» » Sülhməramlı missiya tərəflər arasında tərəf olmamalıdır

Sülhməramlı missiya tərəflər arasında tərəf olmamalıdır

Müəllif: Anaveusaq.az от 2-01-2021, 00:10
Sülhməramlı missiya tərəflər arasında    tərəf olmamalıdır

Dünən internetdə daha bir yazı paylaşılmışdı, yəqin ki, görmüsünüz, oxumusunuz.
Laçında sülhməramlı missiyanın əsgəri Yeni illə bağlı tost deyərək erməniləri narahat olmamağa çağırdı və bura məhz onlar üçün gəldiklərini bildirdi:
"Biz ona görə burdayıq ki, hər şeyi yerbəyer etməliyik. Sizi əmin edirəm ki, tezliklə hər şey qaydasına düşəcək. Hətta nağıllarda da yekunda hər şey belə bitir – xeyir şərə qalib gəlir. Əgər söhbət qorxudan gedirsə, hamımız qorxuruq. Amma siz geri dönməlisiniz. Necə deyərlər, risk etməyən, şampan içməz. Doğrudur, hazırda mən şampan yox, meyvə şirəsi içirəm, amma bunu sizin şərəfinizə qaldırıram və bildirmək istəyirəm ki, yolunuzdan dönməyin. İrəli gedin və heç kimdən qorxmayın. Yeni iliniz mübarək!”

Sülhməramlı missiya tərəflər arasında    tərəf olmamalıdır

İndi deyəcəklər ki, guya, bu, bütün rus ordusunun mövqeyi demək deyil,həmin əsgərin fərdi baxışıdır.Onda belə əsgərin sülhməramlı heyətdə nə işi var? Əgər indiyə kimi onların digər sülhməramlılıq missiyalarında bu cür ikili standart olmazdısa, indi bu əsgər də bizim torpaqda həddini aşa bilməzdi.
Əslində, bu gün bizim Böyük Vətən müharibəsinin Qələbəsinədək tanıdığımız, bildiyimiz keçmiş sovet ordusunun keyfiyyət tərkibi - statusu, məzmunu, ruhu da dəyişib. Sülhməramlılar, ümumiyyətlə, hansı ölkədə olmasından asılı olmayaraq, münaqişəli vəziyyətləri normallaşdıqmaq üçün cəlb olunurlar.Onlar barşıdırıcılıq mövqeyində olmalıdırlar, tərəfsiz, ədavətsiz olmalııdrlar. Məlum süjetdə rus sülhməramlısı tost dediyi zaman yanında , yəqin ki, əsgər yoldaşları da olub, onların üstündə kiçik heyətdən də olsa, bir komandir də olub. Əsgər belə danışırsa, onu digər yoldaşları və komandiri sülhməramlı adına ləkə gətirən bu davranışa görə hansı birininsə tükü tərpənibmi? Adətən, hüquq-mühafizə orqanlarında , təhlükəsizlik, sərhəd və kəşfiyyat orqanlarında xidmət edənlər siyasi cəhətdən daha hazırlıqlı, daha prinsipial olmalıdır. Bunlar münaqişə bölgəsinə gəlməzdən öncə A-dan Z-yə nə etməli olduqları barədə məlumatlandırılırlar, hər situasiya hazır olmaq yolları öyrədilir. Onlar həm getdikləri ölkələrdə sabitliyi, insanların təhlükəsizliyini yerinə yetirməli, həm də münaqişəli məsələlərin aradan qaldırılmasında beynəlxalq statusa etimad yaratmalıdırlar.
Əgər sülhməramlı missiyanın əsgəri bu süjetdəki kimi tərəf kimi çıxış edirsə, bu, təkcə həmin əsgərin deyil, ümumiyyətlə, Qarabağa sülhməramlı missiya adı ilə gətirilmiş 1960 əsgərin mövqeyidir.
Bu kontingent Qarabağa 5 il müddətinə gətirilibsə və üstündən heç iki ay keçməmiş qarşı tərəfə bu qədər tərəfkeşlik göstərilirsə, onlar BMT sülhməramlıları ilə əvəzlənsin. Çünki bu, missiya heç sülhməramlılğa oxşamır.
Dünya , insanlıq belə idarə olunmaq istəmir.Dünya və insanlıq rahat nəfəs almaq istəyir. Keçən əsrin 60-70-ci illərində 5 güşəli ulduzu kim görsəydi, harda görsəydi, ilk ağıla gələn Rus əsgəri (Hamı onlara fəxrlə "bizimkilər”deyirdi)olardı. Balacalar evlərindən əsgər gedən olanda sevinirdi ki, qayıdanda qardaşının, əmisinin, dayısının furajkası, pilotkası, qulaqlı papaqları (ушанка) onun olacaq. Qızıl ulduzlu furajkası, pilotkası, qulaqlı papaqları (ушанка) olan uşaq bu baş geyimlərini başına qoyanda elə düşünürdü ki, artıq o da əsgərdir, onun kimi qəhrəmanlıqlar edə bilər və bilirdilər də.

Sülhməramlı missiya tərəflər arasında    tərəf olmamalıdır

İndi inanmıram nə bu 5 guşəli ulduz, nə furajka və yaxud pilotka həmin assosiasiyanı doğura bilsin.
Bu yazdıqlarım bir mülki şəxs, adi vətəndaş olaraq gördüklərimə, seyr etdiklərimə, kütləvi informasiya vasitələrindən bildiklərimə mənim baxış bucağımdır. Biz siyasət müəyyən etməsək də, bütün siyasətlər insanların dincliyi və rifahına hesablanmalıdır. Siyasətlərinin davamlı və təsirli olmasını istəyənlər təğyiri-libas olub əyalətləri gəzib dolaşmasalar da, sosial media vasitəsi ilə sadə insanların fikirlərini də eşitməli, addım atarkən, qərar verərkən onun baxışlara necə təsir edəcəyini, necə reaksiya doğuracağını və cəmiyyət tərəfindən necə qəbul olunacağını nəzərə almalıdırlar.
Məşhur hərb adamı Napoleon çox sərrast deyib : "İki şey dünyada hökm edər: qılınc və düşüncə. Qılınc da əvvəl-axır düşüncəyə məğlub olur”.

Sülhməramlı missiya tərəflər arasında    tərəf olmamalıdır

 

Sülhməramlı missiya tərəflər arasında    tərəf olmamalıdır

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz