Həqiqi demokrat olmayanlar demokratiya adından danışa bilməzlər
Belçika parlamentinin aşağı palatası Qarabağdakı vəziyyətlə bağlı qərəzli qətnamə qəbul edib (Bax: ). Qətnamə Azərbaycanı Vətən müharibəsinə görə ittiham edərək "tərəfləri Qarabağın sərhədlərini və xalqların öz müqəddəratını təyinetmə hüququna hörmət əsasında sülh danışpqları aparmağa və atəşkəs rejimini pozmamağa çağırır”.
Belçik a parlamentariləri bir az da özlərindən məmnun halda Türkiyədən Qarabağ münaqişəsinə müdaxilə etməməyi də tələb edib.
Bizim müdrüklərin çox ibrətli, kəsərli sözləri var.
Məsələn, "Utanmasan, oynamağa nə var ki”.
İnsan yaranmışların ən şərəflisi ona görədir ki, o, digər canlılardan fərqli olaraq ictimai şüura malikdir. Heyvan yolun ortasında təbii ehtiyacını yerinə yetirir, şüursuz olaraq. Amma insan özünü evinə çatdırır, hətta öz evində "VÇ”-yə öz doğmalarından belə, utana-utana daxil olur. Belə də olmalıdır. İnsan ağayana, abırlı, sadə, təvazökar olmalııdır. Edəcəyi hərəkətin məzmunu və mahiyyətini əvvəlcədən düşünməli və mənalandırmalıdır.Əgər bunu bacaracaqsa, o, həm özünə, həm də əhatəsində olanlara hörmət etmiş olacaqdır. Atalar məsələnin mahiyyətinə gəlincə isə, toyda oynamaq sadəcə, əyləncə həərkəti deyil, həm də bir mədəniyyət, davranış məsələsidir. Ona görə ki, oynayan şəxs hamının diqqətində olur. Hamı diqqət edir ki: geyimi səliqəlidirmi, boyuna, bədəninə uyğundurmu? Musiqinin ritminə uyğun rəqs edə bilirmi, çox şit hərəkət etmədi ki, çox oynamadı ki və sair. Bəziləri həmin adamın oyununa baxmaya bilər, o, buna məcbur deyil. Amma oynayan adam elə kobud, darıxdrıcı məqam yarada bilər ki, bəziləri buna şəbədə qoşacaq, bəziləri həmin an durub salonu tərk edəcək, bəziləri güləcək , yanındakına rəqs edənin ünvanına qınayıcı sözlər söyləyəcək və s.
Amma oynayan elə biləcək ki, hamı bunun oynamağından zövq alır . Çünki belələri utanmaq hissinə malik olmadıqlarından öz aləmlərində düşünürlər ki, nə var ki oynamağa.
Amma ağayana adamlar nəinki oynamaqdan , hətta irəli çıxmaqdan utanırlar.
Belçika parlament üzvlərinin qəbul etdikləri bu qətnaməyə görə onların da utanmadıqlarını söyləyirəm. Utanmayan o cür oynayacaq, o cür addım atacaq, o cür parlamentarilik edəcək və elə biləcək ki, dü ya demokratiyası bundan nəmnun qalacaq. Dünyanın gözü qarşısında bəşəri dəyərlər, beynəlxalq hüquq prinsipləri şiddətə məruz qoyulur, Belçika, Fransa, Yunanıstan, Ermənistan və bir çox digər ölkələrin demokratları isə həzz alırlar.
Bu, eyforiyadan başqa bir şey deyil.
Bir neçə gün öncə bizim Millət Vəkilimiz, yazıçı Aqil Abbasın bir məqaləsini oxudum. Ölkəmizdə illərdir davam edən Qarabağ münaqişəsindən, onun həlli üçün dünya dövlətlərinin, beynəlxalq təşkilatların mövqeyindən, ikili standartlarla hərəkət etmələrindən şahidi olduğu faktlarla nümunələr gətirir və haqlı olaraq iradını bildirir ki, beynəlxalq birlik dünyanın, insanlığın qorunması, davam etməsi üçün dünya süfrəsinə dəyərli töhfələr verən Azərbaycana qarşı ədslətsiz mövqe tutur, amma mövcud demokratik dəyərləri, hüquqi prinsipləri ayaqlar altına atan Ermənistan kimi işğalçı dövlətə havadarlıq edirlər, dünya nizamını ikili standartlarla idarə edirlər. Aqil müəllim yazısının sonunda lap beynəlxalq dəyərlərə bir qədər də sərt münasibət bildirir və mən də bu yerdə deputatla tam həmrəy oluram.
Bu gün demokratik dəyərlərin bəlasıdır ki, demokrat olmayanlar demokratiya adından danışır. Həqiqi demokrat olmayanlar demokratiya adından danışa bilməzlər.
Belçika nə vaxtdan demokratik ölkə oldu ki, hansı demokratik ənənələr əsasında ? Üstündə Konqo qətliamı günahı olan ölkə mənim ölkəmin haqq mübarizəsinin tarixini, mahiyyətini bilmədən təcavüzkar bir ölkənin müdafiəçisi kimi görünməyə təşəbbüs etməsi onun demokratiya xası olmadığını sübut edir.
II Leopold güllənməsini əmr etdiyi konqoluların həqiqətən öldüyünü, güllələrin boşa getmədiyinə sübut-dəlil kimi əsgərlərinə əmr verirmiş ki, güllələnən şəxsin əlini və ya cinsiyyət orqanını kəsib gətirsinlər.
Bu vəhşi cəzaya məhkum edilməkdənsə, Belçikada adına pul buraxılmış, küçələrdə heykəlləri qoyulmuşdur.
Bütün bu hadisələrə baxmayaraq, dünya ictimai rəyi susurdu və bu qətliamlara reaksiya verə bilmirdi. Ölüm və işgəncə xəbərləri ara-sıra mediada yer alsa da, Kral Leopold bu iddiaları birtəhər üstələyə bilirdi. Əlbəttə, bu iddiaların aradan qaldırılmasının arxasında manipulyasiya edən medianın rolu və Konqoya göndərilən tədqiqatçıların və jurnalistlərin açıqlamaları da müəyyən rol oynamışdı.
Lakin Kral Leopold bu şəkildə işgəncə iddialarını çox da əziyyət çəkmədən rədd edə bilsə də, şəxsi həzz əyləncələrinə görə başı həmişə problemlərə qarışmalı olurdu. Məsələn, İngiltərədən gətirtdiyi 10-15 yaşlı bakirə qızlar ucbatından onun adı ingilis məhkəmələrində tez-tez hallanır, bu əyləncə sərgüzəştləri media vasitəsilə tirajlanırdı .
Qətliamların açılması geciksə də, hadisələr birtəhər dünya ictimaiyyətində bütün çılpaqlığı ilə əks olundu.
Belçikalı bu müstəbidin dəhşətli edamlarından Konqoda, təxminən 5 milyon insan dəhşətli cəzalarla öldürülmüş və 10 milyon insan şikəst edilərək nəsli kəsilməyə məhkum edilən bir ölkə halına gətirilmişdi.
Kral Leopoldun işgəncələrini dünya ictimaiyyətinə əks etdirən jurnalistlərdən biri olan Morel 1900-cü illərin əvvəllərində Konqoda baş verən qırğınlar haqqında bir çox məqalə yazmışdır. Daha sonra bu qırğına və işgəncələrə daha çox etiraz etmək üçün dünyanın bir çox yerində yürüşlər təşkil etmiş, Leopoldun əmri ilə yandırılmış kəndlərin və konqolu şikəst uşaqların şəkillərini yayımlamışdır. Morel həm də bir çıx ölkələrə Leopoldu qınayan yürüşlər etmişdir.
Bu etirazlar sayəsində Leopold 1908-ci ildə qanlı əllərini Konqodan çəkməli olmuş və Leopold özü isə bir il sonra ölmüşdür.
Sizin babanız 10 milyona yaxın konqolunun əlini, ayağını cinsiyyət orqanını kəsmiş. Bu dəhşətlər unudulmayacaq, siz də unutmayın, gen yaddaşında qisas bitənə kimi qalacaq. Amma Türk hara ayaq basıbsa , o yerə insanlıq üçün yanıb-yaxılan ürəklə gedib. Ona görə də bu gün dünyanın çox böyük ərazilərinə səpələnmiş inkişafca geridə qalmış köməksiz ölkələr Türkün adı gələndə içində insanlığa, mərhəmətə bir işıq közərməyə başlayır. Bu insanlar həmin işığın ümidindən yapışıb yaşamağa can atırlar. Bu gün konqolu istəməz ki, II Leopoldun varisi bir daha önun ölkəsinə gəlsin, amma Türk oğlu Türkü intizarla gözləyər, gələcəyi günü səbirsizliklə sayar.
Bu gün dünyaya demokratiya dərsi keçən ölkələrin hamısının haqqı, hüququ tapdalanmış, istismar edilmiş xalqların tarixində suçu var. Tarixdə qalan izlərinizi nədən belə unudursunuz?
Çağdaş dünyamızın Türkiyəyə ehtiyacı var. Bilirsiniz niyə? Çünki dünya Türk adına tapınır, dünyanın, insanlığın nicatı Türk mərhəmətinə bağlııdr.
Türkiyə Dəyanət Vəqfi 15 ölkədə "Bir Damla Həyat” layihəsi ilə Afrikaya ümid yeri olmaqda davam edir.
Türkiyənin xeyirxahları hər gün hər yerdə belə insanların arasındadır. Oxumaq-yazmaq bilməyən, televizor, telefon görməyən tayfalara baş çəkir, Ramazan, Qurban bayramlarında aclıqdan əziyyət çəkən ölkələrdə mərhəmət aksiyaları keçirir, maarif, mədəniyyət yayır. Hansısa dilində demokratiya, amma cibində qumbara aparan terrostin, aparteidçinin qarşısına düşünmədən öz canını qurban edəcək Mehmetçiki ilə çatmağa tələsir. Ona görə də TÜRK , sayın Ərdoğan hər yerdəcoşğu ilə qarşılanır. Fransanın, Belçikanın mövcudluq tarixində indi təqdim edəcəyimiz süjetdəki türk həkimi kimi İNSAN nümunəniz varsa, buyurun, qoyun ortaya... Amma Türkün adi insanı da belə, Mehmetçiki də belə, həkimi də belə, Prezidenti də belə....
Təntiməyin, tələsməyin, çaşmayın,
Yerli-yersiz həddinizi aşmayın,
Qazan gəlib qaynamamış daşmayın,
Yoldaşımız səbr, dözüm olacaq,
Bugün-sabah dünya bizim olacaq...
...Qovuşacaq bölünənlər, bölgələr,
Nurlanacaq qaranlıqlar, kölgələr,
Diriləcək Oğuzxanlar, Bilgələr,
Türkə səcdə, Türkə təzim olacaq,
Bugün-sabah dünya bizim olacaq.
Zəlimxan Yaqub
Oxşar postlar:
- Oxunub: 222
- Şərhlər: 0
- Bölmə: Baş redaktor
Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.
Ən çox oxunanlar
"...Amma hamını həmişə aldatmaq olmaz” ( II yazı)
"...Amma hamını həmişə aldatmaq olmaz” ( I yazı)
"...Amma hamını həmişə aldatmaq olmaz” ( III yazı)
Vətənçün yaşayan,Vətənçün ölən oğullar - Polad Həşimov
" Yenə də çiçəkdi, güldü bu dünya "
Bu dadlı nemətləri qoyub, insanlar spirtli içkilər niyə içsin?
Eşqimiz bir şirin sevda
Henrix Heyne : “Biz amal uğrunda çarpışırıq, qəzetlər də bizim qalalarımızdır” – II yazı
Henrix Heyne : “Biz amal uğrunda çarpışırıq, qəzetlər də bizim qalalarımızdır” – I yazı
Sülhməramlı missiya tərəflər arasında tərəf olmamalıdır
Yazarlar