» » "...Amma hamını həmişə aldatmaq olmaz” ( II yazı)

"...Amma hamını həmişə aldatmaq olmaz” ( II yazı)


 Fransa əlcəzairlilərin, Belçika konqoluların başına nə gətirmişdilər, ermənilər də rusların havadarlığı ilə başımıza belə müsibətlər gətirdi.
Rusiya bizi sonra da qorumadı. Amerika, Fransa kimi müstəmləkəçilik tarixinin qartımışları olan ölkələrin nə sülh missiyası ola bilər, onlar bu 30 ildə münaqişəni həll edə bilmədilər. Onların bu ərazilərə yaxınlaşmağa belə haqqı yoxdur, 70 ildən artıq bir ittifaqda təsil olunduğumuz Rusiya var ikən. Amma Rusiya  da nə o vaxt, nə də  indi böyüklük etmədi.  70 il topladığı izzət- hörməti  ermənilərə görə itirdi. Artıq biz rusları da 1980-ci illərə qədər qəbul etdiyimiz Rusiya kimi qəbul etməyəcəyik.
 

"...Amma hamını həmişə aldatmaq olmaz” ( II yazı)

 

Biz gözümüzü açandan "Qızıl Moskva”, "Kreml”,”mavzoley”, "Lenin ”, " partiya”, "oraq-çəkicli Qızıl bayraq ”, " Rus xalqı” sözlərini eşitdik. Kim hansı rayonun hansı kəndində idi, Moskvadan , Uraldan hansı məsafədı yerləşirdi, fərqi yox idi, hamı rus döyüşçülərini kinoda görüb "bizimkilər” deyirdi, Çapayev dilimizdən düşməzdi, Moskvanı üzərində dayandığımız şəhər bilirdik. İnşalarımızn siqləti "SSRİ” idi, "partiya” idi. Oktyabryat, pioner, komsomol nişanları, üçkünc pioner qalstukları indinin deputat statusları kimi nüfuzlu gəlirdi bizə.
Məktəb illərimdə rayonun bütün tədbirlərindən sonra keçirilən elə bir bədii hissə ola bilməzdi ki, şeir deməmiş olum. 1 May nümayişlərində mütləq ya bayraq daşıyacaqdım, ya da bir plakat... Bütün bu sevgilər puç oldu.
Bizim xalq sonuncu müharibədə 3000-ə yaxın şəhid verib. Rus dövləti bunu heç düşünürmü bir. Axı bu şəkildə davam edə bilməz. Sən bu xalqın 3000 ailəsinin yasa batmasının qarşısını almamısansa, bu torpağa sülhməramlı kimi necə gələ bilərsən? Öldür məni, sovet dövrünün yaratdığı etimadı sən bu cür siyasətinlə qaytara bilməzsən.
 

"...Amma hamını həmişə aldatmaq olmaz” ( II yazı)

 

İşğaldan azad olmaq üçün 3000 övladını qurban vermiş Aərbaycanın öz düşmənini sona kimi qovub məhv etdiyi bir zamanda ortaya "Böyük” kimi girmədin axı, sülhməramlı kimi də girmədin. Sən tamam başqa ampulada girdin. Qarabağın Azərbaycan tərkibində və yaxud Ermənistanın tərkibində olmasının sənin üçün nə ğnəmi var ki, əgər sənin ürəyində tutduğun niyyətlər burada baş tutacaqsa.

İndi sən 3000 şəhiddən sonra Araiki, Ermənistanı necə himayə edə bilərsən? Rusiya tarixçiləri bilmirmi ki, Ermənstanın bu gün mövcud olduğu torpaq bizim torpaqlardır. Keçən əsrin sonlarında Ermənistandan deportasiya edilən 240 azərbaycanlı məgər insan deyil, onların hüququ yoxdur? Onlar torpaqlarını ermənilərə bağışlamalıdırlarmı? Bəs sənin müttəfiq olduğun ölkə öz ərazisində belə deportasiya törədirdisə, sən niyə bu vəhşiliyi durdurmadın? Bəs niyə bu gün onları öz doğma obalarına qaytarmaqdan bir kəlmə danışmırsan? Bir vaxt "məmə” deyəndən, "pəpə” deyənə qədər Qızıl Ordunu Xilaskar ordu kimi sevirdi, hər müttəfiq respublikada, hər rayonda "Xilaskar əsgər” abidəsi ucaldılmışdı. Bu əzəmətdə nüfuzu, sevgini siz ikili standartlarla heç etdiniz. XX əsrin sonlarında bizim bildiyimiz xilaskar ordunun Ermənstandakı varisləri olan 102-ci rus hərbi bazanın gözü qarşısında azərbaycanlıları tarixi torpaqlarında alçaltdılar, şələ-küləsini qoltuğuna verib öz evindən qovdular. Xilaskar ordunun qanında, canında, ruhunda sanki qətrə qədər də insaf qalmamışdı.
Artıq heç kim bu xalqı "ivaşka”, "petraşka” qədər mağmun, sadəlövh hesab etməməlidir. Bütün dünya xalqları bu gün belə düşünür, belə düşünməyənlər işğalçılıq niyyətlərindən əl çəkməyənlərdir.
 

"...Amma hamını həmişə aldatmaq olmaz” ( II yazı)

 

Bütün xalqlar müdrikdir. Bütün xalqlar bir-birinə lazımdır. Amma, heyf ki,  bu dünyanın  müdrik BAŞÇISI yoxdur.
Durna qatarının önüdə gedən durna vurulandan sonra, o səf, o nizam həmən pozular. Əgər burada bir qanunauyğunluq yoxdursa, məntiq yoxdursa, niyə durnalar belə nizamla səfər etməlidirlər ki, hərə öz istədiyi yerdən, istədiyi hündürlükdən, istədiyi sürətlə uçardı da. Deməli, dünyanın da durnalar kimi bir öndə gedənə, bir ölçüyə, bir ölçənə mütləq ehtiyacı var. Amma bu ölçü ölçülməli olanları ölçmək üçün yararlıdırmı, ölçülmə məqsədi ölçülən üçün ədalətlidirmi, obyektivdirmi, demokraikdirmi? Çox təəssüf ki, dünyanın bu ölçüsü və ölçü vasitələri artıq yoxdur. Varsa da, heç bir ölçmə keyfiyyəti yararlı deyil, etibarlı deyil, həqiqi deyil?
Elektron tərəzi də gətirsələr, düz deyil.
Haşiyə: Biz el ağzında populyar bir atalar məsəli var:
"Eşşəyin qiyruğuna dəvə bağlanıb”. Beləcə, yuxarıda dediyim və hələ sonra da deyəcəyim ölçüsüzlük məqamları üçün , yerlərin səhv salınması , haqlı adamı haqsıza qurban etmək, ləyaqət sahibiniləyaqətsizin birinə qul edilməsi zamanı bir pritça dilidir bu ifadə.
Məşhur bir lətifə ilə əaqəli yaranmışdır: bir köçəri ərəb yorğan-döşəkdə yatırmış. Ağlına gəlir ki, ölüb edərəm, qoy hamı ilə halallaşım. Belə də edir və axırda da dəvəsini yanına çağırıb halallıq almaq istəyir və deyir:
– Mənim ən birinci dostum. Sən çox zəhmətkeşsən. Bu vaxta qədər çox karıma gəldin. Dinclik vermədim sənə, günlərlə od ələyən səhraları ac-susuz qət edib mənə yük daşıdın, sirdaşım oldun. İndi mən haqq dünyaya gedirəm. Mənə halallıq ver!
Dəvə sahibinin bu halına acıyır, gözləri yaşarır, amma içində qübar edərək indiyə kimi gəzdirdiyi dərdini də dilə gətirir :
– Əziz ağam! Bəli, biz illərboyu bir-birimizə həmdəm olduq yaxşı günlərimiz də oldu , pis günlərimiz də. Mənə verdiyin əziyyətlər çox olub və mən bunların hamısını sənə bağışlayıram. Amma bir qəbahəti sənə bağışlaya bilməyəcəm:
-Yadındadırmı, 2 il bundan əvvəl səfərdən qayıdanda qarşıdakı dağı qalxmağa başlamazdan öncə, sən mənim ovsarımı eşşəyin quyruğuna bağladın . Bircə bu təhqiri sənə bağışlamayacağam.
Bizim Rusiya dövləti üçün bütün sahələrdə hər zaman əlaqələrimiz yüksək olub, indi də belədir. Bu gün Ermənistanda başqa millətlərin heç birinin nümayəndəsi yox, heç bir rus məktəbi yox, rus kilsəsi yox, amma Azərbaycanda rus dili 2-ci ana dili qədər üstün sayılır, rus dilində qəzetlər var, ali məktəblər, rus icması, ayrıca ruslar yaşayan kənd mövcuddur və s.
Bəs onda Rusiyanın bu xalqa bəslədiyi münasibət nədir? Azərbaycan xalqını Ermənistanın ayağına vermək nədir? Bunları indiyə qədər olmuşlar üçün deyirəm.
İndi tamam başqa zamandır, başqa şəraitdir, insanlar
daha ovaxtkı kimi sadəlövh deyillərlər: Allahverdilər deyillər, İmamverdilər deyillər, Novruzəlilər deyillər, Məmmədhəsən əmilər deyillər, Usta Zeynallar deyillər.
Bu xalq ləyaqətdə, qonşuluq və dostluq münasibətlərində , qəhrəmanlıqda hər zaman yaxşı mənada seçilmişdir.
Rusiya Prezidenti Vladimir Vladimiroviç Putinin doğulduğu Leninqradın səmasını qoruyanlardan biri də mənim xalqımın 22 yaşlı gənci təyyarəçisi Hüseynbala Əliyev olmuşdur. Hüseynbala Əliyev 18 iyul 1941 -ci ildə düşmənin hava hücumunu dəf edərkən 17 ölümcül yara almasına baxmayaraq, 2 düşmən təyyarəsini vurmuş, öz təyyarəsini isə yerə salamat endirmişdi, amma aldığı çoxlu yaralardan özü də həlak olmuşdur.
Qafur Məmmədov Sevastapolda düşmənin nişan aldığı komandiri Sinetskini özünü irəli verərək həyatı bahasına ölümdən qurtarmışdır.
1944-cü ildə general-mayor H.Aslanov Belorusiya cəbhəsindəki şücaətinə görə ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adına təqdim edilmişdi. Həzi Aslanov Pleseni şəhərinin və 508 yaşayış məntəqəsinin azad edilməsində xüsusi xidmətlərinə görə bu ada layiq görülmüşdü. Amma Pribaltika cəbhəsinin komandanı, erməni İvan Xristoforovoç Baqramyan buna maneəçilik törədib. Bir də 46 il sonra - 1991-ci ildə Həzi Aslanova öz halal haqqına sahib olub.

 

"...Amma hamını həmişə aldatmaq olmaz” ( II yazı) 

Davamı var...

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
SitatCavab
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
Simply saying I enjoyed reading this site, with lots of good articles. Continuation of excellent work.
Wuxiaworld
  • Нравится
  • 0