İnsanlığa qarşı həqarət işlətmiş ölkə - Belçika
Belçikanın Baş naziri Şarl Mişelin Konqo müstəmləkəçiliyi dövründə qaradərili insanlara edilən işgəncələrə, cinsi istismara, ailələrindən zorla ayrılması və sair bu kimi insan haqlarına zidd əçəllərə görə Parlamentdə üzr istəməsindən çox qısa bir vaxt keçib. Bunlar olub 2019-ci iln aprelində.
Mətbuatda hadisələrlə bağlı məlumatları izlədikcə, adam dəhşətə gəlir. Biz dünənki yazımızda o vaxt Belçika hökumətinin başçısı olmuş II Karlın Konqoda uzun illər apardığı müstəmləkəçilik siyasəti barəsində balaca bir yazı verdik. Bunlar insanlığa qarşı ağsığmaz cinayətlərdir. Hələ Karlın sağlığında baş verənlərdən narazılıqlqr baş qaldırmışdı. İndi özünün demokratik ölkə hesab edən, Azərbaycana, Türkiyəyə irad tutan bu ölkənin özünün tarixində necə qaranlıq səhifələr varmış. Karl mənsəb sahibi olduğu üşün bu ittihamları susdurmağa, zərəərsizləşdirməyə, diapozonunu kiçiltməyə çalışmış və müəyyən qədər də buna nail olmuşdur. İndinin özündə də bu ittihamların motivini kiçiltməyə, adi məhkəmə çəkişmələri predmetinə çevirmək istəyirlər. Guya bu baş verənlər, adicə, uşaqlarını zorla analarından ayırma hadisəsidir.
Müstəmləkəçilik kimi lənətlənmiş bir hal olmasaydı, ağdərilər Konqoda olmayacaqdılar.Ölkənin təbii sərvətlərini istədikləri kimi istismar edə bilməyəcəkdilər, uşaq əməyindən istifadə edə bilməyəcəkdilər, eləcə də gözlərinin qurdunu öldürmək üçün ağlasığmaz əməllərə yol verməyəcəkdilər. həmin dövrdə yazılanlara görə, 10 milyona yaxın insan şikəst edilmişdir. Onlar insanların əllərininvə ayaqlarını, cinsiyyət orqanlarını kəsirmişlər.
Əgər bəşəriyyət istəyirsə ki, Günəş, Ay öz yerində olsun, Axşamlar gün batanda, səhərlər dan söküləndə açılsın, onda insanlığı, bəşəri dəyərləri bütün Yer kürəsində hamılıqla qorumalıyıq, eyni məsuliyyətlə qorumalıyıq. Dünya , bütün insanlıq ədalət, mərhəmət himayəçilərini də doğru tanıyıb doğru qəbul etməlidir, dollar, evro dünyasının hökmündə özlərini bəşəri olanların fövqünə qaldıranları öz adı ilə çağırmalıdır. Və yaxud öz keçmişləri ilə barışıq zamanının ittihamlarından qaça bilməyən bir ölkə indi Azərbaycanın haqq işinə qarşı çıxır, Türkiyəyə eyham edir. Bu, hansı dərəcədə demekratiya nümunəsidir?
...5 konqolu qadın Belçikanı insanlığa qarşı işlətdiyi cinayətlərə görə məhkəməyə vermişdir. Həmin bu 5 qadın : Lea, Monique, Noëlle, Simone və Marie-Joze Konqonun Belçika müstəmləkəsi olduğu zamanlar ağ belçikalı kişilərin və yerli qaradərili qadınlarla izdivacından dünyaya gəlmiş 5 qız uşağıdır.
Onları iki - üç yaşlarında zorla analarından ayırıb, rahibələri ilə birlikdə Kasaydakı bir katolik missionerlərin ixtiyarına verilmişdir.
Belçikalıların müstəmləkəçiliyi dövründə yaşadıqları alçaldılmış həyatlarından danışan Léa Tavares Munjinga demişdir ki, bizi "günah uşaqları”, yəni "fahişə uşaqları" kimi tanıyırdılar. Çünki ağdərili kişilərlə qaradərili qadınların izdivacları cəmiyyətdə yaxşı qəbul edilmirdi. Biz hər zaman təhqir gördük, incidildik, yaxşı nə vardısa hamısından kənarlaşdırıldıq. Gözümüzün yaşı qurumadı. Ancaq heç vaxt əhəmiyyət vermədilər.
Keçən əsrin 2-ci yarısında Konqoda iqtisadi-siyasi böhran başlayanda bu məşum taleli qızcığazlar daha bir səfalətə sürükləndi. Onlar rahibələri ilə göndərildikləri ölkələrdən öz ölkələrinə geri qaytarılır , bu azyaşlı qızlar da buraxılır silahlı polislərin "mərhəmətinə”.
Zaman onlarla oyun oynamaqda davam edirdi. İndi də bunların məsumiyyəti "top” kimi ötürülürdü silahlı azyaşlı uşaq hərislərinə.
60 ildir itirdikləri ana şəfqətini, çilik-çilik olmuş uşaqlıq həyatlarını, yeniyetməlik və gənclik arzularını, unutmayan, fəqət, bunları hər kəsdən gizlədərək göz yaşları ilə öz içərilərində yaşayan 5 qadın, indi bu faciəni cəmiyyətlə bölüşməyə və Belçika dövlətini insanlığa qarşı törətdiyi cinayətlərə görə ədalət mühakiməsi qarşısında ittiham edilməsini istəyirdilər.
Bu imkan bir də 1960-cı il İstiqlal üsyanından sonra mümkün oldu və 1968-ci ildən bəri Belçika dövlətini insanlıq əleyhinə cinayətlərə görə məhkəməyə verirlər.
Simone Ngalula o günləri belə xatırlayır:" Onların bizi qorumağa gəldiklərini düşünmüşdük. Amma axşam olunca polislər bizimlə "oynamağa” başladılar."
"Hər yerdə şamlar vardı. Bizə qadınların nədən uşaq doğduqlarını anlatmaq istəyirdilər. Kiçik bir qız uşağı olaraq bunları xəyal etmək son dərəcə üzücüdür." Simone polislərin daha sonra onlara libaslarını necə soyunmalı, ayaqlarını necə aramalı olduğunu öyrətdiyindən danışmışdır.
2019-cu ilin aprelində Baş nazir Şarl Mişel Parlamentin ziyarətçi qalereyasında qarışıq irqli adamın qatıldığı plenar iclas qarşısında şiddətə məruz qalanlara verilmiş əzablara görə (cinsi istismar, toxunma və təcavüz) sağ qalanlardan, dünyasını dəyişmiş zərərdidələrin isə ailələrindən üzr istəmişdir. Rəsmi olaraq dövlət adından bu cür üzr istəmək alçaldımış və təhqir edilmiş həmin qadınlara doğru atılmış bir addım olsa da, bu üzrxahlıq bir etiraf ifadəsi olsa da, talelərinə çalın-çarpaz dağ çəkilmiş bu beş qadının xoşbəxtliyini geri qaytarmağa yetərsiz idi.
Qadın hüquqları müdafiəçisi bu məsələdən bəhs edərkən bildirmişdir ki, uşaqların ailələrindən qoparılıraq qaşırılması insanlığa qarşı işlədilmiş çinayət əməlidir.
Bu gün hamısı 60 yaşında olan həmin qadınlar Belçika dövlətindən onların hər birinə 50 000 evro təzminat ödəməsini tələb edirlər.
Göz yaşlarına hakim ola bilməyən Mari-Joze Loşi bildirmişdir ki, "başımıza gətirilən müsibətlər, bütün bu əhvalatları uşaqlara anlada bilməyəcəymizdən on illərlə içimizdə daşıdıq. Artıq onları ifadə etmək üçün cəsarətli olmamız lazımdır. Nə qədər çətin və acı olsa da, övladlarımız bunları bilməlidir.
Mətbuatın sorğularını cavabsız buraxan Belçika hökumətinin məsulları isə məsələlər üzərində məhkəmə getdiyindən, məhkəmə qərar verməmişdən açıqlama verə bilməyəcəklərini bildirmişdir.
Alman nazir tərəfindən köhnə müstəmləkə Namibiyada edilən qətliamın "soyqırım” adlandırılması,qaradərili avropalı parlamentarinin Belşika polisinin irqçi hücumuna məruz qaldığını iddia etməsi,
Belçika müstəmləkəçiliyi dövründə Konqoda milyonlarla insanın qətlə yetirilməssi və şikəst edilməsi, eləcə də ABŞ-da qarədərili vətəndaş Georgi Floydun polis şiddəti nəticəsində ölməsindən sonra başlayan və qlobal irqçilik əleyhinə nümayişlərə çevrilən müstəmləkə əleyhinə nümayişlər intensivləşməkdədir.
Belçikanın müstəmləkəçilik tarixinin öndə bağlı ittihamlar isə günbəgün artmaqda davam edir. Ölkə daxilində kral II Leopoldun adı verilmiş tramvay, avtobus dayanacaqlarında, küçələrdə onun heykəl və büstlərinin yığışdırılmasına başlanılmışdır. Çünki irəli sürülmüş iddialara görə, 1865-1909 illər arasında Belçikada Kral olmuş II Leopoldun bu ölkənin keçmiş müstəmləkəsi olan Konqoda milyonlarla insanın ölümünə, şikəst edilməsinə səbəb olduğu öz təsdiqini tapmaq üzrədir. Məhz onun əzazilliyi səbəbindən Konqo əhalisinin 30 milyondan 9 milyona düşdüyü iddia edilir.
Kral II Leopold Konqonu özünün xüsusi mülkiyyəti elan etmişdi.
Qeyd: Yazı xarici intenet mənbələrindən alınmış məlumatlar əsasında hazırlanmışdır.
Oxşar postlar:
- Oxunub: 183
- Şərhlər: 0
- Bölmə: Baş redaktor
Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.
Ən çox oxunanlar
"...Amma hamını həmişə aldatmaq olmaz” ( II yazı)
"...Amma hamını həmişə aldatmaq olmaz” ( I yazı)
"...Amma hamını həmişə aldatmaq olmaz” ( III yazı)
Vətənçün yaşayan,Vətənçün ölən oğullar - Polad Həşimov
" Yenə də çiçəkdi, güldü bu dünya "
Bu dadlı nemətləri qoyub, insanlar spirtli içkilər niyə içsin?
Eşqimiz bir şirin sevda
Henrix Heyne : “Biz amal uğrunda çarpışırıq, qəzetlər də bizim qalalarımızdır” – II yazı
Henrix Heyne : “Biz amal uğrunda çarpışırıq, qəzetlər də bizim qalalarımızdır” – I yazı
Sülhməramlı missiya tərəflər arasında tərəf olmamalıdır
Yazarlar