» » Humanist niyyətləri alqışlayırıq, amma ermənilər bu niyyətləri də alt-üst edəcək(I yazı)

Humanist niyyətləri alqışlayırıq, amma ermənilər bu niyyətləri də alt-üst edəcək(I yazı)

 
 

Humanist niyyətləri alqışlayırıq, amma  ermənilər bu niyyətləri də alt-üst edəcək(I yazı)


10 oktyabr. Rusiyanın paytaxtı Moskvada keçirilən Azərbaycan, Rusiya və Ermənistan Xarici işlər nazirlərinin 10 saat davam edən üçtərəfli görüşü başa çatdı.
Təşəbbüsçü Rusiya idi və adını da qoydular ki, guya Azərbaycanla Ermənistan arasında humanitar məqsədlərlə atəşkəs elan olunur. Guya əsirlərin dəyişməsi və həlak olanların cəsədlərini götürmək üçün Putin Dağlıq Qarabağda hərbi əməliyyatları dayandırmağa çağırıb.
Qəbul edilmiş razılaşmaya görə, tərəflər atəşkəs müddətində atacağı addımlar nədən ibarətdir:

1. 2020-ci ilin 10 oktyabr tarixi, saat 12:00 dan etibarən humanitar məqsədlərlə Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və onun kriteriyalarına uyğun olaraq, hərbi əsirlər və digər saxlanılan şəxslər və ölənlərin meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunur;

2. Atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq;

3. Azərbaycan Respublikası və Ermənistan Respublikası ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayırlar;
4. Tərəflər danışıqlar formatının dəyişilməzliyini təsdiq edirlər.

Siz inanırmısınız bu niyyət humanist addımlardır?
Ermənistan 30 ildir ki, torpaqlarımızın əhəmiyyətli bir hissəsini məhz rusların köməkliyi ilə işğal edib. Ermənistanda yaşayan həmvətənlərimiz öz dədə-baba yurdlarından qovulub çıxarılıb. Ermənistanda 1 nəfər azərbaycanlı qalmayıb. Amma Azərbaycanda Dağlıq Qarabağ adlı qondarma erməni respublikası olmalıdır? Azərbaycanda ermənilər təkcə işğal altında olan Dağlıq Qarabağ bölgəsində yaşamırlar. Hazırda Qarabağ istisna olmaqla, Azərbaycanın müxtəlif rayon və şəhərlərində erməni əsilli Azərbaycan vətəndaşları yaşayır. Bəzi məlumatlarda Bakı şəhərində 30 min erməninin yaşadığı bildirilir. Humanizm budur, Ermənistanda bir azərbaycanlı qalmayıb, amma biz bütün bunlardan sonra "dünya bizi dilə-dişə salar” deyib, özümüzü guya heç nə olmayıbmış kimi aparmağımızdır. Məncə, Azərbaycan tərəfinin bu murdar tayfaya humanizmi "Orta hədd"i çox keçdi, çoxdan keçdi. Bir şey çox olanda da mütləq özünə qarşı çevrilir.
Hazır indi atəşkəs elan edincə, dünyaya humanist dövlət kimi göstərməkdənsə, elə münaqişənin əvvəlində qətiyyətini, böyük qardaşlığını, sülh himayədarı olduğunu göstərəydi. Bu qədər qırğın və acıların qarşısını alaydı.
Xəlil Rza Ulutürkün misraları necə yerinə düşür:
Üzdən göz yaşını silməyə nə var,
Əlac et, yaşını tökməsin ürək.

30 ilə yaxın davam edən erməni təcavüzünün nəticəsində iqtisadiyyatımıza , yaşayış məskənlərimizə amansız zərbələr vurulmuşdur.
İnşallah, xalqımız bu dağıntıları əlləri yenidən bərpa edəcəklər, bu torpaqlarda həyat yenidən canlanacaq, qaçqın-köçkün həmvətənlərimiz öz dədə-baba yurdlarına dönəcəklər. Amma oğul, ər, sevgili, əmi, dayı itirmiş anaların, qızların sinələrinə çəkilmiş çalın-çarpaz dağlar heç vaxt sağalmayacaq.
Bu gün azad olunmuş ərazilərdən yayımlanan süjetləri ürək ağrısız izləmək olmur. Bu yuxarı hissəsi insana oxşayan vəhşilər bizim bağ-bağatlı Füzulimizi, Zəngilanımızı, Qubadlımızı, Laçınımızı, Kəlbəcərimizi, Cəbrayılımızı, Ağdamımızı nə günə salıblar.
Bəs Beynəlxalq Qırmızı Xaç Komitəsi niyə bu gün əsirlikdə olan həmvətənlərimiz üçün, Dilqəm üçün, Şahbaz üçün vasitəçilik etmir, onları erməni əsirliyindən xilas etmək üçün ciddi addımlar atmırlar?
Olsun ki, çərçivə sazişlərinə, konvensiyalara, digər beynəlxalq qanunlara görə, belə məsələlər beynəlxalq hüququn prinsipləri ilə nizamlanır. Xoş məramlı niyyətdirsə, nə üçün alqışlanmamalıdır? Doğrudanmı belədir, doğrudanmı Qərb dünyası humanizm istinadgahıdır, doğrudanmı Rusiya hər iki ölkənin dinc yanaşı yaşamasında maraqlıdır?
Mən məsələyə tamam başqa bucaqdan baxıram. Məsələn, mətbuatdan öyrəndiyimə görə: "Trident II” mərmisinin birinin dəyəri 65,7 milyon dollardır. Bu mərmi 15 min km. diametrindəki bir sahəni bir neçə dəqiqə ərzində məhv edə bilir. ABŞ ordusunun arsenalında 13,5 metr uzunluğundakı mərmidən 500 ədəddən çox olduğu bildirilir. Bütün mərmilərin ümumi dəyəri 36 milyard dollara bərabərdir.”
Dünya üzrə bahalı tankların bəzilərinin qiymətinə diqqət edin:

- "Leopard- 2A6" (Almaniya) - $6,79 milyon;
-"Т-14" (Rusiya) - $7,8 milyon (sınaq mərhələsindədir) ;
-"M-1- A2 SEP" (ABŞ) - $8,5 milyon;
-"Challenger- 2" (Böyük Britaniya) - $8,6 milyon;
-"K-2 Black Panther" (Koreya Respublikası) - $8,8 milyon;
-"Type- 10" (Yaponiya) - $9,4 milyon;
-"AMX-56 Leclerc" (Fransa) - $12,6 milyon və s.
 

Humanist niyyətləri alqışlayırıq, amma  ermənilər bu niyyətləri də alt-üst edəcək(I yazı)

 

Hələ hərbi gəmilər var ki, dəyəri milyardlarla hesablanır.
Bu silahları niyə icad ediblər, niyə satırlar?
Bu silahlar gül bitirirmi, fişəng kimi, ev-eşiyindən didərgin düşmüş qaçqın-köçkün uşaqlarının təbəssümlərini yer kürəsinə səpələyirmi?
Bunun bəlirtilərini kim nişan verə bilər?
Bu silahları övladlarından, nəvələrindən çox kökslərinə sıxan güc liderlərinin, müharibə marşallarının niyyəti dünya hegomonçuluğu çevrəsini yenidən müəyyən edib, nüfuz dairəsini öz aralarında bölüşdürməkdən ibarətdir.
Qondarma "Dağlıq Qrabağ Respublikası”nın öhdəsindən tək Ağdamın cəngavər oğulları gələrdi. Ermənistan özbaşına 100 il də cəhd etsə, Azərbaycanın bir qarış torpağını belə, işğal edə bilməzdi. Bütün bunların necə baş verdiyi hər birimizə məlum deyilmi?
Tək bizə yox, hər kəsə məlumdur, bütün dünyaya məlumdur. hər belə vəziyyətdə onları xilas edən ölkələrin özlərinə də məlumdur.
Dünya sülh içrə nəfəs almaq istəyirkən, bu gün barış, humanizm, demokratiya deyib haray çəkən ölkələr silah yarışına girişiblər.
Heç olmasa, bəyənmədikləri kommunist ideologiyası dövründə silahlanmanın qarşısını almaq üçün ciddi addımlar atılırdı. 1972-ci ildə Strateji silahların məhdudlaşdırılması (SSM-1) haqqında müqavilə bağlanmışdı. 1975-ci ildə isə Avropa Təhlükəsizlik və Əməkdaşlıq Konfransının Yekun sənədi imzalanmışdı. Həmin sənədi Avropa dövlətləri ilə yanaşı, SSRİ, ABŞ və Kanada da imzalayaraq dövlətlərarası əməkdaşlıq və insan hüquqlarının qorunması öhdəliklərini götürmüşdülər. İdeologiya çox güclü idi o zaman. Sovet dövlətinin özü güclü idi. Sovet dövləti olsaydı, ermənilər belə həyasızlıq edə billməzdilər.
Siyasətçilər bir yana, adi vətəndaşlara da bəllidir ki, Ermənistan bu atəşkəsi də pozacaq, humanist missiyalar instituna bu dəfə də etimadsızlıq yaradacaq. Çünki xəyanət, yalan, hiylə əqrəb kimi onların qanında var .
Rəvayət: Belə ibrət götürülməli bir hekayət var:
- Çayın qırağında əqrəblə qurbağa qarşılaşırlar.Bunlar çayın o biri sahilinə keçməli idilər.Qurbağa üçün problem yox idi.Əqrəb ondan xahiş edir ki, məni belinə götürüb o biri sahilə keçir.Qurbağa deyir ki, yox, sən məni sancacaqsan.Əqrəb göz yaşı tökür, and-aman edir və qurbağanın ürəyini yumşaldır. Qurbağa əqrəbi belinə götürüb özünü çaya vurur. Çayın ortasında əqrəb dayana bilmir, neştərlərini işə salır. Qurbağa deyir ki, axı mən sənə inanmırdım, dedim ki, sancacaqsan.
Əqrəb də deyir ki, bu, mənim qanımdadır, dayana bilmirəm.
Onda qurbağa elə çayın ortasında 1-2 dəfə suyun içində o yana-bu yana çevrilir, çayın suyu əqrəbi alıb gedir.

Amma axma istiqamətinin  gücü  əqrəbi hardasa    bir kənara çıxaracaq. Çıxaracaq və  əqrəb də həmin nöqtədən  əqrəbliyini yenə davam etdirəcək. Ermənilər də  eynən beləcədirlər və belə də  davam edəcəklər. 

Rusiya hər dəfə  onun  dadına çatır,  ermənilər  isə bir balaca  himayə görən kimi,  xəstə  təxəyyüllərini,   başlarından yekə iddialarını yenə davam etdirirlər.

Rusiya     1941-45-ci illər  müharibəsində  bəşəriyyəti faşizm taunundan xilas etdi.  Böyük qələbəsi ilə  "Xilaskar”, "Qalib ölkə” imicini qazandı.   Amma indi Emənistan  onlara atəşkəs rejimi,   yaralılarını, meyitlərini döyüş meydanlarından  çıxara  bilmək üçün  humanitar dəhliz yaradan  bu qədər  qüdrətli Rusiyanı -KTMT-ni zorla  özünün yaratdığı münaqişəyə cəlb etmək istəyir.   İstəyir ki, Rusiya Türkiyə ilə üz-üzə gəlsin. Pakistan, NATO  münaqişəyə qoşulsun, münaqişənin coğrafiyası  Dağlıq Qarabağdan çıxsın,   KTMT-yə  münaqişəyə qoşulmaq üçün əsas verən coğrafiyaya keçsin. Ermənistan düşünür ki,  belə olarsa, yaranmış vəziyyətdən   istifadə edib  işğal etdiyi əraziləri əlində saxlaya bilər.  Odur  ki, atəşkəs elan ediləndən   çox keçməmiş özü  atəşkəsi pozur.  Gecəyə salıb Gəncəyə  raket  zərbələri endirir, çoxlu sayda mülki insanların ölümünə və  yaralanmasına səbəb olur.    Təkrar olaraq   16 oktyabr  gecə  saatlarında  yenidən Ermənistan ərazisindən  Gəncəyə  raket atıb:  nəticədə 13 nəfər həlak olub, 52 nəfər yaralanıb.Vətəndaşların şəxsi mülklərinə dəyən zərər isə  milyonlarladır.

 Budur dünyanın  ermənizm hiyləgərliyi,   şərəfsizliyi, ləyaqətsizliyi var.

 Erməni əqrəb  xislətindən heç vaxt əl çəkəsi deyil.


Humanist niyyətləri alqışlayırıq, amma  ermənilər bu niyyətləri də alt-üst edəcək(I yazı)

 

Davamı var...

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz