Henrix Heyne: “Biz amal uğrunda çarpışırıq, qəzetlər də bizim qalalarımızdır” – VI yazı
Fikir verirsinizmi, Murad bəy nə deyir, deyir ki, bu gün gəncləri mahnılar yox, həmin mahnıları oxuyan insanların gözəl həyatı maraqlandırır. Və sonra da fəaliyyətini zorla sinkretik sənət növünə çevirən Murad bəy bu gəncliyə təsəlli də verir:"Azərbaycan səhnəsi onsuz da maraqsızdır. Bəlkə bizim sayəmizdə bir az maraqlı nəsə oldu”.
Televiziyanı, mətbuatı bu cürə düşünən adamların ixtiyarına buraxanda belə olacaq da. Son günlər dalbadal bir neçə intihar hadisəsi baş verdi. Görəsən, Murad Arifin, Zaur Kamalın vecinədirmi bunlar, kimin vecinədir ki, onların da olsun. Yəqin ki, 2-3 aydan sonra unudulub gedəcək. Amma o da unudulmamalıdır ki, belə meyillər kütləviləşə bilər. Bundan ciddi şəkildə narahat olmaq lazımdır.
Hanı Süleyman Rəhimov, Mirzə İbrahimov, İsmayıl Şıxlı, Nəbi Xəzri, İsa Muğanna, Süleyman Manafov, Rəsul Rza, Əfqan Əsgərov? Bu gün cəmiyyətə müdrik qələm adamları və sənətkarlar lazımdır. Günü-gündən dala gedirik.
Gəncləri belə auditoriyalardan qorumaq lazımdır. Gəncləri intellektual auditoriyalara cəlb etmək lazımdır. Bu fəaliyyətə onların kiçik yaşlarından başlanılmalıdır, məktəb yaşlarından. Bağça, məktəb, məhəllə mənəvi dəyərləri əks etdirən məkanlar olmalıdır. Ailədən, bağçadan başlayıb məktəbdə cilalanan bu həssas ideyalar həyatda, cəmiyyətdə ətə-qana dolmalıdır. Amma indi belə deyil axı. Nə sevgimiz sevgi kimi sevgidir, nə ailə dəyərlərimiz ailə dəyərləri kimi.
Məhəbbət, sevgi, ailə insanları gözəlləşdirməli, cəmiyyətə daha sıx bağlamalıdır, amma bizdə , sadəcə, daha çox əza həzzinə bağlayan vasitədən başqa bir
şey deyil.
Qədim yunan filosofu Fales deyərmiş ki, bir ölkənin musiqisini yaradanlar qanunlarını yayadanlardan daha dəyərlidir. Yəni , musiqi insanda elə zərif, bəşəri duyğular oyadır ki, belə duyğulala yaşayan insanları inzibati tənzimləmələrə idarə etməyə, yönəltməyə heç bir ehtiyac qalmamalıdır. Musiqi insanı harda gözəllik, nəciblik var, ora çəkib aparmalıdır.
Alman bəstəkarı Fredriks Rixterin " Musiqi həyatın qaranlıq gecəsində ay işığıdır” fikri bir qədər də obrazlıdır. "Ay işığ” demişkən bu adla olan gözəl bir mahnımız var.
Ruhları ovsunlayan bu lirik mahnının sözləri Zeynal Xəlilə, musiqisi istedadlı bəstəkarımız Qəmbər Hüseynliyə məxsusdur. Bəstəkar bu mahnını 1956-cı ildə bəstələmişdir.
Zeynal Xəlil bu şeiri gələcək həyat yoldaşı Zəkiyə xanıma yazıbmış. Xatirələrdə qeyd olunur ki, 1942-ci ilin aydın səmalı bir yaz axşamında Səməd Vurğun , həyat yoldaşı Xavər xanım və 17 yaşlı Zəkiyə xanım "Torqovı" küçəsində gəzməyə çıxıblarmış. Həmin vaxt Yazıçılar Birliyinin katibi Zeynal Xəlil Opera və Balet Teatrından qayıdırməş və "Tarqovı” dan keçəndə Səməd Vurğunla qarşılaşır. Salamlaşır, hal-əhval tutu və şairin yanındakı Zəkiyə xanımı da nəzərdən qaçırmır, həqiqətdə isə onun gözəlliyinə valeh olur. Evə qayədan kimi "Ay işığında” şeirini yazır. Çocx keçmir ki, bu heyranlıq əsl sevgiyə çevrilir və omlar ailə həyatı qururlar.
Qəmbər Hüseynli ilə isə Zeynal Xəlil çox yaxın dost Gəncədən olduqları üçün möhkəm dost idilər. Hər ikisi də sənətə öz imzalarını həkk etmiş şəxs idilər. Bəstəkar bir dəfə Zeynal Xəlilgilə qonaq gələndə bu şeirlə tanış olmuş və çox xoşuna gəlmişdir. Qəmbər Hüseynli həmin şeirin mətnini götürmüş və Gəncəyə qayıdarkən yolboyu onun musiqi üzərində fikirləşirmiş.
Yolda relslərdə nasazlıq baş verdiyindən qatar dayanmalı və bir müddət ləngiməli olur. Bəstəkar da darıxdığından vaqonu tərk edərək təbiətin qoynuna düşmüşdür. Aylı gecə imiş, ayın parlaq və mehriban işığı yaz gecəsinin aydınlanmaqda olan sabahına qovuşmağa can atması səhnəsi bəstəkarı vəcdə gətirmiş və bəstəkar artıq bu təsirlər altında qəlbində yazacağı mahnının melodiyasını notlara çevirmişdir.
"Ay işığında" mahnısını Mirzə Babayev, sonra isə Gülağa Məmmədov ifa etmişdir. Qəmbər Hüseynli özü isə Elmira Rəhimovanın ifa etməsini istəyirmiş. Təəssüf ki, bu mahnı Elmira xanımın ifasında ancaq bəstəkarın ölümündən sonra səslənmişdir. Ən uunudulmaz bir ifa isə 1957-ci ildə Nərminə Məmmədovanın səsi ilə lentə köçürülmüşdür və həqiqətən də musiqi xəzinəmizin incisinə çevrilmişdir. Daha sonralar mahnını Sara Qədimova da ifa etmişdir.

İnternetdə qarşıma digər bir "Ay işığında” mahnısı da çıxdı. Sözləri, musiqisi və ifası Əlikram Bayramova məxsusdur.
Ay ay ay işığında
Dünya sənin yaraşığında
And içirəm sənə əzizim
Həmişə varam sənin yanında.
Dünyanın neçə möcüzəsi var, qoy olsun, amma bu da bir möcüzədir. İxtisas təhsili yox, ümumiyyətlə, hər hansı təhsili haqqında nə şəxsi səhifəsində, nə də digər internet resurslarında heç bir məlumat yoxdur. Bəs bu cızmaqara mətnləri necə mahnıya keçirib, necə mahnıya köçürüb, necə "sənət nümunəsi” kimi təqdim edə bilib?
Dil qayda-qanunlarından söhbət gedə bilməz, heç ruha təsir edən bir fikir də yoxdur.
Siz uyğunsuzluğa baxın: 3 sənət sərrafının (Zeynal Xəlil, Qənbər Hüseynli və Nərminə Məmmədova) birgə ərsəyə gətirdikləri "Ay işığında” mahnısına 8 ildə 3 milyon baxış var, amma Əlikram Bayramovun özünün yazıb, özünü musiqi bəstələdiyi və oxduğu " Ay işığında ” bayağı mahnısına 4 ildə 2,1 milyon baxış. Nisbətdə Əlikramın mahnısı daha irəli çıxır.
Yaradıçılıq qurumları, bu xalqın mənəvi-ideoloji tərbiyəsi üçün məsul olan şəxsləri , bəlkə fikirləşirlər ki, bina partladılmayıb ki, göydən daş yağmayıb ki, kim necə oxuyur oxusun da.
Axı belə olmamalıdır. Yəni, bu tipli mahnıların belə auditoriyası varsa, papağımızı qabağımıza qoyub fikirləşməliyik.
Məşhur Konfutsi yazmışdır ki, bir məmləkətin əxlaq baxımından necə tərbiyə edildiyini bilmək istəsəniz, həmin ölkənin musiqisinə baxın.
Ədəbiyyatın, sənətin mütləq hədəfi olmalıdır. Ən sadə bir qəzet yazısının da.
Mətbuatdan məlumatlı olan varsa, bu yaxınlarda Fövqəladə Hallar Nazirliyinin bir polkovniki maşınşünaslığa aid kitab yazmışdı. Kitabın içində intim mövzulardan bəhs etmişdi. Nəşriyyatların gərəyinə deyil, təki kitab yazan olsun, onların dəzgahları işləsin.
Sovet dövründə belə şey ola bilməzdi. Ovaxtkı kitablardan bir orfoqrafik səhv belə tapa bilməzdin. Amma indi Ana dilində düz əməlli yazı yaza bilməyən şəxs əsər yazır.
Sovet dövründə hər bir əsər ədəbi hadisə idi. Əvvəlcə ədəbi mətbuatda dərc olunurdu, Yazıçılar ittifaqında əsərin müzakirəsi keçirilirdi əməlli başlı incəlidən sonra əsərə xeyir-dua verirdi. Ona görə də bu gün
"Böyük dayağ”ı, "Mehman”ı, "Saçlı”nı, "Dəli Kür”ü, R.Rzanın "Bir gün də insan ömrüdür”, "Sarı dana və balaca qız ” şeirləri kimi ciddi əsərləri, C.Cabbarlının "Aydın” dramını, Zakirin ictimai satiralarını yaza bilən yazıçı yoxdur və ya çox azdır.
Sovet dövründə həm də ədəbiyyatın təbliği bürosu vardı. Yazıçılar və onların yazdıqları təbliğ olunurdu. İndi ancaq müəyyən titulu və vəzifəsi olanlar üzə çıxa bilirlər. Ona görə də sovet dövründə bu qədər mənəvi aşınma yox idi.Ədəbiyyat sovet adamının mənəviyyatını çox bacarıqla nizamlaya bilirdi.
Siz kütləvi informasiya vasitələrində yazılanları görmürsünüzmü: gecə-gündüz intim duyğuları körükləyən xəbərlər, yazılar verilir, şəkillər tirajlanır. Mətbuat daha çox cəmiyyətin qəbul etmədiyi, təqdir olunmağa layiq olmayan şou adamlarını diqqətə gətirir. Amma bir yazıçı, ciddi qələm sahibi bu pozuculuq fəaliyyəti haqqında bir kəlmə söz demir.
Oxşar postlar:
- Henrix Heyne: “Biz amal uğrunda çarpışırıq, qəzetlər də bizim qalalarımızdır” – V yazı
- Henrix Heyne : “Biz amal uğrunda çarpışırıq, qəzetlər də bizim qalalarımızdır” – IV yazı
- Henrix Heyne : “Biz amal uğrunda çarpışırıq, qəzetlər də bizim qalalarımızdır” – III yazı
- Henrix Heyne : “Biz amal uğrunda çarpışırıq, qəzetlər də bizim qalalarımızdır” – II yazı
- Henrix Heyne : “Biz amal uğrunda çarpışırıq, qəzetlər də bizim qalalarımızdır” – I yazı
- Oxunub: 102
- Şərhlər: 0
- Bölmə: Baş redaktor
Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.
Ən çox oxunanlar
Təhsil, məktəb və müəllim əməyi haqqında uşaq, müəllim, valideyn , indi də müstəqil jurnalist kimi təəssüratlarım ( IV yazı)
Qadındır müqəddəs,qadındır yüksək...
Təhsil, məktəb və müəllim əməyi haqqında uşaq, müəllim, valideyn , indi də müstəqil jurnalist kimi təəssüratlarım ( VIII yazı)
Tarixi şəxsiyyətlərin həyatından maraqlı faktlar (IVyazı)
Təhsil, məktəb və müəllim əməyi haqqında uşaq, müəllim, valideyn , indi də müstəqil jurnalist kimi təəssüratlarım ( VII yazı)
Əhməd bəy Ağaoğludan çox canıyanan bir dəyərləndirmə
Görmək istəyib-istəməməyimizdən asılı olmayaraq, Polis 24 saat bizi qoruyur
Henrix Heyne: “Biz amal uğrunda çarpışırıq, qəzetlər də bizim qalalarımızdır” – XI yazı
Sayın Ərdoğana TƏBRİK
Fəvvarələr meydanından Azad qadın heykəlinə qədər düşünün - I yazı
Yazarlar