» » Henrix Heyne : “Biz amal uğrunda çarpışırıq, qəzetlər də bizim qalalarımızdır” – III yazı

Henrix Heyne : “Biz amal uğrunda çarpışırıq, qəzetlər də bizim qalalarımızdır” – III yazı


Henrix Heyne : “Biz amal uğrunda çarpışırıq, qəzetlər də bizim qalalarımızdır” – III yazı

 

İnsanlar gələcək həyat uğrunda mübarizələrində  hər zaman   ictimai məzmunlu sözdən, ədəbiyyatdan, hər hansı bir sənət nümunəsindən  əxz etmişlər ki, bu da    təbiidir, həm də  ciddi bir məntiqlə bağlıdır. İnsan düşünür ki, qəzetdə , ədəbiyyatda yazılan söz, fikir adi adamların sözü, fikri  deyildir. Bu fikirlər hansısa  müdrik adamlar tərəfindən deyilib.  Kim  belə  fikirlərin ardınca gedərsə, ziyan görməz, əksinə səadətə qovuşar.   Televiziya, sənət, radio isə   fikir və ideyaları  hərəkətli və görüntülü  ifadə etdiyi üçün   dinləyicinın, tamaşıçının  qəlbinə daha emosinal təsir  göstərə bilir. Ona görə də mətbuat, televiziya və ayrı-ayrı sənət növləri  hər zaman qüdrətli təbliğat vasitəsi olubdur.  Təəssüflər ki,  bu gün  televiziya  və mətbuatın məzmununda əyləncə meyli  daha üstündür.Çünki  qeyri-peşəkarlar bu gün televiziyaya da,   mətbuata da   çox asanlıqla  yol tapa bilirlər.  Rahat, səliqə-sahmanlı, əyləncəli iş yeridir. Pis də qazanmırlar. Allah hamının əməyini ruzili etsin.  Amma  bu əmək də gərək  ictimai faydalı olsun.   Cəmiyyətə, onun ideallarına  yönəlikli olsun.

Cəmiyyətin əxlaqi-mənəvi saflığı  da məhz birinci  növbədə  insanların təhsilli, sağlam mənəviyyatlı,  nəcib ideyalar daşıyıcısı  olmasından asılıdır. Bu,  həm də cəmiyyətin  xilası deməkdir. Çünki əxlaqın çoxaldığı  yerdə  dövlətin xərci də azalar.   Mənim fikrimcə,   bizim orta və ali məktəbdə oxuduğumuz illərdə  ideoloji tərbiyə məsələsinə  diqqət daha çox idi.  Səhv etmirəmsə,  keçən 80-ci illərin axırlarında Bakıda -  keçmiş Lenin adına Sarayda  4 gün davam edən Ümumittifaq miqyaslı çox sanballı elmi-praktik konfrans keçirilmişdi.  Gənclərin  mənəvi tərbiyəsinin aktual problemlərinə həsr  edilmiş  bu konfrans   İttifaq miqyasında  çox böyük  bir ideoloji  tədbir idi.  Televiziya, mətbuat   günlərlə bu tədbirlərdən bəhs etdi,  mənəvi tərbiyənin gərəkliliyini  izah etdi. Televiziya, mətbuat   təkcə   belə tədbirlərlə deyil ,   hər zaman  mənəvi,  ideoloji  mübarizəmizin tribunası idi.

İdeoloji təbliğat, mənəvi tərbiyə  məsələləri ilə bağlı   bütün fəaliyyətlər koordinasiyalı şəkildə sistemli aparılırdı.

Onda  indiki kimi,  hər boz kəllədən bir səs çıxmazdı.  Cahan süfrəsinə  bir töhfə   bəxş etməyən  kim isə heç vaxt özünü qəzetə, ekrana dürtməzdi. Sözü  ziyalılar deyərdi: alimlər,   dövlətin və xalqın  sayıb-seçdiyi sənətkarlar deyərdi.  Ona görə ki, deyilən söz qəlblərə, beyinlərə yol tapa bilməliydi,  insanı  cəmiyyətin ali   dəyərlərinə  bağlaya bilməliydi,  onu eşidənlərdə neqativ  hallara barışmazlıq   hissi yaratmalı  idi, yüksəlişə  hədəflənmiş fəaliyyətlərə  yeni impuls gətirə bilməliydi.  

 İndi tam əksinədir və yaxud  sayıb-seçilmək  mizan tərəzisində balans işbazların xeyrinədir. Sərvətlərini, macəra həyatlarını  nümayiş etdirənlərin,  poza verənlərin, 2-3 dəfə boşanıb evlənənlərin xeyrinədir.

İndi  nə olsa, o barədə  belə adamlar danışırlar: "Radioda, televiziyada danışırlar”, "Gündüs saat 1-də danışırlar, gecə saat  2-də  danışırlar”…  Nə qulaq asan var,  nə oxuyan. Şou psixologiyası əfkari-ümumiyyəni   elə bürüyüb ki,  gənclər və yeniyetmələr arasında   bu səmtə güclü axın  açıq-aşkar hiss edilməkdədir.   Cəmiyyətin nisbətən yaşlı təbəqəsi əsəbiləşməmək naminə  mətbuata, televiziyaya  heç maraq göstərmirlər.

İnsanların, cəmiyyətin şou  dünyasından tamam  fərqli istək və ehtiyacları   da  var. Televiziya və mətbuat  bi istək  və ehtiyaclara xidmət etmək  missiyasını  üzərinə götürmək istəmir  və yaxud da bunu  bacarmır.


 Sitat:  "...Televiziyalarımızın son 10-15 ildə ciddi yaradıcılıq böhranı keçirir. Düşük şou proqramlarının artması, ekranda ciddiliyin itirilməsi, ucuz təbliğatın və bayağılığın çoxalması, insan talelərinin şouya çevrilməsi, maarifçi proqramların yoxa çıxması, əyalət təfəkkürünün qabarması, forma və məzmun kasadlığı TV-lərimizin ciddi nöqsanlarıdır...".

 Qulu Məhərrəmli, filologiya elmləri doktoru, BDU-nun professoru;

 "Əməkdar jurnalist",  AZLEKS elektron lüğətlər toplusunun baş redaktoru,

"Jurnalistikanın inkişafına yardım" fondunun sədri

 

 Sitat :  "Özəl kanallarda bu prinsiplərin pozulma halları özünü daha çox büruzə verir. Tarixən jurnalistikanın bir təməl funksiyası olub:  İctimai fikri formalaşdırmaq. Elə zənn edirəm ki, hansı kanal rəhbərliyində ki, jurnalistika təhsili olan jurnalistlər işləyir, orada bu prinsip əsas meyar kimi götürülür. Amma bununla hər şey bitmir, kəmiyyət ölçü meyarı kimi götürülüb, keyfiyyət ikinci plana atıldığı müddətdə qüsurlar özünü əks etdirəcək. Müasir kanallar jurnalistikanın maarifləndirmə və bilgiləndirmə funksiyasından daha çox əyləndirmə funksiyasına üstünlük verdiyi müddətdə  kanallarda yeniləşmə və ümumtədqiqat işlərinə ehtiyyac duyulur və duyulacaq. Analitik proqramlar, maarifləndirici və həmçinin ictimai əhəmiyyət kəsb edən ciddi mövzular üzərində proqramlara üstünlük verilsə, yaxşı olar. Hər hansı bir film çəkiləndə belə, ictimai mesaj ötürə biləcək filmlərin, serialların yayımlanması daha məqsədəuyğun olar. Doğrudur, bəzi kanallar sırf musiqi, xəbər formatı üzərində qurulur və ixtisaslaşmış kanal hesab edilir. Amma hər ehtimalda maarifləndirmək və bilgiləndirmək birinci olmalıdır. Musiqi kanalı zövqün formalaşmasına xidmət etməli, xəbər kanalı məlumatlandırıcı və aydınladıcı xarakter daşımalıdır. Hər ehtimalda jurnalist öz mövqeyini ortaya qoya bilməz.”

 Ümid Oruc, 1919-cu ildə Bakı Dövlət Universitetinin (BDU) -nun

jurnalistika fakültəsinin 4-cü kurs tələbəsi  ikən dediyi fikirlər

 

Sovet  dövründə mətbuatda gedən heç  bir tənqidi yazıya, heç bir sosial problemin həllinə yönəli fikrə laqeyd qalmazdılar: istər  ali orqanlar, istərsə də  problemin  aidiyyəti  üzrə olduğu sahə  üzrə icra  strukturları  tərəfindən.

İndi   belə problemlərlə bağlı   müraciətlərə məhəl qoyulmur,  problemlər həll edimək əvəzinə gizlədilir, yumşaldılıb başqa  adla təqdim edilir. Nəticədə,   bu gün həll ediləsi problem problem kimi zaman-zaman  yenə qarşıya çıxır, yenə narazı təbəqənin sayını artırmaqda davam edir.

Məsələn, "Yeni Sabah.az” saytında   ciddi  bir yazı verilib(https://yenisabah.az/agsuda-yasil-soyqirim-22-palid-kokunden-kesilib).

Henrix Heyne : “Biz amal uğrunda çarpışırıq, qəzetlər də bizim qalalarımızdır” – III yazı

 

Ağsu rayonunun Xasdərə kənd sakini Quliyev Əfras Səttar oğlunun Yenisabah.az-a verdiyi məlumata görə,  bu kəndin qəbiristanlığında yüzillərlə yaşı olan  22 palıd ağacı kəsilib.   Vətəndaş rayon, respublika miqyasında  getmədiyi, yazmadığı təşkilat qalmayıb. Bu yaşıl soyqırım 8-9 ay bundan əvvəl  baş verib. Hadisəyə təkcə yaşıl soyqırım deməməliyik, bu, həm də vandalizmdir, bir obanın  məzarlığına korporativ maraqların  təcavüzüdür.

 Yüzillərin   palıd ağacı  kibrit çöpü deyil ki, işbazlar  bir-bir ciblərinə qoyub sürüşüb aradan çıxıblar.

 Görünür,  yaşıllıq brokenyerləri   "kəndxudanı görüb  çapıb talayırlar”. Müraciət edilməyən yer qalmayıb: Mətbuat Şurasına,  AzTV-yə  və s.

Rayonu idarə edənlər , guya, bu hadisədən xəbərsizdirlər, amma  o ərazidə yaşayan insanlar bunu bilirlər. İndi, sizcə, bunu bilən adamların  belə dərəbəylikdə  sapınmalara yol verməyəcəyinə inanmaq olarmı?

  Mən  internetdən oxuduğum  bu məlumatdan  dəfələrlə yazılarımda istifadə etmişəm və bird aha həmin məlumatı təqdim etməyə  ehtiyac duydum: "Arizonada bir kaktusu kəsməyin cəzası 25 il həbsdir”. Amma   Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hərdən qəzetlərdə  məlumatları dərc olunur. Guya reyd keçiriblər, neçə protokol  yazılıb və bu qədər ağac kəsilməsinə  çox cüzi cərimə təyin ediblər.  Ağacları bu şəkildə  kəsib  qiymətli xammal kimi istifadə edənlər qalır kənarda, bunlar  həmin kəsilmiş ağacların budaqlarını, yöndəmsiz gövdələrini yandırıb kömür  edənlərə qarşı  reyd keçirirlər. Bu, nə idarəçilikdir? Məhəllələrdə,  gözdən-könüldən nisbətən uzaq ərazilərdə   illərdir   ağaclar qar-yağış suyunun  ümidindən sallanıb yaşayırlar.Nə yaşıllaşdırma idarəsi, nə  yerli bələdiyyəlr, nə də insanların salamatçılığı, ətraf mühitin  təmizliyi üçün birbaşa cavabdeh olan Ekologiya və Təbii Sərvət Nazirliyi bunları görmür. Amma  bu nazirlik şadlıq evlərindən çıxan tütülərianındaca  görür?

 

 Molla Nəsrəddinin adına söylənilən yumorlu, amma çox dərin məna və  istehzalı gülüş doğuran  bir lətifəsi var:

 

-Molla  bir dəfə nahar fasiləsi zamanı evinə  tələsirdi, özü də bərk   ac idi. Evlərinin yolu da düz bazarın  yanından keçirdi.  Molla  bazarın qapısına  yaxınlaşanda bazarda satılan təzə, isti halvanın iyi bunu vurub məst edir. Molla yaxınlaşır, sinilərə yaxılmış  halvara baxdıqca, ağzı sulanmağa başlayır.  Başlayır guya  yoxlayırmış kimi ondan bir az, bundan bir az qoparıb yeməyə. Satıcı bunu hiss edir və irad edir. Amma molla öz qaydasınca davam edir. Satıcı və  köməkçisi mollanı yıxıb kötəkləməyə başlayırlar. Molla da kötəklədikcə də yeyirmiş və deyirmiş ki, bunun qiyməti  budursa, döyün, bir qədər də yeyim. İndi mətbuatda xəbərə tuş gələn məmura  gözün üstə qaşın var deyən yoxdursa, o da deyir ki, bunun cəzası     hansısa sayt  xəbərində yazılmaqdısa, lap  nə qədər istəyirsinizsə, bir az da üstünə qoyub yazın. 

 

Henrix Heyne : “Biz amal uğrunda çarpışırıq, qəzetlər də bizim qalalarımızdır” – III yazı

Davamı var... 

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz