» » "...Amma hamını həmişə aldatmaq olmaz” ( III yazı)

"...Amma hamını həmişə aldatmaq olmaz” ( III yazı)


Azərbaycan xalqının qəhrəman övladı, general Həzi Aslanovun qətlini də bu erməni generalı təşkil edib. Bunu qəhrəmanın şəxsi həkimi olmuş Beqiaşvili deyib. Beqiaşvilinin sözlərinə görə, H.Aslanov yaralananda 5 dəqiqə sonra özünü ora çatdırıb. Vəziyyəti ağır imiş və Həzi Aslanovu Moskvaya aparmaq üçün xüsusi təyyarə də göndərilibmiş. Həzi Aslanov xahiş edib ki, həkimi onu Moskvaya qədər müşayiət etsin. Amma onu zorla başqa iş dalınca göndəriblər. Bu, əlbəttə, qəsdən edilirdi. Həzi Aslanov yaralanandan sonra düz 23 saat sağ qalıb. Onun üçün göndərilmiş təyyarəniyatdığı evin arxasında saxlayırlar, amma Moskvaya çatdırmırlar . Beqiaşvili deyib bunlar, əgər general dərhal Moskvaya aparılsaymış, həyatı xilas ediləcəkmiş. Beqiaşvilinin fikirincə, Həzi Aslanovun qətlini Baqramyan təşkil etmişdir. Çünki, H.Aslanovun ölümü döyüşün getdiyi yerdən çox uzaqda - komanda məntəqəsində baş vermişdir, həm də öz ordumuzun açdığı mərmi atəşindən sonra.

"...Amma hamını həmişə aldatmaq olmaz” ( III yazı)

 

  Belə  xəyanətkarlar  amma  cəzasız  qalıb, əksinə təqdir olunub,  nasistlərlə əlbir olmuş Njde və Dro kimi.  Sovet tarixşünasları Baqramyanın bioqrafiyasında da    belə  faktları üzə çıxarıblar.Orlovsk Dövlət Universitetinin 2011-ci ildə dərc edilən "Marşal İ.X.Baqramyanın karyerasının saxtalıqları” adlı araşdırmasında  Baqramyanın  bioqrafiyasının bir çox detalları  ictimaiyyətə   təqdim  etmişlər (Bax: https://cyberleninka.ru/article/n/prevratnosti-kariery-marshala-i-h-bagramyana/viewer).

 

"...Amma hamını həmişə aldatmaq olmaz” ( III yazı)

 

Tarixin belə üzqarası səhifələri çoxdur. Bunların hər birinin obyektiv olaraq açılıb faş edilməsi həm ədalətin öz yerini tapması, həm də gələcəkdə belə hadisələrin təkrar-təkrar baş verməsinin qarşısını alardı. Amma o dövrün nizamlamalarına görə, belə xəyanətlərin üstünü açmaq dövləti çətin vəziyyətdə Buna baxmayaraq, onların hansısa qurumlar tərəfindən, kimlər tərəfindən məqsədli şəkildə qəsdən törədilməsi haqqında söz-söhbətlər gəzirdi. Məsələn, keçmiş 26 Bakı komissarlarının başçısı olmuş qatı düşmənimiz Stepan Şaumyan haqqında müəmma belələrindəndir. Guya onlar 1918-ci ilin 19 sentyabrında Ağcaqum çölündə güllələnib. Qırmızı Ordu 1920-ci ildə Bakını işğal etdikdən sonra komissarların qalıqları Krasnovodskda tapılıb Azərbaycana gətirilmiş və Bakının mərkəzində, ən mənzərəli bir yerində - "26-lar bağı”nda dəfn edilmişdir. 1925-ci ildə isə burada 4 büstdən ibarət abidə ucaldılmış, zaman-zaman həmin abidə təkmilləşdirilmiş, 1958-ci ildə komissarların güllələnmələrinin 40-cı ildönümü münasibətilə artıq abidə-kompleks halına gətirilmişdi.

"...Amma hamını həmişə aldatmaq olmaz” ( III yazı)

 

Bu abidə bir də 1990-cı illərin əvvəllərində Ermənistan-Azərbaycan münaqişəsinin kəskinləşməsi zamanı məhv edilmiş, 2009-cu ildə isə Bakı Şəhər İcra Hakimiyyətinin qərarı ilə sökülmüşdür. Müəmmalı olan nədir: Ağcaqum çölündə güllələnən bu düşmənlərin yalnız 21 nəfərinin qalıqları aşkar olunur. O vaxtın məlumatlarına görə, 5 erməni komissarı: Stepan Şaumyanın , Tatevos Əmirovun, Bağdasar Avakyanın, Armenak Boriyanın və Aram Kostandyanın cəsədləri aşkarlanan məzarlıqda tapılmayıb. Yenə həmin vaxt Rusiyada nəşr olunan "Kommersant" qəzetində yazılmışdı ki, guya 5 cəsəd ingilislər tərəfindən Hindistana aparılıb. SSRİ Ali Sovetinin deputatı olmuş məşhur müğənnimiz Rəşid Behbudov 1988-ci ildə Hindistanda səfərdə olarkən bələdçilərdən biri ona Şaumyan haqqında məlumat vermiş, hətta onun dəfnində şəxsən iştirak etdiyini bildirmişdir.Həmin şəxs müğənniyə bunu əks etdirən lent yazısı da təqdim edibmiş.
Təcavüzkar Ermənistan hökuməti Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etməyə başladığı ilk vaxtlar ziddiyyətlər hər gün mürəkkəbləşirdi. Belə bir vaxtda
Mixail Qorbaçovla görüşmək fürsəti tapmış Xalq artistimiz Baş katibə iradlarını bildirir, erməni tarixinin saxta olduğunu onun üzünə deyir və dediklərini sübut etməkdən ötrü Hindistandan gətirdiyi kaseti Qorbaçova verir. Rəşid Behbudov xəstə olanda həmişə deyirmiş ki, SSRİ rəhbərinə verdiyi kasetə görə onu mütləq öldürəcəklər .
"Sumqayıt hadisələri” də belə ...
XIX əsrin ən görkəmli okkoltizm müəllifi, şairi və filosofu olmuş Elifas Levinin (Alfons-Lui-Konstan) çox dəqiq bir sözü var: "Ən ehtiyatlı edilmiş xəyanət də gec-tez aşkar olur”.
"Okkultizm " gizli saxlanması vacib olan bir elmdir.
Bu elmin "ezoterizm” (içdə qalan ) adlanan təmayülü var, onlara görə, beləu məlumatlar hər kəsə açıqlanmamalı, ancaq müəyyən təhsilə yiyələnib, o məlumatları almağa haqq qazanmış şəxslərə verilməlidir. Sitatı verib keçə də bilərdik, amma bir balaca izahı verməyə xüsusi ehtiyac duydum. Əgər gizli saxlanması vacib olanlar haqqında elmin ( okkultizmin) banilərindən hesab olunan Elifas Levinin özü həyatda heç nəyin üstü örtülü qalmayacağını dilə gətirirsə və getdikcə informasiyalaşan bir cəmiyyətdə məlumat toplamaq suiçim kimi bir şeydirsə, üstəlik insanların intellekti bu səviyyəyyə çatıbsa, Tramp da, Bayden də, Merkel də, Makron da, Vladimir Vladimiroviç də bunun fərqində olmalıdr.
Amerika Birləşmiş Ştatlarının 16-ci prezidenti olmuş A.Linkoln hələ bir fikir verin, görün nə deyir:
"Hamını bəzən aldatmaq olar. Bəzilərini həmişə aldatmaq olar. Amma hamını həmişə aldatmaq olmaz”.

Artıq dünyanın güc dönəmi getdi.Güc lazımdır, amma zora, təcavüzkarlığa aparan güc yox, ZƏKAya aparan güc. Dünyanı Zəka idarə etməlidir. Ən böyük güc düzlükdür, doğruluqdur,halallıqdır...

Yer kürəsi böyükdür. Bu torpaqda yaşayan əhalinin sayı da çoxdur: 10 milyarda yaxın. YUNESKO-nun məlumatına görə, dünyada 4 minə yaxın xalq, 6 000-dən çox dil var.
Bunları bir yerə cəm edərək mövcud qlobal problemlərinin həllinə yönəltmək dünyanı, insanlığı xilas etmək naminə ən doğru yoldur.
Bu gün dünyanın əlacı dəhşətli silahlarla deyil, zəka ilə, elmi qanunauyğunluqlarla axtarılmalııdr. Elm, mədəniyyət orduları üz-üzə gəlməlidir. Birləşib daha müzəffər addımlar atmalıdırlar.
Böyük Ədəbiyyat, Böyük Sənət, Mətbuat və Televiziya buna xidmət etməlidir.
Biz gələcəkdə cəmiyyətimizin ahəngdar inkişaf etməsi üçün ona fiziki cəhətdən sağlam, tarixini, mədəniyyətini dərindən bilən, Vətənini, torpağını sevən, onu qorumağa hazır olan bilikli gənc nəsil yetişdirməliyik . Biz gənc nəslə tarixi olduğu kimi öyrətməliyik. Sovet dövrünün gənc nəsilləri arasında kənddə, şəhərdə, fərqi yoxdur, ən qəddar düşmənlərimizdən olan Şaumyana acımışıq, abidələri önünə gül dəstələri qoymuşuq, abidə olmayanda da ürəklərdə. Kitablar belə yazıb, müəllimlər belə deyib, alimlər belə öyrədiblər. Tarixi yanlış qəbul etdirilmiş xalqı istənilən səmtə çevirməyə nə var ki, necə ki, elə də edirlər. İndən daha belə olmasın.
Çünki xalqımızın həyatında Ən Yeni tarix məhz 2020-ci ildən başlayır. Düz 100 il bundan əvvəl - 1920-ci il aprel ayının 28-də rus-bolşevik qoşunları Şimali Azərbaycanı işğal edərək Şərqdə ilk parlamentli respublikasını - Azərbaycan Demokratik Respublikasını devirmiş, nəticədə, Azərbaycan müstəqilliyini itirmişdi.
1991-ci ildə Sovet Sosialist Respublikaları İttifaqının dağılması nəticəsində, xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin varisi olaraq yenidən dövlət müstəqilliyini bərpa etdi. Bununla barışmaq istəməyənlər, yenidən ölkəmizi asılı vəziyyətə salmaq istəyirlər və bunun üçün çoxlu cəhdlər də olub və indi də davam etməkdədir. Fəqət, əbəsdir. Artıq 30 ilə yaxın işğalda olan torpaqlarımızı İlham Əliyevin Baş Komandanlığı ilə Milli Ordumuz işğaldan azad edib və bu xalq onun başçılığı bu əbədi qələbəni gələcək nəsillərə ötürəcəkdir.
 

"...Amma hamını həmişə aldatmaq olmaz” ( III yazı)

 

"...Amma hamını həmişə aldatmaq olmaz” ( III yazı)


 
Bu qələbənin önəmi həm də ona görə böyükdür ki, ermənilərin XIX əsrin əvvəllərindən torpaqlarımıza köçürülməsi siyasətinə iki əsrdən artıq tarixi yaddaşımızda yaşatdığımız etirazı dünya miqyasında ortaya qoyduq, etirazımızı ifadə etdik, məsələnin kökünü dünyaya bəyan edə bildik.
Nadir şahdan sonra Azərbaycan itirilmiş ərazisini heç vaxt geri qaytara bilməyib. İndi də müharibənin hərb yolu ilə həlli yoxdur deyirdilər. Ali Baş Komandan dünyaya sübut etdi ki, Azərbaycan ordusu çıx qısa müddətdə ərazisini işğaldan və təcavüzkarlardan xilas etməyə qadirdir.
Doğma Bakımızın Mərkəzi meydanında Zəfər paradı keçirdik. Xalqımız meydanlara axışıb Xilaskar ordumuza, Ali Baç Komandanımıza, hər zaman Azərbaycan xalqının yanımızda olan can, qan qardaşımız Türk mehmetçiklərinə, sayın Rəcəb Tayyib Ərdoğana öz minnətdarlıqlıarını ifadə etdilər. Sevincimizi dünyaya paylaşdıq. Zəfərimizə sevinənlər olduğu kimi, qısqanclıqla yanaşan, dildə deyə bilməsələr də, dalaqları sancanlar da oldu. Fransa kimi, Belçika, Amerika kimi, Liviya, Yunanıstan kimi ölkələr bunu açıqca hiss etdirdilər, bəzi ölkələr də oldu ki, Rusiya, İran və s. ölkələr kimi, neytral kimi görünmək istəsələr də, heç də belə deyil. Aşıq gördüyünü çağırar. Əgər sən sülhməramlılıq missiyası üzərinə götürmüsənsə, heç bir hald tərəf olmamalısan, ədalətli olmalısan, obyektiv olmalısan, beynəlxalq hüququn, sülhməramlılıq missiyasının prinsiplərinə sədaqət nümayiş etdirməlisən. Biz bunu görmürük. Sanki rus sülhməramlıların vəzifəsi 44 günlük müharibədə Milli ordumuzun vahiməsindən vahiməyə düşüb ora-bura dağılışmış, qorxudan dili-dodaqları suçuqlamış işğalçı erməniləri yenidən geri qaytarıb, qorxuluğunu almağa yönəli profilaktik tədbirlər görməkdir. Onların Xankəndində sayını artırmaq qayğısını çəkməkdən ibarətdir.

Davamı var...

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
SitatCavab
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
A great article, With lots of information in it, these articles help users interested in the site and continue to share more. thank you very much!
mapquest directions
  • Нравится
  • 0