» » Hardasan, MEHMETÇİK: "Neçin böylə gecikdin?"

Hardasan, MEHMETÇİK: "Neçin böylə gecikdin?"

Hardasan, MEHMETÇİK:  "Neçin böylə gecikdin?"


Sən gəlməsən, dolumsanmış ürəklər heç şad olmaz,
Sən gəlməsən, xərabəyə dönən qəlb abad olmaz,
Sən gəlməsən, günəş doğmaz, ümid gülüm açılmaz,
Dodaqlarım gülməz, sönük baxtıma nur saçılmaz.

Abdulla Şaiq

Hamının gözü yoldadır. Türk Ordusunun Azərbaycana gəlişini gözləyirik. Nə vaxtdandır ki, hər gün televizorlarda bu barədə danışılır, mətbuatda bu barədə yazılır...
Tarix təkrarlanır...
XX əsrin əvvəllərində də ( 18 mart -1 aprel) bu vəhşi tayfa, çörəkləri dizlərinin üstündə olan bu nankor millət quduzlaşmışdı. Bakıda, Şamaxıda, Qubada, Muğanda, Lənkəranda 50 mindən artıq azərbaycanlı xüsusi amansızlıqla qanlarına qəltan etmişdilər.
Şamaxıda 58, Qubada 122, Qarabağın dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan quberniyasında 211, Qars vilayətində 92 Azərbaycan kəndi dağıdılmış və yandırılmışdır, bu kəndlərin insanlarını öz yurd-yuvalarından didərgin salmışdılar...
Bu, erməni-daşnak Şaumyanın rəhbərliyi ilə Azərbaycan türklərinə qarşı törədilən misli görübnəmiş bir soyqırım idi. O zaman da indiki kimi Azərbaycan, Bakı Türk xilaskarlarını gözləyirdi. Azərbaycan həqarətli günlərini yaşayırdı. Abdulla Şaiqin onda 29 yaşı vardı. Qafqaz İslam Ordusunun komandanı Nuru Paşaya məktub yazmışdı: "...Əgər sən bu şəhəri ala bilməsən, müsəlman gəlinlərin duvaqlarını düşmən açacaq, sənin müzəffər olmağın üçün qalxan əlləri zalımlar kəsəcək”.
Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusu Bakıya daxil olmuş, Bakını erməni cəlladlarından xilas etmişdilər.
Təsəvvür edirsinizmi, öz torpağında, öz evində yadelli gəlib sənə qarşı hər cürə vəhşiliyi edir, əlindən heç nə gəlmir. Amma bu gün o vaxt deyil. Güclü ordumuz var, İgid əsgər və zabitlərimiz var. Bu xalqa, orduya başçılıq edən liderimiz özümüdəndir. Milli Ordumuz 44 günlük müharibədə inkişafını və gücünü sübut da etdi. Amma müharibə tək Azərbaycanla Ermənistan arasında deyil. Dünya güclərinin havadarlığı və himayədarlığı ilə ermənilər dirəniş göstərməkdədirlər. Milli Ordumuz torpaqlarımızı işğaldan azad etsə də, müəyyən narahatlıqlar yaşanmaqdadır.Ermənistanın havadarları hər an qələbimizi, zəfərimizi əlimizdən ala bilər. Bu anda qardaşlarımıza yenə ehtiyac yaranıb.Qəhrəman MEHMETÇİKLƏR köməyə gəlməlidir.
İndicə "YeniSabah” portalında "Türkiyə Ordusu Azərbaycana nə vaxt gəlir?” sərlövhəli yazını oxuyanda əsrin əvvəlində Abdulla Şaiqin "Neçin böylə gecikdin?” adlı şeiri haqqında düşünüb uşaqcasına ərkələndim, doldum. Abdulla Şaiq millətimizin böyük müəllimi idi. Allah rəhmət etsin. Onun "Neçin böylə gecikdin?” şeiri günümüz üçün də bu xalq üçün yanmaqdır:

İntizar qarşısında
Sənsiz qəlbim qırıq, sönük, çeynənmiş, xırpalanmış,
Ömür şüşəm daşa dəymiş, həyatım parçalanmış.
Qırıq bir saz kimi sızlar qanlı, yorğun telləri,
Yaxılar da, yaxar da bütün qayğı vurmuş elləri.
Şu vətənin öksüzləri, gəlinləri, dulları,
Göz yaşıyla sulamış həp keçdiyiniz yolları.
Yolunuzu bəkləməkdən bənizləri sararmış,
Heç gəlmədin. O şən, gülər ürəkləri qəm almış,
Sən gəlməsən, dolumsanmış ürəklər heç şad olmaz,
Sən gəlməsən, xərabəyə dönən qəlb abad olmaz,
Sən gəlməsən, günəş doğmaz, ümid gülüm açılmaz,
Dodaqlarım gülməz, sönük baxtıma nur saçılmaz.
Başqasını istəməm də , ey türk, çabuq sən gəl, sən,
Bəkləməkdən yoruldum, eh,iştə gec qaldın nədən?
Yollarına daşmı qalanmış? Ya azğın quldurlar
Burakmıyor? Daş, dəmir, ya tunc olsa da onlar
Ürəyində şölələnən mətin, qızğın atəşlə, bu
Yax onları, ərit, söndür, çeynə, boğ, əz, xırpala,
Xain, alçaq düşmənlərə qol gücünü həp göstər
Aç qollarını, çabuk gəl ki, qəlbim səni pək istər.

Hardasan, MEHMETÇİK:  "Neçin böylə gecikdin?"

P.S: Onda da əsrin əvvəlləri, indi də . Tarix təkrarlanır. Türklərin Atası deyib ki, Türk xalqı qəhrəmanlıqda olduğu kimi , ləyaqətdə dünyanın bütün millətlərindən üstündür. Türk qardaşlarımız imkan verməz yağı düşmən yağmalasın bu Cənnət yurdu…

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz