» » Yer də, göy də sənindir. Sən qalib gələcəksən!

Yer də, göy də sənindir. Sən qalib gələcəksən!

 

Yer də, göy də sənindir. Sən qalib gələcəksən!

 

Milli Ordumuzun. onun düşünən beyni olan komandan heyətinin, vuran əli olan cəsarətli əsgərimizin döyüş hazırlığı Böyük Qələbə üçün tam yetərlidir. Ordumuz texnika və sursat sarıdan da
mükəmməl təchiz olunub. Xalqın ordu ilə yekdilliyi qürur doğuracaq qədər yüksəkdir. Düşmən tərəf, onların havadaları bu vəhdəti pozmaq üçün döyüşə bildiklərindən daha artıq təxribatlar yaratmaq istəyir. Belə isə hər kəs üçrəngli bayrağımız altında daha sıx birləşməli, yekdilliyi ilə düşməni döyüşə qədər heyrətə salmalıdır.

Yer də, göy də sənindir. Sən qalib gələcəksən!

 

Alovlu tribun Xəlil Rza UluTürkün bu şeiri andınız olsun:

Bu sərt, ağır günlərdə
Mən - Ali Baş Komandan
olmasam, olmasam belə
Azərbaycan adından
Əmr edirəm: Silahlan!

Silahsız dayanmağa bir qırpım da haqqın yox,
Gözlərin - qoşalülə, kirpiklərin güllə, ox.
Bilirəm düşmənlərin bərk durub keşiyində,
Alınmışdır əlindən hətta ov tüfəngi də.
Nə qəm, kinlə silahlan!

Topdan, tüfəngdən üstün,
Tankdan, raketdən üstün
qeyrətinlə silahlan!
Arxalı köpəklərə nifrətinlə silahlan!
Xiyabani ruhunu alışdır nəfəsinlə,
cürətinlə silahlan!

Bilirəm, Elbrusdan, Savalandan ağırdır
çiynində sənin yükün.
Telegüzgü, radio, mətbuat çoxdan ölgün.
Yox... sən ölməməlisən!
Hələ ki, gedib gələn nəfəsinlə silahlan!
Qəfəsdəsənmi? Qır, sök, qəfəsinlə silahlan!

Sən bizim şeirimizdən, nəsrimizdən güclüsən.
Əsrimiz qəhrəmandır, əsrimizdən güclüsən.
37-də batmış, 46-da vurulmuş
nəslimizdən güclüsən.

Dodağından qopan neçin amandır, ahdır?
Alçaqlara qəzəbli bir baxış da silahdır.
Baxışınla, qanınla, vücudunla silahlan!
Dön Səməndər quşuna... Yan... Odunla silahlan!
Onlar səni silahsız, pənahsız görmək istər,

Sən nəğməylə, marş ilə, nümayişlə silahlan!
Bayraq elə özünsən,
Qalx döyüşlə silahlan!
Silahlan insanlığa sonsuz məhəbbətinlə,
Humanizm adlanan ən böyük sərvətinlə.

Hələ heç bir fitvaya, felə, mərkə uymayan,
Bircə qarışqanı da tapdamağa qıymayan
Qəlbi ümmandan dərin,
bənövşədən də kövrək,
Hətta düşməninə də duz-çörək verən xalqım!
Çəkinmə, bu döyüşdə aləm sənə pənahdır,
Sənin gül təmizliyin, saflığın da silahdır.

Qanında saflıq adlı daşqın ilə silahlan!
Dünyaya məhəbbətin, eşqin ilə silahlan!
Vur-çartlasın içində elə bilmə ki, təksən,
Yer də, göy də sənindir. Sən qalib gələcəksən!
 

Yer də, göy də sənindir. Sən qalib gələcəksən!

 

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz