» » Bəs mətbuatımız günümüzün, güzəranımızın ayinəsi nə vaxt olacaq?

Bəs mətbuatımız günümüzün, güzəranımızın ayinəsi nə vaxt olacaq?

 

 

Bəs mətbuatımız   günümüzün, güzəranımızın ayinəsi nə vaxt olacaq?

 

Azərbaycan Respublikasının Mətbuat Şurasına,
surəti: Xural TV-yə, 
surəti: Reaksiya TV-yə,
surəti: "Sputnik.az”a,
surəti: Day.az-a
surəti: Yenisabah.az-a
surəti: "Ana və Uşaq.az”-a

1."Azərisitliktəchizat" ASC-nin tabeliyində olan mərkəzləşdirilmiş isitlik sistemi olan binaların qazanxanaların təminatı baxımdan da "Azəriqaz" İB tam hazırdır. Qazanxanalara qaz verilməsi məəsləsində heç bir problem görmürük. Müəyyən prosedurlar icra olunduqdan, qarşı tərəfdən məlumatlar verildikdən sonra qazanxanalara da qazın açılışı təmin olunacaq"…
2… Havalar vaxtından öncə soyuyarsa, mərkəzləşdirilmiş isitlik sistemi olan qazanxanalara istilik mövsümünün başlanmasından daha tez qazın verilişi təmin oluna bilər: "Bizim buna imkanımız, gücümüz çatır. "Azəriqaz" İB-nin baş direktorunun da bununla bağlı göstərişi var".
Ceyhun Səfərov-
"Azəriqaz" İstehsalat Birliyinin mətbuat katibi

Bəs mətbuatımız   günümüzün, güzəranımızın ayinəsi nə vaxt olacaq?

 

3.…2020-2021-ci illər payız-qış mövsümünə hazırlıqla əlaqədar "Azəristiliktəchizat” ASC tərəfindən təsdiq edilmiş tədbirlər planıına uyğun olaraq istilik təchizatı obyektlərinin mövsümə hazırlanması ilə bağlı tədbirlərin icrası başa çatdırılıb.
Bunu mətbuata açıqlamasında "Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev deyib….
4…Bununla əlaqədar olaraq istilik mövsümündə işləməsi nəzərdə tutulan bütün qazanxana və istilik məntəqələrində nasoslar, elektrik mühərrikləri təmir olunub, qazanlar və istilik mübadilə aparatları mexaniki və kimyəvi üsulla təmizlənib, nəzarət ölçü cihazlarının və elektrik avadanlıqlarının dəyişdirilməsi və sazlanması həyata keçirilib, magistral və məhəllədaxili istilik xətləri təzyiqlə yoxlanılaraq sınaqdan keçirilib və qış mövsümündə problem yarada biləcək istilik xətləri dəyişdirilərək yenisi ilə əvəz olunub, qazanxanalar ehtiyat qazan və nasoslarla təmin edilib”….

Rafiq Əliyev-
"Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinin Abonent və Müştəri Xidmətlərinin rəisi

Bu açıqlamaları kütləvi informasiya vasitələrində "Azəristiliktəchizat" ASC və "Azəriqaz" İstehsalat Birliyinin rəsmi şəxsləri ediblər və təmsil etdikləri xidmət təşkilatları adından dövlətə, cəmiyyətə vəd veriblər ki, payız-qış mövsümünə hazırlıq tam başa çatdırılıb. Kifayət qədər qaz ehtiyatı var, əgər havalar soyuyarsa, istiliyi verilmə müddətini irəli çəkməklə yanaşı, qazın təzyiqini də artıracaqlar. Hətta onu da bildiriblər ki, gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirirlər. Vətəndaşlar onları bu əhatədə maraqlandıran bütün suallarla bağlı 956 nömrəli "Çağrı Mərkəzi”, telefon, elektron məktub , eləcə də Cəmiyyətin rəsmi feysbuk səhifəsi vasitəsi ilə müraciət edə bilərlər.
Çox gözəl. İdarəçilik baxımından bu, demokratiyanın, məsuliyyət və cavabdehliyin təntənəsi olmaqla bərabər, həm də şəffaflıq kimi qəbul olunur. Paytaxt şəhərinin sakini olduğuna görə sevinməmək olmur. Amma elə ki, 14 noyabr gecə 24:00 oldu istilik verilmədi, əmin olduq ki, 15, 16 tarixləri şənbə-bazar günləri olduğundan bu günlər də istilik görməyəcəyik. İndi bu dəqiqə ayın 19-u, saat 10: 42-dir, hələ də problem yoluna qoyulmayıb, ancaq məntiqsiz açıqlamalar paylaşırlar….
Eyforiya belə olur da. Ailən, uşaqların,nəvələrin əziyyət çəkir, amma sən belə vədlərə inanıb özünü bəxtəvər hesab edirsən.
Adları çəkilən qurumların ayın 15-nə qədər olan açıqlamalarını oxuyandan və mövsüm başlayandan 5-ci gün keçsə də, 100-lərlə, minlərlə insanın biri kimi mən də soyuq beton plitəli otaqlarda yaşamaqda davam edirəm. Həm də mətbuatda yazılanların eyforiya olduğunu dərk edə-edə.
Bəli, bu cür məsuliyyətsiliklərin baş verməsində televiziyanın da, mətbuatın da cavabdehliyi var. Geogle axtarış sistemi vasitəsi ilə ölkənin baş şəhərində payış-qış mövsümü ilə bağlı dərc olunmuş yazılara baxın. Bu mövzuda kim yazıbsa, aidiyyəti təşkilatların qışa ciddi hazırlığını önə çıxarmaq istəkli olub, amma elə ki, yazılanların əksi üzə çıxdıdıqda, ümumumi sözlərlə üstünü malalayıb keçməyə, ya da həmin təşkilatlara mənsub rəsmilərin əsassız bəhanələri ilə camaatın etirazlarını yumşaltmağa xidmət edir.
Dünyalarca məşhur Napoleon deyərmiş ki, mən 3 qəzetdən yüz min əsgərdən daha çox qorxuram. Çünki qəzetlər dişli idi. Alt dişləri də çürüməmiş, cağbacağ. Əllərinə düşənləri tam üyütməmiş, həzm etməmiş cəmiyyətə ötürməzmiş.
Bizdə sovet dövründə belə idi. Məsələn, günlərin birində hansı rayona məlumat sızmış olsaydı ki, "Kommunist” qəzetinin, "Kirpi” jurnalının və yaxud digər hansısa bir qəzetin muxbiri rayona gəlir, bütün idarə rəhbərləri heç olmasa o ərəfələrdə boyunları qalstuklu pionerlər kimi nümunəvi olacaqdı. İndi barmaqla sayılacaq qədər az mətbu vasitələr var ki, mövqeləri, təsirləri bir yarpağı yerindən tərpədə bilir.
Dünən axşam saatlarından "Azəristiliktəchizat"ın iki məsul şəxsinin açıqlamaları paylaşılır:
1."Bu gündən etibarən istehlakçıların istiliklə təmin edilməsinə başlanılıb.
Yenisabah.az xəbər verir ki, bu barədə "Azəristiliktəchizat” ASC-nin sədrinin müavini İlham Mirzəliyev deyib.
İ.Mirzəliyevin sözlərinə görə, yubanmaya səbəb texniki məsələlər olub:
"Artıq abunəçilərin istiliklə təchiz edilməsi üçün qərar verilib və bu gündən etibarən onların istiliklə təmin edilməsinə başlanıb. Gün ərzində qoşulmalar tamamlanacaq”.
"Azəristiliktəchizat” rəsmisi deyib ki, son 2 ildə abunəçilərin tələbatını ödəmək üçün 5 yeni qazanxana istismara verilib. (Report)
2.Rafiq Əliyev:
"Azərbaycanda 2020-2021-ci illərin payız-qış istilik mövsümü çərçivəsində istehlakçıların istilik təchizatı ilə təmin edilməsi noyabrın 15-dən başlanılıb. Lakin bəzi istilik qazanxanalarının işində yaranan texniki problemlərlə əlaqədar istehlakçıları tam şəkildə istiliklə təchiz etmək yalnız bu gün mümkün olub.
Bunu "APA-Economics"ə "Azəristiliktəchizat" ASC-nin mətbuat xidmətinin rəhbəri Rafiq Əliyev deyib.
O bildirib ki, noyabrın 15-dən Azərbaycanda, o cümlədən Bakı şəhərində istiliyin verilməsinə başlanılıb: "Bəzi istilik qazanxanalarının işində yaranan texniki problemlər istehlakçıları tam şəkildə istiliklə təchiz etməyə imkan verməyib. Lakin problem artıq aradan qaldırılıb və bu gündən etibarən istehlakçılar tam olaraq istilik təchizatı ilə təmin olunacaq".
İndi siz həmin bu şəxslərin mövsümlərin başlandığı ərəfələrdə verdiyi açıqlamaların məzmunu ilə son açıqlamalara və bu açıqlamalar arasındakı ziddiyyətə diqqət yetirin.
 

Bəs mətbuatımız   günümüzün, güzəranımızın ayinəsi nə vaxt olacaq?

 

Mövsümün əvvəllərində bəh-bəhlə bildirirlər ki, gücləndirilmiş iş rejimində çalışıblar, bütün texniki parametrləri , cürbəcürə sınaq-sazlama işlərini yoxlamadan keçiriblər. Paytaxt sakinlərini yüksək şəkildə istiliklə təmin etməyə hazırdılar. İndi isə deyirlər ki, ləngimə texniki məsələ ilə bağlı olub. Doğru deyil. Elə mövsümün əvvəlində də doğru arayış verməyiblər. Dövlət rəhbərləri də bu arayışları oxuyub əmin olub ki, vətəndaşları qayğısız yaşmaqdadır. Qayğısız yaşayan bu məlumatı verənlərin özləridir.
Mən bizim məhəlləy xidmət edən 351 nömrəli qazanxananın işçiləri ilə görüşüb söhbətləşmişəm. Deyirlər ki, biz tam hazırıq, heç bir problemimiz yoxdur. Sadəcə, qaz verilmir.
Rəsmi şəxslər isə bu gün - indi özləri -özlərini inkar edirlər. Hətta 19 noyabr saat 11:00-a olan vaxta qədər də istilikdən əsaər -əlamət yox. Lap verilsə də, sakinlər xətlərin işlək vəziyyətə düşüb tam gücü ilə işləməsi üçün daha 2 günə qədər də indiki vəziyyətlə barışmalı olacaqlar.
Mətbuat aydınlaşdırma, dəqiqləşdirmə aparmadan ağızdan çıxan bütün şişirdilmiş, ütülənmiş məlumatları dərcə verir.
Mən 17 noyabrda bütün bunlarla bağlı prezident cənab İlham Əliyevə müraciət etdim və bu müraciəti ciddi hesab etdiyim 5 onlayn mətbu orqana göndərdim. Heç bir nəticə hasil olmadı, heç yazdığıma cavab da vermədilər. Sovet dövründə "Azərbaycan pioneri” qəzeti hər yazılan məktuba cavab verirdi.
Qənaətimə görə, bizim əksər mətbuat, əlbəttə, ciddi hesab etdiyim mətbu orqanlar da var, məmurların mövqelərini möhkəmlətmək, tutduqları vəzifədə qalmaları üçün onların reputasiyasını yaratmağa, onları qorumağa daha çox yarayır ki, nənki indiki kimi çoxlu sosial problemələrlə baş-başa qalan sadə insanların problemlərinin həllinə.
Bizim insanlara xidmət göstərən təşkilatların əksəriyyətinin istehlakçılarla müqaviləsi yoxdur.
Nə üçün Azəriqaz, Azəristiliktəchizat ASC istehsalçılarla müqavilə bağlamır, tərəflər arasında nə üçün dünya təcrübəsinə uyğun öhdəliklər müəyyən edilmir? Sovet dövründə ATS-lərin müqaviləsi olurdu, indi də var, sadəcə, istehsalçının xeyrinə yazılır. Zəhmət çəksin İstehsalçı üzərinə ciddi məsuliyyət götürsün və bunun müqabilində də istehlakçı qarşısında da ciddi öhdəlik qoyulsun. Fasilə yaranacağı təqdirdə İstehsalçı ciddi cərimələnsin. İstehlakçılar da enerji haqqını vaxtlı-vaxtında ödəməyəndə, onlara qarşı belə sanksiya tətbiq olunsun. Əlbəttə, dövlətin abunə haqqı danışıqsız öpdənməlidir. İmkansız, çətin vəziyyətdə olan ailələr ola bilər. Bu, kiçik say olacaq, dövlət onlara möhlət də verər. Amma ödəməyənlərin əksəriyyəti imkansızlığı bəhanə etməməli, əksinə, öz məsuliyyətsizliklərini dilə gətirməlidir. Bu istiqamətdə dövlət, qeyri -hökumət təşkilatları, bələdiyyələr, aidiyyəti qurumlar qarşılıqlı əməkdaşlıq etməlidir, bu cür əlaqələr kordinasiya olunmalıdır. Mətbuat, televiziya dünyada olan lazımsız şou xəbərlərini deyil, nümunəvi davranış normaları, həyat tərzi kimi vacib məsələlərə yönəli nümunələri daha çox paylaşmalııdr. Maarifçilik şou əhvli-ruhiyyəli mövzuları üstələməlidir.
Biz kənddə yaşayanda hər qış azından 2 maşın odun gətirirdik.Həm əziyyətli, həm dəbaha başa gəlirdi.İndi bütün qış mövsümü əlini ağdan-qaraya vurmursan, bütün qış boyu evin isinəcək: cəmi 30-40 manata. Bütün bunlar həyatımız üçün şüurlu münasibət norması olmalıdır. Əməl edilməyəndə isə, bəs dövlət bizə nəyə gərəkdir, ona görə lazımdır ki, xaos olmasın, nizam-intizama əməl edilsin, qarşıya çıxan bütün problemlər qanunamüvafiq olaraq yoluna qoyulsun. Yoxsa yaşaya bilmərik ki, yoxsa başımız qiylü qaldan açılmaz ki.
Azəriqaz , Azəristiliktəchizat nə üçün keçən mövsümdən indiyə kimi, yəni yeni mövsümə qədər aralarında olan borc məsələsini yoluna qoymayıb? Niyə Azəriqaz İstehsalat Birliyi oktyabrın əvvəlində mətbuatda, televiziyada haray salmırdı ki, mövsüm gəlib çatıb, Azəristiliktəchizat Azəriqaza borcludur, qaz təchizatı dayandırılacaq. Niyə Azəristiliktəchizat keçən mövsümdən indiyə kimi bu borclar yığılmayıb? Niyə bir binada ödəniş edən 100 sakin, ödəniş etməyən 40 abonentin cəriməsini çəkməlidir? Bu iki qurum arasında çəkişmə gedirsə, Azəristiliktəchizatı keçirsinlən Azəriqazın balansına, qoy bir qurum cavabdehlik daşısın?
İnsanların yaşayış və sağlamlığının keyfiyyətinə ciddi təsir edəcək bu cür problemlərin həllində mətbuat avanqard olmalıdır. Amma bunu görmürük.
Mətbuatı açıb izləyin, mən Sputnik.az-da hər iki qurumun arayışını oxudum.Hər iki qurum ictimai tribuna vasitəsi ilə cəmiyyətin qarşısında, dövlət başçısının qarşısında vəd verir ki, bu təsərrüfatlarda mövsümə bütün hazırlıq işləri görülüb.İnsanları keyfiyyətli və etibarlı enerji vasitələri ilə təmin edəcəyik. Bəs hanı vədiniz?
 

 

Bəs mətbuatımız   günümüzün, güzəranımızın ayinəsi nə vaxt olacaq? 

 

 

 

Bakı ölkənin paytaxt şəhəridir. Əgər burada vəziyyət belədirsə, onda əyalətlərdə vəziyyət necədir?
Neft, qaz bu xalqın ümumi sərvətidir. Bir neçə nəfər neftimizə, qazımıza necə neftxudalıq, qazxudalıq edə bilir? Bəs bu xalq kimindir? Onlar bilmirmi cənab Prezidentimiz nə qədər qətiyyətli, prinsipial olsa da, hər bir azərbaycanlı üçün ən böyük kani-mərhəmətdir, kani-hümmətdir.
Xalqımız bu ayları çox ciddi mütəşəkkillik göstərdi.Hamı bir yumruq kimi Cənab İlham Əliyevin ətrafında birləşdi, Azərbaycan yeni bir tarix yazdı. 2 əsrdən çox davam edən işğal tarixinə son qoyuldu. Nadir şahdan sonra ilk hadisə idi ki, Azərbaycan öz işğal edilmiş torpağını azad etdi, özü də qanla, döyüşlə. Cənab Prezident bu döyüşlər haqqında danışarkən əsgərlərimizin şücaətini xüsusi olaraq vurğulayır. Televiziyada qəhrəman əsgərlərimizin düşmənə qarşı necə vuruşduqlarını, hansı şəraitdə vuruşduqlarını əks etdirən süjetlərə, yəqin ki, sosial mediada baxmısınız. Onlar daim hücumda olduqları üçün gecə-gündüz çöldə-bayırda qalırmış. Dağın döşündə, düzün ortasında xəndək qazıb orada yatırmış. Baxın, Azərqazın Azəristiliktəchizatla birləşib həmin əsgərlərin ailəsini, yaxınlarını, həmvətənlərini qışın soyuğuna, bu çətinliyin gətirdiyi sarsıntıya məhkum edirlər. Bunun başqa cürə izahı yoxdur.
Xalqımızın döyüş günlərində əsgərlərimizə göstərdiyi dəstəyi televiziyadan, internetdən seyr etmədinizmi? İsti yemək , geyim, yataq dəsti və s. kim nə bacarırdı kömək edirdi. Yazmışdılar ki, çox böyük məbləğdə vəsait toplanıb.
Azəriqazın, Azəristiliktəchizatın soyuqda qoyduğu həmin xalq edirdi bu dəstəyi?
Xətai rayon 2 nömrəli İstilik Sistemləri İstismar Sahəsinin xidmət etdiyi və bizim də bu yaşadığımız ərazidə nə qədər döyüşən əsgər və zabit var.General Şıxlinski küçəsi 47 və 49-cu binalardan, hətta şəhidlərimiz var .
Millət vəkillərimizin çıxışlarına baxın, hamısı elə bil yalnız yaxşı işləri dəstəkləmək üçün deputat seçiliblər? Eləcə də bu xalqın problemləri üçün də belə fəal olun , nə olar ki. Ölkənin paytaxt şəhərində payız-qış mövsümünə hazırlıq belə görülürmü? Azəriqaz, Azəristiliktəchizat Ölkə başçımızın İnsanlıq, Dövlətçilik fəlsəfəsinə uyğun olmayan belə laqeydliyə necə yol verə bilər?
Bəs bizim məmurlar Cənab Prezidentin "Məmur xalqın xidmətçisi olmalıdır ” tövsiyəsinə nə zaman əməl edəcəklər?
Bəs mətbuatımız günümüzün, güzəranımızın ayinəsi nə vaxt olacaq?

Bəs mətbuatımız   günümüzün, güzəranımızın ayinəsi nə vaxt olacaq?

 

Akif Əhmədov ,
General Şıxlinski küçəsi, 49 nömrəli binanın sakini

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
SitatCavab
  • Qurup: Baş redaktor
  • Qeydiyyat: 12.09.2016
  • Status: offline
  • Şərhləri: 11
  • Məqalələri: 1284
^
İstilik 19.11.2020-ci il tarixdə hardasa saat 12-yə qalmış verildi.Amma hələ üstündən 4 saata yaxın vaxt keçməsinə baxmayaraq 10 faiz istilik var.
  • Нравится
  • 0