunuza toxunublar, buyurun, məhkəmə var, müraciət edin. Xalq artisti belə danışarmı?Nə deməkdir "bir qisim "?
Cəmiyyətin ideoloji-mənəvi tərbiyə qayğıları etibar edilən ədəbiyyat və sənət adamlarının, qələm adamlarının belə hərəkətlərindən Mədəniyyət nazirliyi, Bəstəkarlar İttifaqı, Televiziya və Mətbuat şuraları narahat olmalıdırlar. Bu nədir, televiziyada , mətbuatda ağıllarına gələni danışanlar, cəmiyyətin qınaqla qarşıladığı davranışları nümayiş etdirənlər fəxri ad davası edir. Belələrinin hər biri kiməsə arxalanır... Yerlərdə bu nizamı görən adi adamlar, uşaqlar, gənclər elə bu qarşıqlıqda, nizamsızlıqda formalaşır, onlar da etdikləri heç nəyə görə məsuliyyət hiss etmirlər. Bu gün ekranlarda , mətbuatda olan sənətçilərin, model və aktrisaların 70-80 faizinin cəmiyyət üçün müsbət mənada təsir edə biləcəyi sənəti yoxdur. Pərəstişkarları var? Buyursunlar mədəniyyət saraylarına, klublar var, orada toplaşsınlar, oxusunlar, nə qədər istəyirlər, hansı diringiləri istəyirlər dinləsinlər. Ekranda "Üzüyümün qaşı firuzədəndir" ruhlu mahnılar səsləndirilsin, belə ifaçıları görmək istəyir cəmiyyət. Avropa dəyərləri adı ilə hara aparırlar bu xalqı...?
Davamı var...
Oxşar postlar:
- Henrix Heyne: “Biz amal uğrunda çarpışırıq, qəzetlər də bizim qalalarımızdır” – VI yazı
- Henrix Heyne : “Biz amal uğrunda çarpışırıq, qəzetlər də bizim qalalarımızdır” – IV yazı
- Henrix Heyne : “Biz amal uğrunda çarpışırıq, qəzetlər də bizim qalalarımızdır” – II yazı
- Henrix Heyne : “Biz amal uğrunda çarpışırıq, qəzetlər də bizim qalalarımızdır” – I yazı
- Elm adamlarını təəccübləndirən hadisə: min illərlə yaşı olan baobab ağacları kütləvi şəkildə məhv oldu
- Oxunub: 184
- Şərhlər: 0
- Bölmə: Baş redaktor
Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.
Ən çox oxunanlar
Təhsil, məktəb və müəllim əməyi haqqında uşaq, müəllim, valideyn , indi də müstəqil jurnalist kimi təəssüratlarım ( IV yazı)
Qadındır müqəddəs,qadındır yüksək...
Təhsil, məktəb və müəllim əməyi haqqında uşaq, müəllim, valideyn , indi də müstəqil jurnalist kimi təəssüratlarım ( VIII yazı)
Tarixi şəxsiyyətlərin həyatından maraqlı faktlar (IVyazı)
Təhsil, məktəb və müəllim əməyi haqqında uşaq, müəllim, valideyn , indi də müstəqil jurnalist kimi təəssüratlarım ( VII yazı)
Əhməd bəy Ağaoğludan çox canıyanan bir dəyərləndirmə
Görmək istəyib-istəməməyimizdən asılı olmayaraq, Polis 24 saat bizi qoruyur
Henrix Heyne: “Biz amal uğrunda çarpışırıq, qəzetlər də bizim qalalarımızdır” – XI yazı
Sayın Ərdoğana TƏBRİK
Fəvvarələr meydanından Azad qadın heykəlinə qədər düşünün - I yazı
Yazarlar