» » Tələbələrə təbrik

Tələbələrə təbrik

 

Tələbələrə təbrik

 

Ali məktəblərə qəbul olunan tələbələrin adları açıqlanıb. Bu dəqiqələrdə minlərlə ailə, bu ailələrin qohum-əqrəbası, demək ki bütün Azərbaycan sevinc içərisindədir. Biz də bu sevincə qoşuluruq. "Ana və Uşaq.az” onlayn jurnalının oxucuları adından bizə bu sevinci bəxş edən gənclərimizi təbrik edirik. Onların müəllimlərini, valideynlərini təbrik edirik. Xalqımızı təbrik edirik.
Sərhədlərimizdə vəziyyətin gərginləşdiyi bir vaxtda bizdə həyat öz məcrasında davam edir. Biz sakit, xoşbəxt sabahlara ümidlə addımlayırıq. Sizin kimi intellektual gənclərimizlə silahlanırıq, amma vurub dağıtmağa yox, qurub yaratmağa .
İnkişaf etmiş dövlətlər təhsilə, təhsilli gənclərə özlərinin strateji ehtiyatı kimi yüksək dəyər verirlər. Biz də Sizə belə baxırıq. Bu gün sizin hər biriniz Vətən mülkündə bir pöhrəsiniz. Sabah bu pöhrələr dünyanın hər hansı nöqtəsində Azərbaycan deyiləndə gül, gözəllik assosiativliyi yaradacaq.
Uğurlar olsun.... Hər zaman xoş sədalarınızı eşidək.Amma tələbə adını qazanmayalar ümidsizliyə qapılmamalıdır, özlərini uğur qazanmış həmyaşıdlarından ayrı düşünməməlidir. Siz də bizim fəxrimizsiniz. Mübarizənizi davam etdirin. Növbəti illərdə mübarizlər mütləq qalib olacaq.
Heç ali məktəbdə oxumağı düşünməyən gənclər də bizim sərvətimizdir. Sadəcə, Vətəni sevmək yetər, Vətənin olmaq yetər...

Tələbələrə təbrik

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz