Henrix Heyne : “Biz amal uğrunda çarpışırıq, qəzetlər də bizim qalalarımızdır” – II yazı
Bu gün bəzi dövlət qəzetləri və televiziyalarını çıxmaq şərtilə kütləvi informasiya vasitələrinin əksəriyyətində elə bil ki, hədəf yoxdur. Bunların uzaq hədəfləri yoxdur.
Tirajladıqları layihənin, proqramın, yazıların cəmiyyət üçün ictimai məzmunu, gərəkliliyi nəzərə alınmır. Zatən belə proqramı düzüb-qoşan, ərsəyə gətirənlər bunu heç bacarmazlar da. Çünki orada belə nizamı, meyarı müəyyən edən, müəyyən etdiklərinin başında duranlar S.M.Kirov adına Azərbaycan Dövlət Univeristetinin xalis, saf jurnalist kadrları deyil, təsadüfi adamlardır. A.Alışanov hara, Azərbaycan televiziyası hara? Tolik, Zaur Kamal, Zaur Baxşəliyev, Elgiz, Yusif Ağayev, Əl Mirəliyev, Namiq və daha kimlər hara, auditoriya idarə etmək hara: Guya Tolik, Zaur Kamal proqramları ilə cəmiyyəti maarifləndirir, vacib informasiya çatdırır? Kim istəyir gedib kanallarda veriliş aparır.Bu kanalda davam edə bilmir, çıxarırlar, gedib o biri kanallarda acıq verir.
Aparıcının biri ekranda cəmiyyətin gözü qarşısında iştirakçının birini dəfələrlə öpür ki, "baldır-bal”,
"5/5" verilişində aparıcı Zaur Kamal sənətçilərə həkim paltarı geyindirib və böyük ekranda müğənnilərin fotolarını göstərərk, "Cərrah olsaydın, onun harasın kəsərdin" sualını ünvanlayır. Kimin nə cavab verdiyi heç vacib deyil, problemin qoyluşu özü biabırçılıqdır, səviyyəsizlikdir. Və yaxud daha digər veilişlərinin birində yadınızdadırsa, aktrisa Nəzakət Məmmədova ilə olan mükaliməsi izləyicilər tərəfindən ikrahla qəbul olunmuşdu.
Zaur Baxşəliyevi efirə hamam xalatı ilə çıxmışdı, izləyicilər bunu qınaqla qarşılamışdılar. Amma həmin vaxtlar MTRŞ rəsmisi bildirmişdi ki, MTRŞ Zaur Baxşəliyevin efirə hamam xalatı ilə çıxması ilə milli-mənəvi dəyərlərimiz arasında heç bir ziddiyyət görmür. Amma biz də başqa cür fikirləşirik. Bizim yaşda olan nəsillər alt geyimləri deyəndə ağıla gələn yalnız ataların-babaların geyindiyi topuğa kimi olan ağ köynək və tuman olardı. Heç onları da analar yuyub ipin üstünə elə sərərdilər ki, o vaxt sərədilər ki, həyətə qəflətən gələn qohum-qonşu, qonaq- hər kim görməsin. Biz belə ağ tuman -köynəyi ancaq 1-2 filmdə görmüşdük, bir də o vaxt çəltik zəmilərində işləyən əmilərdə, dayılarda. Onlar ayaqqabılarını çıxadıb dizəcən çırmalanardılar, bu zaman dizdən aşağı qatlanmış həmin tumanın balaqları üstdə qalırdı. Və yaxud yayda taxıl, ot biçini zamanı tarla da, texnika da bizə maraqlı gələrdi deyə, evlərimizə yaxın ərazilərdə gedib tamaşa edərdik. Onda görərdik, zəhmət adamları isti olduğu üçün köynəklərini çıxardardıb altdakı ağ köynəkdə işləyərdilər. Bu köynək həm də mayka rolunu oynayarmış. Kim idi mayka bilən, mayka görən, mayka geyinən. Ağ köynəkdə tarlanın ortasında qızmar Günəşin altında işləmək həm də bu əmək adamları bilməsələr də, günəş şüalarını dəf edirdi.
O vaxt heç kişi paltarlarının bəzilərini gözlə görünən yerə sərməzdilər. İndi nə kişi, nə qadın paltarı , nə qorunmaq? Hara gəldi sərirlər, bəzən günlərlə ipdən asılı qalır. Ona görə də 50 il bundan əvvəlin ədəb-ərkanı,
İzzət-hörməti bu günün geyim düşüncəsindən çox-çox yüksəkdə idi.
Tüklü ayaqlarını gözümüzə dürtə-dürtə hamam xalatında efirə çıxan Zaur Baxşəliyev bir dəfə də Günayı yarımbükülü vəziyyətdə belində otaqda gəzdirmişdi.
Tolik jurnalistika ixtisası üzrə təhsil alıbmı və yaxud filoloji təhsillidirmi? Vaxtilə televiziyaya əməkdaş seçəndə zahiri görkəmdən tutmuş səhnə hərəkətlərinə, nitq mədəniyyətinə və s. xüsusi diqqət yetirirdilər. Televiziyaya işə götürülmək hər oğulun, hər qızın işi deyildi. Amma indi Zaur da, Tolik də, Elgiz də və daha neçə bu peşəkarlıqda digər layihə müəllifləri də hansı özəl telekanala üz tutsa, işə götürüləcəklər. Bu özəl telekanallar ideyalar doğurmağa, ideyalar qorumağa var olmayıblar ki...
Tolikin adı gələndə ziyalı dinləyicilərin anındaca şövqü, ruhu gedir yerin ən dərin qatlarına. İndi bu adam çıxıb cəmiyyətə elan edir ki, üzərində 2 saatdan artıq liposaksiya əməliyyatı edilib və qarnından 5 kilodan çox piy çıxarılıb. Utancdır , vallah utancdır. Sovet televiziyasının başına gündə 100 dəfə dolanaram.
Tolik bir vaxt Əbülfəz Elşibəyi təhqir etmişdi. İndi də əsgəri təhqir etdi. Hansı ki verilişlərində həmişə deyirdi ki, arxa cəbhədə sursat, paltar daşımağa, kartofunu soymağa hazırdır. İndi əsgərə "kül sənin başına” deyir...
Sovet dönəmi olsa idi, bu şəxs televiziya yox, heç radioya da yaxın buraxılmazdı. İndi buna hərbçinin, müəllimin əmək haqqından da çox o qədər maaş verirlər ki, bu özündənrazı aparıcı əsgərə qarşı belə xitab edir, özünü cəmiyyətə əli-ayağı çox yerə çatan şəxs kimi göstərməyə çalışır. Guya xeyriyyəçilik edir, ev alır, avtomobil bağışlayır. Bunların heç biri humanist duyğularla bağlı deyil. Digər bir neçə şou adamı da belə hərəkət etdi. Belə humanizm olmur. Onlar da kitabxana, arxiv, muzey əməkdaşı, müəllim kimi güclə ailəsini dolandıracaq maaş alsalar, 1 qəpiklərindən keçməzdilər. Kitabxana işçisi, biblioqraf, arxivşünas, müəllim isə həyatları boyu az maaşla vəzifələrini icra etməkdədirlər.
Bunlar vətənin çətin məqamlarında Tolikdən çox istəyərlər daha canıyananlıq etsinlər. Maaşları buna imkan vermir axı. Guya Tolik, hansısa şou müğənnisi müəllimdən, kitabxanaçıdan çox zəhmət çəkir? Bunlar həyatın anomaliyalarıdır.
Bu cür aparıcıları zorla televiziya məkanının məşhurlarına çevirib ideologiya müstəvisində böyük auditoriya vermək özü bir xətadır.
Onlar, onların təqdir etdiyi şouçular, sadəcə, özlərini reklam edirlər, özlərini auditoriyalarının fövqünə qaldırılar.
Bunların dü əməllbaşlı bilikləri də yoxdur. Bunlar heç bizm ədbi-tarixi şəxsiyyətlərimiz haqqında yetərli biliyə malik deyillər.
Sevimli aktyorumuz Hamlet Hanızadənin adına feysbuk səhifəsi var. Bizim ədəbiyyatdn, tarixdən adi məlumatları olmayan bəzi televiziya jurnalistləri elə bilir ki, mərhum aktyorumuz sağdır və onu öz verilişlərinə dəvət edirlər. Bunu aktyorun qızı bildirib. Onda özəl telekanallarda, həqiqətən də, Murad Arif demiş, "Televiziya aparıcısı olmaq su içmək kimi asandır".
Belə nizamlama ilə hələ bizim cəmiyyətin intellektual bazasına şükür etmək lazımdır. İnsanlara beyinləri sakitləşdirən əyləncə də lazımdır, yumor da lazımdır, özünün bacara bildiyi özfəaliyyət yaradıcılığı da. Amma bunlar, əzələn, ölmülüb-biçilməlidir, gərəkliliyi əsaslandırılmalıdır, ikincisi isə, balanslı şəkildə olmalıdır.
Bu gün XXI əsrdir - yeni sivilizasiyanın ilk onillikləridir . Yeni sivilizasiya qədəm qoyduğumuz bu əsri dünyaya "Təhsil əsri” – "İntellekt əsri” kimi bəlirtilədi, ictimai fikirdə bir elmi-texniki tərəqqi assosiativliyi yaratdı. Bu gün dəfələrlə eşitdiyimiz "qloballaşma” termini də bu sivilizasiyanın bətnindən nəşət etmişdir, onun müsbət tərəfləri bərabər mənfi tərəfləri də vardır.
Qloballaşma dünya bazarının siyasəti idarə etməsi istəyidir, bir Amerika dəyəridir: iqtisadi sahə ilə yanaşı, siyasi, sosial və mədəni aspektlərə də öz təsirini göstərməkdədir.
Mütəxəssis olmadığımdan qlobaqllaşmanın iqtisadi, sosial sahədə yeri və təsiri ilə bağlı deyə bilməyəcəyəm.
Amma filoloji təhsilli olduğum üçün sosial və mədəni aspektlərdəki mənfi təsirlərindən bəhs edəcəyəm. Təbii ki, qloballaşma dünyadakı bütün ölkə və xalqların hər sahədə birliyinə xidmət etməlidir, xalqlar və ölkələr bir-birlərindən üstünlük dərəcələrinə görə fərqləndirilməməlidir. Hər bir ölkə bu nizamla öz inkişaf və səadətini təmin etməli və yalnız bundan sonra öz yolu ilə getməlidir. Qloballaşma, bax, onda ümumdünya sabitləşməsinin mərkəzinə çevrilə biləcək.
Amma görünəni budur ki, Fransa, Amerika, İngiltərə, Almaniya kimi əsgərləri, dolları, avroları qədərsiz olan ölkələr bu nailiyyətlərinin hesabına digər ölkələrə, xüsusən zəif ölkələrə necə yaşamağı, nə etməli olduqlarını diqtə etmək istəklərindən heç vaxt əl çəkən deyillər. Sərhədsiz dünya ideyası ilə dağların, dənizlərin, okeanların o tayından bu tayına gələn fövqəl dövlətlərin gəldikləri yerlərdə sərbəst hərəkət etməsi üçün bu ölkələrdə milli düşüncənin, müstəqillik və istiqlal duyğularının, əsl demokratiyanın olmaması lazımdır. Əksinə, onlar "cahan süfrəsinə bir nemət verməyən” adamları mövcud hakimiyyətlərin əleyhinə qaldırmaqla ölkənin iqtisadi, siyasi sütununu laxladır, separatçılığa, terrorçuluğa stimul vernməklə , narkobiznes və silah qaçaqmalçılıq şəbəkələrini genişləndirirlər.
Bu isə iqtisadi-siyası inkişafımıza əngəl olduğu kimi, mənəvi unkişafımıza da Azərbaycan üçün xarakterik olmayan düşüncə, əxlaq və həyat tərzi gətirdi və gətiməkdə davam edir.
Bəxtiyar müəllimin şeirdə dediyi kimi:
Həftələr dəyişdi, gönlər dəyişdi,
Tərəflər dəyişdi, yönlər dəyişdi.
Qiblələr dəyişdi, dinlər dəyişdi,
İtə ot verilir, ata ət, Allah.
Davamı var...
Oxşar postlar:
- Oxunub: 222
- Şərhlər: 0
- Bölmə: Baş redaktor
Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.
Ən çox oxunanlar
Təhsil, məktəb və müəllim əməyi haqqında uşaq, müəllim, valideyn , indi də müstəqil jurnalist kimi təəssüratlarım ( IV yazı)
Qadındır müqəddəs,qadındır yüksək...
Təhsil, məktəb və müəllim əməyi haqqında uşaq, müəllim, valideyn , indi də müstəqil jurnalist kimi təəssüratlarım ( VIII yazı)
Tarixi şəxsiyyətlərin həyatından maraqlı faktlar (IVyazı)
Təhsil, məktəb və müəllim əməyi haqqında uşaq, müəllim, valideyn , indi də müstəqil jurnalist kimi təəssüratlarım ( VII yazı)
Əhməd bəy Ağaoğludan çox canıyanan bir dəyərləndirmə
Görmək istəyib-istəməməyimizdən asılı olmayaraq, Polis 24 saat bizi qoruyur
Henrix Heyne: “Biz amal uğrunda çarpışırıq, qəzetlər də bizim qalalarımızdır” – XI yazı
Sayın Ərdoğana TƏBRİK
Fəvvarələr meydanından Azad qadın heykəlinə qədər düşünün - I yazı
Yazarlar