» » Humanist niyyətləri alqışlayırıq, amma ermənilər bu niyyətləri də alt-üst edəcək (II yazı)

Humanist niyyətləri alqışlayırıq, amma ermənilər bu niyyətləri də alt-üst edəcək (II yazı)

 

Humanist niyyətləri alqışlayırıq, amma ermənilər bu niyyətləri də alt-üst edəcək (II yazı)

 

Biz inanmırıq. Ona görə yox ki, onların artıq evi yanır. Ona görə ki, bu məlun tayfa yazıqlanıb humanitar yardım alacaq, evlərini bərpa edəcək, humanitar yardım arasında gətirilən silahları yağlayıb fürsət düşdükcə yenə əqrəbliklərini davam etdirəcəklər.

Bu gün gecə dən xeyli keçmiş yuxudan ayıldım. Saata baxdım: 3:36 idi. Hamımız nigaranıq .Dərhal yerimdən qalxıb interneti qoşdum, görüm cəbhədə nə yenilik var. Axı bu gün ayın 18-i Müstəqillik Günüdür. Axı mən sentyabrın 30-da "Ana və Uşaq.az” portalında hörmətli Prezidentimiz İlham Əliyevə məktubla müraciət etmişəm:
"İnşallah, 18 Oktyabrda Şuşada möhtəşəm bir parad qəbul edərsiniz. Bu gün tarixə qızıl hərflərlə yazılmalıdır və gələcək nəsillərə əmanət edilməlidir.
Müstəqilliyimizin bəxtəvərliyini yaşayarıq, inşallah”.
Nigarançılığımla yanaşı, dərin bir inamım da var idi ki, 18 -də Milli Ordu mütləq Şuşada olacaq, Şuşada Müstəqillik bayrağı dalğalanacaq.
İnternet açılan kimi, oxuduğum bu oldu ki, ermənilər ağ bayraq qaldırıb. Guya Ermənistan Azərbaycanla heç bir şərt irəli sürmədən danışıq aparmağa, işğal altındakı Azərbaycan ərazilərinin boşaldılması üçün işlərə başlamağa hazır olduğunu bildirib…
İnanmadığımdan bu xəbər məndə heç bir ümid doğurmadı. Yerimə uzansam da, gözümə yuxu getmədi.Ha fikirləşdimsə, bu atəşkəsin davamlı ola biləcəyinə zərrə ehtimal tapa bilmədim. Artıq hava işıqlanmışdı.Qalxıb kompüterin arxasına keçirəm və ilk diqqət yetirdiyim də Müdafiə Nazirliyinin məlumatı olur:
"Oktyabrın 18-də saat 00.00-dan yeni humanitar atəşkəs rejiminin elan olunmasına baxmayaraq, Ermənistan silahlı qüvvələri növbəti dəfə razılaşmanı kobud surətdə pozub.
Düşmən Cəbrayıl şəhərinin ətraf ərazilərini, eləcə də bu rayonun Araz çayı boyu yerləşən və işğaldan azad olunmuş kəndlərini gecə ərzində minaatan və artilleriya qurğularından atəşə tutub. Şəxsi heyət arasında itki yoxdur. Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.
Qoşunlar bütün cəbhə boyu əlverişli hədd, əhəmiyyətli yüksəklik və mövqelərdə müvafiq fəaliyyətlər həyata keçirir.”
Mən, demək olar ki, sentyabrın 27-dən Ermənistanın internet resurslarına nəzər yetirirəm. Orada yazılanları, deyilənləri translate yolu ilə özümə aydın edirəm. Heç faşistlərin sovet xalqına bu qədər nifrəti olmayıb ki, ermənilərin azərbaycanlılara, türklərə qarşı bu qədər nifrəti var.
Erməni cəmiyyətində bu qədər nifrət olduğu halda, atəşkəsə, sonrakı sülhə də inanmağa haqqımız yoxdur. Atəşkəs mövcud oyuncaq hökumətin məcbur olub əl atdığı vasitədir. Erməni cəmiyyəti atəşkəs, sülh istəmir.
ATƏT-in Minsk qrupu, BMT, Rusiya isə söz diplomatiyasında müəyyən addımlar atsalar da, əməli addım atmağa heç kim maraqlı deyil. 30 il heç nə edə bilməyən ATƏT-in Minsk qrupundan bundan sonra nəsə gözləmək uşaq sadəlövhlüyündən başqa bir şey deyildir.
Lavrov münaqişənin Türkiyə variantını məqbul saymır, siyasi diplomatiya ilə mümkünlüyünü təkrar-təkrar ortaya atır. Ermənistan elə düşünülməsin ki, Rusiyanın sözünü eşitmir, tapşırıqlarına əməl etmir. Əksinə, Ermənistan Rusiyanın tapşırıqlarını icra edib və etməkdədir. Rusiya ədalətli arbitr olsaydı, heç Qarabağ münaqişəsi də olmayacaqdı, Xocalı faciəsi baş verməyəcəkdi və s. Sovet İttifaqı dağılana qədər Sövetlər ölkəsinin mövcud olmuş nüfuzu da məhz Qarabağ hadisələri başlayandan enməyə başlayıb, Ermənistan da qabağa düşüb sonu aydın olmayan səmtə aparır. Siyasətçilər bir yana, adi vətəndaşlara da bəllidir ki, Ermənistan bu atəşkəsi də pozacaq, humanist missiyalar instituna bu dəfə də etimadsızlıq yaradacaq. Çünki xəyanət, yalan, hiylə əqrəb kimi onların qanında var .
Rəvayət: Belə ibrət götürülməli bir hekayət var:

- Çayın qırağında əqrəblə qurbağa qarşılaşırlar.Bunlar çayın o biri sahilinə keçməli idilər.Qurbağa üçün problem yox idi.Əqrəb ondan xahiş edir ki, məni belinə götürüb o biri sahilə keçir.Qurbağa deyir ki, yox, sən məni sancacaqsan.Əqrəb göz yaşı tökür, and-aman edir və qurbağanın ürəyini yumşaldır. Qurbağa əqrəbi belinə götürüb özünü çaya vurur. Çayın ortasında əqrəb dayana bilmir, neştərlərini işə salır. Qurbağa deyir ki, axı mən sənə inanmırdım, dedim ki, sancacaqsan. 
Əqrəb də deyir ki, bu, mənim qanımdadır, dayana bilmirəm. 
Onda qurbağa elə çayın ortasında 1-2 dəfə suyun içində o yana-bu yana çevrilir, çayın suyu əqrəbi alıb gedir.

Amma axma istiqamətinin  gücü  əqrəbi hardasa    bir kənara çıxaracaq. Çıxaracaq və  əqrəb də həmin nöqtədən  əqrəbliyini yenə davam etdirəcək. Ermənilər də  eynən beləcədirlər və belə də  davam edəcəklər. 

Rusiya hər dəfə  onun  dadına çatır,  ermənilər  isə bir balaca  himayə görən kimi,  xəstə  təxəyyüllərini,   başlarından yekə iddialarını yenə davam etdirirlər.

 

Humanist niyyətləri alqışlayırıq, amma ermənilər bu niyyətləri də alt-üst edəcək (II yazı)

 

Son

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
SitatCavab
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
We are a group of volunteers and starting a new scheme in our community.
Your site provided us with valuabble info to work on. You have done an impressive job and our whole community
will be grateful to you.
https://bartlebywrite.info

essay writing service australia [Harley]
https://bartlebywrite.info
  • Нравится
  • 0