» » Azərbaycan Respublikasının Prezidentinə və Milli Məclisinə müraciət

Azərbaycan Respublikasının Prezidentinə və Milli Məclisinə müraciət

Azərbaycan Respublikasının Prezidentinə və Milli Məclisinə  müraciət

Cənab Ali Baş Komandan, hörmətli Prezident!

Torpaqlarımızın erməni işğalından azad edilməsi uğrunda apardığımız Vətən müharibəsi cəmi 44 gün davam etdi. Ordumuz iki əsrdən artıq davam edən işğal tarixinə cəmi 44 gündə son qoydu. Ermənilər  Qarabağ torpağında diz çökdürüldü, kapitulyasiyaya məhkum edildilər.

  Bizim bütün zəfərlərimiz sizin adınızla bağlıdır.

 Siz təkcə Ermənistan tərəfi ilə döyüşmürdünüz. Bir tərəfdən Azərbaycana qarşı əks mövqedə olan  ölkələr, onların liderləri, bir tərəfdən də xarici televiziya və informasiya agentliklərinin qafaları təxribatçı  suallarla doldurulub ölkəmizə göndərilmiş  əməkdaşları. Biz mətbuatdan, televiziyadan bunları görüb izləyirdik.  Siz  bu ərəfədə ölkəmizi həm də ideoloji cəbhədə  xəyanətlərdən qorudunuz.

 Siz hakimiyyətə gəldiyiniz  vaxta verdiyiniz vədi şərəflə yerinə yetirdiniz. Xalqın son istədiklərinə qədər gəlib çıxdınız. Rusiyalı hərbi ekspert, "Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko mətbuatda Azərbaycanın işğal altında olan Qarabağda 44 gün davam edən hərbi əməliyyatlarda qələbə qazanmasının 9 mühüm sirrini paylaşıb.   Mən də hamı kimi müharibədən  çox-çox  əvvəl bu səbəbləri görmüşəm,  bu amillərin  ölkəmizdə mövcudluğunu qəbul etmişəm və inamışam ki, Siz mütləq qalib gəlcəksiniz. Öz saytımızda, ayrıca Sizin adınıza olan səhifəmdə, fasebookda bununla bağlı çoxlu statuslar paylaşmışam.

Hörmətli Prezident, qəbul etdiyiniz hər bir qərar məntiqlidir, doğrudur. Müharibə hələ tam bitməyib. Mən inanıram ki,  xalqımız, bütün siyasi partiyalar, ayrı-ayrı müxalif şəxslər xalqımızı, dövlətçiliyimizi qorumaq naminə üçrəngli bayrağımız altınfda getdikcə daha sıx birləşəcək, Qarabağ münaqişəsi  Sizin    rəhbərliyinizlə Azərbaycan xalqının   maraqlarına  tam  cavab verilməklə    birdəfəlik həll ediləcək və bir daha  heç zaman Azərbaycan xalqının qarşısına çıxmayacaqdır.

Hörmətli Prezident, 1941-45-ci illər müharibəsində  sovet xalqlarını qazandığı qələbədə ideoloji   təbliğatın da  böyük rolu olmuşdu. Qələm və sənət adamları da, sanki  "Müsəlləh əsgər" idi, hamı böyük Qələbəyə xidmət edirdi. Mətbuat daim cəbhələrdən  xoş  xəbərlər yazır,  öz səhifələrində   qəhrəman oğullarımızın  obrazlarını  canlandıraraq arxa cəbhədə   qələbəyə inam və  nikbinlik yaradırdı. 

Qəzetlər əsgərlərə səngərlərdə çatdırılırdı.  Orden və medallar kavalerlərə döyüş fasiləsində  təqdim edilirdi. Bu cür nümunələr digərlərinini də qəhrəman olmağa ruhlandırıdı.

 Cənab Prezident, Siz hər zaman əsgələr və zabitlərlə görüşürsünüz, şəhid ailələrinə diqqət heç vaxt sizin dövrünüzdə olduğu qədər geniş və əhatəli olmayıb. Təbii ki, bu gün də belədir, sabah da belə olacaqdır…

Biz  Sizin  əsgər və zabitlərimizin   qəhrəmanlıqlarını    dəyərləndirəcək  fərmanlarınızı gözləyirik.

Cənab Prezident, bu müharibədə bütün əsgər və zabitlərimiz qəhrəmandırlar. Şəhidlərimiz var ki, onların  qəhrəmanlıqları heç zaman unudulmayacaq.  Onların göstərdikləri şücaətlər  hələ neçə   əsgərimizi  belə   qəhrəmanlıqlara  ruhlandıracaqdır.

Mən əvvəlki 2 yazımda bu fikri dilə gətirmişəm və bir daha cəsarət edib yenə təkrarlayıram.

 Bu cür qəhrəman əsgərlərimizə, şəhidlərimizə fəxri adlar verilsin. Hərbi salnaməmiz belə səhifələrlə daha möhtəşəm olardı. Bəlkə də bu adlar verilib, amma kütləvi informasiya vasitələrində elan edilməyib.

 

Həmçinin Milli Məclisdən xahiş edirəm ki, Vətən müharibəsini xalqımız üçün, ordumuz üçün daha az itkiylə, amma QƏLƏBƏ ilə başa çatdırdığına görə ölkənin Ali Baş Komandanı cənab İlham Əliyevi ən yüksək hərbi rütbəyə və Milli Qəhrəman fəxri adına layiq görülməsi məsələsini müzakirəyə çıxarsın.


Hörmətlə: Akif Əhmədov,
"Ana və Uşaq” portalının baş redaktoru

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz