» » Bugünkü Bilik Günü cəmiyyətə bu mesajı verdi

Bugünkü Bilik Günü cəmiyyətə bu mesajı verdi

 

Körpə ürəklərdə günəş tək yanan,
Çətin sınaqlarda məğrur dayanan,
İstəyi,arzusu çaglayan ümman,
Həyatın ən uca sözüdür Müəllim!!!
N.Kəəsmənli

15 il idi ki, bu günü Bilik günü kimi qarşılayırdıq.Bu gün 15 sentyabrda keçirilsə də, çox-çox əvvəldən başlayırdı məktəb sevinci. Elə ailə yox ki, bağçaya, məktəbə gedən kimsə olmasın. Amma övladları ilk dəfə məktəbə gedəcək ailələrdə xüsusi coşğunluq olurdu. Dərs gününə hələ aylar qalmış məktəb tədarükü başlayırdı. İlk dəfə məktəbə gedəcək balacalar hələməktəbə gedəcəyi günə qədər neçə dəfələrlə məktəbli paltarını geyinər, güzgü qabağına keçər, güzgüdə pzünün məktəbli əksinə baxar, yumruğu boyda ürəyi dünyanın fərəhi ilə dolardı. Ata-ana, baba-nənə də kənardan seyr edib, dilində deməsələr də içlərində "oxxay” deyərdilər.
Sabah dərs günüdür deyəndə axşamdan hamı bir az tez yatar, tezdən də oyanın körpələrini ürəklərində dua edə-edə yola salardılar. Hər uşağın dalınca neçə ailə üzvü də məktəbə qədər müşayiət edərdi.
Yol-iriz əllərində gül, şar, bayraq sıralanmış uşaqların izdihamına çevrilərdi. Amma bu il belə izdiham olmadı, təbii ki, Nazirlər Kabinetinin təsdiq etdiyi xüsusi karantin rejimi dövründə Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti qaydalara əsasən keçirilməsi, təbii ki, başadüşüləndir. Dövlət uşaqların salamatçılığını özünün prioriteti olduğunu bir daha nümayiş etdirdi.
Məktəb həyətləri bəzədilməsə də, musiqi səsləndirilməsə də, müəllimlər çox böyük səmimiyyətlə onları qəbul edib siniflərə apardı.
Aylardır davam edən koronavirus rejiminin yaratdığı çətinliklər, psixoloji gərginliklərə baxmayaraq, insanların ümidlərinə təzə bir ruh verildi.
Həyat davam edir. Biz cəmiyyət olaraq yekdilliklə bütün sınaqlardan çxacağıq. Bilik Günü də keçirəcəyik, toy da keçirəcəyik…Yenidən ahəngdar həyata qayıdacağıq. Bugünkü Bilik Günü cəmiyyətə bu mesajı verdi.
Ona görə də tam əminliklə deyə bilərik ki, bu gün həm də koronavirus rejiminin yaratdığı çətinliklərdən sonra ümidlərimizin təntənəsi günü kimi yaddaşlarda qalacaq.
Bəli, Azərbaycan təhsili sistemi bu gün həmin təntənəni cəmiyyətə təqdim etdi.
Bu münasibətlə ölkəmizin bütün təhsil işçilərini təbrik edirik, müəllimlərimizi təbrik edirik, şagirdlərimizi təbrik edirik…İlk dəfə məktəbə qədəm basan birinciləri təbrik edirik.
Bu gün mənim nəvəm də Xətai rayonundakı 24 nömrəli tam orta məktəbin 1-ci sinfinə qədəm qoydu.
Sinif müəllimi də ilk nəvəmizin də müəllimi olmuş Günay Dadaşovadır. Günay Dadaşovanı təbrik edirik.
 

Bugünkü  Bilik Günü cəmiyyətə   bu mesajı verdi

 

Bugünkü  Bilik Günü cəmiyyətə   bu mesajı verdi

  

Bugünkü  Bilik Günü cəmiyyətə   bu mesajı verdi

 

 

Bugünkü  Bilik Günü cəmiyyətə   bu mesajı verdi 

 

 

Bugünkü  Bilik Günü cəmiyyətə   bu mesajı verdi


Günay müəllimə indiyə qədər yüzlərlə şagirdi belə məktəb həyətindən siniflərə aparıb, onlara yazmaq, oxumaq öyrədib, ədəb-ərkan öyrədib. Tamam-kamal həyata hazırlayandan sonra xeyir-dua verib daha böyük həyata pərvazlandırıb.
Sevimli şairimiz Musa Yaqub demiş:

...İnsanla həmyaşdır,
Ölməz,yorulmaz,
Bizimlə yol gedir müəllim ömrü.
Hamıya pay verib ömründən bir az,
Məndədir,
Səndədir
Müəllim ömrü.

Bugünkü  Bilik Günü cəmiyyətə   bu mesajı verdi

 


Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz