Henrix Heyne: “Biz amal uğrunda çarpışırıq, qəzetlər də bizim qalalarımızdır” – V yazı
İlham Əliyevin böyük diplomatik uğurları bu çətin ərəfədə qüvvələr nisbətində Azərbaycanın tərəfdarlarını artırdı, Ermənistana meyilli olan ölkələri bitəfləşdirdi. Nadir şahdan üzü bu yana torpaqlarımızı çox itirmişik. Yağmalanan torpaqlar illər keçdiyindən yaddaşlarda tamam daşlaşmışdı. Amma indi biz yağmalanmış torpaqlarımızı geri qaytarırıq, həm də hərb yolu ilə, özü də dünyanı heyrətə salan yeni döyüş texnologiyaları ilə. Bunlar İlham Əliyevin torpaqlarımızı işğaldan azad etmək üçün çox dəqiqliklə müəyyən etdiyi strategiya ilə mümkün oldu. Çox doğru diplomatiyamız var bizim, çox təmkinli və uzaqgörən siyasətçimiz var bizim. Bu xətt başlanğıcını doğru, dəqiq siyasi-ideoloji fəaliyyətdən götürməmiş olsaydı, 44 günlük Zəfər də mümkün olmayacaqdı. Bunlar isə bilavasitə İlham Əliyevin siyasi müdrikliyi və qətiyyəti ilə mümkün oldu.
Prezident İlham Əliyev son iki yüz ildən artıq keçən müddətdə Azərbaycanın ərazi bütövlüyünü bərpa edən, həm də Vətən müharibəsi ilə bərpa edən lider kimi adını əbədi olaraq tarixə yazdırdı, Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini yaratdı. İlham Əliyevin Milli Qəhrəman adı daşımağa tam haqqı var, bu Zəfər dastanının müəllifi odur.
Biz müharibənin ilk günlərində "Ana və Uşaq.az ” saytında Ali Baş Komandanımızı xalqımızı qələbəyə apardığına əminliklə yazmışdıq : " ...Mən ürəyimə gələn bir arzumu da bildirəcəyəm. Rusiya tarixinin Kuzma Minin və Dimitri Pojarski adlı milli qəhrəmanları var.
1611-1612-ci illərdə bu qəhrəmanlar Moskvanı Polşa-Litva və İsveçin işğalından xilas ediblər.
... Yadellilər Rusiyadan qovulduqdan sonra Qızıl Meydanın yaxınlığında Pojarskinin və Kuzma Mininin şərəfinə bir abidə ucaldılıb və bu abidənin üzərində yazılıb: "Kuzma Mininə və Dimitri Pojarskiyə minnətdar olan Rusiya.”
Azərbaycanın ən uca bir yerində bu cür minnətdarlıq abidəsi mütləq ucaldılacaq. Üzərində də yazılacaq: "İlham Heydər oğlu Əliyevə minnətdar olan Azərbaycan”.
Hələliksə bu abidəni biz ürəyimizdə, gözümüzdə ucaldırıq.”
Mən Milli Ordumuzun rəşadətli əməliyyatlarını da televiziyadan, mətbuatdan izləmişəm. Mən xalqın orduya , dövlət başçısına sonsuz etimadını, dəstəyini gözümlə görmüşəm. Hamımız görmüşük, bütün XALQ görüb. Xatırlayırsınızsa, illərdir cəmiyyətdə müharibə çağırışları vardı, insanlar silah istəyirdilər, Ali Baş Komandandan əmr verməsini istəyirdilər. Amma Prezident münaqişənin işğalın beynəlxalq hüquq , beynəlxalq diplomatiya çərçivəsində dinc yollarla nizammlanmasına səy göstərirdi, xalqı da səbir və təm kinli olmağa çağırıdı. Xalq da ölkə başçısının siyasi xəttinə sədaqətlilik göstərdi. Keçən il İyul ayının 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar. Dağıntılarımız və itkilərimiz oldu. Bu, Vətən müharibəsinin başlamasına səbəb oldu. Ordumuz elə ilk gündən düşmənin layiqli cavabını verdi , xalq da bir nəfər kimi orduya, Ali Baş Komandana etimadını ortaya qoydu.
Bu etimad 44 gündə qazanılmayıb. 17 il davam edən ardıcıl cə məqsədyönlü fəaliyyətin nəticəsində mümkün olub. Xalqımızın Prezidentimizin rəhbərliyi ilə üçrəngli bayrağımız ətrafında cəm olması Ordumuzun qələbəsini labüd etdi. Müharibə düşmənlərimizin kapitulyasiyası ilə başa çatdı. Amma keçmiş işğal altında olmuş ərazilərdə təcavüzkar ünsürlər, hələ də terroristlər qalmaqdadır. Ərazilər başdan-ayağa minalanıb. Xaricdən və daxildən hələ də qələbəmizi ram edə bilməyən qüvvələr var. Hələ də təxribatlar davam edir, yəni mübarizə aktuallığı bir ay öncə necə idisə, bu gün də elədir. Bu gün də hərb əsgərləri necə səngərlərdədirsə, söz, sənət əsgərləri də eləcə müsəlləh olmalıdır, ideoloji savaşların önündə getməlidirlər. Qəzetçiliklə, televiziyonçuluqla məşğul olmaq başqa şeydir, əsgərləri olmaq başqa. Açığını deyim ki, Böyük Vətən müharibəsi başlayandan istər telekanallarda , istərsə də mətbuat səhifələrində müharibə ab-havası heç müharibədən əvvəlki vaxtlarda olduğundan heç də fərqlənmədi. Müəyyən fəaliyyət var idi, amma zəif idi, kordinasiyalı deyildi, çevik deyildi.
Sosial şəbəkələr olmasa idi, bir qədər də məlumatsızlıq vakkumuna düşmüş kimi olardıq.
Müharibə dövrünün ədəbiyyatı, musiqisi, teelviziyası bizə müstəqil Azərbaycanın bir qəhrəmanını təqdim etmədi. Bir mahnı bəstələnmədi, yazıçılar, bəstəkarlar cəbhələrdə olmadı, bir zabitimizdən və yaxud bir cəsur əsgərimizdən oçerk hazırlanmadı və s.
Bu gün kapitulyasiyadan 72 gün keçir. Sosial şəbəkələrdə əsgər və zabitlərimizin zəfər yolu ilə bağlı elə hadisələr, süjetlə paylaşılır ki, bunlar hələ həvəskar yayımdan başqa bir şey deyildir. Bunların heç biri itib-batmamalıdır. Torpaqlarımız üçün canını, qanını qurban edən oğullarımızın döyüş yolu haqqında məlumat və faktlar, xatirələr, şəkil və süjetlər canıyananlıqla toplanmalı tariximiz üçün, gələcək Vətən müdafiəçiləri üçün bir salnamə hazırlanmalıdır. Bunun üçün düşünülmüş bir xətt müəyyən edilməlidr.
Amma bu gün özəl telekanallarda, informasiya agentlikləri və saytlarda təqdir olunmaq balansı şou sənətçilərinin xeyrinədir. Elə məlumatlar, elə şəkillər paylaşılır ki, elə latihələr düzülüb qoşulur ki, bunlar müharibə ideologiyamızın tam əksinə idi.
Biz istər hər zaman "Ana və Uşaq.az” portalının səhifələrində bu barədə düşünə bildiyimiz qədər, görə bildiyimiz qədər mülahizə və təkliflərimizi ifadə etmişik, ayrı-ayrı saytlarda bu mövzuda yazılanlara hər vaxt reaksiya vermişik. Televiziya və mətbuatda davam edən sistemsizlik və özfəaliyyət haqqında cəmiyyətdən müəyyən qədər etiraz səsləndirilsə də, bir çox məşhur sənət adamları, jurnalistlər bununla bağlı narahatlıqlarını ifadə etsələr də, bu istiqamətdə heç bir irəliləyiş olmadı. Aşınma bu gün də davam edir .
Qulu müəllim iradlarında çox haqlıdır ki, özəl kanallar sahibkarlar televiziyadan öz şəxsi dükanları kimi istifadə edirlər.
Mətbuatda, özəl kanallarda bu gün üzdə olanlar daha çox kimlərdir, daha çox kimlər danışır, daha çox kimlər əriştə kəsir, umac ovur: elə bizim özəl kanallarımızın, mətbuatımızın zorən populyarlaşdırdığı , yeri gəldi-gəlmədi hər məsələyə qatıb rəy soruşduğu , mikrafon verdiyi Əli Mirəliyev, Nadir Qafarzadə, meyxanaçı Samir, Səməd Səmədov, Tünzalə, Abbas Bağırov, İzzət Bağırov, Manaf Ağayev, Lalə Məmmədova, Günay İbrahimli, Röya, Elgiz, Tolik, Murad Arif, Afət Fərmanqızı, Afaq Aslan və s. Bu siyahı daha uzundur.
Əvvəlki yazımızda elə Murad Arifin özünün bir fikrini sitat gətirmişdik: "- Bu gün aparıcı olmaq su içmək kimi asan bir peşəyə çevrilib. Televiziyada olan insan ağıllı bir veriliş fikirləşir, qohum-əqrəbasından özünə sponsor tapır, onun dəstəyi ilə kanala gəlir və pulunu verib efirə çıxır. Televiziya aparıcısı olmaq su kimi asandır”.
Murad Arifin sitat gətirdiyimiz müsahibəsindən daha başqa bir sitat: "Mahnı yazıram, musiqi bəstələyirəm, veriliş aparıram...
... azdığım mahnıları özüm ifa etmək istəyirəm. Hazırda bu layihə üzrə çalışıram”. Vikipediya səhifəsində də Murad Arif belə təqdim olunur: müğənni, bəstəkar, musiqi prodüseri, şoumen və jurnalist...
Bildiyimcə, M.Arif ixtisasca beynəxalq iqtisadi münasibətlər üzrə mütəxəssisdir. Onda hələlik ictimaiyyətə məlum olan bu 5 ciddi fəaliyyət sahəsi üzrə qabiliyyət necə ola bilər?
Mən bir dəfə onun musiqi bəstələdiyi və yenə bu mətbuatın, özəl kanalların dilə-dişə saldığı, məşhurlaşdırdığı mahnının mətnini tapıb oxudum. Yazıçılar İttifaqı Susur, Bəstəkarlar İttifaqı susur, Mədəniyyət Nazirliyində olmur, telekanallar da izləyiciçox olsun deyə, hər şeyə göz yumur və yaxud nələr baş verdiyini, bunların hansı auditoriya, necə auditoriya yarada biləcəyini görmürlər, üstündən 3-5 il keçəndən sonra bu cür çoxsahəli fəaliyyət sahəsi olanlar da başlayırlar Əli Mirəliyev kimi, Nadir Qafarlı kimi fəxri ad umu-küsüsü etməyə. Deyirlər ki, ölkələr gəziblər, Azərbaycanın hər bölgəsində olublar. Pərəstişkarları, izləyiciləri saysız-hesabsızdır və s.
Əvvələn, bunlar Azərbaycandan kənarda necə konsert verə bilərlər, hansı ifanı dünya səviyyəsinə çıxara bilərlər? İkincisi, Zaur Kamalın öz verilişlərinə kimləri dəvət etdiyini, verilişi necə apardığını görmürsünüzmü? Bu tipli verilişlərin hamısı belədir. Ona görə də televiziyamız, mətbuatımız bu gün sovet dövründəki kütləviliyini, marağını, təsir gücünü itirib.
Bu gün, doğrudan da, televiziya aparıcısı olmaq nə qədər asandırsa, belə aparıcıların əhatəsində ekrana çıxıb müğənnilik etmək, bir qadın sənətçi ilə klip çəkdirmək, verilişlərə dəvət olunmaq, manşetləri zəbt etmək ondan da asandır. "Ne ujeli" ayda heç olmazsa ən azından 5-6 dəfə 3-4 saatlıq toy tutmayacaqsan. Hündür mərtəbəli binaların təhlükəli vəziyyətdə divarlarını çöldən suvayan, rəngləyən inşaatçı kimi əziyyət çəkməyəcəksən, hər an ürəyin qorxudan ağzına gəlməyəcək, gedib hansısa toyda yarım saat, 1 saat bu diringiləri səsləndirəcəksən, onsuz da içkinin təsirindən o vəziyyətdə hər züy səsi onları lap kövrəldəcək, qızışanı bir az da qızışdıracaq. Yarım saatlıq, 1 saatlıq toyun qiyməti 3 min manatdan 7 min manatadək olacaq, inşaatçı 3 ay mancanaqdan sallanıb fasad rəngləyir, bu pulu ala bilmir. İsti yerdə oturursan, ürəyin istəyən yemək, meyvə, içmək də stolunun üstündə sərgi kimi. Rəqqasələr də əhatəndə.
İnsanlar haqlı olaraq belə nizama çox narazıdır. Bunu aidiyyəti yaradıçı təşkilatlar, televiziya və mətbuat rəhbərləri düşünməlidir, İdeologiyamıza, sənətimizin, ədəbiyyatımızın təbliğinə məsul edilmiş şəxslər fikirləşməlidir.
Tutaq ki, mədəniyyətimizin bağrında şıdırğı gedən bu sənətçilərin poeziya haqqında anlayışları yoxdur, onlar şeir haqqında ən sadə biliklərə malik deyillər. Bəs Yazıçılar Birliyi, Bəstəkarlar İttifaqı, bəs Mədəniyyət Nazirliyi, bəs Televiziya və Mətbuat şuraları, telekanallar özləri niyə loyallıq edirlər, bu cür zəif mətnlərin televiziya və radio kanallarına yol tapmasına nə üçün göz yumurlar? Bəzən tanınmış bəstəkarlar özləri belə zəif mətnlərə mahnı bəstələyirlər. Təqdim etdiyimiz və edəcəyimiz bu mahnı mətnlərinə fikir verin, bunlar poeziya nümunəsi hesab edilə bilərmi? Bu mahnının sevgililərdə (o da guya ha) yaratdığı assosiasiya onları hara aparıb çıxacaq. Pozulan evliliklərin keyfiyyət tərkibinə fikir versəniz, çox böyük hissəsi yeni evlənənlərin hesabınadır.
Mən hesab edirəm ki, belə diringi mahnıarın sürətlə artmasında ən ciddi cavabdehlik adlarını çəkdiyim qurumların üzərinə düşür.
Davamı var...
Oxşar postlar:
- Henrix Heyne : “Biz amal uğrunda çarpışırıq, qəzetlər də bizim qalalarımızdır” – IV yazı
- Henrix Heyne : “Biz amal uğrunda çarpışırıq, qəzetlər də bizim qalalarımızdır” – II yazı
- Henrix Heyne : “Biz amal uğrunda çarpışırıq, qəzetlər də bizim qalalarımızdır” – I yazı
- Mətbuat, televiziya nə yazır, nə göstərir və ya necə yazır, necə göstərir (VI yazı)
- İpə-sapa düzülmüş incilər (ıı yazı)
- Oxunub: 126
- Şərhlər: 0
- Bölmə: Baş redaktor
Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.
Ən çox oxunanlar
Təhsil, məktəb və müəllim əməyi haqqında uşaq, müəllim, valideyn , indi də müstəqil jurnalist kimi təəssüratlarım ( IV yazı)
Qadındır müqəddəs,qadındır yüksək...
Təhsil, məktəb və müəllim əməyi haqqında uşaq, müəllim, valideyn , indi də müstəqil jurnalist kimi təəssüratlarım ( VIII yazı)
Tarixi şəxsiyyətlərin həyatından maraqlı faktlar (IVyazı)
Təhsil, məktəb və müəllim əməyi haqqında uşaq, müəllim, valideyn , indi də müstəqil jurnalist kimi təəssüratlarım ( VII yazı)
Əhməd bəy Ağaoğludan çox canıyanan bir dəyərləndirmə
Görmək istəyib-istəməməyimizdən asılı olmayaraq, Polis 24 saat bizi qoruyur
Henrix Heyne: “Biz amal uğrunda çarpışırıq, qəzetlər də bizim qalalarımızdır” – XI yazı
Sayın Ərdoğana TƏBRİK
Fəvvarələr meydanından Azad qadın heykəlinə qədər düşünün - I yazı
Yazarlar