» » Ürəklərdə bir baharın hərarəti , amma ölkənin baş şəhərinin beton plitəli mənzillərində soyuqla baş-başa qalmışıq

Ürəklərdə bir baharın hərarəti , amma ölkənin baş şəhərinin beton plitəli mənzillərində soyuqla baş-başa qalmışıq


Azərbaycan Respublikasının Prezidenti 
Cənab İlham Əliyevə,
surəti: "Sputnik.az”a,
surəti: Xural TV  və Reaksiya TV-yə,
surəti: Day.az-a
surəti: Milli.az-a

Ürəklərdə    bir baharın  hərarəti , amma ölkənin baş şəhərinin beton plitəli   mənzillərində soyuqla baş-başa qalmışıq

 

Azərbaycan neft-qaz ölkəsidir. Dünya üçün enerji təhlükəsizliyinə  ən etibarlı tərəfdaş olan bir ölkədir. Amma  hansı məmurlarsa "qara qızıl”ın,  mavi qazın  rahatlığını öz vətənimizdə   Bakının ən böyük  sənaye rayonu olan  Xətai rayonunun sakinlərinin başına  dəyirman daşı kimi fırladır.  Mən bu yazını tamamlayanda  17 noyabr, saat  14:00 tamam idi.  Havalar yağmurlu və küləkli. Panel evlərimizi isə  bumbuz....

 Prezident hər zaman məmurlara deyir ki, mən xalqıma xidmət edirəm, sizin də  vəzifəniz   xalqa xidməti  etməkdir. Amma məmurlar  nəinki buna əməl edir,  hətta,  bu çağırışdan sonra  da ,  sadə insanlara  yuxarıdan aşağıya  baxırlar. İnsanlar  məcbur olub kütləvi şəkildə Ölkə rəhbərinə müraciət edirlər.Təəssüf ki, yerlərdə narazılıq yaradan məmurların Prezident Aparatında havadarları da tapılır. Müraciətlər Prezidentdən gizlədilir, ən yaxşı halda bu müraciətlər fəaliyyətlərindən və yaxud fəaliyyətsizliklərindən şikayət edilmiş şəxsin  və ya  təşkilatın özünə göndərilir.    Müraciətlərə rəsmi cavab verilmir.Vəziyyəti  düzəltmək, həll etmək əvəzinə  sonu  bilinməyən növbəti illərə ötürülür, insanları dövlətdən  narazı salırlar.   Xətai rayonunun 96  nömrəli MİS-nin xidmət ərazisi üzrə sakinlər  5 ildən çoxdur  ki,  üst-üstə yığılıb qalmış problemləri ilə bağlı Ölkə başçısına  kollektiv şəkildə  müracuət etməyə  məcbur olublar. Bir neçə dəfə  telekanallarda  bu problemlər göstərilsə də, heç bir nəticəsi olmayıb.Sovet dövründə  vətəndaşların müraciətlərinə,  qəzetlərdə, televiziyada gedən  tənqidi faktlara belə münasibət dünyasında ola bilməzdi. Zəhmətkeşlərin müraciətlərinə məhəl qoyulmur,  bu müracuətlərə mövcud qanunvericilik   tələbindən baxılmır, onu idarə edənlər öz  istədikləri kimi həll edirlər.  

Mətbuatda, televiziyada  daha çox çıxış edən 5-10  Millət vəkili var.  "İki sahil”  qəzetinin redaktoru da   ancaq  yaxşı xəbərləri yazır.

Bəs həmin  deputatlar Milli Məclisdə bu cıradan olan məsələnin  həllini qaldırmırlar?  Hörmətli deputatlar  nə üçün   belə xidmət təşkilatlarından  aydınlıq  tələb etmir ki,   siz  mətbuatda cəmiyyətin qarşısında öhdəlik götürmüsünüz, vəd vermirsiniz,  niyə öhdəliyi yerinə yetirmirsiniz?

 "İki sahil”   qəzeti  SOKAR-ın nəşridir. Qaznxanalardan deyirlər ki qaz versələr, biz bu dəqiqə sistemi işlək vəziyyətə  gətirərik.Bu problem hər il olur, təkcə qazanxanalarda deyil, evlərə veilən mavi qaz üçün də 100   bəhanə ilə adlandırıb fasilə yaradırlar. Vüqar Rəhimzadə bir dəfə də belə  məsələləri qəzetində müzakirəyə çıxarsın da.

Sentyabr ayının  27-dəb başlanan Vətən müharibəsi Azərbaycan dövlətinin, şəxsən onun   rəhbəri İlham Əliyev cənablarının qətiyyəti ilə erməni təcavüzkarlarının kapitulyasiyası ilə başa çatdı.İki əsrdən artıq davam edən işğal  tarixinə son qoyuldu. Nadir şahdan sonra Azərbaycan tarixində ilk  hadisə oldu ki, Azərbaycan işğal olunmuş ərazisini döyüşlə geri qaytardı. Bu anlarda dünya harasında yaşamasından asılı olmayaraq  elə bir azərbaycanlı ola bilməz ki, onun ürəyində, ruhunda İlham Əliyev adının   yaratdığı istilik olmasın.  Amma  öz vətənimizdə hərəsi bir xarici maşında işə gedib-gələn, isti kabinetlərdə əyləşən  məmurlar bu istiliyi, odu  gurlandırmaq əvəzinə hər gün ona inamsızlıq yaradırlar.

  Nazirlər  Kabinetinin Qərarına əsasən,  Bakı şəhərində istilik mövsümü noyabrın 15-dən aprelin 15-dək nəzərdə tutulub. Göydən qar yox,  qılınc  kimi kəsən şaxta yağsa da, Azəristiliktəchizat istilik  enerjisi verən deyil.   Bu gün  "Azəriqaz" İstehsalat Birliyi   hökumətin müəyyən etdiyi vaxtda qaz verməkdən boyun qaçırır(bu, dövlət əleyhinə təxribatdır),   o da qalmışdı    mövsümə  15 gün tez başlayalar, 15 gün də obaşdan   vaxtı artıralar.

  İnsanlar arasında belə söhbət gəzir ki, istilik təsərrüfatında çalışanlar da belə deyirlər ki, guya insanların borcu var,  ona görə də SOKAR qaz vermir.  Heç inanmaq olmur, əgər ödəmələrdə   problem varsa, bu da dövlətin öz qayğısıdır. Həlli üçün  özü  optimal yollar aramalı,  idarə və təşkilatlar arasında koordinasiya olmalı,  ciddi  maarifləndirilmə işləri aparmalıdır.

Azərbaycanda yaşayıb İsrailə köçmüş bir  yəhudi dostum   xeyli  illər keçəndən sonra  Bakıya qonaq gəlmişdi. Oradakı həyatdan danışdı.Dedi ki, bizdə bütün xidmətlər üzrə  istehlakçı ilə xidmət qurumları   arasında müqavilə var.Müqavilə yoxdursa, deməli, o,    idarə, təşkilat keyfiyyətli xidmət etməyəcək. İzah etdi ki, məsələn, bizdə abonent Allahdan istəyir ki, işığı 5 dəqiqə sönsün, o da  enerji təsərrüfatını məhkəməyə verib, ilboyu ödədiyi  haqdan da  böyük   miqdarda  təzminat alsın. Ona görə də xidmət  qurumu son dərəcə  cavabdehlik və məsuliyyət daşıyır.

Bəs nə üçün  "Azərisitliktəchizat" ASC   göstərdiyi xidmət üçün istehlakçılarla   müqavilə bağlamır? Doğrudur,    qazanxana işə düşəndən sonra   orada çalışanlar qaydasınca xidmət göstərirlər, istilik  də normal olur. Amma  istilik   mövsümün əvvəlində indiki kimi  istilik 1-2 gün gec verilir, ya da vaxtından əvvəl dayandırılır. Hərdən arada  fasilələr  də  ciddi narahatçılıq yaradır. Əgər müqavilə olarsa, hər iki tərəfin məsuliyyəti və  müqavilə şərtlərini yerinə yetirməyəcəyi təqdirdə məsuliyyətləri müəyyən olunarsa, həm xidmətin keyfiyyəti yüksələr, həm də ödəmələr daha intensiv olar.

 

Ürəklərdə    bir baharın  hərarəti , amma ölkənin baş şəhərinin beton plitəli   mənzillərində soyuqla baş-başa qalmışıq

 

 

"Azəriqaz" İstehsalat Birliyi də, Azəristiliktəchizat ASC-i də hər il  mövsüm başlamazdan   bir neçə ay da əvvəl  bəh-bəhlə mətbuata, televiziyaya ütülü, qəliblənmiş  arayışlar  verirlər ki, guya ölkənin  təbii qaz və istilik təsərrüfatının qışa hazırlıq tədbirlərini sürətləndirməyə başlayıblar.  Guya bu məqsədlə  hələ keçən mövsüm bitəndən ciddi yenidənqurma, təmir-bərpa işləri apaılıb və aprılmaqdadır. Mövsüm  başlayana qədər  bu işlər tamamlanacaq  və  abonentlər cari  mövsümdə keyfiyyətli  qaz  və istilik enerjisi ilə tam təmin ediləcəkdir. 

 "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev  hər il  mövsümqabağı   bu şəkidə açıqlamalar  verir.  Məsələn,  bu il "Sputnik Azərbaycan”-a açıqlamasında görülən işlərlə bağlı danışıb.  R.Əliyev bidirib ki: "İstilik mövsümünün respublikanın dağ və dağətəyi rayonlarında 1 noyabr tarixindən, digər ərazilərdə, o cümlədən Bakı şəhərində 15 noyabr tarixindən başlanılması və mövsüm ərzində Cəmiyyətə məxsus 559 qazanxana istismar edilməklə 3870 yaşayış binası, o cümlədən 182,0 mində yaxın mənzil, 288 məktəb, 157 uşaq bağçası, 161 səhiyyə müəssisəsi və 1950 digər sosial və təsərrüfat obyektlərinin istiliklə təmin edilir (Bax: https://sputnik.az/life/20201108/425405798/Havalar-gzlnildiyindn-soyuq-olarsa-qazn-tzyiqi-artrlacaq.html) ".

 

"Azəriqaz" İstehsalat Birliyinin mətbuat katibi Ceyhun Səfərov  isə Sputnik Azərbaycan-a açıqlamasında mövsümə hazırlıqla bağlı danışarkən    deyib:

"Azərisitliktəchizat" ASC-nin tabeliyində olan mərkəzləşdirilmiş isitlik sistemi olan binaların qazanxanaların təminatı baxımdan da "Azəriqaz" İB tam hazırdır. Qazanxanalara qaz verilməsi məsələsində heç bir problem görmürük. Müəyyən prosedurlar icra olunduqdan, qarşı tərəfdən məlumatlar verildikdən sonra qazanxanalara da qazın açılışı təmin olunacaq".

Hətta,  "Azərisitliktəchizat" ASC-nin  mətbuat katibi  bunu da   vəd  edib ki, havalar vaxtından öncə soyuyarsa, mərkəzləşdirilmiş isitlik sistemi olan qazanxanalara istilik mövsümünün başlanmasından daha tez qazın verilişi təmin oluna bilər: "Bizim buna imkanımız, gücümüz çatır. "Azəriqaz" İB-nin baş direktorunun da bununla bağlı göstərişi var".

 

  Bu  məmurları hardan  tapıb  onlara belə məsul görəvi  necə tapşırırlar?  Baxın, onlar  təmsil etdikləri   idarə, təşkilat, qurum adından dövlətə,  cəmiyyətə  insanların yaşayış və salamatçılıq təminatı ilə bağlı  necə eyforik raportlar verirlər.  Bu  gün ayın  17-sidir.   İstiliksə 3-cü gündür ki hələ də  yoxdur.  Günü bu gün  versələr , ən azından  1 gün də tam  lazımdır ki, xətlər  işlək vəziyyətə gətirilib normal istilik verə bilsin.

Havalar  vaxtından əvvəl soyuyub, beton  evlərdə yaşayırıq. İstiliyi  vaxtından tez vermək , 15 gün də mövsümün sonunda  vaxtı artırmaq qalsın  bir yana,   heç olmasa, mövsüm dövlət tərəfindən    müəyyən olunan  qaydaya, yəni vaxta   dəqiq əməl edin də.   Cəmiyyətə doğru olmayan məlumat verməyin də. 

Günah ilk olaraq  bu cür  gerçək olmayan  xəbərləri  tirajlayan mətbuatındır, televiziyanındır.  Başqa yerlər haqqında bilmirəm, amma Xətai Rayon 2 nömrəli İstilik Sistemləri İstismar Sahəsinin 351 mömrəli qazanxanası  qapıları bağlı, sobaları da tüstüsüz.   Şairin   obrazlı ifadəsinə uyğunlaşdırsq,  ürəklərdə əbədi bir baharın hərarəti, amma ölkənin baş şəhərinin beton plitəli mənzillərində soyuqla baş-başa qalmışıq.

Bizim  ərazidə iki şəhid ailəsi var. Şəhid kapitan Nəcəf Şikarovun bu gün də   7-si idi. Bu soyuq  da bir tərəfdən....

   Mətbuatda, televiziyada  hansı xidmət sahəsinin  nümayəndəsi gerçək olmayan məlumat verir, o,  Cənab İlham  Əliyevin   dövlətçilik    hədəflərinə sədaqətsizlik göstərir.

İnsan  kasıb yaşaya bilər,  xarici marka avtomobili,  100 minlərlə  manatla dəyəri olan malikanələri, bağ evləri olmaya bilər. Eybi yoxdur, qoy panel ev olsun, amma su, işıq, qaz, istilik  sarıdan əziyyət çəkməsin.      Təəssüf ki, biz ölkənin paytaxt şəhərində   bu əziyyətləri çəkirik.

 Biz Leninqrad mühasirəsi çətinliyində yaşamırıq ki,  ağacları ,  mebellərimizi yandırıb evimizi isidək.

Uşaqlığım  rayonda keçib: 55 il  bundan əvvəl.  Məktəbli idik, müəyyən  qədər ağlımız kəsirdi. Heç vaxt qış dərdi çəkmirdik.  Damlarımızda kisələrlə  buğda, arpa olurdu. Qış uzunu   bədənimizi güclü, qarnımız tox  edəcək   azuqə ehtiyatımız   olurdu. Bunlara öz həyətimizdə əkib becərdiyimiz kartof, soğan, kələm, lobya da  əlavə edilirdi.     Yəni, qış gəlincə qışın çətinliklərinə şüurumuzda, psixologiyamızda   etibarlı bir   xatircəmlik  duyğusu  mütləq idi.Qış lap  bütün gücünü işə salsaydı,  fərq etməyəcəkdi. Əksinə, maraqlı, şirin xatirələrlə xatirələrimizə köçəcəkdi. Bərk şaxta olacaqdı, həyət-bacada qarın hündürlüyü  adam boyda olacaqdı. Olsun da. Şaxtalı  günlərdə guppa-gup yanan kürənin ətrafında əyləşib,  hər birimizə ayrıca çəkilmiş sini dolu sıyığı, xəmir xörəklərini  qaynar-qaynar   yeyib, istidən özümüz də kürəyə dönəcəkdik. Sonrakı illərdə də  neçə qış gələcəkdi,   ruhumuzda, psixologiyamızda,  əvvəldən yaşadığımız qış   mövsümünün     macəraları olduğundan heç gərəyimizə olmayacaqdı. Heç üşüməyəcəkdik, donmayacaqdıq.

 Bir qalırdı toyuq-cücənin,  mal-qaranın, qoyun-quzunun  narahatçılığı. Hə,  bax, qışa hazırlıq  qayğısının nə demək olduğu bizim   yaddaşımıza  heyvanları yaza  salamat  çıxartmaq üçün   görülən  tədbir  kimi  həkk olunub. Dönə-dönə   hər  bir insanımızdan, bacımızdan-qardaşımızdan analogiyama görə üzr istəyirəm.Bu məsuliyyətsiz və səriştəsiz məmurlar  adamı elə yandırır ki, öz fikirlərini də kəskin şəkildə ifadə etməyə məcbur olursan.

  Tələbəlik illərimi də daxil etsəm, ömrümün 50 ilinə yaxın bir dövrünü  Bakıda yaşamışam. 50 ilin 50- də  də  kiçik istisnalarla  qış əziyyətləri gördük. İnsanlara qulluq etməli təşkilatlar   bu  vəzifələrini, sadəcə, yola  verirdilər, amma hesabatlar, arayışlar cağbacağ  olurdu və indi də belədir.

Hər qış   noyabr ayı yaxınlaşdıqca,  canımız, ruhumuz, hissimiz gizildəyir.Görəsən, 15-də istiliyi verəcəklər, görəsən, bu il arada fasilələr olmayacaq ki,  vaxtından tez bağlamayacaqlar ki və s.

 

Ürəklərdə    bir baharın  hərarəti , amma ölkənin baş şəhərinin beton plitəli   mənzillərində soyuqla baş-başa qalmışıq

 

 

 Beyinə bu nigarançılıq düşəndən sonra nə qədər  nümunəvi xidmət göstərsələr də,    doyumluq istilik olmayacaq. İnsan gərək qış gəlməmişdən  əmin olsun ki,  etibarlı qazı, işığı, istiliyi  var. Bayırda 20-30 dərəcə şaxta olsa da,  bizə evdə də köynəklə  hava    isti olacaq.  İnsana qayğıdan əvvəl bu etibarlı ümidi yaratmaq lazımdır.  Amma təəssüf ki,  heç bir xidmət təsərrüfatı bu əminliyi yarada bilməyib.  Qayğısız yaşamaq ancaq  vəzifəli və imkanları  gen-bol olan adamlara  qismət olub. Belə adamlar isə  heç vaxt qışda  üşüməmək üçün  paltarlı yatan adamların  vəziyyətini    hiss edə bilməzlər. Onlar da gərək beton plitələr arasında yaşasın,  paytaxt şəhərdə suyu qrafiklə alsın, qış aylarının hər gününü "Allah, Allah”  deyə  yola versinlər ki,  indi  soyuq evlərdə  əziyyət çəkən insanların halına acıya bilsinlər.  

 Gözəl şairimiz Rəsul Rzanın iki qüdrətli  nümunəsindən istifadə edəcəyəm: "Bir gün də insan ömrüdür” poeması və "Sarı dana və balaca qız”şeiri.

 Hər iki nümunədə  böyük şairin insanı, onun həyatını obrazlı-assosiativ mənalandırma   qüdrətini  görməmək mümkün deyil. Rəsil Rza insana belə  dəyəri  ilə  " Mən aləm sədəfində insadan qiymətli bir gövhər görmədim”-, deyən   böyük Füzuli ilə  ruhən tən gəlir.

"Pambıq  gecə-gündüz yığılırmı, süd-yumurta planı nə yerdədir, bizim rayon cır meyvə  təhvilində qonşu  rayondan nə üçün geridə qalıb?” kimi  gündəlik gərgin mübarizələrin  məntiqi nəticəsi  bu olurdu  ki, öhdəliklər, planlar  artıqlaması ilə yerinə yetirilirdi, insan amili isə  heç    yada  da düşmürdü. 

Səs düşdü Göytəpə kəndinə: 

"Sarı dana xəstələnib!”

– Necə, sarı dana?

Sazaqlı külək kimi

xəbər yayıldı hər yana.

Sədr gəldi,

partkom gəldi,

baytar, bir də briqadir.

Hər gələn soruşdu:

–Azarı nədir?

Baytar qulağını qoydu

dananın sinəsinə.

Hamı dondu qaldı.

Baytar tövşüdü, tərlədi.

Dana öz bildiyi kimi nəfəs aldı.

Baytar qaşlarını çatdı.

Hamı qəm dəryasına batdı.

Baytar dedi:

–Süddədir illəti.

Sağıcı Gülxaranın

gözlərinə çökdü dünyanın zülməti.

Baytar dedi: tez olun!

Tənzif, pambıq verin! Qarnını bağlayaq,

İsti su gətirin ayaqlarına!

Damcı dərman da lazımdır

qulaqlarına.

Nüsxə yazdı bir qarış.

Maşın ürkək keçi kimi sıçradı:

sədrin buyruğu ağzından çıxmamış.

Handan-hana

qoca mühasib gəldi.

Baxdı, ah çəkdi

Dedi: yazığın gəlsin bizə,

sarı dana.

Amandır bu zülmü eləmə

illik plana!

Üç gün, üç gecə

Gülxara ayrılmadı

sarı danadan.

Dana sakit yatanda dedi:

ağrın alım.

Dana qurcuxanda dedi:

Can!

Hər üç saatdan bir

verdi su dərmandan,

hər altı saatdan

toz dərmandan.

Nə evinə gedə bildi.

Nə urvalıq apara bildi

uşaqlara dəyirmandan.

Tənzifə qızmadı ürəyi,

dananın qarnına bağladı

gəlinlik şalını.

Sədr hər axşam, hər səhər,

şəxsən,

soruşdu dananın əhvalını.

Partkom gündə bir dəfə

xəbər aldı:

–Necədir sarı dana?

Əhvalat uzundur, nə deyim.

Bəsdir bunu desəm

dana ölmədi azardan.

Ancaq Gülxaranın

qaragöz kiçik qızı...

Beşcə qulac bez aldılar bazardan.

Quyruğunu qoyub belinə

qaçır, tullanır

sarı dana indi,

Ancaq, soruşan yoxdur,

yaşıl otlar içindəki

o balaca qəbir kimindir!


Ürəklərdə    bir baharın  hərarəti , amma ölkənin baş şəhərinin beton plitəli   mənzillərində soyuqla baş-başa qalmışıq

 

 

Fəqət,   hər il payız-qış mövsümün  əvvəlində  rayon partiya komitələrinin  qış aylarında  heyvandarlıq təsərrüfatlarında   hazırlığın vəziyyətinə aid   bürolar keçirilməkdə idi. Öhdəliklər qəbul edilməkdə idi.

 

"Bir gün də insan ömrüdür” poemasında Rəsul Rza çox  məntiqli bir nəticəyə gəlirdi:


…Eşitmişəm idarədə qalırsan

Üç gecədir!

Yaramaz belə.

Muğayat ol özündən

Adamlar necədir?

Xəstələnən yoxdur ki?

Plan dövlət qanunudur -

bilirsən özün.

Ancaq, adamsız nə plan, nə dolum!

Adamlarda olsun gözün.

 

Bu yazımı  kütləvi informasiya vasitələrindən ciddi hesab etdiyim   mətbu orqanlara  göndərirəm. Çünki  Prezidentimizə  ünvanlanan yazıları elə anındaca  geriyə - uyğun   idarələrə  göndərirlər. Araya seçki düşür, referendum düşür, müharibə düşür,  problem, istək, ümid, beləcə, arada itib-batır.

 

Akif Əhmədov- 

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
SitatCavab
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
I'm truly enjoying the design and layout of yoour blog.
It's a very easy onn the eyes which makes it much more pleasant for me to come here and visit more often.
Did you hire out a designer to crreate your theme?
Exceptional work!
https://clients1.google.jo/url?q=https://youtu.be/zD2E6LqED-Y
cialis mexico
cialis mexico
  • Нравится
  • 0