» » Əsgərlərimizə və zabitlərimizə Qurban bayramı təbriki

Əsgərlərimizə və zabitlərimizə Qurban bayramı təbriki

Əsgərlərimizə   və zabitlərimizə  Qurban bayramı  təbriki

 

Əziz Əsgərlərimiz və Zabitlərimiz !
Sizə sadə təbrik də yaza bilərdim. Amma baxdım ki, mənim demək istədiklərim təbrik mövzusundan kənara çox çıxır. Onda bunu məqalə şəklində yazmağa qərar verdim.
Bu gün Vətənimizdə Qurban bayramıdır. Bütün çətinlik və qadağalara baxmayaraq, Sizin valideynləriniz, qohum və dostlarınız, qonşularınız bu coşqunu yaşayırlar. Dünyada ölçülə, çəkilə, hesablana bilinməyən heç nə yoxdur, xoşbəxtlikdən savayı. Uşaqları gülən, sevinən, xoşbəxt və sağlam görmək mənəvi həzzin pik nöqtəsidir. Belə günlər ən çox sevinən balacalardır. Çünki bütün üzlərdə, dillərdə, könüllərdə və ruhlarda bayram ovqatı məskən salır. Təbəssümlü üzlərin, könüllərin səmimiyyətini uşaqlar daha tez hiss edir, bu səmimiyyətə onlar daha fərqli qarşılıq verirlər.
Onlar hiss etməsələr də, duya bilməsələr də, biz böyüklər çox gözəl bilirik ki, bütün bunlar üçün ilk növbədə azad, müstəqil VƏTƏN lazımdır, asayiş, əmin –amanlıq lazımdır. Vətənin, əmin-amanlığın keşiyində dayanan isə bizim Milli Ordumuzun cəsur əsgərləri, Sizsiniz.
Gözəl Vətənimizin hansı guşəsində bir ana əminliklə körpəsinə layla deyirsə, uşaqlar ürəkləri tutduğu hansı guşəni özlərinə oyun yeri seçirlərsə, onlara bu əminliyi bəxş edən Sizsiniz. Bu amal uğrunda nə qədər şanlı oğullarımız həyatlarını qurban veriblər.
Biz kütləvi informasiya vasitələrindən sizin qarda-sazaqda, yağışda səngərlərdə necə sərvaxt keşik çəkdiyinizi gözəl bilirik.
 
 
 

Əsgərlərimizə   və zabitlərimizə  Qurban bayramı  təbriki

 

Torpaqlarımızın böyük bir ərazisi nankor ermənilər tərəfindən 30 ildən artıqdır ki, işğala məruz qaldığı daha yetər. Bu gün artıq bizim Milli Ordumuz 30 il öncəki ordu deyil. Azərbaycan ordusu bu gün regionun ən qüdrətli ordusudur. Hərbi texnikamız, əsgər və zabitlərimizin peşəkarlığı tam qətiyyətlə deməyə əsas verir ki, əgər münaqişə beynəlxalq səylərlə öz ədalətli və hüquqi həllini tapmazsa, Milli Ordumuz torpaqlarımızın düşmən tapdağı altında qalmış ərazisini işğaldan azad edəcəkdir. Xalq bu həqiqətə inanır, öz əsgərinə, zabitinə, Ali Baş Komandanına inanır…
Xalqımız tək bu günlərdə deyil, hər zaman sizə dua edir. Möhkəm olun. Fiziki sağlamlığınıza, gigiyenazına ciddi fikir verin. Bir-birinizə hədsiz sədaqətli olun. "Uzaq sahillərdə” filmində belə bir epizodu yadınıza salım. Medi Vasya ilə növbəti tapşırıqdan qayıdaarkən pusquya düşür.Bu qarşılaşmada Vasya qəhrəmancasına həlak olur. Mehdi cəbhə yoldaşını düşmənlərin əhatəsində qoymur. Özü yaralı olsa da, onu uzaq bir yolu qolları üstündə düşmən əhatəsindən çıxara bilir.
Və yaxud Mübariz İbrahimov erməniləri heyrətə salan şücaət göstərdi, təkbaşına çoxlu sayda ermənini məhv etdi, amma özü də gözlərini əbədi yumdu. O vaxt Mübarizin düşmən əhatəsində olan nəşini gətirmək üçün təkbaşına döyüşə gedibmiş və həmin döyüş onun son döyüşü olub.
Səngər dostluğu belə sarsılmaz olmalıdır, xüsusilə müharibə şəraitində. Hər bir əsgərin öz əsgər yoldaşının əllərinə, çiyinlərə ehtiyacı var. Mehdi Hüseynzadə xain bıçağı ilə yaralananda, Vasya öz qanını əsirgəmədi.
Bir-biriniz sevin, bir-birinizi qoruyun. Bir-birinizə elə söykənin ki, aranızdan nəinki düşmən, yel belə, keçə bilməsin. Unutmayın ki, kəndinizdə, şəhərinizdə, rayonununuzda hər birinizi nigaran bir ana gözləyir.
Konstantin Simonovun II Dünya Müharibəsi illərində qələmə aldığı məşhur "Gözlə məni...” şeiri var:

Əsgərlərimizə   və zabitlərimizə  Qurban bayramı  təbriki

 

Gözlə məni qayıdacam.
Gözlə, ey nigar.
Gözlə, kədər gətirəndə
Soyuq yağışlar.

Gözlə məni, qar yağanda,
İsti düşəndə.
Gözlə, bezib özgələri
Gözləməyəndə.

Gözlə, məktub kəsiləndə
Səhra poçtundan.
Gözlə, təngə gətirəndə
Hamını hicran.

Gözlə məni, qayıdacam.
Baxma onlara —
Səbr etməyib, tab etməyib
Unudanlara.

Mən ölümün acığına
Dönəcəm, gülüm.
Dözməyənlər qoy dözməsin,
Döz, ömrüm-günüm.

Onlar bilməz: neçin odda
Dönmədim külə.
Məni xilas eylədin sən.
Gözləməyinlə.

Nə cür döndüm. Tək ikimiz
Bilərik bunu.
İnamla yol gözləməyin
Nə olduğunu.

Heç kəs, heç kəs sənin kimi,
Qolum-qanadım,
Gözləməyi bacarmadı;
Sənsə bacardın.
 

Əsgərlərimizə   və zabitlərimizə  Qurban bayramı  təbriki

 


Və Sizin hər birinizi də bu obada, küçədə əmanət qoyub gəldiyiniz alagöz bir el gözəli gözləyir.
İnşallah, toyunuzu biz görməsək də uğrunda döyüşdüyünüz , qan axıtdığınız laləzar torpağımız sizin toy məclisləriniz üçün qucağını açacaq.
İnşallah..

Bayramınız mübarək… 

Əsgərlərimizə   və zabitlərimizə  Qurban bayramı  təbriki

 

Əsgərlərimizə   və zabitlərimizə  Qurban bayramı  təbriki

 

Əsgərlərimizə   və zabitlərimizə  Qurban bayramı  təbriki

 

Əsgərlərimizə   və zabitlərimizə  Qurban bayramı  təbriki

 

Əsgərlərimizə   və zabitlərimizə  Qurban bayramı  təbriki

 

Əsgərlərimizə   və zabitlərimizə  Qurban bayramı  təbriki

 

Əsgərlərimizə   və zabitlərimizə  Qurban bayramı  təbriki

 

Əsgərlərimizə   və zabitlərimizə  Qurban bayramı  təbriki

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz