» » Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə məktub

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə məktub



30 ildir ürəyimizdə Qarabağ nisgili yaşadıq. İçimizdə səssiz Xocalı harayı çəkdik. Elə bir Azərbaycanlı ailəsi yoxdur ki, bu faciədən onun taleyinə çalın-çarpaz dağlar çəkilməsin.
Bu müddətdə dünyaya minlərlə, on minlərlə Qarabağsız qarabağlı göz açdı. Minlərlə, on minlərlə qarabağlı çocuq oyun yerlərindən məhrum edildi. Xarı bülbül perik düşdü.
Biz bunları fərd olaraq ürəyimizdə çəkdik. Amma, cənab Prezident, Siz bunları həm də hamımızın əvəzində tək çəkdiniz.
Hər hansı çətin, zaman tələb edən bir vəzifəni, işi ərsəyə gətirmək üçün insan addımlar atır, müəyyən məsafə qət edir. Fəqət, hansı addımdasa maneələrlə üzləşir, hər şeyi yenidən başlamaq lazım gəlir. Yenidən ilk addımlar atır, bur az da əvvəlkindən artıq məsafə qət edir, amma qarşıya daha yeni maneələr çıxır. Çoxları elə buradaca hər şeyi atıb, bezib kənara çəkilərdi. Siz çəkilmədiniz, xalq üçün and içib üzərinizə götürdüyünüz əhdə sadiq qaldınız.
Uğurlarınızı görmək istəməyənlər, görə bilməyənlər sivil müxalifətçilik sərhədlərini aşdılar. Sizsə öz bildiyiniz doğru yolla davam etdiniz. 17 il məqsədinizə şair demiş, "təyyarə kimi dümdüz getdiniz”:

Yerdən alıb öz gücünü
Qalxar göyə təyyarələr,
Məhəl qoymaz
nə yağışa,
nə küləyə
təyyarələr.
Uçuşu da əzəmətli,
Duruşu da əzəmətli...
Aşıb-daşar
təyyarələr.
Yerdə deyil,
göydə yaşar
təyyarələr.
Sərnişinə
Vüqarından - vüqar verir
təyyarələr,
Günlərin yox,
Saatların az ömründə
Qütbləri birləşdirir
təyyarələr.
Gecə gedir,
Gündüz gedir
təyyarələr.
Məqsədinə,
Mənzilinə dümdüz gedir
təyyarələr.
Eniş bilməz,
Yoxuş bilməz,
Dolay bilməz
təyyarələr.
Nə burulmaz,
Nə əyilməz təyyarələr.
İçəridən alışmasa
bu sürətlə,
bu cürətlə
Gedə bilməz
təyyarələr....

Siz bizi müstəqilliyimizin əsl dadını ilk dəfə olaraq azad, müstəqil Azərbaycanda canımıza, ciyərlərimizə çəkəcəyimiz günlərə gətirdiniz.
Uzun illərdir torpağımızda atəşkəs rejimi olsa da, təcavüzkar Ermənistan fürsət düşdükcə torpaqlarımıza hücum edir, dinc insanları qətlə yetirir, mülki və sənaye obyektlərini yararsız hala salırlar. Artıq ermənilər tərəfindən atəşkəs pozulub, hal-hazırda torpaqlarımızda Vətən müharibəsi gedir.
Milli Ordumuz Sizin komandanlığınız altında torpaqlarımızın işğaldan azad olunması uğrunda ölüm-dirim mübarizəsinə atılıb.
Siz mütləq qalib gələcəksiniz...
18 Oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür. Tarix Azərbaycanı müstəqilliyin əsl səadətini ürəkdolusu yaşayacaq günlərə yaxınlaşdırır. Nə qalıb ki: cəmi 18 gün...
İnşallah, 18 Oktyabrda Şuşada möhtəşəm bir parad qəbul edərsiniz. Bu gün tarixə qızıl hərflərlə yazılmalıdır və gələcək nəsillərə əmanət edilməlidir.
Müstəqilliyimizin bəxtəvərliyini yaşayarıq, inşallah.
Bu xalq Sizi unutmaz. Mən ürəyimə gələn bir arzumu da bildirəcəyəm. Rusiya tarixinin Kuzma Minin və Dimitri Pojarski adlı milli qəhrəmanları var. 1611-1612-ci illərdə bu qəhrəmanlar Moskvanı Polşa-Litva və İsveçin işğalından xilas ediblər.
Orta məktəb dərsliyindən yadımda qalanlardır. Qızıl Meydanın yaxınlığında Pojarskinin və Kuzma Mininin şərəfinə bir abidə ucaldılıb və bu abidənin üzərində yazılıb: "Kuzma Mininə və Dimitri Pojarskiyə minnətdar olan Rusiya.”
Azərbaycan xalqının bu cür minnətdarlıq abidəsi mütləq olacaq. Üzərində də yazılacaq: "İlham Heydər oğlu Əliyevə minnətdar olan Azərbaycan”.
Hələliksə bu abidəni biz ürəyimizdə, gözümüzdə ucaldırıq.
Sizə möhkəm cansağlığı, uzun ömür və xalqımızın rifahı naminə möhtəşəm fəaliyyətinizdə tükənməz enerji arzulayıram.

Hörmətlə: Akif Əhmədov
"Ana və Uşaq.az”  onlayn ictimai-siyasi, pedaqoji  jurnalının 
Baş redaktoru

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
SitatCavab
  • Qurup: İstifadəçi/Oxucu
  • Qeydiyyat: 6.10.2020
  • Status: offline
  • Şərhləri: 2
  • Məqalələri: 0
^
Fəqət, hansı addımdasa maneələrlə üzləşir, hər şeyi yenidən başlamaq lazım gəlir. I like to play 8 ball pool.
  • Нравится
  • 0