» » Cavid həkim, xoş gəldin

Cavid həkim, xoş gəldin

Cavid həkim, xoş gəldin

Həyat qulağımdan bir məsəl asdı,
Sən də bil, gərəyin olar bir zaman:
Ürəyə girməyi bacarmaq azdır,
Ürəkdə qalmağı bacarmalısan!
 
Məmməd Araz
 

Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının reanimasiya şöbəsinin müdiri Cavid Paşayevlə heç bir tanışlığımız yox. Koronavirus tanıtdı onu bizə. Haqqında mətbuatdan eşitdik. Bildik ki, koronavirus peyda olandan Cavid həkim iş yerini tərk etməyib, fədakarlıq edib, xilaskarlıq edib... Amma bu qeyri-bərabər döyüşdə virus Cavid həkimə də yoluxub.
Nə vaxt ki kütləvi informasiya vasitələrində bu barədə məlumatlar verilməyə başladı, insanlar da oturub-durub Allaha dua etdilər. Bütün xəstələrimiz üçün, şəxsən, Cavid həkim üçün. Allahın lütfü, mərhəməti böyükdür. İndi budur, Cavid həkim yenidən bizimlədir, insanlarladır...İnşallah, tezliklə sağlamlığı tam bərpa olunub işə başlayacaq, amalına, məsləkinə Cavidsayağı xidmət edəcək. İnsanlar sağlam olsun deyə, ölümlərə son qoyulsun deyə....
Mən Cavid həkimin feysbuk səhifəsini izlədim. Səhifəsində övladları ilə şəkillərini gördüm. Onlar hələ dünyadan nə qanır ki. Onlar nə bilirlər ki, ataları insanları ölümdən xilas etdiyi halda, özü ölümlə mücadiləyə girməli olub...
Nə yaxşı ki, bu balalar yenə ataları ilə üz-üzə, nəfəs-nəfəsə dayanacaqlar. Doyunca olsun, balalar...

Neynim, bundan özgə yol tanımıram,
İstər yeddi yerə böl, tanımıram.
Dəniz tanımıram, göl tanımıram,
Bir körpə gözünün yaşından böyük.

Hüseyn Arif

Cavid həkim, xoş gəldin

Cavid həkim, xoş gəldin

Cavid həkim, xoş gəldin

Cavid həkim, xoş gəldin

Cavid həkim, xoş gəldin

Cavid həkim, xoş gəldin

Cavid həkim, xoş gəldin

Cavid həkim, xoş gəldin

Cavid həkim, xoş gəldin

Cavid həkim, xoş gəldin

Cavid həkim, xoş gəldin

Cavid həkim, xoş gəldin

Cavid həkim, xoş gəldin

Cavid həkim, xoş gəldin

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz