» » Sərhəd bölgəsində baş verənlərlə bağlı düşündüklərim

Sərhəd bölgəsində baş verənlərlə bağlı düşündüklərim

 

Sərhəd bölgəsində baş verənlərlə bağlı  düşündüklərim

 

İki gündür ki,   murdar ermənilərin sərhəd  bölgəsində törətdiyi təxribatlar  xalqımızı  ciddi narahat etməkdədir.

Biz beynəlxalq qanunlara hörmətlə yanaşmağımıza , münaqişənin dinc  yolla həll ediməsinə  göstərdiyimiz xoş məramlara baxmayaraq, erməni tərəf  tez-tez atəşkəs rejimini pozur, sərhəd bölgəsində dinc insanların yaşadığı evlərə, əkin sahələrinə, meşələrə  qəsd etməkdə davam edirlər. Şəhid və yaralılarımız  var.

 Dünyanın  ən güclü dövlətləri, beynəlxalq təşkilatlar  münaqişənin dinc yollarla nizamlanması ilə illərdir ki, məşğul olur, nəticə isə yoxdur.  Əgər Ermənistan  BMT-nin qətnamələrinə əmək etmirsə, beynəxalq təşkilatların  missiyasına etimadsızlıq sərgiləyirsə,   dünya   niyə onun nazı ilə oynamalıdıır?

Azərbaycan dövlətinin başçısı dəfələrlə ən mötəbər tribunalardan bəyan edib ki, biz hərbi müdaxilənin dinc vasitələrlə aradan qaldırılmasına  səy edirik. Amma torpaqlarımızn bir qarışının da  işğalına razı olmayacağıq.

Bu gün Azərbaycanın çox qüdrətli ordusu var, cəngavər oğulları var, Ali Baş Komandanı var. Bu  ordu ilə həmrəy olan xalq var.   Hamımız ümid edirik ki, biz Qələbəyə lap yaxınıq.

Dünən  günün ikinci yarısında Ermənistan silahlı qüvvələrinin atəş mövqeləri, kəşfiyyat bölməsinin radiolokasiya stansiyası, hərbi avtomobil texnikası üçün saxlanc, tank, zirehli transportyor, 20 nəfərdən çox şəxsi heyəti, tabor qərargahı,  hərbi infrastrukturu və 20 nəfərdən çox şəxsi heyəti bölmələrimizin dəqiq atəşi ilə darmadağın edilib.  

 

 Bunlar insanların Qələbə ümidlərini artırır.Dünən axşam insanlar küçələrə axışıb  cəbhə xəttinə, döyüşə getmək  istədiklərini  nümayiş etdirdilər.  Ali Baş Komandan əmr etsə,  xalq  öz ordusu ilə işğal olunmuş torpaqlarımızın azad olunmasına səfərbər olacaq. Buna söz ola bilməz.

Amma hər şey  nizamlı olmalı, idarə olunmalıdır.

Ədəbiyyatımızda müharibə mövzusunun     fəallığı   heç hiss olunmur. Əsgərlərimizi  Vətənə, qələbəyə bağlayan,  onlarda ən  iradi keyfiyyətlər formalaşdıra, inkişaf etdirə bilən əsərlər çox azdı. Ədəbiyyat adamlar, sənətkarlar   cəbhə bölgələrinə heç getmirlər,  cəbhə bölgəsinin sakinləri ilə iş də bu  sıradakı vaciblərimizdəndir.

Belə məqamlarda  ordu ilə bərabər, ideologiyamız da döyüşə hazır olmalıdır. Mətbuatımız, televiziyamız,  sadə vətəndaşımız da  Müsəlləh Əsgərə çevrilməlidir.

Üşrəngli bayrağımız ətrafında sıx birləşməlidir. Mətbuat, televiziya bu məqsədin ruporuna çevrilməlidir.

 İkinci dünya müharibəsində beynəlxalq faşizmə qarşı  bütün keçmiş sovet xalqları mübarizə apardı.

 

 

Sərhəd bölgəsində baş verənlərlə bağlı  düşündüklərim

 

Mətbuatımız, ədəbiyyatımız mübarizə apardı. 1941-ci ildə Xalq şairi Məmməd Rahimin "Vur, ölən faşistdir” şeiri   məşhur idi.   Səməd Vurğunun, Əhməd Cəmilin, Süleyman Rüstəmin, Rəsul Rzanın nə qədər  belə şeirləri vardı.  Bu  cür şeirlərə  yenə ehtiyac var.

   Həm əsgərlərin, həm   də xalqın   coşğunluğunu, mübarizəsini  bir araya gətirmək, hamını bu amal ətrafında bir yumruq kimi birləşməyə hazırlamaq lazımdır.


 

Sərhəd bölgəsində baş verənlərlə bağlı  düşündüklərim


Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz