» » Bəzi mətbu vasitələrin, qələm adamlarının dilimizin leksik mühitinə pərçimləməyə cəhd etdiyi “sevişmək” sözünə münasibət

Bəzi mətbu vasitələrin, qələm adamlarının dilimizin leksik mühitinə pərçimləməyə cəhd etdiyi “sevişmək” sözünə münasibət

Müəllif: Anaveusaq.az от 3-07-2020, 11:00

 

Bəzi mətbu vasitələrin,  qələm adamlarının dilimizin leksik mühitinə pərçimləməyə cəhd etdiyi  “sevişmək” sözünə münasibət

 

İndi münasibətimi bildirəcəyim məsələni qələmə almağıma səbəb "İndi sevişmək də qadağandır” adlı yazı oldu. Olsun ki, ayrı-ayrı məhdud sayda ailələrdə ata ana övladlarına qarşı tərəfi sevməyə yasaq qoysun.Amma heç bir ölkədə heç zaman sevgiyə yasaq qoyulmayıb.
Guya mən bilmirəm ki, bu, diqqət çəkmək xatirinə edilən manipulyasiyadır? Bir deyil, iki deyil: son illər kütləvi informasiya vasitələrində trendə çevrilib lap.Monitorinq qrupu təsir göstərə bilmir, Mətbuat Şurası susur…Bütün narahatçılıq doğuran məqamlar adiləşdirilir, kütləviləşdirilir. Bu tipli başlıqlar mətbuatda saysız-hesabsız:
"Ovuçular və ətraf mühitin mühafizəçilərinin təbiəti izlədikləri kiçik kameralar meşədə məşuqəsiylə sevişən siyasətçini çəkib ” (https://www.bizimyol.info/news/63.html); "Bu ölkədə əhalinin 21 faizi hər gün sevişir” ( https://lent.az/news/155974 ); "Avtomobildə sevişən cütlük bölməyə aparıldı (http://www.7news.az/az/avtomobilde-sevisen-cutluk-blmeye-aparildi-biri-universitet-muellimidir-foto/); "Tolik biabırçı görüntünü yaydı - "14 yaşında, qatarda sevişirlər" (Mənbə: https://www.unikal.org/news/216718/tolik-biabirci-goruntunu-yaydi-14-yasinda-qatarda-sevisirler ) və s.

 Və son günlər bir çox saytlarda tirajlanan "İndi sevişmək də qadağandır” yazısından sonra   son illər dlin leksik mühitinə  pərçim  edilmək üzrə olan  "sevişmək” sözünə münasibət  bildirməyə ehtiyac duydum.

"Sevgi”” sözü "sev” feilindən isim düzəldən "gi” şəkilçisi artırılmaqla əmələ gəlir. Çox vaxt izah edirlər ki, sevgi müxtəlif emosional halların birgə yaşanması nəticəsində meydana çıxan istəkdir. Olsun, amma bu istək ani olmayanda, gözlərinin qurdunu öldürmək üçün olmayanda əxlaqi-mənəvi məzmun kəsb edir. İnsanlığa da belə sevgi lazımdır.
Öpüşmək, cismani yaxınlıq niyə sevgi olsun ki.
"Koroğlu” dastanında "Alı kişi” qolunda belə epizod var : Alı kişi oğluna deyir ki, dərya cinsindən olan bu iki dayçanı 40 gün qaranlıq və bağlı tövlədə saxlamalısan, onların üzərinə gün işığı düşməməlidir.
Rövşən 39-cu gün səbri tükəndiyindən qapını aralayır və beləcə Dür atın üstünə işıq düşür və o qanadlarını itirir.
Sevgidə belədir. İndi bizim bir çox mətbuatın yazdığı kimi , qatarda baş verirsə, avtomobildə başlayıb təərfləri polis bölməsinə sürükləyirsə, balkonda baş tutursa, oradan guppultu ilə yerə düşüb dünyasını dəyişirsə, bu, sevgi deyil, artıq o da qanadlarını itirir.
Sevginin bu məqamı nə qədər iffətli, abırlı qalırsa, o qədər dayanıqlı, etibar, möhtəşəm olur.
 

Bəzi mətbu vasitələrin,  qələm adamlarının dilimizin leksik mühitinə pərçimləməyə cəhd etdiyi  “sevişmək” sözünə münasibət

Hörmətli qonaq, Şərh yazmaq üçün zəhmət olmasa hesaba daxil olun ya da Qeydiyyatdan keçin.

Şərhlər:

Şərh Yaz
SitatCavab
  • Qurup: Qonaq
  • Qeydiyyat: --
  • Status:
  • Şərhləri: 0
  • Məqalələri: 0
^
Howdy, I think your website may be having web browser compatibility problems.
When I look at your site in Safari, it looks fine
however, when opening in I.E., it's got some overlapping issues.
I merely wanted to give you a quick heads up! Aside from that, fantastic site!


Casino games - <a href="https://onlinecasinorealmoney.club/">Noe</a> - casino
games
  • Нравится
  • 0